Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
Səadət kamalla yetişir başa
воскресенье, 14 июня 2020 г.
Ədəbiyyat. X sinif üçün dərslik.
Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
Ədəbiyyat. V sinif. Metodik vəsait
Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
пятница, 27 декабря 2019 г.
Ədəbiyyat dərslərində keys metodunun tətbiqi
Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
Ədəbiyyat dərslərində
keys metodunun tətbiqi
Keys (ingiliscə “case” – hadisə,
vəziyyət) hər hansı bir praktik problemin həll yollarının kollektiv və ya fərdi
axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan
götürülən faktlar əsasında problemli situasiyanın təsvir edilməsidir.
Keys olaraq elmi, publisistik,
bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:
1. Müzakirəsi mümkün olan və
birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə
uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin
aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın
olması.
4. Problemin müəllif qiymətləndirməsinin
olması.
Müzakirənin nəticələrinin surətlə
qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədə müvafiqdir.
Keys ilə iş mərhələləri.
1. Mətni oxuyun.
2. Mətndə hansı problemdən bəhs edildiyini
müəyyən edin.
3. Problemin (yaxud problemlərin) özünü nədə
təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin. (“Əqli
hücum”).
5. Qrupun qərarını təqdim etməyə hazırlayın.
6. İşin yekununun təqdim edin.
Ədəbiyyat dərslərində keys texnologiyasından
istifadə imkanları genişdir. Bülə ki, dərsdə təlim situasiyası təhlil edilir, bədii
əsərdə qaldırılmış problemin,real həyati
situasiyanın həlli yolu müəyyənləşdirilir. Bu zaman şagird problemin həlli üçün yalnız əsərdə
təsvir olunan hadisədən çıxış etmir, həm də öz əvvəlki biliklərindən istifadə
edir.
Əsərdə qoyulmuş problemin həlli yolları müxtəlif
ola bilər. Məsələn, C.Məmmədquluzadənin “Anamın kitabı” əsəri öyrənilərkən
aşağıdakı keys tapşırığı verilə bilər:
-
Əsərin sonunda problemin həlli yoluna münasibət bildirin. Oğulların
ananı tərk etməsi labüddürmü? Hadisələr başqa cür cətrəyan edə bilərdimi?
-
Siz bu əsərin sonluğunu necə görmək istərdiniz?
-
Müasir dövrdə əsərin qəhrəmanlarının qarşılıqlı münasibətləri ilə
bağlı problemin həlli yoluna dair öz variantınızı təklif edin.
XI sinifdə İsmayıl
Şıxlının “Dəli Kür” romanının sonluğu ilə bağlı keys tapşırığı belə ola bilər:
-
Sizcə, əsərin sonunda
Cahandar ağanın kazaklarla qarşılaşması, döyüşməsi, döyüşdə öldürülməsi
labüd idimi?
-
Sizcə, əsərin sonunda yolları ayrılan Şamxal və Əşrəfin taleyi necə
olacaq?
четверг, 12 декабря 2019 г.
Epik əsər üzrə gündəlik dərs planı nümunəsi
Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
İkinci saat: Təhlil üzrə
iş
Standartlar
|
Təlim
nəticələri
|
1.2.2. Digər obrazların və müəllifin
mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
|
Müəllifin mühakimələrindən
çıxış etməklə hekayənin qəhrəmanlarını
səciyyələndirir.
|
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin
(metonimiya, inversiya,
simvol)
rolunu aydınlaşdırır.
|
Hekayənin təsir
gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
|
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir,
əsaslandırılmış münasibət bildirir.
|
Hekayənin mövzusunu,
ideya-bədii xüsusiyyətlərini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
|
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat
və çıxışlarında müxtəlif
mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
|
Hekayə ilə bağlı
təqdimat və çıxışlarında müxtəlif
mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
|
Dərsin tipi:
induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi
iş, kiçik qruplarda iş
Metod və priyomlar: müsahibə, problemin həlli, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi
səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi yolu ilə müəyyənləşdirilə
bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya,
problemin qoyuluşu. Motivasiyanın yaradılmasına fərqli
yollarla nail olmaq mümkündür. Rəmzi (simvolik) material qismində şərəf, ləyaqət,
mənlik hissinin uca tutulmasının insan üçün vacib olduğunu əks etdirən deyimlərin,
atalar sözlərinin, bədii əsərlərdən sitatların və s. xatırladılması, fikir mübadiləsi
aparılması yerinə düşər. Bir variant da ilk dərsdən şagirdlərin diqqətinə
çatdırılan “Düşünüm” başlıqlı sual (Şərəf və ləyaqətini qorumaq üçün insanda
hansı keyfiyyətlər olmalıdır?) əsasında yığcam müsahibə aparmaq və onu tədqiqat
sualının formalaşdırılması ilə yekunlaşdırmaq ola bilər.
Motivasiyanın
yaradılmasınlın bir variantı da internetdən istifadə ilə şagirdlərin ədibin 130
illiyi ilə əlaqədar F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının
hazırladığı ədəbi-bədii kompozisiyadan
(http://www.clb.az/files/mv/AShaiq.pdf) müəllimin məqsədəmüvafiq saydığı bir parça ilə tanışılığı ola bilər.
Tədqiqat
sualı: Ehtiyac içində məhrumiyyətlərlə dolu
ömür yaşayan hekayə qəhrəmanının öz mənliyini, şərəf və ləyaqətini uca
tutmasına səbəb, sizcə, nədir?
Fərqli fikirlər – fərziyyələr
dinlənilir və qeyd edilir. Fərziyyələrin fərqli
olduğuna diqqəti çəkən müəllim doğru cavabın müəyyənləşdirilməsi üçün tədqiqat
aparmağın vacib olduğunu xatırladır.
Tədqiqatın
aparılması. Hansı metod və iş formalarının
seçilməsindən asılı olmayaraq, dərslikdəki “ Əsərin təhlilinə hazırlaşın” mətninə
müraciət edilməsi məqsədəuyğundur.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən
ondakı fikirlərdən faydalanın.
Müəllifin
oğlu, tanınmış ədəbiyyatşünas alim Kamal Talıbzadə yazır:
“Bizim evə gəlib-gedən,
nənəm Mehri xanımla dostluq edən Nənəxanım adlı qoca bir arvad vardı, qara,
köhnə çarşaba bürünüb gəzərdi... Onunla atam təsadüfən küçədə rastlaşmış, bir
xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında
duran bir ailəni fəlakətdən xilas etmişdi. Bu təsadüf atamın 1923-cü ildə qələmə
aldığı “Anabacı” hekayəsinin yazılmasına səbəb olmuşdu. Qoca qadına edilmiş
yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə atamın zəhmət
haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər
güclü və əzəmətli olmuşdu ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti
haqqında əsər yazmağa ruhlandırmışdı...”
Yazıçı
həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi
cizgilərini diqqətlə öyənmiş, ümumiləşdirmə aparmış, parlaq, yaddaqalan ədəbi qəhrəmanını
– Anabacı obrazını yaratmağa nail olmuşdur. Əsərin üzərində müşahidələrinizi davam
etdirin, bu obrazı yaradarkən müəllifin hansı bədii vasitələrdən və necə
istifadə etdiyini aydınlaşdırmağa çalışın.
Mətnlə tanışlıqdan sonra şagirdlərin
diqqəti “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına yönəldilir.
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına daxil edilmiş bütün suallar tədqiqat
sualının aydınlaşdırılmasına dəyərli töhfə verir. Başqa sözlə, əsərin
mövzusunun müəyyənləşdirilməsi, onda qaldırılmış problemin aydınlaşdırılması,
yazıçı mühakimələrinə diqqət yetirməklə baş qəhrəmanın səciyyələndirilməsi və
s. tədqiqat sualına əsaslı cavab verilməsini təmin edir.
1.Hekayənin
mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə
əsasən cədvəldə qeydlər edin.
Əsərin mövzusu
|
Əsərdə diqqətə çatdırılan başlıca problem
|
Problemin həllini yazıçı nədə görür?
|
Problemin həlli barədə siz nə düşünürsünüz?
|
|
|
|
|
2. Anabacı
obrazını səciyyələndirin. Cədvəldən istifadə edin.
Anabacı obrazı
|
||
Onun xarakterindəki başlıca cəhətlər
|
Müəllifin bu obraz haqqında mühakimələri
|
Sizin ona münasibətiniz
|
|
|
|
3. Hekayənin
müəllifi haqqında sizdə hansı təsəvvür yarandı? Fikrinizi nümunələrlə əsaslandırın.
4. Əsərin
bədii təsir gücü hansı vasitələrlə artırılmışdır? Cədvəldən istifadə edin.
Əsərin bədii təsir
gücünü artıran vasitələr
|
||
Bədii təsvir və ifadə vasitələri (nümunələrlə əsaslandırmalı)
|
Obrazlı söz, ifadə və cümlələr( nümunələrlə əsaslandırmalı)
|
Təsvirlər
(nümunələrlə əsaslandırmalı)
|
|
|
|
5. Əsərdəki
başlıca fikir – ideya, sizcə, nədir? Cədvəldən istifadə edin.
Əsərin əsas ideyası
|
Nə üçün belə düşünürsünüz?
|
|
|
Kiçik qruplarda işin təşkilinə
üstünlük verən müəllim dərslikdəki tapşırığa yaradıcı yanaşa bilər. Sualların dəyişdirilməsi,
onlara əlavələr edilməsi, yeni cədvəl formalarının təklif edilməsi və s. müəllimin
istəyindən asılı olaraq, həyata keçirilə bilər. Hər qrupa iş vərəqində bir sual
təklif edilsə də, bütün qrupların əlavə mənbələrlə təmin edilməsi məqsədəuyğundur.
Məsələn, K.Talıbzadənin tərtib etdiyi “Şaiqanə yad et” (Bakı, 1981) kitabındakı
“Həmişə yadımda olan insan” mətni hekayə ilə bağlı aparılan tədqiqat üçün
maraqlı mənbədir. Eləcə də T.Əhmədovun “Abdulla Şaiq” (Bakı, 2009), “Əgər Şaiq
olmasaydı” (Bakı, 2012) kitablarından seçilmiş bölmələrlə tanışlıq şagirdlərin
daha səmərəli tədqiqat aparmalarına imkan yaradar.
Tədqiqat zamanı şagirdlərə hekayənin
müəllifi və Anabacı obrazları ilə bağlı
cavablarında əsərdən aşağıdakı 2 nümunəyə də münasibət bildirmələri
tövsiyə edilir
1. Bir
аz sоnrа bu qоcа və düşkün qаdınа əl tutmаq məqsədi ilə bir qədər pul vеrmək
istərkən dik-dik üzümə bахdı. Sərt bir səslə:
– Bu nədir? Mən bunu sənə sаtmаq ücün gətirməmişəm.
Оnun üçün bаzаr vаr. Bunu sənə bəхşiş gətirmişəm,
– dеyə əllərini çаrşаbının аltındа bir-birinə sıхаrаq sахlаdı. О bu sözləri dеyərkən
gözlərindəki ildırımlаr tа qəlbimin icində pаrtlаyаn kimi оldu, yохsul, miskin
bildiyim bu qаrının bu qədər qəhər və hiddəti qаrşısındа biiхtiyаr titrədim.
Hər zаmаn hüzn, iztirаblа məni yаrаlаyаn bu
miskin qаdın bu dəfə məğrurluğu ilə məni qоrхutdu. Bir dаhа üzünə bахdım. Bu dəfə
üzünə qəhər və hiddət qığılcımlаrının yеrinə vəzifələrini bitirmiş оlаnlаrа məхsus
qürur rəngi çökmüşdü. Gözlərinin bахışı, ziyаsı qəlbinin rаhаt-rаhаt
döyündüyünü göstərirdi. Hеç bir zаmаn görmədiyim bu rəng, bu işıq nədən
dоğmuşdu?
-2. Köhnə nəslin sоn qəhrəmаnı оlаn bu qаdın hələ
qаrşımdа оturmuş, mənə mеydаn охuyur, həm də аtа-bаbаdаnqаlmа kеçmiş əхlаq və səciyyələrini
bütün hаl və hərəkətləri ilə mənə аnlаdırdı. Аrtıq yаrım əsr əvvəlin cаnlı
tаriхi оlаn bu qаdın, nəzərimdə dаhа böyümüş, dаhа cаnlаnmış, sаnki mənə:
“Yохsul оlsаm dа, qəlbim gеniş, ruhum ucаdır” dеmək istəyirdi. Çох gözəl, bunu
mən də еtirаf еdirəm. Lаkin, еy yüksək qаdın, söylə, аltmış illik səfil bir həyаtın
sənə yükləmiş оlduğu аğır yüklər bеlini bükmüş, gözlərinin nurunu аlmış, dizlərini
tаqətsiz еtmiş оlduğu hаldа, nеcə оlmuş ki, qəlbinə, ruhunа tохunmаmışdır? Sən
mənə bunu аnlаt! Cədvəllərlə işləməyə şagirdlər xüsusi maraq göstərirlər. Müəllim
buna laqeyd qalmamalı, cədvəllərdəki tələblərə əhatəli cavab yazılmasına diqqət
yetirməlidir. Cədvəllərin formasına, qeyd edildiyi kimi, müəllim yaradıcı yanaşa bilər. O, lazım gələrsə,
cədvəllərə əlavələr etməkdə, yaxud onlarda sadələşdirmə aparmaqda sərbəstdir.
Məlumat
mübadiləsi mərhələsində kiçik qrupların təqdimatlarının
fəal dinlənilməsi təmin olunur. Qrup sözçülərinin məlumatları necə, hansı səriştə
ilə çatdırdıqlarına müəllim diqqət yetirir, təkrarların, əhəmiyyətsiz faktların
xatırladılmasına yol verilmir. Bunun ehtiyatla və yerində həyata keçirilməsi
şagird təqdimatlarının daha məzmunlu olmasında,
həmin mərhələnin səmərəliliyində az rol oynamır. Bütün bunlara
baxmayaraq, cavablarda pərakəndəlik, əsaslandırılmamış mülahizələr, birtətərəfli
yanaşma müşahidə edilir. Bunlar məlumatın
müzakirəsi və təşkili mərhələsində aradan qaldırılır. Müzakirənin
diskussiya xarakterli olmasına, hər bir şagirdin öz fikrini sərbəst ifadə etməsinə
imkan yaradılır. Başlıcası isə, hər qrupun cavabına digər qrupların yaradıcı
yanaşmalarının təmin edilməsidir. Başqa sözlə, hər bir qrupun şagirdləri digər
qrupların əldə etdikləri nəticələrə təkcə təqdimatlar əsasında deyil, hekayə ilə
bağlı qazandıqları bütün bilik və bacarıqlar zəminində ciddi münasibət bildirməli,
tutarlı əlavələr etməli, onlarda zəruri düzəlişlər aparmalıdır. Məsələn,
tapşırığın 2-ci sualı (Hekayənin mövzusunu və onda
qaldırılmış başlıca problemi müəyyənləşdirin. Gəldiyiniz nəticəyə əsasən cədvəldə
qeydlər edin) üzərində işləyən qrupun təqdimatına digər
qruplar münasibət bildirərkən cədvəldə əksini tapmış bütün tələblərlə (əsərin
mövzusu; əsərdə diqqətə çatdırılan başlıca problem; problemin həllini yazıçı nədə
görür; problemin həlli barədə şagirdlərin özləri nə düşünür) bağlı öz mövqelərini
ortaya qoymalıdırlar.
Deyilənlərin ümumi ideya halına
salınması, ümumiləşdirmənin aparılması növbəti mərhələdə həyata keçirilir.
Nəticənin
çıxarılması, ümumiləşdirmənin aparılması.
Bu mərhələnin səmərəli keçməsi müəllimin əvvəlcədən hazırladığı istiqamətləndirici
suallardan xeyli dərəcədə asılıdır. Bu,
şagirdlərin müstəqilliyini və fəallığını əlindən almır, əksinə, onlara mənimsədiklərinə
əsaslanmaqla fikirlərini ümumiləşdirmə əsasında ifadə etməyə imkan verir.
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “altmış illik səfil bir həyat” bu zərif
qadının belini “ağır yüklərlə” büksə də, “gözlərinin nurunu” alsa da, “dizlərini
taqətsiz etsə” də “qəlbinə, ruhuna toxuna” bilməmişdir. “Ata-babadanqalma
keçmiş əxlaq və səciyyə” “köhnə nəslin qəhrəmanı olan” bu qadında mənlik, şərəf
və ləyaqət hissini qoruyub saxlamışdır.
Çıxarılmış nəticələr şagirdlərin
irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir.
Qiymətləndirmə.
Formativ qiymətləndiməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə
meyarları:
Səciyyələndirmə
Aydınlaşdırma
Şərhetmə, münasibətbildirmə
I
səviyyə
|
II
səviyyə
|
III
səviyyə
|
IV
səviyyə
|
Ədəbi qəhrəmanları müəllifin mühakimələrindən çıxış etməklə səciyyələndirməkdə
çətinlik çəkir.
|
Ədəbi qəhrəmanları müəllifin mühakimələrindən çıxış etməklə
qismən
səciyyələndiririr.
|
Ədəbi qəhrəmanları müəllifin mühakimələrindən çıxış etməklə əsasən
səciyyələndirir.
|
Ədəbi qəhrəmanları müəllifin mühakimələrindən çıxış etməklə səciyyələndirir.
|
Hekayədə bədii təsvir
və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
|
Hekayədə bədii təsvir
və ifadə vasitələrinin rolunu suallar verməklə, müəllimin köməyi ilə
aydınlaşdırır.
|
Hekayədə bədii təsvir
və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.
|
Hekayədə bədii təsvir
və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
|
Hekayənin mövzusunu,
ideya-bədii xüsusiyyətlərini şərh etməkdə, əsaslandırılmış münasibət
bildirməkdə çətinlik çəkir.
|
Hekayənin
mövzusunu, ideya-bədii xüsusiyyətlərini
şərh edir, suallar
və müəllimin köməyi ilə əsaslandırılmış münasibət bildirir.
|
Hekayənin mövzusunu,
ideya-bədii xüsusiyyətlərini şərh
edir, münasibətini əksər
hallarda əsaslandırır.
|
Hekayənin
mövzusunu, ideya-bədii xüsusiyyətlərini
şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
|
Hekayə ilə bağlı təqdimat və çıxışlarında
müxtəlif mənbələrdən topladığı
materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh etməkdə
çətinlik çəkir.
|
Hekayə ilə bağlı təqdimat və çıxışlarında müxtəlif
mənbələrdən topladığı materiallara qismən əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini müəllimin köməyi ilə
şərh edir.
|
Hekayə ilə bağlı təqdimat və çıxışlarında
müxtəlif mənbələrdən topladığı materiallara
əksər hallarda əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
|
Hekayə ilə bağlı təqdimat və çıxışlarında
müxtəlif mənbələrdən topladığı
materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
|
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
Ədəbiyyat tədrisinin planlaşdırılması
Ədəbiyyat tədrisinin
planlaşdırılması
Plan
1. Ədəbiyyat tədrisinin planlaşdırılmasının əhəmiyyəti
2. Planlaşdırmaya verilən tələblər
3. Təlim materiallarının planlaşdırılmasının növləri
Ədəbiyyat
tədrisinin planlaşdırılması məktəbdə ədəbi təhsilin bütün sahələri ilə əlaqədardır.
Proqram və dərsliyin mövcudluğu hələ işin sistemli, planlı təşkili demək
deyildir. Ədəbi biliklərin mənimsənilməsi, şagirdlərin şifahi və yazılı rabitəli
nitqinin inkişaf etdirilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması tədris
prosesinin elmi-metodik zəmində planlaşdırılmasından çox asılıdır.
Bəzi müəllimlər
şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafı üzrə il ərzində fəaliyyətlərini,
dərsin və sinifdənxaric işlərin təşkili, əlavə tədris materialları
hazırlanması, onlardan istifadə edilməsi üzrə görəcəkləri işləri planlaşdırarkən
çətinliklərlə qarşılaşır. Müəllim dərs deyəcəyi sinfin hazırlıq səviyyəsini, tədris
etdiyi fənnin xüsusiyyətlərini, məzmununu, tələblərini bilmədən düzgün planlaşdırma
apara bilməz. Aydın məsələdir ki, dərsliklərin təməlini qoyan, müəllimin fəaliyyətini
istiqamətləndirən mühüm dövlət sənədi kimi ədəbiyyat proqramının (yaxın gələcəkdə
isə kurikulumun) dərindən öyrənilməsi, təlim prosesinin təşkilində onlara
istinad edilməsi çox vacibdir.
Son illərdə
təcrübəsiz müəlliflər tərəfindən proqram materiallarının metodik cəhətdən əsaslandırılmamış
planlaşdırmalarının nəşr olunub yayılması hallarına təsadüf edilir. Belə
arzuolunmaz halın qarşısını almaq üçün metodik mərkəzlər, təcrübəli, səriştəli
metodistlər tərəfindən planlaşdırma nümunələrinin işlənilib müəllimlərin ixtiyarına
verilməsi zəruridir. Nümunəvi planlaşdırma gənc müəllimlərə istiqamət verir,
təcrübəli müəllimlərin pedaqoji yaradıcılığı üçün zəmin yaradır, təlim
prosesində mənfi halların qarşısını alır.
Müəllim
üçün təlimin təşkilində bu və ya digər mövzu üzrə keçiləcək dərslərin
ardıcıllığının, sisteminin əvvəlcədən aydın olması mühüm şərtdir. Tədris
prosesində sistemin yaradılması müəllimdən bir-birindən təcrid olunmuş dərslər
haqqında deyil, ilk növbədə il boyu keçilən kurs, onun bölmələri, mövzu üzrə
dərslər haqqında aydın təsəvvürə malik olmağı tələb edir.
Metodik ədəbiyyatda
ədəbiyyat dərslərini planlaşdırarkən üç əsas tələbin nəzərə alınması zəruri
hesab edilir:
1. Planın sistemi ədəbiyyat tədrisinin spesifik şərtlərinə cavab verməlidir:
ədəbiyyatın əsas bölmələrini, ədəbiyyat
tarixini, ədəbiyyat nəzəriyyəsini, yazı işlərini əks etdirməli,
proqramın mövzular üzrə bölgüsünə uyğun
olmalı, ayrı-ayrı bədii əsərlər, yazıçının yaradıcılığı, ədəbi cərəyanlar və s. nəzərdə tutmalıdır);
2. Plan tədris-pedaqoji prosesin bölgülərinə (dərs, mövzu, yarımillik, illik) uyğun olmalıdır;
3. Planlaşdırmanın sistemi özünün
yığcamlığı, pedaqoji prosesin
müxtəlf şəraitə uyğunluğu ilə (şagirdlərin hazırlığı, vaxt və s.) və müəllimin fərdi xüsusiyyətləri ilə (müəllimin
hazırlıq dərəcəsi, iş təcrübəsi və s.) fərqlənməlidir.[1]
Ədəbiyyat
dərslərinin illik, tematik və gündəlik planlaşdırması vardır. Bununla yanaşı, ədəbiyyatdan
təlim materialları ilə əlaqəli sinifdənxaric işlər də (sinifdənxaric oxu, ədəbiyyat
dərnəklərində iş, təlim ekskursiyaları və s.) planlaşdırılır.
İllik plan. İllik plan sadə olmalı, bütün məsələləri təfərrüatı
ilə əks etdirməməlidir. Bütün bunlar gündəlik dərs planına daxil edilən məsələlərdir.
İllik plana konkret mövzu (ədəbi material), hansı
standartların reallaşdırılacağı, inteqrasiya imkanları, strategiyalar,
metodlar, iş formaları, resurslar, qiymətləndirmənin üsul və vasitələri daxil
edilir. Məsələn, 7-ci sinifdə ədəbiyyat
fənn kurikulumu üzrə təlim materiallarının illik planlaşdırılması belə
aparılır:
Həftələr
|
Mövzular
|
Reallaşdırılan
standartlar
|
İnteqrasiyanın
reallaşdırılması
|
Strategiyalar:
metodlar,
iş
formaları
|
Resurslar
|
Qiymətləndirmə
üsul və vasitələri
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
1-ci həftə
|
Giriş.
Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
|
2.1.2.
2.2.1.
|
Az.d., 2.2.3.
X.d.3.1.4
|
Müsahibə, mü
zakirə,
bütün siniflə birgə iş.
|
Dərslik, ədəbiyyatın rolu haqqında fikirlər yazılmış
plakat.
|
Müsahibə (müəllimin
diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), şifahi
sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə
(tapşırıq)
|
1.
ŞİFAHİ XALQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR
|
||||||
1-ci həftə
|
“Dərzi şagirdi Əhməd”. Məzmunu
üzrə iş
|
1.1.1. 1.1.5.
2.1.2.
|
Az.d.2.1.1., 2.2.2.
X.d. 2.1.3.
|
Əqli hücum, müsahibə, təqdimat,
fərdi iş, cütlük şəklində
iş, kiçik qrup-larda iş, bütün siniflə birgə iş
|
Dərslik, əsərin məzmununa
uyğun şəkillər, lüğətlər, http:// az.wikipedia.org/wiki/
Azərbaycan_folkloru
|
Müsahibə (müəllimin
diaqnostik qeydiyyat vərəqi), oxu (mətn),
şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə
(tapşırıq)
|
2-ci həftə
|
“Dərzi şagirdi Əhməd”. Məzmunu
üzrə iş
|
1.1.1.
1.1.5.
2.1.1.
|
Az.d.
2.1.1., 2.2.2., X.d.
2.1.3.
|
müsahibə, müzakirə, təqdimat,
fərdi iş, cütlük şəklində
iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
|
Dərslik, əsərin məzmununa
uyğun şəkillər, lüğətlər, http:// az.wikipedia.org/wiki/
Azərbaycan_folkloru
|
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq
bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə
(şagirdin təqdimatı)
|
“Dərzi şagirdi Əhməd”.
Təhlili.
|
1.2.1.
1.2.2.
1.2.3.
1.2.4.
1.1.2. 3.1.3.
|
Az.d.
1.2.4., 2.2.3. X.d.
3.1.4.
|
Müsahibə, müzakirə, təqdimat,
prob-lemin həlli, fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün
siniflə birgə iş
|
Dərslik, iş vərəqləri,
http:// az. wikipedia.org/wiki/Azərbaycan_ folkloru
|
Şifahi sual-cavab (şifahi
nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə
(şagirdin təqdimatı)
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
3-cü
həftə
|
“Durna teli.”
Məzmunu üzrə iş
|
1.1.1., 1.1.5., 2.1.2.
|
Az.d.2.1.1.X.d.3.1.3.
|
Müsahibə, fasilələrlə
oxu, təqdimat, fərdi iş, qruplarla iş
|
Dərslik, əsərin məzmununa
uyğun şəkillər, lüğətlər, http://az.wiki-pedia.org/wiki/ Azərbaycan_
folkloru
|
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq
bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
|
“Durna teli.”.
Məzmunu üzrə iş
|
1.1.1., 1.1.5., 2.1.2.
|
Az.d.2.1.1.X.d.3.1.3.
|
Müsahibə, fasilələrlə
oxu, təqdimat, fərdi iş, qruplarla iş
|
Dərslik, əsərin məzmununa
uyğun şəkillər, lüğətlər, http://az.wikipedia.org/wiki/Azərbaycan_folkloru
|
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq
bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə
(şagirdin təqdimatı)
|
|
4-cü həftə
|
“Durna teli.”
Təhlili
|
1.2.1., 1.2.2., 1.2.3., 1.2.4.
|
Az.d.1.2.4. X.d. 3.1.4.
|
Müzakirə, tədqiqat, təqdimat,
Venn diaqramı, fərdi iş, kiçik və böyük qruplarda iş.
|
Dərslik, iş vərəqləri,
http://az.wikipe-dia.org/wiki/Azərbaycan_folkloru
|
Müşahidə (müşahidə vərəqləri),
şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə
(tapşırıq), layihə (şagirdin təqdimatı)
|
Tematik plan. Ədəbiyyat üzrə təqvim-tematik planlaşdırma nümunələri
də təlim prosesini təşkili üçün əhəmiyyətlidir.
Müəllim təqvim-tematik planlaşdırmanın sxemlərindən istifadə etməklə tədris etdiyi materialın məzmununu (bölmə, mövzu),
saatların miqdarı, bölmələr, mövzular üzrə işin məqsəd və vəzifələri, öyrədiləcək
yeni ədəbi-nəzəri anlayışları, nitq fəaliyyətini (yazılı və şifahi), fənlərarası
əlaqə, şagirdlərin nailiyyət səviyyəsinin izlənilməsi üsullarını müəyyənləşdirə bilər.
Tematik
planda müəyyən mövzuda material dərslər üzrə bölünür. Bu planda hər dərsin
mövzusu, məzmunu göstərilir. Geniş işlənmiş tematik planda dərsdə istifadə
edilən metod və üsullar (mühazirə, müsahibə, ifadəli oxu, ev tapşırığı və s.)
qeyd edilir. Tematik plandan proqramda tədrisinə çox saat ayrılmış mövzularda
istifadə etmək məqsədəuyğundur.
Gündəlik plan. Müəllimin təlim fəaliyyətində hər bir dərs üçün ayrıca gündəlik
planının hazırlanması
çox əhəmiyyətlidir. Planlaşdırmanın ən konkret forması olan gündəlik dərs
planı iki formada – yığcam şəkildə tərtib olunmuş sadə plan şəklində və dərsin gedişini bütün təfərrüatı ilə əks
etdirən icmal formasında olur.
Təcrübə
göstərir ki, bəzi müəllimlər bu işə formal yanaşır, dərs planının
hazırlanmasını lüzumsuz hesab edərək mövzuya dair başdansovdu qeydlər
aparmaqla işlərini bitmiş hesab edirlər. Halbuki qabaqcıl müəllimlərin iş təcrübəsi
sübut edir ki, yaxşı düşünülmüş, metodik nailiyyətlərdən istifadə ilə hazırlanmış
dərs planı müəllimin konkret dərs üçün fəaliyyətinin, təlim uğurlarının əsasıdır.
Bu bir həqiqətdir
ki, yaradıcı müəllim eyni mövzuda neçə uğurlu dərs keçsə də, həmin dərslər
bir-birinə bənzəməyəcədir. Müasir dərsdə şagirdlərin bilik və bacarıqlara müstəqil,
əməkdaşlıq şəraitində yiyələnməsi, yaradıcı, təşəbbüskar fəaliyyətinin təmin edilməsi müəllimdən böyük zəhmət və
yaradıcılıq tələb edir. Dərsdə görüləcək
işlər, fəaliyyət istiqamətləri, metodik sistem müəllim tərəfindən əvvəlcədən dəqiq
müəyyənləşdirilməli, təlim prosesinin hər mərhələsi üçün zəruri qeydlər aparılmalıdır.
Plan tərtib edilərkən ədəbiyyat dərsinin tipləri nəzərə alınmalıdır. Hər
bir dərs tipinin özünəməxsus məzmunu, forması və müəyyən vəzifələri olur. Dərsə
hazırlaşan müəllim konkret təlim məqsədlərindən çıxış edərək dərsin tipini
müəyyənləşdirir, müvafiq təlim materialı seçir, təlim metodlarının öyrənilən
materialın məzmununa uyğunluğunu, şagirdlərin yaş və bilik səviyyəsini nəzərə
alır.
Metodist
alimlər ədəbiyyat dərslərinin tipləri haqqında müxtəlif fkirlər irəli sürürlər. Məktəb təcrübəsində ədəbiyyat
dərslərinin
3 tipindən istifadə özünü doğrultmuşdur:
3 tipindən istifadə özünü doğrultmuşdur:
1.
Bədii əsərlərin öyrənilməsi dərsləri;
2.
Ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixinin öyrənilməsi
dərsləri;
3.
Nitq inkişafına həsr olunan dərslər.
Dərsin tipləri
müxtəlif olsa da, təlim materialları aşağıdakı metodik məqamlarda birləşir:
1.
Yeni materialın öyrənilməsində (buraya müəllimin mühazirəsi,
müsahibə, təlimin texniki vasitələrindən istifadə olunan dərslər daxildir.);
2.
Bilik, bacarıq və vərdişlərin təkmilləşdirilməsində
(müstəqil işlər, seminar dərslər və s.);
3.
Ümumiləşdirmə və sistemləşdirmə aparılmasında;
4. Qarışıq tipli (kombinə edilmiş) dərs formasından
istifadədə (biliyin yoxlanılması, sorğu, yeni biliyin mənimsənilməsi,
biliyin tətbiqi, möhkəmləndirilməsi, qiymətləndirmə, ev tapşırığının verilməsi).
Məktəb təcrübəsində qarışıq tipli dərsə daha çox yer verilir. Belə
dərslərdə müxtəlif dərs tipləri birləşir, ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi,
bədii mətn üzrə iş, nitq inkişafı məsələləri vəhdətdə götürülür.
Ümumtəhsil
məktəblərində kurikulum üzrə dərslərin iki tipindən geniş bəhs olunur :
İnduktiv dərs, deduktiv dərs. İnduktiv
dərsdə şagirdlər xüsusidən, konkret fakt və hadisələrdən çıxış edərək ümumi nəticəyə
gəlir, qanunauyğunluğu aşkara çıxarırlar. Ədəbiyyat dərslərində induksiya əsasında
evristik müsahibə, əsərin mətni üzrə müşahidələr, araşdırmalar aparılır.
Şagirdlər bədii əsərin mövzusunu, obrazlarını, bədii xüsusiyyətlərini təhlil
edərək sənətkarın niyyəti, əsərdəki başlıca ideya haqqında nəticə çıxarırlar. Deduktiv dərsdə isə şagirdlər yeni
biliyə müşahidə olunmuş faktların ümumiləşdirilməsi nəticəsində yox, öyrənilən
mövzu, problemə xas olan daha ümumi qanunauyğunluqların, modellərin əsasında
yiyələnirlər. Yeni biliyin mənimsənilməsi prosesi və ya hər hansı idraki
tapşırığın yerinə yetirilməsi ümumi müddəalardan başlayır və onların konkret mətnə,
mövzuya tətbiqi ilə yekunlaşır. Məsələn, şagirdlər bədii əsərdə süjetin mərhələləri
haqqında nəzəri biliklərə yiyələnir, sonra hər dəfə yeni süjetli əsərləri keçəndə
əvvəlki nəzəri biliklərə istinad edərək
konkret mətndə süjetin mərhələlərini müəyyənləşdirirlər.
Təlim
prosesində induksiya və deduksiya bir-biri ilə üzvi əlaqədə olur. Odur ki, dərsdə
induksiya ilə deduksiyanın bir-birindən təcrid edilməsindən yox, bir-biri ilə
qarşılıqlı münasibətlərindən danışmaq daha məqsədəuyğundur.
Gündəlik dərs
planı hazırlanarkən aşağıdakı məsələlərə diqqət yetirilir:
1.
Mövzu və məqsədin konkretləşdirilməsi. Dərsin başlıca
metodik vəzifəsinin və onun yerinə yetirilməsi yollarının müəyyənləşdirilməsi;
2.
Dərsin tipinin müəyyənləşdirilməsi;
3.
Təlim üçün materialların seçilməsi;
4.
Ümumi mənzərənin təsviri (müəllim və şagirdlərin fəaliyyət
istiqamətlərinin, görüləcək işlərin, sərf ediləcək vaxtın müəyyənləşdirilməsi);
5.
Dərsin ayrı-ayrı mərhələlərində şagirdlərin fəaliyyət
növünün müəyyən olunması;
6.
Qarşılıqlı fəaliyyət
formalarının (fərdi, cütlər, qruplarla, kollektiv iş) müəyyənləşdirilməsi, sorğu,
müzakirə üçün sual və tapşırıqlar sisteminin hazırlanması);
7.
Təchizatın (əyani və texniki vəsaitlər və s.) müəyyənləşdirilməsi;
8.
Qiymətləndirmənin çevik formalarından istifadə.
Gündəlik dərs
planının tərtibi zamanı nəzərə almaq lazımdır ki, interaktiv metodlar üzrə dərslər
ənənəvi dərslərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Xüsusən müasir dərslərin
fərqli strukturu, əməkdaşlığın, fəal, interaktiv
metodların aparıcı yer tutması, qiymətləndirmə
prosesində məktəblilərin fəal iştirakı və s. məsələlərin diqqət mərkəzində
saxlanılması zəruridir. İndi dərsdə istifadə üçün mövzu, problemlə bağlı sual
və tapşırıqların, testlərin tərtibinə xüsusi diqqət yetirilir, şagirdlərin fəaliyyətində
praktik istiqamət gücləndirilir.
Gündəlik
planda dərsin quruluşu, görüləcək işlər dəqiq, addım-addım müəyyənləşdirilir,
təlim prosesinin məntiqi, qanunauyğunluqları ilə uzlaşır. Dərsin quruluşunun
hər mərhələsi qarşıya qoyulan təlim məqsədlərinə çatmaqda bir addımdır. Dərsin
hər mərhələsində təlimin nəticələrinə
təsir edən amilləri, şərtləri nəzərə alan çevik metodika olmalıdır.
Dərsin
quruluşu müəllimin onu hansı metodika üzrə keçəcəyindən asılı olaraq müəyyənləşdirilir.
Məlum olduğu kimi, hazırda məktəblərimizdə fəal,
interaktiv təlim texnologiyalarına geniş yer verilməkdədir. İnteraktiv
metodlarla keçilən dərsin quruluşu ilə ənənəvi dərsin quruluşu arasında ciddi fərqlər
var.
Ənənəvi dərsin quruluşu
|
İnteraktiv metodların tətbiq olunduğu dərsin
quruluşu
|
1. Sinfin təşkili
2. Keçmiş dərsin sorğusu
3.
Əvvəlki mövzu ilə yeni mövzu arasında
əlaqə yaradılması
4.
Yeni mövzunun izahı
5.Yeni
biliyin möhkəmləndirilməsi
6.
Ev tapşırığının verilməsi
|
1. Sinfin təşkili, ev tapşırığının
yoxlanılması.
2.
Motivasiya yaradılması, problemin
qoyuluşu
3.
Tədqiqat aparılması
4.
İnformasiya mübadiləsi
5.
İnformasiyanın müzakirəsi və
təşkili
6.
Nəticə, ümumiləşdirmə
7.
Yaradıcı tətbiqetmə, ev tapşırığının
verilməsi
8. Qiymətləndirmə
və ya refleksiya
|
Dərsə hazırlıq dövründə bu
və ya digər mövzu üzrə ədəbiyyatşünaslıq və metodik materialların tapılması
işin bir tərəfidir. Həmin materiallardan təlim prosesində təhsil, tərbiyə və
inkişaf vəzifələrinin yerinə yetirilməsi, şagird əməyinin təşkili
baxımından məqsədyönlü istifadə olunması başlıca məsələdir.
Müəllim dərsə hazırlaşarkən öyrəniləcək əsəri yenidən oxumalı, mövzu, problem üzrə
biliklərini təzələməli və dərinləşdirməlidir. Paralellər,
müqayisələr aparmaq üçün mövzu, problemlə bağlı digər əsərlərin də oxunması
faydalıdır. Müəllim əsərin ifadəli oxusuna, bədii nağıletməsinə hazırlaşmalı, sənətkarın
yaradıcılığını, əsərin ədəbiyyat kursunda yerini dəyərləndirməlidir.
Müəllimin gündəlik dərs
planlarını kompyuterdə yazması, vərəqlərdə çap edərək dərsdə bəhrələnməsi daha
məqsədəuyğundur. Bu, vaxt itkisini, növbəti illərdə həmin mövzu üzrə hər şeyi
sıfırdan başlayıb yeni plan yazmaq lüzumunu aradan qaldırardı. Müəllim dərs
planlarını kompyuterin yaddaşında qoruyub saxlamaqla, hər dəfə əlavələr etmək,
təkmilləşdirmək, zənginləşdirməklə gələcək dərslərdə də yaradıcı şəkildə istifadə
etmək imkanı qazanır.
Подписаться на:
Сообщения (Atom)