пятница, 12 октября 2018 г.

V sinif Ədəbiyyat . Müəllim üçün metodik vəsait haqqında

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək


V sinif Ədəbiyyat . Müəllim üçün metodik vəsait haqqında 


BAŞLIQLAR


Giriş ............................................................................................................................................. 5
Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik komplektində reallaşdırılması mexanizmlərinin şərhi          5
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının tətbiqi.................................. 13
Layihələr üzrə işin təşkili.............................................................................................. 22
V sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması.............................................. 24
Mövzular üzrə məzmun standartlarının reallaşdırılması, təlim məqsədləri və 
fənlərarası inteqrasiya.................................................................................................. 27
Fəndaxili inteqrasiya..................................................................................................... 35
Ədəbiyyat fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi........................... 38
 Gündəlik planlaşdırmaya aid nümunələr................................................................ 48
1. Ana maral (əfsanə) ........................................................................................... 52
2. Yetim İbrahimin nağılı  ................................................................................... 59
3. Əhməd Cavad. Azərbaycan! Azərbaycan!  ................................................ 67
4. Süleyman Rəhimov. Qara torpaq və sarı qızıl  ........................................... 76



Mövzular üzrə təlim materialları ilə iş texnologiyasının şərhi ....................................... 82
Bədii ədəbiyyat söz sənətidir.................................................................................... 82

1. Şifahi xalq ədəbiyyatı inciləri
Ana maral (əfsanə)  .............................................................................................. 85
İnşa yazmağı öyrənirik ........................................................................................ 91
Xalq öz vətənini necə tapdı (Şimali Amerika əfsanəsi).................................. 97
Yetim İbrahimin nağılı  ..................................................................................... 101
Üç qardaş (özbək nağılı) ................................................................................... 107
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 111

2. Yurd sevgisi, ana məhəbbəti
Əhməd Cavad.  Azərbaycan! Azərbaycan!  ................................................. 116
Əli Tudə. Yaşayanlar görəcəkdir...................................................................... 121
Hüseyn Arif. Analar  .......................................................................................... 127
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 131

3. Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
Ənvər Əlibəyli. İlan və Qurbağa  ..................................................................... 135
Cek London. Kiş haqqında hekayət  .............................................................. 142
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 147
4. Müharibə və insan haqqı 
Xəlil Rza Ulutürk. Oğul həsrəti ......................................................................... 150
Elçin Hüseynbəyli. Firuzə qaşlı xəncər ........................................................... 154
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 158

5. Uşaq dünyası, uşaq taleyi 
Əhməd Cəmil. Can nənə, bir nağıl de! ............................................................ 159
Mark Tven. Fərasətli oğlan  .............................................................................. 164
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 169

6. Əməyə məhəbbət, zəhmətə çağırış 
Nizami Gəncəvi. Kərpickəsən kişinin dastanı ............................................... 173
Süleyman Rəhimov. Qara torpaq və sarı qızıl  ............................................ 177
Kiçik summativ qiymətləndirmə vasitələri .................................................... 181

7. Təbiətin gözəlliyi, təbiətə qayği
Abdulla Şaiq. Köç.............................................................................................. 186
Fikrət Qoca. Şuşa............................................................................................... 190
Kiçik summativ qiymətləndirmə vasitələri ................................................... 194
Layihələr.............................................................................................................. 198

Mənbələr .............................................................................................................. 207



GİRİŞ

FƏNN KURIKULUMU
TƏLƏBLƏRININ
“ƏDƏBİYYAT” DƏRSLİK 
KOMPLEKTİNDƏ  REAL­LAŞ­DI­RIL­MA­SI MEXANİZMLƏRİNİN
ŞƏRHİ





Hörmətli müəllimlər!

Bu ildən etibarən V siniflərdə ədəbiyyat ümumi təhsilin kurikulumuna müvafiq olaraq müstəqil fənn kimi tədris olunmağa başlayır. Bu fənn üzrə dərslik komplektinə iki kitab daxildir:
1. “Ədəbiyyat” dərsliyi.  
2. Müəllim üçün metodik vəsait.

Dərslik komplektində qarşıya qoyulan başlıca məqsəd V sinfin ədəbiyyat kuri­kulumundakı məzmun standartlarının reallaşdırılmasını və təlim nəticə­lərinə nail olunmasını təmin etməkdir.
Dərslik komplekti, başlıca olaraq, aşağıdakı vəzifələrin yerinə yetirilməsinə xidmət edir:
     ədəbiyyat dərslərində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunması və üzvi şəkildə əlaqələndirilməsi;
     müəllimin planlaşdırmadan qiymətləndirməyədək bütün fəaliy­yə­tinin istiqa­mət­lən­­­dirilməsi;
     təlim prosesində şagirdlərdə fəallıq və müstəqilliyin, həyati bacarıqların for­malaş­dırılması.

“Ədəbiyyat” dərsliyini səciyyələndirən başlıca cəhətlər:
     şagirdlərin bədii ədəbiyyata, mütaliəyə marağını gücləndirir, onlara milli və ümum­bəşəri mənəvi dəyərlərin aşılanmasını təmin edir;
     məktəbliləri axtarışa, tədqiqatçılıq fəaliyyətinə, fərqli mənbələrdən bilik­lər əldə etməyə sövq edir;
     məntiqi, tənqidi, yaradıcı (bədii) təfəkkürü inkişaf etdirir;
     həyati bacarıqların formalaşmasını təmin edir;
     fəndaxili və fənlərarası inteqrasiya imkanlarını reallaşdırmağa zəmin ya­ra­dır;
     fəal/interaktiv təlim şəraitinin yaradılmasını təmin edir;
     şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına imkan yaradır.

Dərsliyə aşağıdakı materiallar daxil edilmişdir:
     dərslikdən istifadə qaydalarına aid tövsiyələr;
     Azərbaycan və xarici ölkələrin şifahi və yazılı ədəbiyyat nümunələri;
     əsərin məzmununun mənimsənilməsi və təhlili üzrə sual və tapşırıqlar;
     şifahi və yazılı nitqin inkişafı üçün sual və tapşırıqlar;
     araşdırmaya, yaradıcı işlərin təşkilinə istiqamətləndirən sual və tapşırıqlar;
     ədəbiyyat nəzəriyyəsinə aid bəzi materiallar;
     elektron resurslardan istifadə üçün tapşırıqlar;
     sinifdənxaric oxu materialları əsasında qrup və fərdi layihə nümunələri;
     özünüqiymətləndirmə, formativ və summativ qiymətləndirmə materialları;
     yaradıcı tətbiqetmə, müxtəlif mənbələrdən istifadə ilə bağlı sual və tap­şı­rıqlar;
     bədii mətnlərdə şagirdlərə tanış olmayan sözlərin izahlı lüğəti;
     qısa ədəbiyyatşünaslıq terminləri lüğəti (dərslikdə istifadə olunan bəzi termin­lərin izahı).

Dərsliyə daxil edilmiş bədii əsərlər aşağıdakı meyarlar əsasında seçilmişdir:
     yüksək ideya-bədii dəyərə malik olması;
     mövzu, janr müxtəlifliyi, aktual mənəvi-estetik problemləri əks etdirməsi;
     dünya ədəbiyyatının dəyərli nümunələri;
     humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsiri;
     şagirdlərin əqli və mənəvi inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama səviyyələrinə uyğun olması.
Bədii əsərlər seçilərkən tarixi-mədəni ənənələrimiz, ədəbi təhsil  sis­te­mi­nin zən­gin təcrübəsi nəzərə alınmışdır. Seçilmiş bədii nümunələr vasitəsilə  milli və ümum­bəşəri mənəvi dəyərlər, vətənpərvərlik, soykökünə bağlılıq, təbiətə qayğıkeş münasibət, insan hüquq və azadlıqlarına hörmət hissi aşılanması imkanları diqqət mər­kəzində saxlanılmışdır.
Məktəblərimizdə uzun illər tədris olunmuş uğurlu əsərləri hər nəsil özü üçün “kəşf edir”, əvəzlənən nəsillər üçün həmin əsərlər həmişə qiymətlidir. Bu, bütün dünyada belədir: M.Ridin, C.Londonun, A.Puşkinin, M.Lermontovun və digər görkəmli sənətkarların əsərləri uzun illərdir ki, məktəb proqramında öz yerini qoruyub saxlayır. Bizdə də N.Gəncəvinin, M.Füzulinin, C.Məm­mədquluzadənin, A.Şaiqin, Mir Cəlalın, S.Vur­ğunun, M.Hüseynin və bir sıra digər klassiklərimizin əsərləri ədə­biyyat təli­mində layiqli yerini tutmuşdur. Bu baxımdan bədii əsərlər şəxsiyyətin formalaşmasında bir vasitədir və əslində, təlimdə yenilik texno­logiyaların, yanaşmanın mahiyyətində, kurikulumun tələb­lə­rin­dədir.

Xalqımızın taleyində, vətənimizin son dövrlərdəki tarixində özünü göstərmiş mü­hüm hadisələri əks etdirən əsərlərin dərsliyə daxil edilməsi isə vacibdir və bu, diqqət mərkəzində saxlanılmışdır.
Ədəbiyyat nəzəriyyəsi üzrə biliklərin (nağıl, təmsil, hekayə, epitet, bənzətmə və s. haqqında) bədii əsərlərin öyrənilməsi prosesində tətbiqi məqsədilə sual və tap­şı­rıq­lar sistemi işlənilmişdir. 
“Ədəbiyyat” dərsliyi aşağıdakı pedaqoji prinsiplər əsasında tərtib edilmişdir:
     düzgünlük (ədəbiyyat fənni üzrə təlim standartlarına uyğunluq, faktların də­qiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işarələri və qrammatik qaydaların göz­lənilməsi);
     əyanilik (öyrənilən bədii mətnlərlə bağlı rəsm, sxem və illüst­rasiyaların olması);
     müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olun­ma­sı, təlim materiallarının müasir dünyagörüşünün formalaşdırılmasına istiqa­mətlənməsi);
     tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
     ardıcıllıq (psixoloji, məzmun və məntiqi baxımdan). Psixoloji baxımdan ardıcıllıq təlim materiallarının maraqlılıq səviyyəsinə görə düzül­məsində öz əksini tapır. Bu, hafizə, təfəkkür və təxəyyülün formalaş­masında başlıca şərtlərdən biridir. Məzmun baxımından ardıcıllıq təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanmasını tələb edir. Məntiqi baxımdan ar­dıcıllıq əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənim­sə­nilməsinə zəmin yaradılmasını tələb edir;
     yaş səviyyəsinə uyğunluq (“Ədəbiyyat” dərsliyinin poliqrafiya, dizayn cə­hət­dən şa­girdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məz­mun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyən­ləş­diril­məsi);
     təlim vaxtına uyğunluq (təlim materiallarının həcmi müəyyən edilərkən təd­risə ayrılan vaxtın dəqiq nəzərə alınması);
     oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) ma­raqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edil­məsi);
     inklüzivlik (potensial imkanlarından, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim ma­raqlarının təmin olunması);
     inteqrativlik (inteqrativlik ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə  sistemli şəkildə üzvi əlaqələndirilməsidir). İnteqrasiya konkret bir mövzu, problem, anlayış haqqında şagirdlərdə daha geniş təsəv­vürlər yaradıl­masına, onların mahiy­yətinin dərindən dərk edilməsinə və möh­kəmləndirilməsinə, bilik və bacarıqların sistemli mənimsədilməsinə geniş imkanlar açır, şa­girdlərdə müqayisələr aparmaqla ümumi­ləş­dirmə bacarıq­la­rının formalaşmasına, tədqiqatçılıq meyillərinin güclənməsinə müsbət təsir gös­tərir.

Dərsliyin hazırlanması zamanı tələb olunan standartlar gözlənilmiş, fəal/in­ter­aktiv təlim üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət ye­tirilmişdir.

Müəllim üçün metodik vəsaitə aşağıdakılar daxildir:
     dərslərin müasir tələblər əsasında keçilməsinə dair metodik tövsiyələr;
     dərsliyin tərtibi prinsipləri;
     dərslikdə verilmiş təlim materiallarının illik və gündəlik planlaşdırma nü­mu­nə­ləri;
     mövzular üzrə məzmun standartlarının reallaşdırılması, təlim məqsədləri və 
fənlərarası inteqrasiya cədvəli;
     fəndaxili inteqrasiya imkanları;
     dərslərin fəal/interaktiv metodların tətbiqi ilə təşkili texnologiyası;
     formativ, summativ və özünüqiymətləndirmə materialları;
     təlimin təşkilində çoxvariantlılığın təmin edilməsi məqsədilə əlavə məlumat, sual və tapşırıqlar;
     sinifdənxaric oxu materialları əsasında layihə üzrə işin təşkilinə dair tövsiyələr;
     şagird üçün əlavə oxu mənbələri və materialları;
     istifadə olunmuş materialların (resursların) siyahısı.

Metodik vəsaitdə kurikulum üzrə dərslərin səmərəli təşkili ilə əlaqədar müəl­li­min fəaliyyətinin başlıca istiqamətləri, onun yaradıcılıq və təşəbbüskarlığına imkan yaradan vasitələr öz əksini tapmışdır. Vəsaitdə təqdim olunmuş yeni tipli dərs nü­munələrində fəal/interaktiv təlimin imkanlarının, şagird-şagird, şagird-müəllim əməkdaşlığının reallaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu və ya digər möv­zunun tədrisi üçün daha əhəmiyyətli olan fəal/interaktiv təlim metod­larına ge­niş yer verilib. Dərs nümu­nələrində təlim metodlarının və tapşırıqların çox­va­riant­lılığı təmin edilib, konkret şəraitə uyğun olaraq müəllim üçün seçim imkanı yara­dılıb.
Şübhəsiz, müəllim dərs nümunələrinə ehkam kimi yanaşmamalı, metodik tövsi­yələrdən yaradıcılıqla bəhrə­lənməlidir. Metodik tövsiyələr işlənərkən belə bir cəhət əsas götürülmüşdür ki, hər bir müəllim təqdim olun­muş yeni tipli dərsin məzmunundan və quruluşundan çıxış edərək orijinal dərs qura bilsin. Bu, dərs­lik­dəki materiallara fərqli yanaşmanı da nəzərdə tutur. Məsələn, dərslikdə təklif olun­muş tapşırıqlara müəllimin əlavələr etməsi, yaxud on­larda ixtisarlar aparması tə­bi­i­dir. Həmin tapşırıqların bir çoxunun sinifdə, yaxud evdə yerinə ye­tirilməsini qarşıya qoyduğu məqsəddən asılı olaraq müəl­lim təyin edir.
Fənn üzrə iş dəftəri olmasa da, dərslikdəki sual və tapşırıqlar hər bir mövzu üzrə əha­təli, sistemli işin aparılmasına imkan verir. Onların səmərəli icrası üçün, bir sıra hallarda qabaqlayıcı tapşırıqların verilməsi faydalıdır. Məsələn, “Araşdırma, müzakirə, yaradıcı iş” başlığı altında verilmiş işləri sinifdə icra et­dirməyi planlaşdıran müəllimin qabaqlayıcı tapşırıqdan istifadə etməsi məq­sə­dəuyğundur. Belə olanda şagirdlər müxtəlif mənbələrdən məlumat toplamaq üçün vaxt baxımından daha geniş imkan qazanmış olurlar.
Bir sıra hallarda dərslikdəki müəyyən tapşırıq digərinin tələblərini öz üzərinə götürə bilər. Deməli, hər iki tapşırığın tətbiqinə ehtiyac qalmır. Məsələn, əsərin bü­töv­lükdə oxusundan sonra məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına nail ol­maq məqsədi ilə dərslikdəki suallardan da istifadə etməklə müsahibənin apa­rıl­ma­sı tövsiyə olunur. Müsahibədə əsərin məzmununun əhatəli qavranıldığı aşkara çı­xarsa, şifahi nitqlə bağlı tapşırığa sinifdə müraciət olunmaya bilər.
Bu məsələdə ən mühüm olan budur ki, müəllim konkret mövzu (dərs) üçün müəyyənləşdirdiyi məqsədlərdən asılı olaraq bu və digər tapşırığın icrasını təşkil edir. Yəni hər bir mövzu ilə əlaqədar verilmiş tapşırıqların hamısının icra etdirilməsi zəruri deyil. Deməli, müəllim dərsdə reallaşdıracağı məz­mun standartlarına (və ondan irəli gələn təlim məqsədlərinə) xidmət edən tap­şırıqların üzərində dayanmalıdır. Məsələn, şagirdlərdə süjetli bədii əsəri hissələrə ayırmaq, plan tərtib etmək bacarığını formalaşdıran müəllimin bu işi hər dərsdə icra etdirməsi vacib deyil. Yaxud dərslikdəki “Araşdırma, müzakirə, yaradıcı iş” başlıqlı tapşırıqların böyük bir qismi şagirdlərin müstəqil fəaliyyətinə istiqamət vermək məqsədini güdür. Deməli, bu qəbildən olan tapşırıqların icrasına hər dərsdə vaxt ayrılmasına ehtiyac yoxdur. Şagirdlərin gəl­dikləri nəticələri isə yığcam müsahibə, yaxud təqdimatlar, çıxışlar vasitəsilə müzakirə etmək mümkündür.
Məzmun standartlarının real­laş­dırılması baxımından təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan bütün mövzularda müvafiq alt standartlara uyğun təlim məq­sədlərinin müəy­yənləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Təlim məq­sədlərinin ye­rinə yetirilməsi məzmun standartlarının addım-addım reallaş­dı­rılmasını, ilin sonunda isə gözlənilən təlim nəticələrinin əldə olun­masını təmin edir.
Təlim prosesində inklüzivliyin təmin olunması üçün müxtəlif tip – bərpaedici və yaradıcı, qapalı, açıq, yarımaçıq suallardan istifadə olunmuş, bunlardan konkret təlim şəraitinə uyğun istifadə ilə bağlı tövsiyələr verilmişdir. 
Gündəlik planlaşdırmaya dair dərs nümunələri tədris materiallarının illik planlaşdırılmasına uyğun ola­raq işlənilib. Bu zaman metodik ənənələrlə yanaşı, metodika elminin son nailiy­yət­ləri, kurikulum  sənədlərinin tələbləri əsas  gö­tü­rül­müş­dür. Dərs nümu­nə­lə­rinin məktəb təcrübəsində uğurlu tətbiqini təmin etmək üçün respublikamızın qa­baqcıl müəllimlərinin, o cümlədən son bir neçə ildə “İlin müəllimi” müsa­bi­qəsinin iş­tirakçıları və qaliblərinin iş təcrübəsi diqqətlə öyrə­nilmiş, Bakı şə­hə­rin­dəki bir sıra məktəblərdə sınaq dərsləri keçirilmişdir. Eyni zamanda ibtidai təhsil pilləsində (I–IV siniflər) Azərbaycan dili fənni üzrə kurikulumun tətbiqi təcrübəsi də öyrənilmiş, nəticələr çıxarılmışdır.
Məlumdur ki, ədəbiyyat təliminin əsasında bədii əsərlərin oxusu və təhlili da­yanır. Bədii əsərlərin ədəbiyyat dərslərində müzakirəsi şagirdlərdə oxuya maraq və oxucu üçün vacib olan bacarıqlar formalaşdırmalı, bu, nəticə etibarilə yüksək ide­ya-bədii dəyərə malik söz sənəti nümu­nələrinin müstəqil mütaliəsinə gətirib çı­xar­malıdır. Şagirdlərin müstəqil oxusunu istiqamətləndirmək məq­sədilə oxunması məsləhət görülən əsərlərin siya­hısı dərsliyə daxil edilmişdir. Bu oxuya nəzarət və nəticələrin yoxlanılmasını sinifdənxaric oxu əsasında layihələr üzrə işlər vasitəsilə reallaşdırmaq məqsədə­uyğundur. Ədə­biyyat müəllimi şagirdlərin mütaliə marağını nəzərə alaraq tövsiyə edilən əsərləri dəyişə bilər.
Dərs tipləri ədəbiyyat fənninin səciyyəsinə uyğun olaraq müəy­yən­ləş­di­ril­mişdir: induk­tiv (yeni biliyin mənimsənilməsi), deduktiv (təkrar və ümu­miləş­dir­mə), bədii əsərin öyrənilməsi, nitq inkişafı (inşa yazı). Bununla yanaşı, nəzərə al­maq lazımdır ki, müasir ədəbiyyat dərsləri çox vaxt müxtəlif dərs tiplərinin qo­vu­şu­ğunda yaranır. Kurikulum üzrə hər bir ədəbiyyat dərsində, əslində, yeni bilik mü­va­fiq mövzu üzrə əvvəl qazanılmış bilik və bacarıqlara istinad etməklə mə­nim­sədilir, təkrar və ümumiləşdirmə aparılır. Hər bir ədəbiyyat dərsində fənnin tə­biə­tinə uyğun olaraq şagirdlərin nitq inkişafı üzrə ardıcıl və sistemli iş aparılır və s.
İllik planlaşdırmada inşa yazı dərslərinə I yarımildə 3 saat, II yarımildə isə        4 saat olmaqla cəmi 7 saat nəzərdə tutulmuşdur. Şagirdlər bədii əsərlərin öy­rə­nil­mə­sinə həsr olunan dərslərdə də yazılı nitqin inkişafı üzrə tapşırıqlar (inşa, esse və s.) icra edirlər. Bütün dərs nümunələrində elektron resurslardan, əyani vasitələrdən (şəkil­lər, illüstrasiyalar və s.) istifadəni nəzərdə tutan sual və tapşırıqlar işlənilmiş, metodik tövsiyələr verilmişdir.
“Kitabxanadan və İnternetdən bəhrələnin” başlıqlı tapşırıqlar məktəb kitab­xa­na­sı ilə yanaşı, internetdən istifadə etmək imkanı və arzusu olan şagirdlərin könüllü olaraq yerinə yetirməsi üçün nəzərdə tutulmuşdur. Bu tapşırıqların nəticəsi şagird portfoliosuna qoyula bilər.
Kurikulum üzrə dərslərdə qazanılmış bilik və bacarıqların yaradıcı tətbiqinin mü­hüm yollarından biri olan ev tapşırıqları yeni yanaşma tələb edir. Ənənəvi dərslərdən fərqli olaraq fəal/interaktiv dərsdə ev tapşırıqlarının yox­la­nıl­ma­sını məq­sədə çevirmək doğru deyildir. Müəllim vaxt itkisinə yol verməmək üçün tapşırıqların icra (mə­­nimsənilmə) səviyyəsini seçmə yolla, qısa vaxt ərzində müsahibə, təqdimat, mü­­zakirə və s. istifadə etməklə aşkara çıxara bilər. O, ev tapşırığının hansı məz­mun­da və for­mada verilməsini təlim məqsədlərindən çıxış edərək müstəqil də müəy­yən­ləş­di­rə bi­lər. Bəzi yaradıcı tapşırıqların nəticələrinin şagird portfoliosuna toplanması məq­sə­dəuyğundur.


Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarının tətbiqi
Yeni təlim texnologiyalarından məqsədyönlü istifadə, fəal/interaktiv me­todların düzgün seçilməsi və tətbiqi kurikulum üzrə dərslərdə mühüm tələb kimi qarşıya qoyulur. Fəal/interaktiv təlim şagirdlərin biliyi hazır şəkildə deyil, müs­təqil, yaradıcı, tədqiqatçılıq fəaliyyəti nəticəsində əldə etməsinə əsaslanır.  Bu təlim şa­girdlərin fəal idrak fəaliyyəti zəminində və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Fəal/interaktiv təlimə məxsus metodların seçilməsi fənnin mahiyyətinin, özünə­məxsus­luğunun nəzərə alınması  zəminində real­­laşdırılır. Metodların tətbiqi o vaxt uğurlu olur ki, təlim ma­terialının xü­su­siy­yət­ləri (həcmi, mürəkkəbliyi, çətinlik səviyyəsi), şagird­lərin on­larla tanışlığı və s. nəzərə alınmış olsun. Deməli, bu gün pedaqoji araş­dır­ma­larda adı çə­ki­lən metodların hamısından ədəbiyyat dərslərində istifadə etməyin mümkün olduğunu düşünənlər səhv edirlər.
Fəal/interaktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi diqqət mər­kəzində saxlanılır. Bu məsələdə iki cəhətə önəm  verilir. Birincisi, idrak fəal­lığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır. Şagirddə idrak fəal­lı­ğı­nın yaradılması hələ işin bir tərəfidir.  Yaradılmış  fəallığın şagirdin təlimi fəaliy­yətinin (və dərsin) bütün mərhələlərində, məqamlarında saxlanması, davamlı        ol­ması da zəruridir. Buna nail olmaq üçün aşağıdakı tələblərin (onlara “mexa­nizmlər” də deyilir) gözlənilməsi va­cibdir.

Problemli vəziyyətin yaradılması
Fəal/interaktiv təlim şagirdlərdə idraki ma­raq, problemin həlli üçün daxili tələbat yara­dır. Bunun üçün problemli vəziyyətin (motivasiyanın) ya­radılması, öz həllini gözləyən problemin qoyuluşu, tədqiqat sualının müəyyənləşdirilməsi zəruri olur. Bir­mə­nalı cavabı olmayan, müxtəlif fər­ziyyələr, fikirlər yaradan, şagirdi bir növ yolayrıcında qoyan düşündürücü suallardan istifadə edilir. Tədqiqat sualı şa­girdlər üçün həll edilən səviyyədə olmalı, araşdırma apar­mağa, bilik və bacarıqları yeni situasiyada tətbiq etməyə imkan ver­məlidir. 
Dialoq və əməkdaşlığın zəruriliyi
Fəal/interaktiv təlimi bəzən “problem-dialoji” də adlandırırlar. Bu, həmin təlimdə dialoqa, əməkdaşlığa üstünlük verildiyini təsdiq edir. Məsələ burasındadır ki, fəal dər­sin bütün mərhələlərində dialoq və müxtəlifyönümlü (“müəllim-şagird”, “şagird-şa­gird”...) əməkdaşlıq özünü qabarıq göstərir. Dərsdə araşdırılan problemin səmərəli həlli ilk növbədə şagirdlərin özlərinin dialoqu, əməkdaşlığı şəraitində mümkündür. Bu isə fəallığın təmin edilməsində əhəmiyyətli rol oynayır.

Şagird-tədqiqatçı, müəllim-bələdçi
Fəal/interaktiv dərsdə şagird təlim pro­sesinin obyektinə yox, subyektinə, bəra­bər­hüquqlu iştirakçısına çevrilir, bilikləri kəşf edən tədqiqatçı kimi çıxış edir. Onun yeni bilik və bacarıqlara yiyələnməsi tədqiqatın apa­rıl­ması qanunlarına əsaslanmaqla reallaşır. Bu dərslərdə şagirdlərin tədqiqatçılıq, müzakirə olunan məsələdə əsas və ikinci dərəcəli cəhətləri fərqləndirmək, başlıca fikri müəy­yən­ləşdirmək, təhlil aparmaq, qruplaşdırmaq, müqayisə etmək, nəticə çıxar­maq, təqdim etmək bacarıqları inkişaf etdirilir. Məktəblilər yeni bilik və baca­rıqlarını irəlicədən qazanılmış bilik və bacarıq­larla əlaqə­ləndirir və təcrübədə tətbiq edirlər.
Müəllimin mövqeyi də ənənəvi təlimdəkindən fərqlənir. O, indi “bələdçi, isti­qa­mət verən” mövqeyində olur. Müəllimin dərsdəki, ümumən təlimdəki işi, fəaliyyəti fərqli məzmun qazanır. O, dərsin bütün mərhələlərində şagirdlərlə əmək­daşlıq edir, onlara biliklərin əldə edilməsi, mənimsənilməsi yollarını öyrədir.

Psixoloji dəstək: hörmət və etibar
Şagirdin idrak fəallığının təmin edilməsi dərsdəki mühitdən, qarşılıqlı mü­nasibətdən – inam, etibar, hörmət, dəstəkdən çox asılıdır. Şagirdlərin bəziləri çe­vik, digərləri ləng olur. Biri sürətlə düşünür, digərinin fikirləşməsində lənglik müşahidə edilir. Müəllim isə onların hər birinə xeyirxah, hörmətcil münasibət bəsləməlidir. Heç birindən nəvazişini əsirgəməməlidir. Şagirdin çalışmaq cəhdi, göstərdiyi (dərəcəsindən asılı olmayaraq) hər bir səy müəllim tərəfindən hörmətlə qarşı­lanmalı və dəyərləndirilməlidir. Müəllimdən bu cür isti münasibəti, meh­ribanlığı, diqqəti hiss edən şagirddə həm özünə inam, həm də müəllimə etibar  hissi möh­kəmlənir. Beləliklə, etimad hissi formalaşır, uğursuzluq qorxusu şagirdin canından çıxır. Bütün bunlar şagirdin idrak fəallığının yaranmasında və da­vam­lılığında əhə­miyyətli rol oynayır.
Fəal/interaktiv təlimin    formaları
Fəal təlimin iş formaları aşağıdakılardır:
fərdi iş;
kiçik qruplarda iş;
cütlük şəklində iş;
bütün siniflə birgə iş.
Təcrübə göstərir ki, interaktiv təlim şəraitində müxtəlif iş formalarının – fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə işin uzlaşdırılması daha səmərəlidir.
Fərdi iş verilən tapşırığın bir şagird tərəfindən yerinə yetirilməsidir. Fərdi iş zamanı şagird müstəqil işləyir, əldə etdiyi nəticəni tələb olunan məqamda digərləri ilə müzakirə edir.
Cütlük şəklində iş zamanı məktəblilər tapşırıqlar üzərində cütlərə ayrılaraq (adətən, öz parta yoldaşı ilə və ya yerini dəyişərək digər şagirdlə birlikdə) işləyirlər. Bu zaman məktəb­lilər qarşıya qoyulan suala cavab tapmaq üçün bir-birinə kömək edir, öz işlərinin nəticəsi barədə fikir mübadiləsi aparır, bir-birinin cavabını qiymətləndirir.
Kiçik qruplarda iş şagirdlərin 3–6 nəfərdən ibarət qrupda qarşıya qoyulmuş problemi həll etmək üçün birgə, uzlaşdırılmış fəaliyyətidir. Aparıcı (nümayəndə) qrupun işini təş­kil edir, bütün üzvlərin müzakirə prosesində fəal iş­tirakına çalışır, mövzudan yayınmağa yol vermir, bütün əhəmiy­yətli fikir­lərin qeydə alınmasına nəzarət edir. Qrup daxilində vəzifə bölgüsünün aparılması faydalıdır.

Qruplara bölmənin üsulları:
     rəqəmləri saymaqla (3–6-ya  qədər sayma);
     meyvə adları saymaqla (alma, armud, nar, banan və s.);
     həndəsi fiqurları paylamaqla (düzbucaqlı, kvadrat, kub, çevrə, romb və s.);
     rəngli fiqurları paylamaqla (qırmızı, sarı, göy, ağ və s.).
Kiçik qrup üzrə tapşırığın yerinə yetirilməsinə vaxt ayrılır və elan edilir. Qrupun üzvləri əlbir fəaliyyət zamanı bir-birinin işinə nəzarət edir, yardım göstərir. Müəllim bütün qruplara eyni münasibət bəsləməli, zərurət yaranarsa, məsləhətlər verməlidir. Qruplara eyni və ya müxtəlif tapşırıqlar verilir.
Bütün siniflə birgə iş (buna “böyük qrupda iş” də deyilir) formasından da geniş istifadə edilir. Bu iş formasında sinfin bütün şagirdlərinin sual və tap­şı­rıq­lar üzrə işə cəlb edilməsi, cavabların, söylənilən fikirlərin geniş müzakirəsi nəzərdə tutulur. Beyin həmləsi, diskussiya, debat metodlarının tətbiqində daha çox bu iş formasına müraciət olunur.

Fəal/interaktiv təlimin metodları
Pedaqoji ədəbiyyatda fəal/interaktiv təlimə məxsus metodlarla bağlı müba­hisələr bu gün də davam edir. Onları “texnikalar”, (“priyom” anla­mın­da), “iş üsulları”, “şagirdlərin müs­təqil işinin növləri” və s. adlandıranlar da var. Təəssüf ki, bu metodların hələ mükəm­məl təsnifatı da işlənməmişdir. Bu istiqamətdə tədqiqatlar davam edir. Məktəb­lə­rimizdə onlardan yaradıcılıqla istifadə edilir. Bu, həmin metodların təkmilləşdirilməsi baxımından faydalıdır.
Ədəbiyyat təlimi üçün daha səciyyəvi və  tətbiq imkanları geniş olan metodlar  aşağı­dakılardır.

Fasilələrlə oxu
Əsərin mətni əvvəlcədən hissələrə bölünür. Bir hissə oxunduqdan sonra fasilə edilir və müəllim oxunmuş hissənin məzmununa dair suallar verir. Cavablar dinlənilir və növbəti hissə oxunmağa başlanır. Üçüncü, dördüncü hissələr də bu şəkildə oxunur və fasilələrdə məzmun üzrə müsahibə aparılır.
Sonuncu hissənin oxusundan sonrakı fasilədə şagirdlərə aşağıdakı məzmunda da suallar verilə bilər:
     Hadisələrin belə bitəcəyini düşünürdünüzmü?
     Qəhrəmanın hərəkətləri, başına gələn hadisə sizə necə təsir etdi?
     Sizcə, qəhrəmanı nə gözləyir?


Proqnozlaşdırılmış oxu
Bədii əsərlərin məzmununun öyrənilməsinə həsr olunan dərsdə əsərdən bir hissə oxunduqdan sonra fasilə edilir. Şagirdlər hadisələrin sonrakı inkişafı barədə ehtimallarını söyləyir və cədvəldə qeyd edirlər. Cədvəldə, həmçinin ehtimallarında nəyə əsaslandıqlarını da qeyd edirlər. Yeni parça oxunduqdan sonra əvvəlki ehti­mallarının üzərinə qayıdır, baş verən hadisələrlə nə dərəcədə səsləşdiyini ay­dınlaşdırırlar. Bu qayda sona kimi davam edir.

Əsərin hissələri
Sizcə, nə baş verəcək?
Nə üçün belə düşünürsünüz?
Nə baş verdi? Hadisələr necə davam etdi?
I hissə



II hissə



 

İkihissəli gündəlik


Bunun pedaqoji ədəbiyyatda bəzən “sitat” və onun “şərhi” (yəni mətndən sitat seçilir və nə üçün seçilməsinin səbəbi şərh olunur) kimi qələmə verilməsi doğru sayıla bilməz. Bu, onun imkanlarının məhdudlaşdırılması deməkdir. Şagirdlər bu gündəlikdə (“şərh” bölməsində), yeri gəldikcə, müstəqil aydınlaşdıra bilmədikləri sualları da yazırlar. Eləcə də mətndən seçilərək yazılan qeydlər şagirdlərdə hansı hiss və düşüncə oyadıbsa, həyat təcrübəsi ilə səsləşibsə, yadına müəyyən əhvalat salıbsa və s. gündəliyin şərh bölməsində yazıla bilər. Məhz buna görə də “sitat” və “şərh” sözləri gündəliyin məzmununa uyğun gəlmir.
Təcrübə göstərir ki, cədvəlin birinci tərəfində “əsərdə diqqətimi daha çox cəlb edənlər”, ikinci tərəfdə “bunun səbəbi” yazılması məq­sə­də­uy­ğun­dur. “İkihissəli gündəlik” müxtəlif formalarda tətbiq oluna bilər. Şagirdlər mət­ni oxuya-oxuya gündəlikdə müvafiq qeydlər aparırlar. Əsərin oxusu, qeyd­lərin aparılması başa çatdıqdan sonra şagirdlər yenidən mətnə müraciət edir, qeydlərini zənginləşdirirlər.
Məsələn, F.Qocanın “Şuşa” şeirinin tədrisində “İkihissəli gündəlik”dən aşa­ğıdakı şəkildə istifadə etmək mümkündür:




Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi
1.
Burda cəm olubdur əzəmət, vüqar,
Duman çəkiləndə hər səhər-səhər.
Dumandan tökülüb qalır qayalar,
Dumandan səpilir çölə çiçəklər.
Gözəl mənzərədir...
Şuşanın gözəlliyi çox yaxşı ifadə edilib...
2.
Şuşa, ucalmısan boz buludlara,
Vətən torpağının heykəlisən sən.
Şair Şuşanın əzəmətindən söz açır.
3
“Dağ öz ətəyini”, “hər dağ daşa dönmüş”, “dağ düyüb alnını dərdi var kimi”
Şair “dağ” sözünü niyə, hansı məqsədlə tez-tez işlədir?

Müzakirə
Müzakirə mövzu üzrə ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mü­badiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək  həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə debat üçün hazırlıq mərhələsi kimi aparıla və ya debatla müşayiət oluna bilər. Müzakirə dinləmək, təqdim etmək, sual vermək mə­dəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şifahi nitqini inki­şaf etdirir.
Müzakirədən əvvəl şagirdlərə müzakirə qaydaları xatırladılır. Müza­ki­rə üçün ziddiyyətli yanaşmalara imkan verən mövzu, problem müəyyənləşdirilir. Problem aktual, şagirdlərin həll etməsinə imkan verən səviyyədə olmalıdır. Şagirdlər problem üzrə tədqiqat aparır, mənbələrlə işləyir, öz mövqelərini dəqiqləşdirir, mü­la­hi­zələrini əsaslandırmaq üçün dəlillər, faktlar seçir, fikirlərini müzakirə üçün təqdim edir­lər. 

Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid:  Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilər­dimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin  fikrinizcə, həmin qəhrə­man nə hiss etdi? Sizcə, kim haqlıdır? Nə üçün? kimi  suallardan istifadə olunur.

Əqli hücum
Bu, pedaqoji ədəbiyyatda “beyin həmləsi” də adlandırılır. Problemin həlli yolları üzrə müxtəlif ideyaların irəli sürülməsi vasitəsi kimi istifadə olunur.  Əq­li hücum tətbiq edilərkən sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi mü­nasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə təşkil edilir. Müx­təlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Nəticədə, şa­gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.

Söz assosiasiyaları
Söz assosiasiyaları dərsin əvvəlində, sonunda, şifahi və yazılı formada tətbiq edilə bilər. Mövzunun öyrənilməsinin əvvəlində söz assosiasiyalarının tətbiqi  mək­təblilərin bu məsələ barədə biliklərini müəyyənləşdirmək məqsədi izləyir. Dərsin sonunda isə söz assos­ia­si­­ya­­ları vasitəsilə şagirdlərin artıq mənimsəmiş olduğu yeni biliklər üzə çıxarılır.
Bu məqsədlə mövzu ilə bağlı əsas söz (sözlər) lövhəyə yazılır. Şagirdlərə tap­şı­rılır ki, həmin sözün onlarda yaratdığı assosiasiya­ları (bu sözü eşitdikdə, gördükdə ağıllarına gələn digər sözləri)  desinlər və ya dəftərlərində yazsınlar.
Şagirdlərin 1–2 dəqiqə ərzində mövzu üzrə əsas sözlə bağlı söy­lə­dikləri və ya dəf­tər­lərində qeyd etdikləri sözlər lövhəyə yazılır. Bu sözləri əlaqə­lən­di­r­mək və  ümu­mi­­ləş­dirməklə yeni mövzunun əsas məqsədləri ilə bağlı fikir, ideya forma­laşdırılır. Həmin ideya, fikir əsasında yeni mate­rialın öyrənilməsinə baş­lanılır.
İNSERT  (interaktiv qeydetmə sistemi)
Bu, mövzunu, problemi fəal şəkildə dərketməyə sövq edir.  Belə ki, mətn şa­girdlərə paylanılır və işarələr sistemindən istifadə etməklə onun üzərində qeydlər aparılır.
Şagirdlər müəllimin tapşırığı ilə mətni oxuyur, səhifənin kənarında bu və ya digər cümlə, fikir, abzas, hissə ilə bağlı müvafiq şərti işarələr qoyurlar:

         bilirəm;                 “—“    – ziddiyyətli informasiya;
“+”      – yeni informasiya;     “?”        aydın deyil.
Beləliklə, həmin işarələrin köməyi ilə mətnin necə qavranıldığı, anlaşılan, qəbul edilən, yeni,  maraqlı  sayılan və ya başa düşülməyən, ziddiyyətli informasiya müəy­yənləşdirilir. Təkrar oxu, müzakirə zamanı müvafiq işarələrə istinad etməklə şagird məsələyə münasibət bildirir, uğurlu və ya ziddiyyətli məqamları qeyd edir, öz mülahizələrini əsaslandırır.
Mətn üzrə iş zamanı aparılmış qeydlər toplanaraq cədvəl şəklində də əks etdirilə bilər. Məsələn:

+
?
4
6
5
3

Müqayisə cədvəli
Müqayisə üçün bir-birinə oxşar, mahiyyət etibarilə yaxın obyektlər (obrazlar, əsərlər, janrlar və s.) götürülür. Müqayisənin tətbiqi zamanı vahid əsas  (məsələn, mü­qa­yisə olunan obrazların vətənə, əməyə, insanlara və s. münasibəti) gözlənil­mə­li, obyektlərin xüsusiyyətləri bu əsaslar üzrə aşkara çıxarılmalıdır.
Obyektlər arasındakı oxşar, yaxud fərqli cəhətlərin (eləcə də eyni vaxtda hər iki cə­hətin) aşkara çıxarılması ilə yanaşı, oxşarlıq və fərqlərin izahı, aralarındakı əla­qə­­lərin səbəbi aydınlaşdırılmalı, nəticə çıxarılmalı­dır.
Məsələn, S.Rəhimovun “Qara torpaq və sarı qızıl” hekayəsindəki qardaşların təhlilində müqayisə cədvəlindən istifadə faydalıdır.


Qardaşların
Şahməmməd
Xanməmməd
Bəyməmməd
1.
Əməyə münasibəti
1. Əməyə xor baxır, heç bir işlə məşğul olmur.
1. Tənbəldir, iş görmək onun üçün ən ağır cəzadır.
1. Zəhməti sevmir, faydalı bir iş görmür, ortada yeyib qıraqda gəzir.
2.
Atalarına münasibəti
2. Atasının nəsihətlərini dinləmir, sözlərinə əhəmiyyət vermir.
2. Atasının zəh­məti­ni qiymətləndirmir, de­diklərinə əməl etmir.
2. Ağır zəhmətə qatlaşan atasını saymır. Xeyli sonralar – atası öləndən sonra onun ləyaqətli adam olduğunu anlayır.

Venn diaqramı
Venn diaqramından bədii əsərləri, ədəbi qəhrəmanları, nəzəri anlayışları və s. müqayisə etmək məqsədilə istifadə olunur. Müqayisə aparmaq üçün kə­si­şən dairə­lər çəkilir, nəyin müqayisə olunacağı və dairələrdə ox­şar və fərqli cəhətlərin necə qeyd ediləcəyi izah olunur. Fərqli cə­hətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsiş­mə dairəsində qeyd edilir.

BİBÖ
BİBÖ (bilirik, bilmək istəyirik, öyrəndik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini stimullaşdırır. Şagirdlərə BİBÖ-nün mahiyyəti və məzmunu haqqında məlu­mat verilir, hansı mövzular üzrə əlaqə yaradılacağı müəyyən­ləş­diri­lir.
Müəllim lövhədə üç sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: “bilirik”, “  bilmək istəyirik”, “öy­rəndik”.


 Bilirik

Bilmək istəyirik

Öyrəndik
Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər  aparırlar. Təqdim olunmuş materiallar oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qa­yıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd et­mə­yi tapşırır.
Şagirdlər əvvəlki biliklərini (I sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri bi­­­liklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxa­rır­lar.



Debat
Debat zamanı müzakirə aparan tərəflər bir-birini deyil, üçüncü tərəfi (din­lə­yiciləri) inandırmağa, onlara təsir göstərməyə çalışır. De­bat­da çıxış edən hər iki tərəfin qarşısında duran başlıca vəzifə öz möv­qeyini əsaslandırmaq, haqlı olduğunu sübut etməkdir. Bunun üçün ilk növbədə inandırıcı dəlillər tapılması, əks tərəfin irə­li sür­düyü dəlillərə tənqidi yanaşılması, onların əsaslandırılmış şəkildə tək­zib edilməsi zəruridir.
Bu zaman üçüncü tərəf – dinləyicilər onları daha çox inandıran tə­rəfin möv­qeyini qəbul edir, öz seçimlərində onlara üstünlük verir və bunun səbəbini açıq­layırlar. De­bat­ üçün seçilən mövzu aktual, maraqlı olmalı, çıxış edənlər fakt və sübutlarla danışmalı, müxtəlif səciyyəli suallardan istifadə etməli, dinləyiciləri inandırmağı bacarmalıdırlar.

Şaxələndirmə (klaster)
Şaxələndirmə şagirdləri mövzu haqqında düşünməyə, əsas anlayışa aid əlavə mə­­lu­mat, məna əlaqələri tapmağa sövq edir. Bu, şagirdlərin mövzu ilə bağlı əv­vəlki biliklərini nəzərdən keçirməyə,  sistemə salmağa, söz ehtiyatlarını zəngin­ləş­dirməyə şərait yaradır.
Bu məqsədlə şagirdlərə tanış olan mövzu ilə bağlı əsas söz və ya ifadələr lövhəyə yazılır. Şagirdlər bu anlayışla əlaqədar söz və ya ifadələri söyləyirlər. Əsas sözdən baş­layaraq hər növbəti söz əlaqəli olan digər sözlə xətlərlə birləşdirilir. Vaxt bitəndən sonra nəticə müzakirə edilir, ümumiləşdirmə aparılır.
Şaxələndirmədən mövzunun öyrənilməsinin əvvəlində şagirdlərin bu barədə nə bildiklərini aydınlaşdırmaq, həm də dərsin sonunda  yeni nə öyrəndiklərini aşkara çıxarmaq məqsədi ilə istifadə edilə bilər. Məsələn, S.Vurğunun “Ceyran” şeirinin tədrisinə həsr olunan birinci dərs saatında problemli vəziyyət yaratmaq məqsədilə şaxələndirmədən istifadə etmək mümkündür.
Rollu oyun
Rollu oyunun mahiyyəti hər hansı bir problemə fərqli mövqedən yanaşmalardan ibarətdir. Şagirdlər (qruplar) müxtəlif rolları öz üzərlərinə götürür və hər hansı bir hadisəni bu mövqedən qiy­mət­lən­di­rir­lər. Bu, şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baş­qalarının  gözü ilə baxmaq  imkanı  verir. Məsələn, şagirdlər müəllimin tap­şırığı ilə əsərin qəhrəmanının hərəkətlərinə hakim, vəkil, zərərçəkmiş, şa­hid, valideyn kimi fərqli münasibət bildirə bilər.
Rollu oyun şagirdlərin fərqli düşüncə tərzinə malik həmyaşıdlarını başa düş­mə­ləri üçün faydalı vasitələrdən biridir. O, problemə digər adamın gözü ilə baxmağa, vərdiş halını almış stereotiplərdən uzaqlaşmağa və yeni davranış mo­del­lərinə yiyələnməyə imkan verir.
                                                    Ziqzaq
Metodik ədəbiyyatda “ziqzaq” əvəzinə “zəncirvari oxu” termininin işlədilməsi mü­n­asib sayılır. Bu, mətnin məzmununu qısa müddət ərzində daha çox şagirdin mə­nim­sə­məsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik əsas qruplara bölünür. Qruplardakı şa­gird­lər yenidən 1-dən 4-dək sayırlar. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır. Əsərin mətni qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir. Ekspert qrupları onlara verilən hissəni oxuyur, ”Mən əsas qrupa başlıca olaraq nəyi çatdıracağam?” sualına cavab verir. Qrupların daxilində müzakirə aparılır, onun hər bir üzvünün mətnin məzmununu tam qavradığı də­qiq­ləşdirilir.
Ayrı-ayrı ekspert qruplarında müxtəlif iş növlərindən (oxunmuş hissə üzrə təəs­sü­rat­ların yazılması, plan tutulması, məzmunun müxtəlif formalarda – yığcam, geniş, nağıl edilməsi) istifadə oluna bilər. Ekspert qruplarında iş başa çatdıqdan sonra şa­gird­lər əvvəlki qruplarına – əsas qrupa qayıdır və öyrəndiklərini digərlərinə çatdırır. Müəllim məzmunun dəqiq çatdırıldığını yoxlamaq üçün  suallar verə bilər.

Təqdimat
İnteraktiv təlim zamanı təqdimat mühüm əhəmiyyət kəsb edir. Məktəblilər tədqiq etdikləri məsələ barədə əldə olunan nəticələri sinif  qarşısında müxtəlif formalarda (çıxış, yazı işi, cədvəl, sxem və s.) təqdim edirlər.
Təqdimat zamanı şagird problemin mahiyyəti ilə bağlı fikir­lərini aydın, ardıcıl şəkildə çatdırmalıdır. Mövzu, problem dəqiq şərh edil­məli, informasiya-kommuni­kasiya vasitələri, illüstrasiyalar, foto­­şəkillərdən istifadə olunmalıdır.
Bununla yanaşı, ədəbiyyat təlimində özünü doğrultmuş, uzun illərin sınağın­dan uğur­­la çıxmış ənənəvi metodlardan da yeri gəldikcə istifadə oluna bilər.  Məsələn, mü­asir ədəbiyyat dərslərini ənənəvi yaradıcı oxu metodunun tərkib hissəsi olan, ku­ri­ku­lumda alt standart kimi qeyd edilən ifadəli oxusuz təsəvvür etmək qeyri-müm­kün­dür.
Yaxud izahlı oxudan  istifadə həmişə faydalı olacaqdır. Şagirdlərin müstəqil izah etməkdə çətinlik çəkdikləri mətləblərin, mətnaltı mənaların izahlı oxu ilə aydınlaş­dırılmasına  ədəbiyyat dərslərində tez-tez ehtiyac yaranır.
Layihələr üzrə işin təşkili
İllik planlaşdırmada layihələr üzrə işə I yarımildə 2 saat, II yarımildə 3 saat  olmaqla il ərzində cəmi 5 saat ayrılmışdır. Birinci saatda layihələrin təqdimatı, ikinci saatda isə onların müzakirəsinin keçirilməsi məqsədəuyğundur. Müəllim dərsliyin sonunda verilmiş layihə nümunələrindən  başqa, məqsədəuyğun hesab etdiyi və şagirdlərin maraq və qabiliyyətlərinə uyğun digər layihələr üzərində də iş təşkil edə bilər. Layihələrin nəticəsi şagird portfoliosuna yığıla bilər. Müəllim üçün vəsaitin sonunda 1-ci və 2-ci yarımil üçün tövsiyə olunan layihə materialları verilmişdir.
Layihələrin hazırlanması
Layihələr məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat aparmalarını nəzərdə tutur. Layihə üzərində işin vaxtı dəqiqləşdirilir, şagirdlərə tövsiyələr, məs­ləhətlər verilir.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin ic­­ra müd­dətini, istifadə olunacaq va­si­tələri (ədəbiyyat, mənbə, təsvir va­si­tələri və s.), bun­ları əldə etmək yol­larını, iş formalarını müəyyən edirlər. İş pro­se­sində müəllim şa­girdlərə istiqamət verə bilər. İşin icrasına isə şagirdlər ca­vabdehdir. Tədqiqatın nə­ticəsi təqdimat, illüstrasiya, fotoşəkillər, videomaterial, albom, toplu, səh­nə­ləş­dir­mə formasında ifadə oluna bilər.
Layihə şagirdlərin mövzunun, bölmənin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işidir.
Bu metod təlimin fəal zəmində, şagirdlərin məqsədyönlü fəaliyyəti əsasında təşkilini nəzərdə tutur. Şagirdlər layihə üzrə iş zamanı ədəbiyyat dərslərində əldə etdikləri bilik və bacarıqların həyatda onlar üçün nə dərəcədə gərəkli olduğunu başa düşürlər. Layihə üzrə fəaliyyət üçün şagirdlərdə maraq oyadan, onları fəa­liy­yətə, o cümlədən mövzu, problem üzrə sinifdənxaric oxuya sövq edən problem seçilir. Layihə üzrə fəaliyyətin məqsədi həmin problemin həlli yollarını tapmaqdan ibarətdir. Müəllim bu məqsədlə şagirdlərə yeni informasiya mənbələri, müstəqil axtarışların hansı istiqamətdə aparılması ilə bağlı tövsiyələr verir.
Layihə üzrə işi şagirdlər kiçik qruplarda və müstəqil həyata keçirə bilərlər. Maraqlı problemin həllinə yönəlmiş belə fəaliyyət məktəbliləri təlim məqsədlərinə, eləcə də maraqlarına uyğun sinifdənxaric oxuya cəlb etməklə öz imkanlarını üzə çıxarmağa, bacarıqlarını sınamağa, təqdim etməyə şərait yaradır. Məsələn,            V sinifdə təbiət mövzusunda əsərlər öyrənildikdən sonra  şagirdlərə “Azərbaycan şairlərinin şeirlərində təbiətin tərənnümü” mövzusunda təqdimat hazırlamaq təklif oluna bilər. Məqsəd şagirdlərdə doğma yurdun təbiətinə məhəbbət hissinin dərinləşdirilməsi, yaradıcılıq qa­bi­liy­yət­lə­rinin, estetik duyumun, idraki fəallığın inkişaf etdirilməsidir. Bu metod üzrə iş aşa­ğı­da­kı mərhələlərdə həyata keçirilir:

1.        Hazırlıq (layihənin mövzusu və məqsədi  aydınlaşdırılır). Şagirdlərə təbiət mövzusunda əsər yazmış sənətkarlar haqqında albom hazırlamaq təklif olunur. Onlar tapşırığı yerinə yetirərkən sənət­kar­lar haqqında məlumat toplayır, əsərlərinə illüstrasiyalar çəkir, albomun bədii tərtibatı ilə məşğul olurlar. Layihə üzrə fəaliyyət  prosesində toplanmış materialın albomda necə yerləşdirilməsi, başlıqlar, mətnlərin əlaqələndirilməsi və s. məsələlər öz həllini tapır.
2.        Planlaşdırma. Şagirdlər qarşıya qoyulan məqsədə uyğun olaraq  qruplara ayrılır. Hər qrup ilin bir fəsli üzrə əsərlər toplayır. Layihə ilə bağlı müxtəlif ideyaların, təşəbbüslərin, təkliflərin üzə çıxarılması məq­sədilə  müzakirə aparılır, ayrı-ayrı qruplara verilən tapşırıqlar dəqiqləşdirilir.
3.        Fəaliyyət. Qruplar fəaliyyətə başlayır, əsərlərlə tanış olur, seçim aparır,  bədii tərtibat işləri ilə məşğul olur, təqdimata hazırlaşır.
4.        Təqdimat. Qruplar öz fəaliyyətlərinin nəticələrini təqdim edir. Bir qrup musiqili ədəbi-bədii kompozisiya ilə çıxış edir. Digər qrup  hazırlanmış albomu nümayiş etdirir, ayrı-ayrı sənətkarların əsərlərini ifadəli şəkildə söyləyir. Üçüncü qrup albomun tərtibatı, məzmunu  ilə əlaqədar məlumat verir, illüstrasiyaları nümayiş etdirir. Dördüncü qrup mövzu ilə bağlı vi­deo­sü­jet təqdim edir. Beşinci qrup ayrı-ayrı əsərlər, sənətkarların yaradıcılığı barədə öz fikirlərini çatdırır. Təqdimatlar müzakirə olunur. Layihənin iştirakçıları suallara cavab verir, fikir mübadiləsi aparır, öz fəaliyyətlərini dəyərləndirirlər.
Müəllim qrupların fəaliyyəti, mənbələrdən, sinifdənxaric oxu ma­te­rial­la­rın­dan istifadə, bədii tərtibat və s. məsələlərlə bağlı formativ qiymətləndirmə apa­rır.
Metodik vəsaitin girişində şifahi nitqlə bağlı verilmiş müvafiq qiy­mət­lən­dir­mə cədvəlindən istifadə etməklə təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləş­dirmək məqsədəuyğundur.


V sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması
Dərs №
Mövzular
saat
  1
Bədii ədəbiyyat söz sənətidir
1

                Şifahi xalq ədəbiyyatı inciləri

  2
“Ana maral” əfsanəsi. Məzmun üzrə iş
1
  3
“Ana maral” əfsanəsi. Təhlili
1
  4
“Ana maral” əfsanəsi. İfadəli oxusu
1
  5
İnşa yazmağı öyrənirik
1
  6
“Xalq öz vətənini necə tapdı” (Şimali Amerika əfsanəsi). Məzmun üzrə iş
1
  7
 “Xalq öz vətənini necə tapdı” (Şimali Amerika əfsanəsi). Təhlili
1
  8
“Yetim İbrahimin nağılı”. Məzmun üzrə iş
1
  9
“Yetim İbrahimin nağılı”. Məzmun üzrə iş
1
10
“Yetim İbrahimin nağılı”. Təhlili
1
11
“Üç qardaş” (özbək nağılı). Məzmun üzrə iş
1
12
“Üç qardaş” (özbək nağılı). Təhlili
1
13
Kiçik summativ qiymətləndirmə
1

Yurd sevgisi, ana məhəbbəti

14
Ə.Cavad. “Azərbaycan! Azərbaycan!” Məzmun üzrə iş
1
15
Ə.Cavad. “Azərbaycan! Azərbaycan!” Təhlili
1
16
Ə.Cavad. “Azərbaycan! Azərbaycan!” İfadəli oxusu
1
17
Ə.Tudə. “Yaşayanlar görəcəkdir”. Məzmun üzrə iş
1
18
Ə.Tudə. “Yaşayanlar görəcəkdir”. Təhlili
1
19
Ə.Tudə. “Yaşayanlar görəcəkdir”. İfadəli oxusu
1
20
H.Arif. “Analar”. Məzmun üzrə iş
1
21
H.Arif. “Analar”. Təhlili
1
22
İnşa yazı
1
23
İnşa yazıların müzakirəsi və səhvlər üzərində iş
1
24
Layihələr üzrə təqdimatlar
1
25
Layihələr üzrə təqdimatların müzakirəsi
1
26
Kiçik summativ qiymətləndirmə
1
27
Böyük  summativ qiymətləndirmə
1

Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər

28
Ə.Əlibəyli. “İlan və Qurbağa”. Məzmun üzrə iş
1
29
Ə.Əlibəyli. “İlan və Qurbağa”. Təhlili
1
30
Ə.Əlibəyli. “İlan və Qurbağa”. İfadəli oxusu
1
31
C.London. “Kiş haqqında hekayət”. Məzmun üzrə iş
1
32
C.London. “Kiş haqqında hekayət”. Məzmun üzrə iş
1
33
C.London. “Kiş haqqında hekayət”. Təhlili
1
34
Kiçik summativ qiymətləndirmə
1

Müharibə və insan haqqı

35
X.Rza. “Oğul həsrəti”. Məzmun üzrə iş
1
36
X.Rza. “Oğul həsrəti”. Təhlili
1
37
E.Hüseynbəyli. “Firuzə qaşlı xəncər”. Məzmun üzrə iş
1
38
E.Hüseynbəyli. “Firuzə qaşlı xəncər.” Məzmun üzrə iş
1
39
E.Hüseynbəyli. “Firuzə qaşlı xəncər”. Təhlili
1
40
İnşa yazı
1
41
İnşa yazıların müzakirəsi və səhvlər üzərində iş
1
42
Kiçik summativ qiymətləndirmə
1

Uşaq dünyası, uşaq taleyi

43
Ə.Cəmil. “Can nənə, bir nağıl de!” Məzmun üzrə iş
1
44
Ə.Cəmil. “Can nənə, bir nağıl de!” Təhlili
1
45
M.Tven. “Fərasətli oğlan”. Məzmun üzrə iş
1
46
M.Tven. “Fərasətli oğlan”. Təhlili
1
47
Kiçik summativ qiymətləndirmə
1

                      Əməyə məhəbbət, zəhmətə çağırış

48
N.Gəncəvi . “Kərpickəsən kişinin dastanı”. Məzmun üzrə iş
1
49
N.Gəncəvi. “Kərpickəsən kişinin dastanı”. Təhlili
1
50
S.Rəhimov. “Qara torpaq və sarı qızıl”. Məzmun üzrə iş
1
51
S.Rəhimov. “Qara torpaq və sarı qızıl”. Təhlili
1
52
Kiçik summativ qiymətləndirmə
1

Təbiətin gözəlliyi, təbiətə qayğı

53
A.Şaiq. “Köç”. Məzmun üzrə iş
1
54
A.Şaiq. “Köç”. Məzmun üzrə iş
1
55
A.Şaiq. “Köç”. Təhlili
1
56
F.Qoca. “Şuşa”. Məzmun üzrə iş
1
57
F.Qoca. “Şuşa”. Təhlili
1
58
İnşa yazı
1
59
İnşa yazıların müzakirəsi və səhvlər üzərində iş
1
60
Layihələr üzrə təqdimatlar
1
61
Layihələr üzrə təqdimatların müzakirəsi
1
62
Kiçik summativ qiymətləndirmə
1
63
Yekunlaşdırıcı dərs (“Ədəbiyyat dərsləri bizə nə verdi”  layihəsi üzrə)
1
64
Böyük summativ qiymətləndirmə
1

Təlim materiallarının öyrənilməsi                                             
İnşa yazı                                                                                     
Layihələr üzrə təqdimatların müzakirəsi
Kiçik summativ qiymətləndirmə                                                    
Böyük summativ qiymətləndirmə                                                    
Cəmi                                                                                          
43 saat
7 saat
5 saat
7 saat
2 saat
64 saat

Qeyd. Müəllim dərsliyin sonunda verilmiş layihə nümunələri ilə yanaşı, məq­­sədəuyğun hesab etdiyi və şagirdlərin maraq və qabiliyyətlərinə uyğun digər layihələr üzərində də iş təşkil edə bilər.


V sinif ədəbiyyat fənninin kurikulumu

V sinfin sonunda şagird:
     bədii əsərləri məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
     bədii əsərlərin məzmununu müxtəlif formalarda (yığcam və geniş) nağıl edir;
     şifahi və yazılı ədəbiyyat nümunələrini janrlarına görə fərqləndirir,  bədii təsvir va­si­tələrini müəyyənləşdirir;                                                                              
      bədii əsərlərin mövzusunu, ideyasını aydınlaşdırır, baş qəhrəmanları sə­ciy­yə­lən­di­rir;
     öyrəndiyi yeni sözlərdən, obrazlı ifadələrdən istifadə etməklə bədii əsərlərlə bağlı fikirlərini şərh edir, müzakirələrdə dinlədiklərinə münasibətini bildirir;
     müxtəlif səciyyəli yazılarda mövzuya münasibətini ardıcıl şərh edir.

Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
1.1. Bədii əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və  sadə süjetli bədii əsərlərdə (əfsanə, nağıl, təmsil, he­ka­yə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii əsərləri hadisələrin məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və  geniş)  nağıl edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil, hekayə) janr­la­rı­na görə fərqləndirir.
1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli ədəbi nümunələrdə bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.
1.2. Bədii əsərlərin təhlili üzrə bacarıqlarını nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış mü­­na­si­bət bildirir.
1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təş­beh) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.

2. Şifahi nitq
2.1. Şifahi nitq bacarıqlarını  nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nit­qin­də istifadə edir. 
2.1.2. Bədii əsərlərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.
2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.

3. Yazılı nitq
3.1. Yazılı nitq bacarıqlarını nümayiş etdirir.
3.1.1. Bədii əsərlərin məzmununa (əhvalat və hadisələrə, sonluğa) fərqli münasibət  bildirir.
3.1.2. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcıllıqla şərh edir.
3.1.3. 0,5–1 səhifə həcmində inşa, esse yazır.


MÖVZULAR ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞDIRILMASI.
TƏLİM MƏQSƏDLƏRİ.
FƏNLƏRARASI İNTEQRASİYA


Ədəbiyyat təlimində qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün ilboyu ke­çilən dərslərdə məzmun standartlarının reallaşdırılması zəruridir. Standartların tə­­lim prosesində addım-addım reallaşdırılması dərsə hazırlıq zamanı və dərs pro­se­sin­də müəllimin diqqət mərkəzində olmalıdır. Bədii əsərin öyrənilməsi üzrə işin məqsəd və metodikasına uyğun olaraq hər dərsdə müvafiq məzmun xətləri və standartlar üzrə iş aparılmalıdır. Bədii əsərlərin öyrənilməsinə 2–3 saat ayrıldığı nə­­zə­rə alınmalı, 1.1 məzmun standartının əsas etibarilə əsərin məzmununun öyrə­dil­məsi, 1.2 məzmun standartının əsərin təhlili zamanı reallaşdırılması təmin edil­mə­lidir. 2.1, 2.2, 3.1 məzmun standartları üzrə iş isə həm əsərin məzmununun öy­rə­nil­məsinə həsr olunan dərslərdə, həm də mətnin təhlili zamanı reallaşdırılır. Aşağıdakı cədvəldə məzmun standartlarının hər bir mövzu üzrə reallaşdırılması imkanları göstərilmişdir.
Məzmun standartlarını təlim prosesində reallaşdırmağın ən mühüm cəhəti hər alt standarta uyğun təlim məqsədlərinin müəyyənləşdirilməsidir. Məzmun stan­dart­la­rından doğan təlim məqsədləri fərqli formalarda müəyyənləşdirilə bilər. Aşa­ğı­da­kı cədvəldə verilmiş nümunələr təlim məqsədlərinin müəyyənləşdirilməsi im­kan­la­rı­nın geniş olduğunu nümayiş etdirir. Bunların reallaşdırılması yolları vəsaitdə tək­lif olunan dərs nümunələrində işıqlandırılmışdır.
Fənlərarası inteqrasiya

Müasir dövrdə sü­rət­lə artan informasiyanın qavranılması yaxın fənlər üzrə bilik və bacarıqların əlaqələndirilməsini, sintezini tələb edir. Ədəbiyyat dərslərində fənlərarası inteqrasiya imkanları ge­nişdir. Şa­girdlər fənlərarası inteqrasiya zə­minində biliklərə kompleks şəkildə yiyələnir, onlarda mənəvi dəyərlər sis­te­mi, dün­yaya bütöv, tam, sistemli  baxış  formalaşdırır.
Təlim fənni kimi ədəbiyyatın incəsənətin digər növləri – musiqi, rəssamlıq, kino ilə əla­qə­lən­di­ril­mə­si təbii və məntiqlidir. Eyni zamanda ədəbiyyat dərslərində öy­rə­ni­lən möv­zu­lar Azərbaycan dili, xarici dil, Azərbaycan tarixi, həyat bilgisi, in­for­ma­ti­ka, texnologiya fənləri ilə əlaqəlidir. Fənlərarası inteqrasiya ilk növ­bədə müx­təlif fənlər üzrə bir-biri ilə səsləşən alt standartların əla­qə­li real­laş­dı­rıl­masına əsaslanır. Bu, həm də özündə müxtəlif fənlər üzrə müvafiq möv­zu­lar, problemlər üzrə biliklərin də əlaqəli mənimsənilməsini ehtiva edir.
Dərslik və müəllim üçün metodik vəsait ədəbiyyat müəllimlərinin bu isti­qa­mət­də yaradıcılıq və təşəbbüskarlığı üçün geniş imkanlar yaradır. Müəllim üçün me­to­dik vəsaitdə təlimdə “qızıl qayda” adlandırılan əyanilik, mühüm tələb kimi qarşıya qoyulan informasiya-kommunikasiya vasitələrindən istifadə  ilə bağlı tövsiyələr müəllimin dərsdə portret, illüstrasiya, şəkil, musiqi, bədii və sənədli filmlərdən parçaların nümayişi  və s. məqsədyönlü istifadəsini nəzərdə tutur.

Ədəbiyyat fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi
Ədəbiyyat fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi qaydaları müəy­yən­­ləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yan­var tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2011-ci il tarixli, 736 nömrəli qərarı  ilə təsdiq edilmiş “Ümumi təh­sil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların qiy­mətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması qaydaları” əsas götü­rülmüşdür.
Ədəbiyyat fənni üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) diaq­nostik (il­kin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və ge­ri­lə­mə­lə­rin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında apa­rı­lır.

1. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəy­yənləşdirmək məqsədilə, əsasən, dərs ilinin, bəhs və bölmələrin əvvəlində, şagird başqa məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, ona fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəy­yənləşdirmək üçün müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.
Diaqnostik qiymətləndirmə tətil günləri, şagirdin arzuları, maraqları,  mütaliəsi, ailəsi və s. mövzularda inşa yazı, söhbət, sorğu şəklində aparıla bilər. Müəllim bu məqsədlə dərsdə və dərsdənkənar vaxtlarda şagirdlərin davranışını müşahidə etməlidir. Valideynlərlə müntəzəm əlaqə, testlərdən, özünüqiymətləndirmə tələb edən tapşırıqlardan istifadə bu ba­xımdan faydalıdır.
2. Formativ qiymətləndirmə dərs ili ərzində müntəzəm olaraq şagirdin qəbul edil­miş standartların reallaşmasına istiqamətlənən irəliləmələrini və geriləmələrini iz­ləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və onu is­ti­qa­mət­lən­­­dirmək məqsədilə müəllim tərəfindən aparılır. Müəllim bu qiymətləndirmə va­si­tə­­silə tədris prosesini tən­zimləyir, şagirdlərin ehtiyaclarını öyrənir və onlara la­zı­mi kö­mək göstərir. Formativ qiymətləndirmənin nəticə­ləri jurnalda qeyd olun­mur.
Formativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfin­dən məzmun stan­dart­larından çıxan təlim məqsədləri əsasında ha­zırlanmış meyarlar üzrə aparılır, onun nəticələri yalnız şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır. Portfolionu yarat­maqda məqsəd dərs ili ərzində şagird nailiyyətlərini daha ardıcıl izləməkdir. Port­folio şagirdin bir dərs ilində təhsil və yaradıcı uğurlarının qiy­mət­lən­diril­mə­si­nin bir forması hesab edilir. Bu üsul digər qiymətləndirmə formalarına nisbətən mürəkkəb olduğu üçün daha çox iş tələb edir. Bunun üçün hər şagirdə bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər ayrı-ayrı fayllara qoyularaq  müəllim tərəfindən port­folionun içinə yığılır. Bu materiallar dərsin mövzuları üzrə  müxtəlif  la­yi­hə­lər­dən, təqdimatlardan, tədqiqat işlərindən, qiymətləndirmə nəticələrindən  və s. ibarət ola bilər.
Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını obyektiv şə­kil­də dəyərləndirməyə imkan verir. Portfolio bir il ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.
Rəsmi sənədlərdə göstərildiyi kimi, test  tapşırıqları qiymətləndirmə vasitəsi ki­mi hazırda  populyarlıq qazansa da, fənni tədris edən  müəllim diaqnostik, for­ma­tiv  və hətta summativ  qiymətləndirmədə   test tapşırıqlarına aludəçilik  gös­tər­mə­məlidir.


 MÖVZULAR ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞDIRILMASI.

TƏLİM MƏQSƏDLƏRİ.
FƏNLƏRARASI İNTEQRASİYA


Ədəbiyyat təlimində qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün ilboyu ke­çilən dərslərdə məzmun standartlarının reallaşdırılması zəruridir. Standartların tə­­lim prosesində addım-addım reallaşdırılması dərsə hazırlıq zamanı və dərs pro­se­sin­də müəllimin diqqət mərkəzində olmalıdır. Bədii əsərin öyrənilməsi üzrə işin məqsəd və metodikasına uyğun olaraq hər dərsdə müvafiq məzmun xətləri və standartlar üzrə iş aparılmalıdır. Bədii əsərlərin öyrənilməsinə 2–3 saat ayrıldığı nə­­zə­rə alınmalı, 1.1 məzmun standartının əsas etibarilə əsərin məzmununun öyrə­dil­məsi, 1.2 məzmun standartının əsərin təhlili zamanı reallaşdırılması təmin edil­mə­lidir. 2.1, 2.2, 3.1 məzmun standartları üzrə iş isə həm əsərin məzmununun öy­rə­nil­məsinə həsr olunan dərslərdə, həm də mətnin təhlili zamanı reallaşdırılır. Aşağıdakı cədvəldə məzmun standartlarının hər bir mövzu üzrə reallaşdırılması imkanları göstərilmişdir.
Məzmun standartlarını təlim prosesində reallaşdırmağın ən mühüm cəhəti hər alt standarta uyğun təlim məqsədlərinin müəyyənləşdirilməsidir. Məzmun stan­dart­la­rından doğan təlim məqsədləri fərqli formalarda müəyyənləşdirilə bilər. Aşa­ğı­da­kı cədvəldə verilmiş nümunələr təlim məqsədlərinin müəyyənləşdirilməsi im­kan­la­rı­nın geniş olduğunu nümayiş etdirir. Bunların reallaşdırılması yolları vəsaitdə tək­lif olunan dərs nümunələrində işıqlandırılmışdır. 






















Bölmə və mövzular
Stan­­dart­­la­rın real­­­­laş­dı­­­rıl­ma­sı
Təlim məqsədləri
İnteqrasiya
imkanları
Bədii ədəbiyyat söz sənətidir.
1.2.1
2.1.1
2.1.2
2.2.1

·    ədəbiyyat fən­ninin əhə­miy­yəti ilə bağlı fikir­lə­rini ifadə edir;
·    şifahi və yazılı ədəbiyyatın fər­qi­ni izah edir;
·    mənasını yeni öy­rəndiyi söz­lər­dən is­tifadə ilə cüm­lə­lər qu­rur;
·    möv­zu ilə bağlı müstəqil fi­kir­­ söyləyir.
Az.d. 2.2.1, 2.2.3       T.i. 1.1.1, 1.2.1     Mus. 2.2.1 Az.t. 1.2.1, 5.1.3       İnf. 1.1.1
Şifahi xalq ədə­­biyyatı in­ciləri.   
“Ana ma­­ral” əf­sa­nə­si. Məzmun üzrə iş.
1.1.1
1.1.3
1.1.4
2.1.1
2.2.1
·    əsərdən se­çil­miş hissənin pla­nını ha­zır­la­yır, məz­mununu geniş nağıl edir;
·    əsərlə bağlı fi­kir­­­lərini mətn­dən seç­diyi nü­mu­nə­lərlə ay­dın, ardıcıl şərh edir;
·    əsərin əfsanəyə xas olan xüsusiyyətlərini müəyyən edir;
·    mətndə tanış ol­ma­­yan sözlərin mə­­­­­­­nasını ay­dın­laş­dırır, on­lar­dan na­­ğıl­et­mədə,  təq­di­­mat­lar­da isti­fa­də edir;
·    müzakirədə fərq­­li fikirlərə mü­nasibət bil­di­rir, fəal­lıq nüma­yiş etdirir.
A.d. 1.2.2, 1.2.4, 2.1.1, 2.2.1, 2.2.2
İnf. 3.3.2

“Ana maral” əfsanəsi. Təhlili.
1.2.2
1.2.4
2.2.1
3.1.1

·    qəhrəmanın xa­­rak­terindəki baş­lı­ca xü­su­siy­­yət­­­­­ləri əsər­dən seç­diyi nü­mu­nə­lərlə ay­dın­­laş­dırır;
·    əsərin mövzu­sunu, ideyasını müəy­yən­ləş­di­rir, münasibət  bil­dirir;
·    müzakirədə söylənən fikirlərə müstəqil mü­na­sibət bildirir;
·    əsərin məzmu­nu­na fərqli müna­sibət bil­di­rir, möv­­qe­­yini şərh edir.
A.d.2.2.3, 3.1.2, 3.1.3 
Az.t. 5.1.2
İnf. 3.3.2 H.b. 3.2.1

Комментариев нет:

Отправить комментарий