Bədii ədəbiyyat oxumaq beyinə kömək
edir
ABŞ-ın Atlanta Universitetinin
alimləri uşaqlara daha çox bədii ədəbiyyat oxumağı məsləhət
görür. Alimlər apardıqları tədqiqatlar nəticəsində müəyyən ediblər
ki, bədii ədəbiyyata dair kitabların oxunması insan beyninə müsbət təsir
edir. Tədqiqatçılar 21 könüllüyə hər gün Robert Xarrisin real
hadisələrin bəhs olunduğu "Pompey" romanından 30 səhifə
oxumağı təklif ediblər. Araşdırmalar baş beyin kürəsinin sol hissəsində
aktivləşmənin baş verdiyini və onun sonrakı dövrdə də davam etdiyini müəyyən
edib.
Alimlər qeyd edirlər ki,
beyindəki dəyişikliklərin xarakteri ondan xəbər verir ki, oxucu özünü roman
qəhrəmanı kimi hiss etməyə başlayır. Alimlər bu qənaətə gəliblər
ki, bədii əsərlər insana özünü real, bioloji səviyyədə
yaxşı hiss etməyə kömək edir.
Oksford Universitetinin alimləri isə
müəyyən edə biliblər ki, oxu zamanı işə düşən mexanizmlər orqanizmə təsir edir.
Öz növbəsində Susseks Universitetinin araşdırmaçıları sübut ediblər ki, 6
dəqiqəlik mütaliə insanın streslərinin səviyyəsini 2\3 dəfə azaldır.
http://www.muallim.edu.az/arxiv/2014/03/32.htm
Комментариев нет:
Отправить комментарий