Показаны сообщения с ярлыком QİYMƏTLƏNDİRMƏ. Показать все сообщения
Показаны сообщения с ярлыком QİYMƏTLƏNDİRMƏ. Показать все сообщения

понедельник, 10 октября 2016 г.


Müasir məktəbdaxili qiymətləndirmə

Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra də­yi­şik­lik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm).
Yeni ümumi orta təhsil proqramı (kurikulum) nəticəyönümlü prinsipi ilə hazır­lan­dığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi va­cib­dir. Çünki artıq şagiridin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.
Müasir qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür.
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində  şa­gird­lə­rin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiy­mət­lən­dir­mə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər apar­ma­ğa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətin növləri
Müşahidə (Müəllim şagirdin təlim fəa­liy­yətini müşahidə əsa­sında qiymət­lən­di­rir)
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)
Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (Şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq)
Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Valideyn iclasında sorğu vərəqlərinin doldurulması
Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:
•  təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;
•  təlim prosesində qrup və cütlərin təşkilində;
•  tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyən­ləş­diril­məsində;
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün  müəyyən olun­muş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviy­yə­si­nin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin  düzgün is­ti­qa­mət­ləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin iz­lənil­məsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan ya­ra­dır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-stan­dart­lar­dan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən apa­rı­lır. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin sə­viy­yələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mə­nim­sə­yir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifa­də­lərdən  istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəa­liy­yə­ti­ni  bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün  dərsin sonunda  vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiy­mət­ləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər  dərsdə qeydlərin ol­ması mütləq deyil. Formativ qiymətləndirmə zamanı şagirdlər  eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə qiymətləndirilə bilər.
Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Müşahidə
Müşahidəvərəqləri
Qrupda və ya cütdə iş
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi
Təqdimatlar
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Sorğu vərəqlərinin doldurulması, və ya müzakirə
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyarcədvəli
Müstəqil (yaradıcı) iş
Rubrik
Nailiyyət səviyyələri üzrə qiy­mətləndirmə şka­lası
Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test
Test tapşırıqları
Test tapşırıqlarının həlli
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Özünüqiymətləndirmə vərəqlərinin doldurulması 

Formativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərdə istifadə olunur:
•  cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində;
•  təlim tapşırıqlarının seçilməsində;
•  ev tapşırıqlarının verilməsində;
•  sinifdəki təlimin istiqamətləndirilməsində;
•  təlim prosesində qrup və cütlərin təşkilində;
•  şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, ya­rım­i­lin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Sum­mativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ isə ildə iki dəfə, yarımillərin sonunda aparılır. Böyük summativ qiy­mət­ləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.”

Summativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Yoxlama yazı işləri
Yoxlama yazı işləri üzrə  qeydiyyat vərəqi
Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli
Layihənin meyarlar əsasında qiymətləndirilməsi
Şifahi sorğu
Şifahi sorğu üzrə  qeydiyyat vərəqi
Mövzunun şərhi
Test
Test tapşırıqları
Test suallarının cavablandırılması
Tapşırıqvermə
Tapşırıq, çalışma
Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri
Mövzulara  müvafiq olaraq  rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
Təsvir etmə, yapma, şerin qoşulması, essenin yazılması, məsələ qurmaq, əl işləri hazırlamaq

Summativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərlə istifadə olunur:
•  şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;
•  şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;
•  planlaşdırma aparmaq və təkliflər vermək;
Kiçik və böyük summativ qiymətləndirmə isə rəsmidir və 1,2,3,4,5 rəqəmlərindən istifadə olunaraq rəsmi jurnalda qeyd olunur. Şagirdə yarımillik qiymət çıxarmaq üçün   düs­tu­run­dan istifadə olunur. Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1,  ksq2 ,..., ksqn -şagirdin müvafiq yarımil ərzində  kiçik summativ qiymətlən­dir­mə­lə­ri­nin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymət­lən­dir­mə­lə­rin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən   böyük summativ qiymət­lən­dir­mə­nin nəticəsini bildirir.
Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.  



 

воскресенье, 9 октября 2016 г.

Azərbaycanda şagirdlərə attestatlar yeni qaydalar ilə veriləcək
7 Oktyabr, 2016  13:07

Bakı. 7 oktyabr. REPORT.AZ/ 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Komissiyadan "Report"a verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.

Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcəkdir. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.

TQDK IX VƏ XI SİNİFLƏR ÜZRƏ BURAXILIŞ İMTAHANLARINDA ŞAGİRDLƏRİN YAZACAQLARI İNŞALARA (ESSELƏRƏ) VERİLƏN TƏLƏBLƏR



 Hörmətli şagirdlər! 2016-cı ildə IX və XI siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir.
Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
 İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən şagird:
• mövzunu açmalı və dolğun əhatə etməli;
• yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;
• mövzuya yaxşı bələd olduğunu göstərməli;
• təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
• fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına riayət etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir.
İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndiriləcək.
 “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:
 • seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə;
 • şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
 • çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
• yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
 • yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması.
Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcəkdir.

İnşanın həcmi 18 sətir (90 və ya daha çox söz) olmalıdır. 9 sətirdən (45 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. Qeyd: İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir.

TQDK-nın 2016-cı ildə IX və XI siniflər üçün təklif etdiyi inşa və esse mövzuları    

1. Çiçəklənən Azərbaycan.
2.                   Müstəqilliyimiz - əbədidir.
3.                   Azərbaycanın dövlət atributlan.
4.                   Azərbaycan vətəndaşıyam.
5.                   Azərbaycan - mənim vətənimdir.
6.                   Müstəqilliyimiz daimi və əbədidir.
7.                   “Vətənimsən, mənliyimsən...”
8.                   Vətən - torpaqdır, keçmişdir, bu gündür, gələcəkdir!
9.                   Vətən - bizim varlığımızdır.
10.               Vətən - kökümüz, soyumuzdur.
11.                Vətən - taleyimin özüsən.
12.                Sevirəm torpagımı, Öpürəm bayrağımı.
13.                Vətənini sevməyən heç kəs, heç nəyi sevə bilməz.
14.                Heydər Əliyev - ümummilli lider.
15.                “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” (H. Əliyev)
16.                Şirin ana dilimiz.
17.                Ölkəmizdə dövlət dili Azərbaycan dilidir.
18.                Vətənə məhəbbət doğma dilə məhəbbət deməkdir.
19.                “Başqa dilləri öyrənərkən öz ana dilinizi unutmayın, öz ana dilinizi heç bir dilə dəyişməyin!” (H.Əliyev)
20.                “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
21.                1 avqust- dövlət dili günüdür.
22.                Ana dilim yaşayır və inkişaf edir.
23.                Dil etibarlı dostumuzdur.
24.                Sevdiyim xarici dil.
25.                Xarici dili bilmək insana nə verir?
26.                Xarici dilin insan həyatında rolu.
27.                Kompyuter ikinci məktəbdir.
28.                XXI əsr və kompyuter.
29.                Kompyuter həyatımızda.
30.                İnternetdən istifadə sənə nə verir?
31.                Hansı sənət yaxşıdır?
32.                Gələcək haqqında düşüncələrim.
33.                Tərcümeyi-halım.
34.                Mənim dünyam.
35.                İlk dərs günüm.
36.                İlk müəllimim.
37.                Məktəbə getdiyim ilk gün.
38.                Sevimli müəllimim.
39.                Sevdiyim fənn.
40.                Neçə insan olmaq istərdim?
41.                Mən həkim olsaydım....
42.                Mən deputat olsaydım....
43.                                                                        Mən polis olsaydım 
44.                Dostuma məktub.
45.                Əsgərlikdəki qardaşıma məktub.
46.                Kimə məktub göndərmək istərdim?
47.                Kimdən məktub almaq istərdim?
48.                Səncə insanlarla ünsiyyət necə qurulmalıdır?
49.                Uşaqlıq xatirələrim.
50.                Həyatımın ən xoş günü.
51.                Novruz xatirələrim.
52.                Novruz “ yeni gün” deməkdir.
53.                Novruz süfrəsi.
54.                Xalqımızın milli bayramı - Novruz.
55.                Ailəmiz Novruz bayramını necə keçirir.
56.                Hansı Novruz adətlərini daha çox xoşlayıram?
57.                Novruz bayramına hazırlıq.
58.                Novruz böyük el bayramıdır.
59.                Novruz gəldi, yaz gəldi.
60.                Sevdiyim heyvan (və ya quş).
61.                Azərbaycanın nadir ağaclan.
62.                Sevdiyim bitki (gül, ağac).
63.                Azərbaycan bitkiləri - hər bir dərdin dərmanı....
64.                Təbiət şəfa mənbəyidir.
65.                Sağlam ətraf mühit haqqında düşüncələrim.
66.                Ağacların faydası.
67.                Ölkəmizdə yeni qoruqlar və meşə massivləri salınır. Bunları ekoloji tarazlığın qorunmasına aid addım hesab etmək olarmı?
68.                Təbiətin oyanışı.
69.                Doğma təbiətimizin gözəllikləri .
70.                Sən təbiəti qoruyursanmı?
71.                Təbiəti qorumaq sağlamlıqdır.
72.                Təbiəti qorumaq üçün nə edirəm?
73.                Bahar təbiətin gənclik çağıdır.
74.                Fəsillərin gözəli bahar.
75.                Təbiətin payız gözəllikləri.
76.                Yayın yadımda qalan biri günü.
77.                Bir qış günü.
78.                Bir payız axşamı.
79.                Bir yay günü.
80.                Sevdiyim fəsil.
81.                Azərbaycanın iqlimi.
82.                Yazda təbiət.
83.                Qışda təbiət.
84.                Payızda təbiət.
85.                Yayda təbiət.
86.                Payız rəngləri.
87.                Qışın rəngləri
88.                Qış olmasaydı...
89.                Qış tətilində.
90.                Yayın rəngləri.
91.                Yay tətilində.
92.                Payızın son ayı.
93.                Qışın son ayı.
94.                Yazın son ayı.
95.                Yayın son ayı.
96.                İnsanların qış qayğıları.
97.                Təbiətin qoynunda.
98.                Azərbaycan təbiəti.
99.                Ana təbiət.
100.            Qışda təbiət.
101.            Payızda təbiət.
102.            Ətraf mühitin mühafizəsi haqqında düşündüklərim.
103.            Şəhərimizin (kəndimizin) baharı.
104.            Şəhərimizin (kəndimizin) payızı.
105.            Şəhərimizin (kəndimizin) qışı.
106.            Əsl dost necə olmalıdır?
107.            Həyat özü də bir məktəbdir.
108.            Sən dostluq etməyi bacarırsanmı?
109.            Dostluq haqqında düşüncələrim.
110.            Dostluq nəcib duyğudur.
111.            Dostu qazanmaq çətin, itirmək asandır.
112.            ”Kitab mənim ən yaxın dostumdur” fikrinə münasibətim.
113.            Kitabın tərəqqiyə təsiri.
114.            Kitabsız ömür mənasızdır.
115.            Kitab dostumuz və məsləhətçimizdir.
116.            Kitab mənəvi sərvətdir.
117.            Oxuduğum ilk nağıl.
118.            Nağıllar aləmində.
119.             Sevdiyim nağıl qəhrəmanı.
120.             Şəxsi kitabxanam.
121.             Təhsil gələcəyə aparan yoldur.
122.             Həyatda kitabın rolu.
123.             Sevdiyim qəzet (və ya jurnal).
124.             Bədii əsəri sevdirən amillər.
125.             Musiqinin insan duyğularına təsiri
126.             Qarabağ - musiqi beşiyimiz.
127.             Musiqi dinləyərkən.
128.             Musiqi - ruhun qidasıdır.
129.             Xatirə dəftərimin bir səhifəsi.
130.             Arzuların qanadında.
131.             Sözün qüdrəti.
132.             Elmin inkişafının cəmiyyətə təsiri.
133.             “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”. (N.Gəncəvi)
134.             Elm ağlın çırağıdır.
135.             İnsanın ən qiymətli sərvəti ağıl, bilk və elmdir.
136.             İnsanın gücü bilikli olmasındadır.
137.             Həyatda uğur qazanmağın şərtləri.
138.             Cəmiyyətə yararlı insan necə olmalıdır?
139.             İnsanın müsbət və mənfi xüsusiyyətləri hansılardır?
140.             Xarici, yoxsa daxili gözəllik üstündür?
141.             Mənim istirahət günüm.
142.             Bədii əsərlərə marağım nə zaman yarandı?
143.             İdmana maraq məndə necə yarandı?
144.             Məktəbi ikinci evin hesab edirsənmi?
145.             Dərslərimi necə hazırlayıram?
146.             Həyatımın bir günü.
147.             Savadlı olmaq üçün nə etmək lazımdır?
148.             Oxuduğum ilk bədii əsər.
149.             Məktəb həyatında təsirləndiyim bir hadisə.
150.             Yazıçı (şair) ilə görüş.
151.             İlk müəllimim ilə görüşərkən
152.             Divar qəzetini necə hazırladıq?
153.             İmtahanlara necə hazırlaşıram?
154.             Sevdiyim yazıçı (şair).
155.             Müasir gəncliyin gündəlik qayğıları.
156.             Qocalar evində.
157.             Qocalar evi bayram günündə.
158.             Xeyirxahlıq nəcib insani keyfiyyətdir.
159.             Xeyirxahlıq etməyi bacarırsanmı?
160.             Yaxşılıq görmək üçün ilk növbədə yaxşılıq etmək lazımdır..
161.             Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur.
162.             “Mən xeyriyyəçi olsaydım”...
163.             Yüksək əxlaqi dəyərlər hansılardır?
164.             Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
165.             Milli qəhrəmanlarımız.
166.             Səncə əsgər hansı keyfiyyətlərə malik olmalıdır?
167.             Xoşbəxtliyin yolu nədir?
168.             Xoşbəxtliyi nədə görürəm?
169.             Əsl gözəllik daxili gözəllikdir.
170.             “Sözün də su kimi lətafəti var...” (N.Gəncəvi)
171.             Xalqımızın milli adətləri.
172.             Milli adət-ənənələrimiz
173.             İnsanpərvərlik nə deməkdir?
174.             İnsanpərvərlik haqqında düşüncələrim.
175.             Qaygıkeşlik mənəviyyatımızın tərkib hissəsidir
176.             Sizcə əsl insani xüsusiyyətlər hansılardır?
177.             Vətənpərvərlik ən nəcib mənəvi keyfiyyətdir.
178.             Müasir gəncliyin vəzifələri.
179.            Uca zirvələr bizi gözləyir.
180.            Mənəvi zənginlik.
181.            Şəxsiyyət azadlığı.
182.            Torpaqdan pay olmaz!
183.            Torpaq - uğrunda ölən varsa, vətəndir.
184.            Dünənimiz, bu günümüz və gələcəyimiz.
185.            Hardan başlanır Vətən?
186.            Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusudur.
187.            “Bir kərə yüksələn bayraq bir daha enməz!” (M.Ə. Rəsulzadə)
188.            Mübariz İbrahimov cəsarət rəmzidir.
189.            Mübariz İbrahimov gəncliyə örnəkdir.
190.            Mənim idealım olan insan.
191.            Tarixdə iz qoyan şəxsiyyətlər.
192.            Sevdiyim idman növü.
193.            Sevdiyim tarixi şəxsiyyət.
194.            Xalq qəhrəmanları ilə fəxr edir.
195.            Səncə sərkərdə hansı keyfiyyətlərə malik olmalıdır?
196.            Azərbaycan qalaları.
197.            Azərbaycan qəhrəmanlar diyarıdır.
198.            Azərbaycan tarixi abidələr diyarıdır.
199.            Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir.
200.            Qobustandakı qaya təsvirləri bizə nələr deyir?
201.            Qobustanı gəzərkən.
202.            Qayalar üzərində tarix - Qobustan.
203.            Meydan və xiyabanlanmızı gəzərkən.
204.            Dostumla gəzintidə.
205.            Sinif yoldaşlarımla gəzintidə.
206.            Ailəmlə gəzintidə.
207.            Bizim məhəllə.
208.            Doğma məktəbim.
209.            Doğma şəhərim (kəndim).
210.            Dilini sev, sevdir və qoru.
211.            Azərbaycanın gələcəyi biz gənclərin əlindədir.
212.            Müasirlərimi necə görmək istərdim?
213.            Milli adət-ənənələrimiz haqqında nə bilirəm?
214.            Azərbaycan mətbəxi.
215.            Milli mətbəximiz.
216.            Şəhərimizin (rayonumuzun, kəndimizin) tarixi.
217.            Bizim şəhər (rayon, qəsəbə, kənd).
218.            Yurdum, yuvam, məskənimsən, Azərbaycan!
219.            Əsl vətənpərvər kimdir?
220.            Vətənə xidmət nədir?
221.            Şəhid abidəsi önündə.
222.            20 Yanvar -xalqımızın qan yaddaşı .
223.            20 Yanvar yaddaşlarda.
224.            “Şəhidlər xiyabanı”nı ziyarət edərkən düşündüklərim.
225.            Şəhidlər xiyabanı - müqəddəs məkan.
226.            “Şəhidlər xiyabanı” müqəddəs and yerimizdir.
227.            Xalqımızın qan yaddaşı - “Xocalı faciəsi”.
228.            “Xocalı faciəsi”ni unutma!
229.            Məhv edilmiş şəhərim - Xocalı.
230.            Tanıdığım milli qəhrəmanlar.
231.            Milli Qəhrəman Mübariz İbrahimov haqqında bildiklərim.
232.            Müəllimimiz Milli Qəhrəmanlarımız haqqında bizə nələri söyləyib?
233.            Azərbaycan sərkərdələri haqqında bildiklərim.
234.            Vətənə xidmət vətəndaşlıq borcumuzdur.
235.            Qarabağım - varlığım mənim.
236.            Qarabağ Azərbaycanın “qara” mirvarisidir.
237.            Qarabağda səslənəcək Qarabağın şikəstəsi...
238.            Könlüm keçir Qarabağdan...
239.             Qarabağla bağlı eşitdiklərim.
240.             20 Yanvar haqqında eşitdiklərim.
241.             Müasir dünyada kompyuter texnologiyasıının rolu.
242.             Müasir həyatda internetin rolu.
243.             Müəllim və şagird arasında münasibət necə olmalıdır?
244.             Texnologiyanın inkişafı insanları tənbəl edirmi?
245.             İnsan bir sənət, yoxsa bir neçə sənət öyrənməlidir?
246.             İnformasiyanın çoxluğu nəyə səbəb olur?
247.             Sağlam bədəndə sağlam ruh olar.
248.             Yaxşı müəllimin şagirdin həyatında rolu.
249.             Neftimiz - sərvətimizdir.
250.             Sevilən ədəbi qəhrəmanlar.
251.             Xaricdəki həmyaşıdıma məktub.
252.             Dostlarımla keçirdiyim bir gün.
253.             Bir şəklin tarixi.
254.             Bayram təbriklərim.
255.             Azərbaycanda sağlam ətraf mühitin yaranması üçün nələri təklif edərdim?

256.             Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələri təklif edərdim?