Dramatik əsərin məzmununun mənimsədilməsi və təhlili üzrə dərs nümunələri
Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının məzmununun mənimsədilməsi (1-ci saat)
Standartlar
|
Təlim nəticələri
|
1.1.1. Müxtəlif vəznli (heca, əruz) dramlardə və
süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin
mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
|
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
|
1.1.5. Müxtəlif vəznli
(heca, əruz) dramlardə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini
(metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
|
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında
sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
istifadə edir.
|
2.2.1.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dramla bağlı müzakirədə
dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi
və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin qiymətləndirmə
meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin
qoyuluşu. Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət
baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə
aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür.
Digər bir variant aşağıdakı məzmunda ola
bilər: İnternetdə (YouTube https://www.youtube.com/watch?
v=rXs2X1Z5u6I) “Cavid ömrü” filmindən bir parçanın nümayiş
etdirilir. Filmdəki kadrlar şagirdlərdə sənətkarın yaradıcılığını öyrənməyə
maraq yaradır. Müəllim “Baxdığınız epizod sizdə hansı düşüncələr oyatdı?” qəbildən
suallar əsasında yığcam müsahibə aparır və sonda tədqiqat sualı
formalaşdırılır.
Tədqiqat sualı: Dramaturqun anaya həsr olunmuş əsər yazmasına səbəb, sizcə,
nədir?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Şagirdlərin
dramatik əsərin məzmununu dərindən mənimsəməsi baxımından rollar üzrə oxunun tətbiqi
məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, dramatik əsər öz təbiəti etibarilə
şifahi nitqə və qəhrəmanların hərəkətlərinə əsaslanır. Dramatik əsərin qəhrəmanının
bədii obrazı onun nitqi ilə yaradılır. Bu baxımdan dərsdə əsərin səsli, rollar
üzrə oxusu şagirdlərin dramatik mətnin xüsusiyyətlərini duymaq və qavramaq,
dialoq, monoiloq, replikaları diqqətlə müşahidə etmək
imkanı əldə edirlər. İnternetdə (https://www.youtube.com/watch?v=TnhkH7YzUb8)
“Ana” mənzum dramının teatr tamaşası yerləşdirilib. Dərsdə rollar üzrə
oxu ilə yanaşı, həmin tamaşadan parçaların nümayiş etdirilməsi də faydalıdır.
Müəllim I hissədəki ayrı – ayrı səhnələri (Səlma ananın İsmətlə
Qanpoladın məktubu barədə söhbəti, İsməti güdən Orxanla İzzətin söhbəti, İsmətlə
Orxanın qarşılaşması, İsmətin Orxanın niyyətini qardaşı Səlimə xəbər verməsi, Səlmanın
İsmətə Qanpoladın gəlməsi xəbərini çatdırması) rollar üzrə oxu üçün şagirdlər
arasında bölüşdürür.
Əsərin rollar üzrə ayrı-ayrı parçalar şəklində oxunduğu üçün teatr
tamaşasında olduğu kimi parçalararası fasilələlər edilməsi təbiidir. Bu fasilələrdə
tanış olmayan sözlərin mənası aydınlaşdırılır, hadisələrin inkişaf xəttinə,
ayrı-ayrı detallara diqqət yetirilir.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər I hissəni bir daha
nəzərdən keçirib, mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar.
1. Əsərin birinci hissəsini
rollar üzrə oxuyun, tanış olmayan sözlərin mətnə müvafiq mənasının aydınlaşdırılmasında
fəal iştirak edin.
2.
Oxuduğunuz hissəni
bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə
mətnin kənarındakı suallara cavab
hazırlayın.
3. Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin
və
ümumiləşdirin.
4.
Çıxardığınız nəticələr
barədə
təqdimatlar əsasında
fikir
mübadiləsi
və müzakirə aparın.
Kiçik qruplarda birləşən şagirdlər hazırladıqları cavabları dəqiqləşdirirlər.
Məlumat mübadiləsi və müzakirəsi. Suallar əsərdə konfliktin necə yarandığını və inkişaf etdiyini izləməyə
imkan verir. Bu isə öz növbəsində həm dram janrının xüsusiyyətlərini mənimsəməyə,
həm də əsərin təhlilinə zəmin yaradılır. Eyni zamanda şagirdlərdə ilkin qavrama
zamanı emosional ovqat yaranır.
Müzakirə zamanı müəllim dialoji nitq
bacarığının nümayişinə, fikirlərin sərbəst
söylənilməsinə, müqayisəsinə, onlara əlavələrin edilməsinə, təkliflərin irəli
sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə
istiqamət verir. Deyilənlərin ümumiləşdirilməsi, sistemə salınması, tədqiqat sualına doğru
cavabın tapılması həmin mərhələdə diqqət yetirilən başlıca məsələlərdən olur.
Nəticənin şıxarılması,
ümumiləşdirmənin aparılması mərhələsində indiyə qədər deyilənlərin
ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Şagirdlər
dramda sətiraltı mənaların olduğunu, ədibin məhəbbəti deyil, cəmiyyətdəki ədalətsizlikləri,
dövrün ictimai eyiblərini ön plana
çıxardığını qeyd edirlər.
Çıxarılmış nəticənin
şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət
yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş
meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə
meyarları
Aydınlaşdırma
Müəyyənləşdirmə
İstifadəetmə
Nümayişetdirmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
suallar verməklə və kömək əsasında aydınlaşdırır.
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından bəzən
çətinliklə aydınlaşdırır.
|
Tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
istifadə etməklə dəqiq aydınlaşdırır.
|
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik
çəkir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək
əsasında müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini bəzən çətinliklə müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
istifadə etməkdə çətinlik çəkir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
qismən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
əsasən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
məqamında istifadə edir.
|
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.
|
Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş
etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
|
Dərslikdəki
“Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə
xatırladılır.
Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının məzmununun mənimsədilməsi (2-ci saat)
Standartlar
|
Təlim nəticələri
|
1.1.1. Müxtəlif vəznli (heca, əruz) Dramlardə və
süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin
mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
|
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu
kitablarından istifadə etməklə aydınlaşdırır.
|
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema)
janr xüsusiyyətlərini müəyyənləşdirir.
|
Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
|
1.1.5.Müxtəlif vəznli
(heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini
(metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
|
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında
sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
istifadə edir.
|
2.2.1.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dramla bağlı müzakirədə
dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi yığcam müsahibə və müzakirə
ilə müəyyənləşdirilə bilər.
Tədqiqatın aparılması
Evdə oxunmuş hissəni bir daha nəzərdən keçirən şagirdlər mətnkənarı
suallara cütlük şəklində cavab hazırlayırlar. Sonra kiçik qruplarda birləşən
şagirdlər cavablarını dəqiqləşdirirlər. Bu mərhələdə sonra təqdimatlar əsasında
fikir mübadiləsi və müzakirə həyata
keçirilir. Təqdimat və çıxışlarda bədii təsvir vasitələrindən necə istifadə
edilməsinə, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğuna diqqət
yetirilir.
Dərslikdəki “Bilik və bacarıqlarınızı
tətbiq edin” başlıqlı tapşırıqların fərqli olaraq yerinə yetirilməsi məqsədəuyğundur.
1.Bilik və bacarıqlarınızı tətbiq edin.
1. Hadisələrin başlanğıcını, münaqişənin (ziddiyyətin)yaranmasını,
inkişafını,ən gərgin, yüksək mərhələyə çatmasını və həll olunmasını
(açılmasını) bir-iki cümlə ilə yazın.
6.
Əsərin ikinci hissəsində işlənmiş bədii təsvir və ifadə vasitələrini
müəyyənləşdirin, dəftərinizdə, yaxud iş
vərəqində çəkdiyiniz cədvəldə yazın.
Bədii təsvir və ifadə
vasitəsi
|
İşləndiyi cümlə
|
Görülmüş işlər nəticənin çıxarılmasına, ümumiləşdirməyə imkan verir.
Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, H.Cavidin bu mövzuda əsər yazması təsadüfi
deyildir. Ananı müqəddəs sayan, onu yüksək dəyərləndirən şair pak, ülvi hislərlə
yaşayan, hər cür pislikdən, şərdən yüksəkdə dayanan ana obrazı yaratmaya bilməzdi.
Çıxarılmış nəticənin tədqiqat sualı və şagirdlərin irəli sürmüş
olduqları fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni
müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları
Aydınlaşdırma
Müəyyənləşdirmə
İstifadəetmə
Nümayişetdirmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
suallar verməklə və kömək əsasında aydınlaşdırır.
|
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından bəzən
çətinliklə aydınlaşdırır.
|
Tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından
istifadə etməklə dəqiq aydınlaşdırır.
|
Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.
|
Dram janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.
|
Dram janrına məxsus xüsusiyyətləri bəzən çətinliklə müəyyənləşdirir.
|
Dram janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik
çəkir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək
əsasında müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini bəzən çətinliklə müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
|
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda
çətinlik çəkir.
|
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu çətinliklə
aydınlaşdırır.
|
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən
aydınlaşdırır.
|
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun
aydınlaşdırır.
|
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.
|
Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş
etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
|
Evdə iş
Əsərlə bağlı təəssüratınızı ikihissəli gündəlikdə yazın.
Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının təhlili üzrə iş (3-cü saat)
Standartlar
|
Təlim nəticələri
|
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla
səciyyələndirir.
|
Fərqli vəziyyətlərdə danışığından – nitqindən, çıxış etməklə obrazı
səciyyələndirir.
|
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet,
kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildiririr.
|
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət
bildirir.
|
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında
sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən
istifadə edir.
|
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh
edir.
|
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh edir.
|
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dramla bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
|
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi
və müzakirəsi ilə həyata keçirilir. Müəllimin
müvafiq qiymətləndirmə meyarlarından istifadə edilməsi məqsədəyuğundur.
Motivasiya, problemin
qoyuluşu. Müəllim motivasiyanı qarşıya qoyduğu məqsəddən, təchizat imkanından,
sinfin səviyyəsindən və s. çıxış edərək
müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında
yığcam müsahibə aparmaq və nəticədə tədqiqat sualının müəyyənləşdirilməsinə
nail olmaq vaxta qənaət baxımından məqsədəuyğundur.
Motivasiyanın yaradılmasının digər variantı internetdən ( You
Tube) Azərbaycan Respublikasının xalq
artisti Seynəb Xanlarovanın ifasında “Ananın səsi” mahnısının dinlənilməsi (http://www.portall.
zp.ua/video/zeynb-xanlarova-anann-ssi/id-wNK5buxyaIZ.html)
ola bilər.
Tədqiqat sualı. “Dramda H.
Cavidin insanları xeyirxahlığa, yer üzündə qan tökməməyə çağırışı öz əksini
tapmışdır” fikrini doğru saymaq olarmı?
Tədqiqatın aparılması. Dramın təhlili
ilə bağlı tədqiqat işini fərqli məzmunda və formada təşkil etmək
mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə
və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət edilməsi
faydalıdır.
Əsərin təhlilinə hazırlaşın.
1.
Mətni oxuyun. Tapşırıqları
yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Bilirsiniz ki, həyatı əksetdirmə
üsuluna görə bədii əsərlər üç növə ayrılır. Onlardan biri dramatik növdür. Bu
növə məxsus əsərlərdə həyat hadisələri obrazların danışığı – nitqi, hərəkətləri
ilə əks olunur. Bu növün janrlarından olan dramda əks mövqədə duran qüvvələrin
münaqişəsinə, mübarizəsinə geniş yer verilir. Belə əsərlərdə həm komik, həm də
faciəvi məqamlar əksini tapa bilir.
Dram həm nəsr, həm də nəzm
(şeir) şəklində olur. “Ana” nəzmlə yazıldığı üçün mənzum dram adlanır.
1909-cu ildə qələmə alınmış
“Ana” dramında ağır faciə ilə üzləşən ananın yüksək insani hisləri, mərhəməti,
pislik və şərdən ucada dayanması təsirli bədii boyalarla əks etdirilmişdir.
Əsərin təhlili zamanı
aşağıdakı sitatlardan istifadə edin, onlara münasibətinizi bildirin.
1.
”Heca vəznində yazdığı bir pərdəli “Ana” pyesi
H.Cavidin ilk mənzum dramıdır... Pyesin qəhrəmanı Səlma qonaqpərvər, mərd və məğrur
qadındır...Müəllif, hər şeydən əvvəl, mürəkkəb, dolğun, yaddaqalan xarakter,
tipik müsbət ana surəti yaratmışdır... Sözündə sadiq, fikrində əqidəsində qayim olan ana, oğlunu öldürənə mərhəmət
edir, intiqam hissindən daşınıb, onun günahından keçir. Ana – Səlma bu daxili mənəvi böhrandan milli adət və ənənəyə
əsaslanan böyük insani hislə çıxır.” (Mir Cəlal, F.Hüseynov.)
2.
“Əsərin mərkəzində əsl faciə qəhrəmanlarına malik fəadakar,
nəcib, alicənab, vüqarlı ana obrazı dayanır. Səlma, onun oğlu Qanpolad, gəlini
İsmət kiçik bir qismətlə də olsa, qane olub yaşamağa, xoşbəxt ömür-gün sürməyə
layiqdirlər. Lakin bu, mümkün deyil. Onlar kimsəsiz, köməksizdirlər. Mühit onlara
düşmən olduğundan onlar daima təşviş və qorxu içindədirlər. Köməksizlərə, təhlükəyə
düşənlərə kömək etməyə hazır olan Səlmanın özü kömək axtarır, yeganə pənahını,
ümidini, havadarını tanrıda görür.” (Mehdi Məmmədov)
Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab verin”
tapşırığındakı suallara yaradıcı yanaşmaqla iş vərəqlərində şagirdlərə
(qruplara) təqdim edir.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Səlma ana obrazını səciyyələndirin. Cədvəldəki tələbləri nəzərə
alın.
Səlma ana obrazı
|
|
Nitqi – danışığı üçün səciyyəvi olan cəhətlər
|
|
Xarakterindəki başlıca xüsusiyyətlər
|
|
Müəllifin ona münasibəti
|
|
Sizin ona münasibətiniz
|
3. Qanpoladı səciyyələndirən
başlıca cəhətlər hansılardır? Onun qan tökməmək, qatildən qisas almamaq fikrinə
necə münasibət bəsləyirsiniz?
4. İsmətin xarakterindəki başlıca cəhətləri müəyyənləşdirin. Fikrinizi nümunələrlə əsaslandırın.
5. Orxanın
xarakterindəki hansı cəhətlər diqqəti daha çox cəlb etdi? Onun nitqinə,
davranış və əməllərinə əsaslanmaqla fikrinizi aydınlaşdırın.
6. Murad obrazı haqqında nə düşünürsünüz? Ona münasibətinizi əsaslandırın.
7. Müəllif əsəri nə
üçün dram adlandırmışdır? Əsərdə dram janrına xas olan hansı xüsusiyyətləri
göstərə bilərsiniz?
8. Dramın
mövzusunu və onda qaldırılmış başlıca
problemi müəyyənləşdirin. Çıxardığınız nəticəyə əsasən cədvəldə qeydlər edin.
Dramın
mövzusu
|
Əsərdə
qaldırılan başlıca problem
|
Problemin
həllini yazıçı nədə görür?
|
Siz necə
fikirləşirsiniz?
|
9. Əsərdəki başılıca fikir-ideya nədir? Fikrinizi əsaslandırın.
Qrupların işini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda
istiqamətləndirici suallarla şagirdlərə yardım edir.
Məlumat
mübadiləsi və müzakirəsi. Qruplar apardıqları tədqiqatın nəticələrini müxtəlif yollarla təqdim edirlər.
Bu baxımdan obrazların səciyyələndirilməsi ilə bağlı cədvəllərin lövhədə çəkilməsi
və orada qeydlər aparılması və ya ayrıca vərəqdə səciyyələndirmə cədvəlinin işlənilməsi,
şərh edilməsi mümkündür.
Təqdimat və çıxışlarda bədii təsvir və ifadə
vasitələrindən, sitatlardan, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə
olunduğuna diqqət yetirilir.
Ananın öz oğlunun qatilini ölümdən xilas etməsinə
münasibət müzakirə zamanı birmənalı olmaya bilər. Şagirdlərin bir qismi ananın
humanizmi, xeyirxahlığı təmsil etdiyini əsas götürərək,onun hərəkətinə haqq
qazandırdığı halda, digər qismi ananın qatilə münasibətdə səhvə yol verdiyini
söyləyir, qatilin cəzalandırılmasının daha ədalətli olması fikrinə tərəfdar
çıxırlar.
Bu baxımdan dərsdə kiçik debatın (çarpaz müzakirənin) təşkili üçün də əlverişli imkan yaradır. Müəllim
ananın hərəkətinə haqq qazandıranlarla, onun hərəkətini səhv sayanlar arasında
diskussiya təşkil etməklə üçüncü tərəfi - mövqeyini dəqiqləşdirməmiş şagirdləri
inandırmaq vəzifəsini qarşıya qoya bilər. Üçüncü tərəf hər iki tərəfin
mövqeyini, mülahizə və dəlillərini dinləyib öz seçimini etməlidir.
Müzakirə zamanı müəllim dialoji nitq
bacarığının nümayişinə, fikirlərin sərbəst
söylənilməsinə, müqayisəsinə, onlara əlavələrin edilməsinə, təkliflərin irəli
sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə
istiqamət verir.
Nəticənin şıxarılması,
ümumiləşdirmənin aparılması mərhələsində müzakirə zamanı söylənilən
fikirlər. Mülahizələr ümumi ideya halına salınır. Görülmüş işlərin nəticəsində şagirdlərdə
belə qənaət yaranır ki, əsərdə şərin, qəddarlığın humanizm, xeyirxahlıq yolu ilə aradan
qaldırılacağına inam hissi öz əksini tapmışdır.
Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə
müqayisə edilməsinə xüsusi diqqət yetirilir
Qiymətləndirmə.
Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında
aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Səciyyələndirmə
Şərhetmə, münasibətbildirmə
İstifadəetmə
Müqayisəli şərhetmə
Nümayişetdirmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Danışığından – nitqindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik
çəkir.
|
Danışığından- nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.
|
Danışığından-nitqindən əsasən
çıxış etməklə obrazı səciyyələndirir.
|
Danışığından-nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
|
Dramın ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət
bildirməkdə çətinlik çəkir.
|
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə
çətinlik çəkir.
|
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə
bəzən çətinlik çəkir.
|
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət
bildirir.
|
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və
ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.
|
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən qismən
istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və
ifadə vasitələrindən əsasən istifadə edir.
|
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və
ifadə vasitələrindən məqamında istifadə edir.
|
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.
|
Dramla bağlı fikirlərini müqayisə əsasında çətinliklə şərh edir
|
Dramla bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh
edir.
|
Dramla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
|
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.
|
Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş
etdirir.
|
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
|
Müəllim dərslikdəki “Evdə
iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Evdə iş
Dramın məzmunu ilə səsləşən atalar sözlərini seçib dəftərinizə yazın.
– Ana haqqı, tanrı haqqı.
– Anası namaz üstə imiş.
– Qanı qanla yumazlar.
– Ana evin dirəyidir.
– Ana səbri böyükdür.
– Qanlıyam, qapından girmişəm.
Seçdiyim atalar sözləri
|
Bunun səbəbi
|
Комментариев нет:
Отправить комментарий