Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək
1.
PEDAQOJİ TEXNOLOGİYA ANLAYIŞI

Tədqiqatçı pedaqoqlar (V.P.Bespalko,
M.V.Klarin, Q.K.Selevko və b.) və psixoloqlar (C.Keroll, B.Blum və b.) artıq müəyyənləşdirmişlər
ki, məktəbdə şərait olduqda təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız
pedaqoji texnologiyaların elmi əsasda təkmilləşdirilməsi və işdə yaradıcı şəkildə
tətbiqi ilə
mümkündür.
Yeni, nəticəyönümlü texnologiyaların yaradıcı tətbiqi
ciddi
elmi-metodik layihələrin, konkret sinif otağında aparılan
pedaqoji
proseslərin təminatlı uğurunun əldə olunmasını nəzərdə tutur. Pedaqoji
texnologiyaların layihələşdirilməsi dedikdə, məqsədəmüvafiq gözlənilən nəticələrə
nail olunmasını təmin edən prosedur və əməliyyatların pedaqoji proseslərin
iştirakçıları tərəfindən ardıcıl surətdə yerinə yetirilməsi proqramının
hazırlanması başa düşülür.
Pedaqoji
texnologiyalar pedaqogikanın bir predmeti kimi XX əsrin 30-cu illərindən ABŞ-da
təlimin audiovizual proqramının qəbul edilməsi ilə başlayır. İnkişaf indi də
davam edir. İnkişafın əsas əlaməti "təhsildə texnologiyalar"
(technology in education) termininin "təhsil texnologiyaları"
(technology of education) termini ilə əvəz olunması, sonra isə "pedaqoji
texnologiyalar" (education technology) termininin yaranması oldu. Bu
terminlərin dəyişməsi üç dövrü əhatə edir
Birinci
dövr (XX əsrin 50-ci illərin əvvəli) - bu dövr məktəblərdə audiovizual vasitələrdən
(səsyazma və yenidən dinləmə, təsvirlərin proyeksiyası aparatları) kütləvi
olaraq istifadə edilməsinə başlanması ilə səciyyələnir.
İkinci
dövr (50-ci illərin ortaları və 60-eı illər) - təlim prosesində texnoloji yanaşma
ilə xarakterizə olunur. Texnoloji yanaşmaların nəzəri əsasını
proqramlaşdırılmış təlim ideyası, texnoloji əsasını isə audiovizual vasitələr və
məxsusi olaraq müəyyən təlim məqsədlərinin həyata keçirilməsi üçün hazırlanan əks-əlaqə
qurğuları, təlimverici elektron maşınları, linqafon kabinetləri, trenajorlar və
s. təşkil edirdi. Bu dövrdə artıq "təhsilin texnologiyası" dedikdə, əvvəlcədən
planlaşdırılmış nəticələrə gətirib çıxaran pedaqoji prosesin elmi təsviri (təlim
vasitələri və təlim metodlarının məcmuu kimi) anlaşılırdı.
Üçüncü
dövr (70-ci illər) - pedaqoji texnologiyaların bazasının genişləndirilməsi
dövrü kimi səciyyələndirilir. Bu dövrdə pedaqoji texnologiya bazasına
informatika, telekommunukasiyalar nəzəriyyəsi, pedaqoji kvalimetriya
(monitorinq və qiymətləndirmə), sistemli təhlil və pedaqogika elminin elementləri
(təlim texnologiyası, idrak fəalliyətinin idarə olunması nəzəriyyəsi, tədris- təlim
prosesinin optimallaşdırılması, pedaqoji əməyin elmi təşkili) əlavə edildi. Bu
dövrdə həmçinin, pedaqoji texnologiyaların metodoloji əsaslan yeniləşir və
audiovizual təlimə keçid baş verir. Genişlənmə ən yeni audiovizual təlim vasitələrinin:
videomaqnitofonlann, kinoproyektorların, elektron lövhələrin, flomasterlə
yazılan bloknot-lövhələrin, səs və təsvir sinxrotronların kütləvi istehsalı ilə
müşayiət olunur; məktəblərdə kompüter laboratoriyalan, displey sinifləri
yaradılır, pedaqoji proqramlaşdırılma vasitələrin keyfiyyəti və miqdarı
artırılır, interaktiv videosistemlərdəıı istifadə olunmağa başlayır. Yeni-yeni
qəbul edilən vaxtlarda pedaqogikada pedaqoji texnologiyaya təhsilin
effektlivliyinin yüksəldilməsi üçün istifadə edilən pedaqoji nəzəriyyə və
praktikanın bütün sahələri ilə əlaqələri olan ideyalar, konsepsiyalar,
yanaşmalar, təlim üsulları, metodlan və vasitələrinin konqlomeratı kimi
baxılırdı.
Pedaqoji
texnologiya indiki statusunu alanadək əlli illik təkamül yolu keçmişdir. Bu
yolu təlim tipləri kimi ifadə etsək belə bir xətt alınar [118]: "verbal
təlim - audioviziual təlim - proqramlaşdırılmış təlim - multimedial təlim
- hipermedial təlim".
İnkişaf
etmiş ölkələrdə pedaqoji texnologiyaların məktəblərdə kütləvi tətbiqinə keçən əsrin
60-cı illərindən başlanmışdır. Bu dövrdə ABŞ və Avropanın ümumtəhsil məktəblərində
yeni təhsil islahatları keçirilir və təlimə qarantiyalı, nəticəsi əvvəlcədən məlum
olan texnoloji-istehsalat prosesi kimi yanaşılmağa cəhdlər edilirdi.
Pedaqogika
insanşünaslığın elmi-texnoloji sahəsidir, onun məqsədi insan haqqında olan
bütün elmlərin açıqladığıqanunauyğunluqlar əsasında təlim və tərbiyənin optimallaşdırılmasıdır.Kütləvi
təhsil sisteminə keçid dövründən başlayaraq və indiki dövrdə də pedaqogikanın əsas vəzifəsi optimal
pedaqoji sistemlər və texnologiyalar yaratmaq, predmeti isə insan təbiəti ilə təlim-
tərbiyənin effektivliyi arasındakı münasibətləri na dumaqdır.
Bu
konteksdə pedaqoji texnologiya, verilmiş şəraitdə pedaqoji məqsədlərə nail
olmağın optimal üsullarının məcmusudur.
Daha
geniş mənada “pedaqoji texnologiya - bütün təlim prosesi və biliklərin mənimsənilməsi,
insan və texniki resurslar, onların qarşılıqlı
təsiri nəzərə alınmaqla təhsildə daha effektiv nəticələrə nail olmaq üçün tətbiq
edilən sistematik planlaşdırma, fəaliyyət və qiymətləndirmə metodlarıdır”
[119].
YlJNESKO-da
müəyyənləşdirilmiş bu ümumi tərifdən başqa müasir pedaqoji ədəbiyyatda pedaqoji texnologiyalar
bir sıra pedaqoqlar tərəfindən mənaca və məzmunca yaxın olan müxtəlif yəriflər
və yanaşmalarla səciyyələndirilir:
*
Təhsil texnologiyası (və ya pedaqoji
texnologiya) elmi əsasda qurulmuş, müəyyən zaman və məkan daxilində
proqramlaşdırılmış
və nəzərdə tutulan
nəticələrə nail olunan pedaqoji prosesin bütün komponentlərinin funksiyalarını
ifadə edən bir sistemdir (Selevko Q.K.).
•
Pedaqoji texnologiya mahiyyət etibarilə təlim-tərbiyə
prosesinin lahiyələndirilməsinin sistemli metodu kimi səciyyələndirilir. O,
prosessual kateqoriya kimi bilavasitə tədris və tərbiyə prosesi ilə - müəllimin və şagirdin fəaliyyəti,
onun strukturu, vasitələri, metodları və s. ilə bağlıdır (Əlizadə Ə.Ə.).
e Pedaqoji
texnologiyalar dedikdə hazırda bütün pedaqoji prosesdə mövcud paradiqmalar,
vasitələr, müxtəlif təlim-tərbiyə prosesləri, məzmunun formalaşdırılması, öyrətmə
modelləri və metodları, idarəetmə, qiymətləndirmə və bütün bu prosesdə
korreksiya və təkamül nəzərdə tutulur (Ağayev Ə.Ə.).
•
Pedagoji texnologiya - müəllim fəalliyətinin elə təşkilidir ki, bu fəalliyətə
daxil olan hərəkətlərin hamısı müəyyən bütövlük və ardıcıllıq təşkil edir,
onların yerinə yetirilməsi isə gözlənilən nailiyyətlərlə nəticələnir və
prognostik xarakter daşıyır (Ksenzova Q.Y.).
®
Pedaqoji texnologiya - fərdilik prinsipi nəzərə alınmaqla həyata keçirilən müəllim
və şagirdlərin birgə, qarşılıqlı 'fəalliyətidir. Bu fəaliyyət nəticəsində
şagirdlər təhsilin dövlət standartını mənimsəyirlər (Bespalko V.P.).
®
Pedaqoji texnologiya - müəllim və şagirdlərin müəyyən dərəcədə planlaşdırılmış
elə pedaqoji fəaliyyətidir ki, nəticədə təhsilin dövlət standartlarında nəzərdə
tutulan bilik, bacarıq və vərdişlər əldə edilir (M.V.Klarin).
Fikrimizcə,
daha ümumi və dolğun tərif aşağıdakı kimi ola
bilər:
Pedaqoji
texnologiya - qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün optimal metodlar,
pıiyomlar və fəaliyyət üsullarından istifadə etməklə əvvəlcədən layihələşdirilmiş
pedaqji prosesin planauyğun şəkildə, ardıcıllıqla həyata keçirilməsidir.
Pedaqoji prosesin reallaşdırılması zamanı müəllim və şagirdlərin interaktiv fəaliyyəti,
fərdi və kollektiv təlim işin məqsədəuyğun şəkildə birləşdirilməsi, şagirdlərin
özünü və biri-birinin fəaliyyətini qiymətləndirməsi təmin edilir.
Və
yaxud
Pedaqoji
texnologiya - fərdi yanaşma və kollektiv iş prinsiplərini qarşılıqlı əlaqədə tətbiq
etməklə müəllim və şagirdlərin planlaşdırılmış(layihələşdirilmiş) elə birgə fəaliyyətidir
ki, nəticədə sinfin bütün şagirdləri təhsilin dövlət standartlarında nəzərdə
tutulan ' ‘Ki bacarıq və vərdişlərə yiyələnir, tələb olunan səviyyəyə nail
Mİtii və onların fərdi qabiliyyətləri inkişaf edir.
Elmi
ədəbiyyatda pedaqoji texnologiyaların doqquz prinsipi olduğu göstərilir [70]: i
l. Tərbiyəedici təlim prinsipi.
2.
İnkişaletdirici təlim prinsipi.
3. Təlimdə
müvəffəqiyyət əldə etmək prinsipi.
4. Bütün
şagirdlərlə əks-əlaqə prinsipi.
5. Müntəzəm
olaraq təkraretmə prinsipi.
6. Optimal
psixi gərginlik prinsipi.
7. Təlim
prosesində şagirdlərin maksimum iştirakı prinsipi.
8. Təlimdə
yaxın inkişaf zonasına yönəltmə prinsipi.
9. Müəllim
və şagirdlərin vahid məqsədlər üçün birləşməsi ( əməkdaşlığı) prinsipi.
Bu
prinsiplər əsasən müasir (yeni) təlim texnologiyalarına məxsusdur.
Ənənəvi
pedaqoji sistemin də özünəməxsus texnologiyası (tədris-təlim prosesinin təşkili,
gedişi) olub. Lakin onların mövcud olduğu dövrdə tədris-təlim prosesi texnoloji
anlamda təhlil olunmayıb. XX əsrin 70-80-ci illərindən orta ümumtəhsil məktəblərində
tətbiq olunmağa başlayan yeni təlim üsullaı ı (problemli təlim, modul təlimi,
bloklarda təlim, işgüzar oyunlarla aparılan təlim, V.F.Şatalovun intensivləşdirilmiş
təlimi və b.) pedaqoqlar tərəfindən təlim texnologiyaları kimi açıqlanmağa
başlayıb.
Təhsilin
məzmunu təhsil texnologiyasının əsas mahiyyət hissəsi olaraq həm də onun
prosessual hissəsini müəyyənləşdirir. Bununla yanaşı, təlim metodları və
formalarının əsaslı şəkildə dəyişməsi təhsilin məqsəd və məzmununda dəyişikliklər
edilməsini tələb edir. Beləliklə, təhsil texnologiyasının prosessual və məzmun
hissələrinin biri-birilə qarşılıqlı əlaqədə olduğu məlum olur.
Təhsilin
məzmunu və texnologiyanın prosessual hissələrinin (texnoloji proseslərin)
birlikdə reallaşdırılmasında məktəb dərslikləri mühüm rol oynayır. Dərsliklərdə
həm təhsilin məzmunu, həm də məzmunun ümumi şəkildə necə verilməsi
texnologiyası açıqlanır. Burada, dərslik müəlliflərinin təqdim etdiyi
texnologiya dərsliklərin keyfiyyətini müəyyənləşdirməyə imkan verir.
Texnologiya
ilə müəllimin pedaqoji ustalığı (peşəkarlığı) arasında nə kimi əlaqə vardır?
Pedaqoji işin texnologiyasının necə həyata keçirilməsi xeyli dərəcədə bu işdə
vasitəçilik edoıı pedaqoqun şəxsi keyfiyyətlərindən asılıdır. Pedaqoqun peşəkarlıq
qabiliyyətindən, yaratdığı şəraitdən asılı olaraq pedaqoji texnologiya müxtəlif
səviyyədə reallaşa bilər. Deməli, tətbiq olunan texnologiyanın necə nəticələnməsi
pedaqoqun peşəkarlığından xeyli dərəcədə asılıdır.
Hazırda
məktəb praktikasında təlimlə bağlı aşağıdakı yeın (müasir) təhsil
texnologiyalarından daha çox istifadə olun maqdadır;
1.
Problemli təlim texnologiyası.
2.
İnkişafetdirici təlim texnologiyası.
3.
Dialoqlu-diskussiyalı
təlim texnologiyası.
4.
İnteraktiv təlim texnologiyası.
5.
Oyunlarla müşayiət olunan təlim
texnologiyası.
6.
Blok sistemi ilə təşkil olunan modul təlim
texnologiyası.
7.
İstinad konspekti və siqnallarla aparılan
təlim texnolu
giyası.
8.
Qabaqlayıcı təlim texnologiyası.
9. Kollektiv
təlim texnologiyası.
10.
Diferensial təlim texnologiyası.
Subyekt-subyekt
(müəllim-şagird) münasibətlərinə görə
Pedaqoji təlim
texnologiyalarını iki böyük qrupa bölmək olar:
1. İzahlı
-İIlüstrativ (ənənəvi) təlim texnologiyaları.
2.
Şəxsiyyotyönümlü- inkişafetdirici (yeni) təlim
texnologiyaları.
Yeni
təlim texnologiyalarının əsas əlamətləri
:
1.
Təlim prosesində
şagird şəxsiyyəti inkişaf etdirilir (ümumpedaqoji, inkişafetdirici və tərbiyəedici
məqsədlər layihələşdirilmiş olur). Yəni, yeni təlim texnologiyalarında şəxsiyyətyönümlülük
və inkişafetdiricilik qabarıq şəkildə səciyyələnir.
2.
Şagirdlərin uğurla
müstəqil fəaliyyət göstərməsi üçün tədris materialı optimal şəkildə tərtib
olunur. Bu məqsədlə şagirdlər üçün xüsusi təlim materialları (və ya dərsliklər)
hazırlanır. Burada, məqsəd və ona nail olmaq üçün: a) təlim sistemi, b) tədris
materialının məzmununa daxil olan didaktik modullar və onun öyrənilmə səviyyəsi,
c) tədris materialının mənimsənilməsi üçün fəaliyyət üsulları, d) mənimsəmə səviyyəsini
ölçmək (müəyyənləşdirmək) üçün qiymətləndirmə meyarları göstərilir. Didaktik
materialların ayrı-ayrı texnoloji kartlar şəklində təıtib olunması əlverişli
hesab edilir.
3.
Şagirdlərin təlim fəaliyyəti
istiqamətləndirilir - fəaliyyətin əsas prinsipləri, üsulları, motivasiyası, nəzarət
və əldə olunan nəticələrin qiymətləndirilməsi məsələləri izah edilir.
4.
Təlim-idrak fəaliyyəti
üçün tam şərait yaratmaq imkanı verən dərslər tsiklindən, frontal, kollektiv,
qrup və fərdi təlim fəaliyyətlərinin müxtəlif kombinasiyasından istifadə
edilir.
5.
Bilik və bacarıqların,
fəaliyyət üsullarının mənimsənilmə səviyyəsini öyrənmək üçün üç növ qiymətləndirmə
- ilkin (diaqnostik) qiymətləndirmə, cari və ya aralıq (formativ) qiymətləndirmə,
yekun (summativ) qiymətləndirmə tətbiq olunur.
6.
Nəticələrinin qiymətləndirilməsi
əsasında şagirdlərin təlim materialını mənimsəmə səviyyəsinin korreksiyası
aparılır. Korreksiyanın üç mərhələsi ola bilər [106]:
-
şagirdlərin
rastlaşdığı çətinliklərin sistemləşdirilməsi (korreksiyanın propodevtikası);
-
tipik səhvlərin və
onların səbəblərinin aydınlaşdırılması (korreksiyanın profilaktikası);
- şagirdi təhsil standartına gətirmək üçün pedaqoji və
metodik tədbirlərin görülməsi (əlavə tapşırıqların verilməsi, təkrar öyrənməyə
cəlb edilmə və s.).
7.
Ümumi sinfin (qrupun) mənimsəmə səviyyəsinin
yoxlanılmasında əsasən testləşdirmə üsulundan istifadə edilir.
8.
Təlim prosesinin şəraitə
uyğun təkrar olunma imkanı standartlaşdırılır, unifıkasiya edilir.
Şagirdyönümlülük prinsipinə görə şagird pedaqoji prosesin diqqət mərkəzində
dayanır. Bütün tədris və təlim işi onun maraq və tələbatlarının ödənilməsinə,
istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişaf etdirilməsinə yönəldilir.
Tədris-təlim prosesi şagirdəyönəlik, adaptiv olmalı, onun mövcud təhsil səviyyəsinə
qarşı dəstəkləyici, hörmətlə və həssaslıqla yanaşılmalıdır. Şagirdlərin psixoloji
xüsusiyyətləri - fərqli templə inkişaf etməsi, yeni fikirləri müxtəlif sürətlə
qavramaları nəzərə alınmalıdır.
Şagirdlər düşünməni, araşdırmanı və zövgü stimullaşdıran məqsədyönlü
və müvafiq fəaliyyət növləri ilə təmin olunmalıdır. Məsələn, cəlbedici modellərin
hazırlanması, maraqlı məsələlərin həlli, yaradıcı fəaliyyət tələb edən müsabiqə
və yarışların keçilməsi və i. a. Şagirdlər onlardan hansı təlim nəticələrinin
gözlənildiyini, nəyi və nə üçün öyrəndiyini bilməlidirlər.
Şagirdyönümlülük o deməkdir ki, şagirdin bilik və bacanq səviyyəsini
ardıcıl olaraq genişləndirilməsi məqsədilə onun təlim fəaliyyəti inkişaf və
yetkinlik səviyyəsi ilə uyğunluq təşkil etməlidir. Nəhayət, bütövlükdə qrup
(sinif) üzrə şagirdyönümlülük müəllimin dəstəkləyici mühit yaratması ilə də
bağlıdır. Dəstəkləyici təlim mühitinin yaradılması effektiv təlimin həyata
keçirilməsi mümkün olan intellektual, sosial və fiziki şəraiti təmin edir. Bu o
deməkdir ki, şagirdlər özlərində daim öyrənmək həvəsi hiss etməli və təlim
zamanı yeni problemləri, məsələləri həll etməkdən çəkinməməli, öyrənmə
prosesində buraxılacaq səhvlərin təlimin zəruri, qəbul olunan, bəzən də faydalı
cəhəti hesab etməlidirlər.
Məktəbdə və sinifdə əməkdaşlıq atmosferi yaradılmalıdır, bu
mühitdə istehza və kinayə olmamalı, stereotip yaradan və şagirdləri, onların səylərini
zəiflədən iradlara yer verilməməlidir. Şagirdlərdə olan fərqli cəhətlərə hörmətlə
yanaşılmalı, onların cinsi, mədəni, milli və sosial-sinfi müxtəlifliyinə, fərdi
qabiliyyətləri və qüsurlarına, ailə mühitindəki fərqlərə həssaslıq göstərilməlidir.
Dəstəkləyici təlim mühitinin yaradılması həmçinin, münasib və geniş çeşidli
resurslardan, o cümlədən, fiziki sahə və avadanlıqlardan, çap və digər
materiallardan, faydalı texniki vasitələrdən qənaətbəxş, təhlükəsiz və etik
istifadə imkanlarının təmin edilməsi deməkdir.
3. Fəal, müstəqil və
birgə təlim fəaliyyəti imkanlarının yaradılması prinsipinə görə şagirdlər yalnız o zaman aktiv fəaliyyət göstərə bilərlər
ki, onlar reallaşdırılan təlim işinin nəticəsi ilə qarşılaşsınlar, bu işi özləri
etsin və ya başqasının etdiyini görsünlər. Məsələn, şagirdlər yazı, fəaliyyət və
ya tərtibat proseslərinin modellərini görürsə və “yaxşı yazı”, “yaxşı fəaliyyət”,
“yaxşı tərtibat” nümunələri ilə rastlaşırsa onların yaxşı yazmaq, yaxşı fəaliyyət
göstərmək və ya tərtib etmək ehtimalları da çox olacaqdır. Eləcə də şagird məktəbdə
başqalarının fikrinə hörmət etmək və onları qiymətləndirmək nümunələrinə nə qədər
çox rast gəlirsə onların da bu cür davranması ehtimalı yüksək olacaqdır.
Bu prinsip tələb edir ki, şagirdlər təlimi aktiv bir proses
kimi qəbul etməyə sövq etdirilməlidir, onlar sadəcə əzbərləməklə yadda saxlamaq
və yada gətirmək vərdişlərindən daha çox yeni fikir və ya təcrübələri qavramaq,
öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün qarşısına məqsədlər qoymalıdır.
Bu o deməkdir ki, təlim işi potensial surətdə mənalı olmalı və şagirdləri fəliyyətə,
düşünməyə cəlb etməlidir.
Şagirdləri müstəqil öyrənən şəxslər kimi yetişdirmək üçün
onlar müntəzəm olaraq həm fərdi, həm də birgə təlim işinə cəlb edilməli və buna
imkan və şərait yaradılmalıdır. Fərdi fəaliyyət vərdişlərinin yaradılması
şagirdə prosesləri və bacarıqları fərdi qaydada mənimsəməyə kömək edir. Sinifdə
(qrupda) birgə fəaliyyət vərdişlərinin yaranması üçün hər bir şagirdə mütəhərriklik
imkanı verilməli və onlar təlim fəaliyyətləri ilə bağlı öz üzərinə məsuliyyət
götürməyə sövq etdirilməlidir. Qeyd edilməlidir ki, şagirdlərin öz yoldaşları
ilə əməkdaşlıq etməsi; onların başqasının fikirlərini öyrənməsi və qiymətləndirməsi,
öz fikirlərini başqalarına izah etməsi təlim materialının daha yaxşı mənimsənilməsi
və yaddaşda möhkənilməsini təmin edir, üstəgəl şagirdlərdə ünsiyyət mədəniyyəti
inkişaf edir.
Təlimin intcqrativliyi prinsipi. Bu prinsipə əməl etməklə həm müxtəlif təlim sahələri (fənlər)
arasında, həm də eyni bir təlim sahəsi (fənn) daxilində biliklərin,
bacarıqların, dəyərlərin qarşılıqlı əlaqələrinə diqqət yetirilir. Beləliklə, məktəbdə
bilik, bacanq və dəyərlərin bir bütöv halda inkişaf etdirilməsi təmin olunur.
Bu məqsədlə fənlərin tədris materialları inteqrativ məzmunda qurulmalı, həmçinin
müəllim müstəqil iş üçün tapşırıqlar seçdikdə onların inteqrqtiv mənalı
olmasına diqqət verməlidir.
Təlimin məzmunu və nəticələrinin
təlimalanların məktəbdənsonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəlilik prinsipinə görə təlimin məzmunu, məzmun standartları elə müəyyənləşdirilməli
və bunlara uyğun bilik, bacanq və qabiliyyətlər elə formalaşmalıdır ki, təlimalanlarm
məktəbdənsonrakı həyat fəaliyyətində onlara lazım olsun, içərisində yaşadığı
mövcud cəmiyyətlə, başqa insanlarla münasibətlər qurmaqda onlara kömək etsin və
nəhayət, təhsilini davam etdirmək üçün gərəkli olsun.
Yeni pedaqoji
texnologiyaların mahiyyət və məzmunu ilə yaxından tanışlıq, məktəb
praktikasında müxtəlif
təlim
texnologiyalarının tətbiqi nəticələrinin araşdırılması deməyə
əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas üstünlükləri
aşağıdakılardır:
>
nəticəvyönümlülük;
>
şəxsiyyətyönümlülük
(şagird yönümlülük);
>
inkişafetdiricilik.
Ənənəvi təhsildə təlim müəllim-dərslik-sagird paradiqması ilə qurulursa, şəxsiyyətyönümlü təhsildə sagird-dərslik-
müəllim paradiqması ilə qurulur. İkinci iş sistemi
daha humanistik istiqamət hesab olunur.
Tədris materiallarının öyrənilməsində qarşıya qoyulan məqsədlərə
nail olmaq üçün şagirdlər konkret idrak fəaliyyətinə cəlb olunmalıdır: oxumalı,
çalışmalar və məsələlər həll etməli, verilmiş tapşırığı yerinə yetirməli, təhlil
və araşdırmalar aparmalı və i.a. işləri icra etməlidir. İdrak fəaliyyətinin səviyyəsini
müəyyənləşdirmək üçün son illərdə amerikan psixoloqu B.Blumun taksonomiyalarmdan daha çox istifadə olunur. Onlar aşağıdakılardır:
*
Bilik əldə etmə
(birinci səviyyə) - şagird öyrəndiyi konkret tədris vahidini (termin, fakt,
anlayış, tərif, qayda, əməliyyat, prinsip) yadda saxlayır və sözlə, əməllə ifadə
edə bilir.
*
Anlama (ikinci səviyyə)
- şagird tədris materialına aid biliklərini bir ifadə formasından başqasına
keçirə bilir (qısa məzmununu danışır, mahiyyətini izah edir və mənasını
açıqlayır, hadisələrin sonrakı inkişafını proqnozlaşdırır).
*
Tətbiqetmə (üçüncü səviyyə)
- şagird öyrəndiklərini konkret şəraitdə və yeni situasiyalarda tətbiq edə
bilir.
*
Analiz və sintez etmə
(dördüncü səviyyə) - şagird bütövü hissələrə ayıra bilir və onların arasındakı
qarşılıqlı əlaqələri aydınlaşdırır, sistemin, hadisələrin və faktların elementlərini
kombinə edib bir bütöv yarada bilir.
*
Qiymətləndirmə
(beşinci səviyyə) - şagird verilmiş konkret tədris matereialının qarşıya
qoyulan məqsəd üçün əhəmiyyətini qiymətləndirməyi, öz fəaliyyətinə tənqidi
yanaşmağı bacarır.
İnkisafetdirici
təlim konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, təlim
prosesində şagirdin inkişaf etdirilməsi diqqət mərkəzində olur. Yeni pedaqoji
texnologiyanın tətbiqi zamanı təlim işi elə qurulur ki, tədris materialı məzmununun
mənimsənilməsi, şagirdlərin tərbiyə və intellektinin inkişafı vahid, bütöv bir
proses olur. Burada da bilik və bacarıqların əldə edilməsi inkar olunmur, lakin
o əsas məqsədə nail olmaq üçün bir vasitə rolunu oynayır. İnkişafetdirici
xarakterli texnologiyalarda hər şeydən öncə biliklərin müstəqil olaraq
qazanılması nəzərdə tutulur. Yalnız bu halda şagirdlərin qabiliyyətləri inkişaf
edir, humanist meyilləri və motivasiya sferası formalaşa bilir.
Pedaqogika elmində inkişafetdirici təlimə aid dörd əsas
konsepsiya mövcuddur (L.V.Zankovun, D.B.Elkonin-V.V.Davıdovun, V.S.Biblerin və
Ş.A.Amonaşvilinin konsepsiyaları). Bunlardan daha populyar olam və bütün təhsil
mərhələlərində tətbiq ediləni Elkonin-Davıdov konsepsiyasıdır. Bu pedaqoji psixologiyalann
bütün təhsil strukturları üçün hazırladığı inkişafetdirici təlim texnologiyası
başqalarından prinsipcə onunla fərqlənir ki burada məktəblilərin nəzəri təfəkkürünün
forma- laşdırılmasma daha çox üstünlük verilir. Nəzəri təfəkkür dedikdə, bu və
ya başqa bir şeyin, hadisənin, anlayışın yaranması prosesini insanın sözlə ifadə
edə bilməsi, onların yaranması şəraitini izləməyi və izah etməyi bacarması, nə
üçün məhz bu cür formaya malik olmasını aydınlaşdıra bilməsi, öz fəaliyyəti ilə
həmin şeyin, hadisənin yaranması prosesini təkrar edə bilməsi başa düşülür.
Elkonin-Davıdov sistemi XX əsrin 80-ci illərindən tətbiq
olunmağa başlanmış, məktəb praktikasında uzun illər eksperimentdən çıxarılmış
və hazırda özünə geniş yer almışdır. Sistemin təşkilinin əsas prinsipləri
bunlardır [97 ]:
>
məzmun ümumliləşdirmələri
əsasında deduksiya;
>
ətraflı təhliletmə;
>
nəzəri ümumiləşdirmə;
>
abstraksiya (ümumi nəticələr
çıxarma);
>
refleksiya (tənqidi
yanaşma və fəaliyyətin qiymətləndirilməsi).
Bu
sistemlə həyata keçirilən təlim məktəblilərə təkcə bilik və praktik bacarıqlar
deyil, həm də elmi anlayışları, bədii obrazları və mənəvi dəyərləri öyrətməklə
təhsilin nəzəri səviyyəsini xeyli yüksəldir. Sistem şagirdin şüurlu olaraq
özünüdəyişdirməsi, dəyərli fəaliyyətdə olan subyekt kimi öz mövqeyini müəyyənləşdirməsi
və gözlənilən nəticələrə nail olmasının bütün mərhələlərini (məqsədin müəyyənləşdirilməsi,
planlaşdırma, məqsədin reallaşdırılması, təklifetmə və qiymətləndirmə) əsasən
müstəqil həyata keçirməsi ilə xarakterizə olunur.
Müasir
məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiyyətyönümlü-inkişafetdirici
təlim texnologiyaları aşağıdakılardır:
1. Əməkdaşlıqla
təlim (və ya kollektiv təlim) texnologiyası.
2. Layihələr
metodu ilə təlim texnologiyası.
3. Modullarla
təlim texnologiyası.
4.1. Əməkdaşlıqla
(kollektiv) təlim texnologiyası
Bu,
təlim texnologiyasında əsas ideya nəyi isə birlikdə yerinə ‘Urmək yox, birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim
!i
uologiyası XX əsrin 80-ci illərində ABŞ və İsrail pedaqoqlan
A.O.Rivin və onun şagirdləri) tərəfindən işlənmişdir. Əməkdaşlıqla
(kollektiv) təlim texnologiyası müxtəlif metodlarla yollarla (böyük, kiçik qruplarla, çütlüklə, fərdi iş) reallaşdırılır.
Bu kollektiv,
qarşılıqlı təlim texnoloqiyasınm aşağıdakı üstünlükləri vardır:
• müntəzəm
şəkildə təkrar olunan çalışmalar nəticəsində n ||dlərdə məntiqi təfəkkür
və anlama vərdişləri təkmilləşdirilir;
•şifahi
nitq proseslərində və görülmüş işlərin müzakirəsi "1111111
Şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllər ı' uıdığı təcrübə
və bilikləri səfərbər olur, aktuallaşır;
•
qruplarda işləyən hər bir şagird özünü sərbəst
hiss edir, təlim işlərini özünəməxsus tempdə yerinə yetirir;
• şagird
həm öz işinin, həm də kollektivin ümumilikdə işinin Mttiiı ı ;ı üçün məsuliyyət
daşıyır;
•
şagirddə öz şəxsi keyfiyyətlərini, imkan və qabiliyyətlərini, üstünlüyü və
çatışmazlıqlarım qiymətləndirmək bacarığı formalaşır;
*bir
informasiyanın bir neçə müxtəlif partnyorla (şagird yoldaşları ilə) müzakirəsi
assosiativ əlaqələrin miqdarını çoxaldır, bununla da mənimsəmə daha da möhkəmlənir.
Əməkdaşlıqla
təlim texnologiyasında tədris materialını şagirdlər əsasən qruplar və cütlər
halında öyrənirlər. Şagird qrupları və cütlərinin işi üç cür təşkil oluna bilər:
> Statik
cütlər -
könüllü olaraq iki şagird birlikdə işləyir, onlardan biri «öyrədən», o biri
«öyrənən» rolunu oynayır və növbə ilə öz rollarını dəyişdirirlər. Bu cütlər iki
orta qüvvəli, iki qüvvəli, bir zəif və bir qüvvəli şagirdlərdən ibarət ola bilər.
Onlar birlikdə işləməyə öz razılığını bildirməlidirlər.
> Dinamik
cütlər -
dörd şagird eyni bir tapşırığı öyrənir, yerinə yetirirlər. Tapşırıq dörd hissəyə
bölünür. Bu hissələri ayrı- ayrı şagirdlər öyrənir, sonra onu üç partnyoru ilə
ayrılıqda müzakirə edir və müzakirə zamanı yoldaşının səviyyəsini, fəıdi
xüsusiyyətlərini nəzərə alır.
> Variasiyah
cütlər - qrupun hər üzvü öz tapşırığını alıı, onu yerinə yetirir və müəllimlə
birlikdə təhlil edir, sonra o biri üç yoldaşına öz gördüyü işi danışır, onlara
bu barədə ətraflı məluma! verir. Beləliklə, şagirdlərin dördü də ümumi bir məsələnin
(problemin) hissələrini bütövlükdə mənimsəyirlər.
Göründüyü
kimi qruplarda və cütlərdə şagirdlərin fəaliyyəti onların müstəqilliyinin və
kommunaktiv bacarıqlarının inkişal etməsinə imkan yaradır.
Müasir
psixologiya elmində yuxan sinif şagirdlərinin yadda saxlama qabiliyyətinin
effektivliyi( faizlə) aşağıdakı kriteriyalar 1 ıı belə qiymətləndirilir:
®
Oxumaqla - 10%
•
Eşitməklə - 26%
®
Görməklə - 30%
®
Görmək və eşitməklə - 50%
®
Müzakirə etməklə - 70%
•
Təcrübədə yoxlamaqla - 80%
•
Danışmaq və etməyi birləşdirməklə - 90%
•
Başqasını öyrətməklə - 95%
Kiçik
qruplarda təlim işi əsasən sonuncu kriteriyalarla aparılır.
Bütün variantlarda aparılan əməkdaşlıqla təlimdə
qruplarııı işinin nəticəsi kollektiv müzakirə, refleksiya, ünsiyyət mədəniyyəti
vərdişlərinin formalaşdırılması və obyektiv olarını özüniiqiymətləndirmə,
özünütəhlillə sonunclanmalıdır. ?
Mükafatlandırma. Mükafatlandırmada, həvəs ləndirmədə əsas qaydalar bunlardır:
* Əgər qruplarda şagirdlər həvəslə (məhsuldar) işləyirsə onları hər dəfə
tərifləməyə ehtiyac yoxdur, bu normal hal kimi qəbul edilməlidir (şagirdlərə də
bu təlqin edilir).
* Mükafatlandırma (tərifləmə,
xüsusi qeyd etmə və s.) qrupun bütün üzvlərinə aid edilməlidir.
® Əgər qrup tərifə layiq işləməyibsə bunu
hamının yanında qeyd etməyin, çünki bu halda qrup daxilində mübahisələr, ruhdan
düşmə və b. neqativ hallar əmələ gələ bilər. Belə qruplara həmin tapşırığın evdə
həll edilməsi həvalə olunur və ya qrupa əlavə izahat verilir ki, onlar
tapşırığın öhdəsindən gələ bilsin. Tapşırığın yerinə yetirilməməsinin səbəbini
müəllim özündə axtarmalıdır (çətin tapşırıq verilib, şagirdlərdə lazımi
bacarıqlar yaradılmayıb və s.).
* Mükafatlandırma və qiymətləndirmə həm akademik müvəffəqiyyətlərə, həm
də ünsiyyətin psixoloji aspektlərinə görə olmalıdır.
Lahiyələr metodu ilə təlim texnologiyası
XX əsrin
20-ci illərində ABŞ-da C.Düi və onun şagirdi |V.X.Kilpatrik tərəfindən işlənmişdir.
Bu metodla təlim fəal əsasda, 1 şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi
maraqlarına uyğun qurulur. Metodun əsas mahiyyəti şagirdlərə əldə etdikləri
biliklərin həyatda onlara lazım olacağını göstərməkdir. Tədris prosesində
şagirdə tanış olan və onun üçün əhəmiyyət daşıyan, real həyatdan j
götürülmüş ən vacib problemlərin həllinə onun malik olduğu və əldə edəcəyi
yeni biliklərdən istifadə etmək öyrədilir. Müəllim yeni informasiyaların alınma
mənbəyini göstərə bilər və ya informasiyaları necə axtarmaq mümkün olduğunu deyə bilər. Metod"
həm dərsdə, həm də dərsdən kənar vaxtlarda totI»ı.| oluna bilər. Burada bir
mövzunun (bölmənin) öyrənilməsi layi 11 > ı hazırlanır və bu layihə fərdi, ya ikilikdə, ya da
qrup şəkliıul.ı, müəllimin rəhbərliyi və köməyi ilə yerinə yetirilir.
"Lahiyələr
metodu"ndan istifadəyə verilən tələbi.» aşağıdakılardır:
1.
Həlli inteqrativ biliklər və tədqiqi axtarışlar
tələb edən problemin/məsələnin olması. 2. Alınacaq nəticələrin
praktik, nəzəri, idraki əhəmiyyətinin olması (əlaqədar təşkilata müvafiq məruzə
hazırlanması; müəyyən qəzetdə nəticələrin dərc edilməsi, xüsusi almanaxın
hazırlanması və i.a.).
3.Fərdi və qruplar şəklində
şagirdlərin müstəqil fəaliyyəti;
4.
Layihənin məzmununun hissələrə bölünməsi və hər
mərhələdə alman nəticələrin göstərilməsi.
5. Müəyyən ardıcıllıqda aparılacaq işlərin yerinə yetirilməsini
"Lahiyələr metodu" texnologiyası ilə tədqiqatın mərhələləri
belə həyata keçirilir:
>
problemin müəyyənləşdirilməsi
(bu məqsədlə "beyin həmləsi və 'dəyirmi masa" fəaliyyət formalarından
istifadə oluna bilər);
>
hipotezlərin (fərziyələrin)
irəli sürülməsi və onların həlli yollarının düşünülməsi;
>
tədqiqatın aparılma
metodlarının (müşahidə, statistik, eksperimental və s.) müzakirəsi;
>
nəticələrin müzakirəsi
üsullarının düşünülməsi (təqdimat, müdafiə, baxış, hesabat və i. a.)
>
alınan nəticələrin
toplanması, təhlili və sistemləşdirilməsi;
yekunlaşdırma, nəticələrin ümimiləşdirici təqdimatı;
Pedaqoji texnologiyanın bir növü kimi
"layihələr metodu" da ıııllxləlif təlim vasitələri və informasiya
texnologiyalarından istifadə edilməklə reallaşdırılır. Burada həm müasir
(kompyuter ı, İr kommunikasiyası, elektron baza göstəriciləri, virtual
kitabxana, „ııızey, video və multmedia vasitələri, audio və video konfranslar,
ı ıl radiorabitə və b.), həm də ənənəvi (elm və məlumat kitabları, videoyazılar
və b.) tədris vasitələrindən istifadə oluna bilər.
Modul
üzrə təlim texnologiyası
Təlimdə şəxsiyyətyönümlü konsepsiyanın reallaşdırılması,
inkişafetdirici pedaqoji texnologiyaların layihələşdirilməsi vo praktikada (məktəbdə)
daha geniş tətbiqi onların müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan
çıxarılmasını, bu sahədə pedaqoji təcrübələrin öyrənilməsini tələb edir. Məktəblərdə
tətbiqinə böyiik maraq göstərilən yeni pedaqoji texnologiyalardan biri də modul
texnologiyasıdır. Modul üzrə təlim texnologiyası
daha tam şəkildə P.U.Tsyaviçene (Kaunas, 1989) tərəfindən işlənib hazırlanmışdır.
Təlimin modul texnologiyası dedikdə şagirdlərin müstəqil
olaraq dərsdə və dərsdənkənar vaxtlarda modulla iş prosesində
konkret təlim məqsədlərinə
nail olması başa düşülür. Burada da müəllim, başqa yeni təlim
texnologiyalarında olduğu kimi, şagirdlərin müstəqil işlərinin təşkilatçısı,
eksperimentator, birgə tədqiqat fəaliyyətinin iştirakçısı olur.
Təlimdə
modul anlayışı dedikdə, tədris materialının bitkin məzmunu və onu mənimsəmək
texnologiyasını özündə birləşdirən İm kompleks (informasiya bloku) nəzərdə
tutulur. Modulların mənimsənilməsi qarşıya qoyulmuş didaktik məqsədlərə müvafiq
şəkildə həyata keçirilir. Təlimalan (şagird) üçün müəyyən olunmuş didaktik məqsəddə
yalnız biliklərin həcmi deyil, həm də onların mənimsənilmə səviyyəsi əks
olunur. Modul təlim texnologiyası təlımı subyekt-subyekt əlaqələri əsasında
qurmağa, ayrı-ayrı şagirdlərlə fərdi işlər təşkil etməyə, şagirdlərə öyrənilən
təlim məsələlərini hissə-hissə, xırda dozalarda mənimsəməkdə köməklik göstərməyə,
müəllim-şagird ünsiyyəti formalarım çevik surətdə dəyişməyə imkan verir.
Dərs
üçün plan hazırlandıqda əvvəlcə bütöv mövzunun, sonra onun hissələrinin öyrənilməsinə
aid dərslərin (1-ci, 2-ci, 3-cü və s.) məqsədləri, bu məqsədlərə çatmaq üçün vəzifələrin
yerinə yetirilmə ardıcıllığı və mərhələləri düşünülür. Bundan sonra şagirdlər və
müəllimin təlim işinin məzmunu, onlara sərf olunan vaxt və hər bir fəaliyyətin
nəzərdə tutulan səviyyədə reallaşması üçün təlim metodları və vasitələri müəyyənləşdirilir.
Silsilə
dərslərdə təlim işinin aşağıdakı ardıcıllıqla reallaşdırılması məqsədəuyğun hesab
olunur:
> şərhetmə
dərsi, burada mövzunun (modulun) əsas məzmunu müəllim tərəfindən şərh olunur,
şagirdlər qeydlər aparır, onlar məzmunun əks olunduğu cədvəl, sxem və
diaqramlarla tanış edilir;
> müstəqil
işlərin (mövzuya aid mətnlərin öyrənilməsi, məsələ və çalışmalar həlli, dərs
materialına aid təcrübələrin aparılması və s.) növləri müəyyənləşdirilir;
> öyrənilənlərin
müzakirəsi və səhvlərin düzəldilməsi (korreksiya) aparılır;
> əldə
olunmuş bilik və bacarıqların, fəaliyyətin qiymətləndirilməsi (müsahibə, testləşdirmə
və b. üsullarla)aparılır.
Əməkdaşlıqla
təlim, layihələr metodu və modullarla təlim texnologiyaları XXI əsrin geniş
yayılmış texnologiyaları hesab olunur. Bu təlim texnologiyaları başqaları ilə
müqayisədə pedaqogikanın humanist mahiyyətini daha çox əks etdirməklə yanaşı, həm
də sənayeləşmiş cəmiyyətdə uşaqları həyata daha yaxşı hazırlamağa imkan verir.
Bu texnologiyalar təkcə təlimverici deyil, həm də tərbiyəedici xarakter
daşıyır, şagirdlərin sərbəst düşünmə qabiliyyətini, özünün və yoldaşlarının müvəffəqiyyətləri
üçün məsuliyyətini artırır. Bu təlim texnologiyalarında müəllimin rolu əsaslı
surətdə dəyişir. O, hər şeyi bilən və öyrətməkdən daha çox şagirdlərin biliyində
nöqsan axtaran nəzarətçidən, tələb olunan ııoliçəni almaq üçün şagirdlərə həmişə
kömək edən, onların işini istiqamətləndirən rəhbərə çevrilir.
Müəllim,
pedaqoq peşəsi yaradıcı peşədir. Müəllimdən təkcə ö/, fənnini deyil, həm də
pedaqogika, müasir didaktika, pedaqoji psixologiya və öz fənninin tədris
metodikasını yaxşı bilmək tələb "lıınur. Müəllim həmçinin, müəyyən dərəcədə
aktyorluq məharətinə yiyələnməlidir. Əks halda o, tam professional sayılmır. Hər
bir müəllim şəxsiyyət olmalı, şagirdlər, eləcə də yoldaşları arasında nüfuza
malik olmalıdır. Bundan başqa indiki dövrdə müəllim həm də müasir təlim
texnologiyalarını yaxşı bilməlidir. Müəllimin bütün ustalığı və bacarıqları dərs
prosesində - yaradıcı prosesdə meydana yıxır. Buna görə də yaxşı müəllim odur
ki, aparacağı dərsi bütün ıııcəliklərinədək əvvəlcədən təsəvvür edir, məqsədlərini
müəyyənləşdirir və bu məqsədləri hansı metodlar, üsullar və priyomlarla, hansı
vasitə və instrumentlərlə reallaşdırmağı pubaqcadan aydınlığı ilə düşünə bilir.
Pedaqoji
tədqiqatların təhlili göstərir ki, müəllimlərin yeni pedaqoji texnologiyalarla
işləməyə keçməsi və buna davamlı vərdişlər etməsi asan olmayan, uzun müddətli
bir prosesdir. Bu, mumla izah olunur ki, pedaqoji fəaliyyət mexaniki əməliyyatlardan
ibarət konveyer - istehsalat prosesi olmayıb, çeviklik və yaradıcılıq tələb edən
prosesdir. Pedaqoji fəaliyyət həmişə dinamik situasiyalarda həyata keçirilir və
real şəkildə mövcud olan situasiyalardan asılı olaraq bu və ya başqa iş
üsulları seçməyi, yaradıcılıq axtarışları aparmağı tələb edir.
Müəllimin
yaradıcılıq potensialının tam reallaşması üçün ona fəaliyyət şəraiti
yaradılmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, müəllimin yaradıcılıq imkanları
tam olaraq yalnız təlim prosesinin metodoloji, nəzəri, metodik və texnoloji səviyyələrdə
əvvəlcədən düşünülməsi şərtilə reallaşdırıla bilər.
Təlim proseslərində yeni pedaqoji ideyanı tətbiq
etmək istəyən müəllimlərin çoxusu onu ancaq metodiki və ya ayn-ayn didaktik
priyomlar səviyyəsində mənimsəməyə çalışırlar. Bu cür yanaşmalar da işdə çətinliklər
yaradır və yeni pedaqoji konsepsiyanın təhrif olunmasına səbəb olur.
Qarantiyalı
nəticələr əldə olunmasını tələb edən yeni pedaqoji texnologiyaların məktəb
praktikasında tətbiqinin bir problemi də arzu olunan təlim prosesi üçün təkcə
müəllimin fəaliyyət texnologiyasını deyil, həm
də şagirdlərin idrak fəaliyyəti
texnologiyasım
hazırlamağın tələb olunmasıdır. Tədqiqatçı pedaqoqlar indiyədək buna - şagirdlərin
yanmmüstəqil və müstəqil şəkildə biliklər, bacarıqlar əldə etmək fəaliyyətinin
təşkili texnologiyasına az diqqət yetirmişlər.Müasir pedaqogika elmi şagirdlərin
müstəqil işlərinin təşkilinin yeni (innovasiyon) nəzən əsaslarını
hazırlamalıdır. Bu zaman təlim prosesində müasir informasiya texnikasının
(personal kompyuterlərin), valeologiyanın informatikanın və pedagoji psixologiyanın
son nailiyyətləri nəzərə alınmaqla yaradılan yeni pedaqoji sistemlərin tətbiqi
imkanlan bütün fənlər üçün araşdırılmalıdır.
Cox sağ olun. Cox ətraflı və dəyərli məlumatlar idi. Dəyərləndim.
ОтветитьУдалить