понедельник, 10 октября 2016 г.


Müasir məktəbdaxili qiymətləndirmə

Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra də­yi­şik­lik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm).
Yeni ümumi orta təhsil proqramı (kurikulum) nəticəyönümlü prinsipi ilə hazır­lan­dığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi va­cib­dir. Çünki artıq şagiridin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün reallaşdıracağı məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.
Müasir qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür.
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində  şa­gird­lə­rin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiy­mət­lən­dir­mə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər apar­ma­ğa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətin növləri
Müşahidə (Müəllim şagirdin təlim fəa­liy­yətini müşahidə əsa­sında qiymət­lən­di­rir)
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)
Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (Şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq)
Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Valideyn iclasında sorğu vərəqlərinin doldurulması
Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:
  təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;
  təlim prosesində qrup və cütlərin təşkilində;
  tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyən­ləş­diril­məsində;
Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün  müəyyən olun­muş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviy­yə­si­nin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin  düzgün is­ti­qa­mət­ləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin iz­lənil­məsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan ya­ra­dır. Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-stan­dart­lar­dan çıxarılmış təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən apa­rı­lır. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin şəxsi qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin sə­viy­yələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mə­nim­sə­yir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifa­də­lərdən  istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəa­liy­yə­ti­ni  bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün  dərsin sonunda  vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiy­mət­ləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər  dərsdə qeydlərin ol­ması mütləq deyil. Formativ qiymətləndirmə zamanı şagirdlər  eyni bir meyarın 4 və ya daha artıq səviyyəsi ilə qiymətləndirilə bilər.
Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Müşahidə
Müşahidəvərəqləri
Qrupda və ya cütdə iş
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi
Təqdimatlar
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Sorğu vərəqlərinin doldurulması, və ya müzakirə
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyarcədvəli
Müstəqil (yaradıcı) iş
Rubrik
Nailiyyət səviyyələri üzrə qiy­mətləndirmə şka­lası
Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test
Test tapşırıqları
Test tapşırıqlarının həlli
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Özünüqiymətləndirmə vərəqlərinin doldurulması 

Formativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərdə istifadə olunur:
  cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində;
  təlim tapşırıqlarının seçilməsində;
  ev tapşırıqlarının verilməsində;
  sinifdəki təlimin istiqamətləndirilməsində;
  təlim prosesində qrup və cütlərin təşkilində;
  şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, ya­rım­i­lin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Sum­mativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ isə ildə iki dəfə, yarımillərin sonunda aparılır. Böyük summativ qiy­mət­ləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.”

Summativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Yoxlama yazı işləri
Yoxlama yazı işləri üzrə  qeydiyyat vərəqi
Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli
Layihənin meyarlar əsasında qiymətləndirilməsi
Şifahi sorğu
Şifahi sorğu üzrə  qeydiyyat vərəqi
Mövzunun şərhi
Test
Test tapşırıqları
Test suallarının cavablandırılması
Tapşırıqvermə
Tapşırıq, çalışma
Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri
Mövzulara  müvafiq olaraq  rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
Təsvir etmə, yapma, şerin qoşulması, essenin yazılması, məsələ qurmaq, əl işləri hazırlamaq

Summativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərlə istifadə olunur:
  şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;
  şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;
  planlaşdırma aparmaq və təkliflər vermək;
Kiçik və böyük summativ qiymətləndirmə isə rəsmidir və 1,2,3,4,5 rəqəmlərindən istifadə olunaraq rəsmi jurnalda qeyd olunur. Şagirdə yarımillik qiymət çıxarmaq üçün   düs­tu­run­dan istifadə olunur. Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1,  ksq2 ,..., ksqn -şagirdin müvafiq yarımil ərzində  kiçik summativ qiymətlən­dir­mə­lə­ri­nin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymət­lən­dir­mə­lə­rin sayını, BSQ isə, I və ya II yarımildə keçirilən   böyük summativ qiymət­lən­dir­mə­nin nəticəsini bildirir.
Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.  



 

Комментариев нет:

Отправить комментарий