пятница, 12 октября 2018 г.

Müəllim üçün metodik vəsait haqqında. XI sinif. Ədəbiyyat.

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək


BAŞLIQLAR

Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik komplektində
reallaşdırılması mexanizmlərinin şərhi.................................................
Fənn üzrə məzmun standartlarının  reallaşdırılması cədvəli.................
XI sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi..........
Yeni təlim texnologiyalarından istifadə................................................
          Fəndaxili və fənlərarası inteqrasiya
Diferensial təlim imkanları
Şagirdlərin özünüqiymətləndirmə meyarları.........................................
Müasir məktəbdaxili qiymətləndirmə...................................................
Mövzular üzrə təlim materialları ilə iş texnologiyasınnın şərhi
             Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü
Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm
dövrü......................................................................
Cəlil Məmmədquluzadə. Həyatı, yaradıcılıq yolu ..........
Anamın kitabı.........................................................
Mirzə Ələkbər Sabir. Həyatı, yaradıcılıq yolu ............... .
Neylərdin, ilahi.........................................................
         Kiçik summativ qiymətləndirmə  materialı
         Hüseyn Cavid. Həyatı, yaradıcılıq yolu .......................... 
         İblis 
         Əhməd Cavad.Həyatı, yaradıcılıq yolu............................  
         Səsli qız......................................................................  
Kiçik summativ qiymətləndirmə  materialı

                                Cənubi Azərbaycan ədəbiyyatından
          Məhəmmədhüseyn Şəhriyar. Həyatı, yaradıcılıq yolu ... 
          Türkün dili   .........................................................
                        Sovet dövrü Azərbaycan ədəbiyyatı
       Sovet dövrü Azərbaycan ədəbiyyatı . .................................  
           C.Cabbarlı. Həyatı, yaradıcılıq yolu ............. ..............   
           Oqtay Eloğlu............................................................
          Kiçik summativ qiymətləndirmə  materialı ...............................
                      Səməd Vurğun. Həyatı, yaradıcılıq yolu...................     
               Vaqif   ...................................................... .............
               Rəsul Rza. Həyatı, yaradıcılıq yolu ............................ 
               Qızılgül olmayaydı................................................... 
        Kiçik summativ qiymətləndirmə  materialı ...............................
        Mir Cəlal. Həyatı, yaradıcılıq yolu .............................
Açıq kitab...............................................................
              
       Milli özünüdərkə qayıdış  və keçid dövrü Azərbaycan ədəbiyyatı   
Milli özünüdərkə qayıdış  və keçid dövrü Azərbaycan
ədəbiyyatı........................................................................... 
 İlyas Əfəndiyev. Həyatı, yaradıcılıq yolu ..................
                 Xurşidbanu Natəvan...................................................
                 İsmayıl Şıxlı. Həyatı, yaradıcılıq yolu................... 
                 Dəli Kür...........................................................
Kiçik summativ qiymətləndirmə  materialı ..................................
                       Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü )   Çoxmetodlu Azərbaycan ədəbiyyatı. (Müstəqillik dövrü ) ...........
                    Bəxtiyar Vahabzadə. Həyatı, yaradıcılıq yolu.......... 
                     Şəhidlər   .............................................................. 
                                          Dünya ədəbiyyatından seçmə
                  Çingiz Aytmatov. Həyatı, yaradıcılıq yolu...................
                  Gün var əsrə bərabər................................................. 
                  Kiçik summativ qiymətləndirmə  materialı..........................
Gündəlik planlaşdırmaya aid nümunə.......................................
Mənbələr............................................................................

FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ
      Ümumtəhsil məktəblərinin XI sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kuriku­lum­la­rı)” əsasında hazırlanmışdır. Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbay­can Respublikası Pre­zi­dentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edil­miş “Azər­baycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategi­ya­sı”nda qarşıya qoyulan hədəflər əsas götürülmüşdür.
Dərslik və müəllim üçün metodik vəsaitdən iba­rət­ “Ədəbiyyat” dərslik komplektində ümumi təhsilin milli konsepsiyasına uyğun olaraq  tam orta təhsil pilləsində  şagirdin ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirməsi,  əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi,  onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrün  ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıları icra etməsinin təmin olunması diqqət mərkəzində saxlanılmışdır.  
Ədəbiyyat fənn kurikulumunun şa­girdlərin mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplaması, müxtəlif ədə­­bi mövzularda təqdimatlar hazırlaması, ədəbi nailiyyətlərə münasibət bildirmək bacarığına yiyə­lənməsi ilə bağlı tələblərinin reallaşdırılması üçün dərslikdə müvafiq sual və tapşırıqlar sistemi işlənilmiş, müəlimlərə metodk tövsiyələr verilmişdir.   http://portal.edu.az/index.
php?r=article/item&id=194&mid=5&lang=az)
Dərslik komplekti  kurikulumun tələblərinin reallaşdırılması üçün  müəllimin yaradıcı, təşəbbüskar fəaliyyətinə imkan yaradır. Müəllim dərsə hazırlaşarkən, ilk növbədə sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, mətnlərlə bağlı sual və tapşırıqlardan yaradıcı istifadə etməklə dərsi hansı variantda təşkil etməyin daha faydalı olduğunu müəyyənləşdirməlidir.
DƏRSLİK
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinə milli  və bəşəri dəyərləri özündə əks etdirmiş, həqiqi vətəndaşın tərbiyəsində mühm rol oynayacaq əsərlər daxl edilmişdir, ədəbiyyatımızın fəal/interaktiv metodların və informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə öyrədilməsinə önəm verilmişdir.
               Ədəbiyyat dərslərində öyrənilmək üçün əsərlər  seçilərkən Azər­baycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşr­lərin həya­ta  keçirilməsi haqqinda” sərəncamı əsa­sında Azər­baycan dilində latın qrafikası ilə çap oluna­raq məktəb və rayon kitabxanalarına paylanmış kitab­lar əsas  götürülmüşdür. Bu, şagirdlərə dərsdə ixtisarla öyrənilən irihəcmli əsərləri bütöv şəkildə mütaliə etmək və həmin kitabların girişində görkəmli ədəbiyyatşünas alimlərin əsərlə bağlı məqalələri ilə tanış olmaq imkanı verəcəkdir.
            Eyni zamanda dərslikdə ixtisarla verilmiş bədii mətnlərin bütövlükdə oxusunu asanlaşdirmaq  məqsədilə şagirdlər üçün hazırlanmış  elektron resurs  (Ədəbiyyat . XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com. )  təlimin müsir tələblər səviyyəsində təşkilinə imkan yaradacaqdır.
Seçilmiş bədii əsərlərin ideya-məzmun baxımından demokratiya prinsiplərinə və xalqımızın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən,  milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan şəxsiyyət yetişdirilməsi tələbinə uyğun olması diqqət mərkəzində saxlanılmışdır.
Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları Azərbaycan ədəbiyyatının  XX əsrin əvvəllərindən  müasir mərhələyədək dövrünü əhatə edir. Dərsliyə ədəbiyyatın inkişaf dövrlərini əks etdirən icmallar, klassik və müasir sənətkarların həyatı, yaradıcılığı ilə bağlı məlumat, monoqrafik şəkildə öyrənilən bədii əsərlər, müstəqil mütaliə üçün tövsiyə olunan əsərlər, lüğətlər  daxil edilmişdir.
Dərslikdəki mövzular icmal və monoqrafik mövzular olmaqla iki qrupa ayrılır. Müəyyyən ədəbi dövrə aid icmal mövzuları ədəbiyyat tarixinin bu və ya digər dövrünün ədəbi-mədəni mənzərəsi, qüdrətli sənətkarlarımızın həyat yolu və yaradıcılığı üzrə monoqrafik mövzuların öyrənilməsi üçün zəmin yaratmaq məqsədini güdür. Ədiblərin həyatı, yaradıcılıq yolu ilə bağlı dərslikdə verilən zəruri məlumatlar, tövsiyələr şagirdləri dərsdə qazandığı ədəbi bilik və bacarıqları əlavə mənbələrlə iş zamanı dərinləşdirməyə istiqamətləndirir. 
Dərslikdə düzgünlük, əyanilik, tərbiyəedicilik , tamlıq, ardıcıllıq, yaş səviyyəsinə uyğunluq , təlim vaxtına uyğunluq, oxunaqlılıq, inkişafetdiricilik, inklüzivlik, inteqrativlik  pedaqoji prinsipləri gözlənilmişdir:
Dərslikdə ədəbiyyat təliminin öyrədici/ inkişafetdirici, tərbiyəedici  funksiyası diqqət mərkəzində saxlanılmış, zəruri şərhlərlə yanaşı, XX əsrin əvvəllərindən  müasir dövrədək ədəbiyyatımızın inkişaf yolu, aparıcı nümayəndələrinin yaradıcılığının öyrənilməsi, ədəbi bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi üçün şagirdlərin müstəqil fəaliyyətinin metodik  baxımdan  təşkili yolları müəyyənləşdirilmişdir. Dərsliklə iş zamanı informasiyanın axtarılması və sistem­ləş­di­ril­məsi, konspektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin müstəqil araşdırıcılıq  fəaliyyətinin tərkib hissəsi kimi yanaşılmışdır. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, təd­qiqetmə, bədii əsər üzrə ideya və problemlərin  ümumiləşdirilməsi və təqdim olunması, gerçəklikdə  baş verən hadisələrin təhlili və qiy­mət­lən­di­ril­mə­sinə dair vərdişlərin formalaşdırılmasına imkan yaradır.
Dərsliyin məzmunu, metodik sistemi interaktiv təlim zəminində   şagirdlərdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik hissi, milli- mənəvi, ümumbəşəri dəyərlərin formalaş­ma­sına,  tolerantlıq, əməksevərlik, təbiətə qayğı kimi keyfiyyətlərin, həyati bacarıqların formalaşdırılmasına imkan verir. Mövzular üzrə təklif olunan bir çox sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır.
Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyasında                    ( Azərbaycan MEA-nın Rəyasət Heyətinin qərarı. № 14/1.23 sentyabr 2015-ci il)   Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər diqqət mərkəzində saxlanılmışdır.Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Hər təlim materialları  üzrə iş aşağıdakı metodik sistem üzrə həyata keçirilir. 
-          Maraqoyatma (motivasiya) Ev tapşırığının seçmə yolla, yığcam müzakirəsi motivasiyanın ilk mərhələsi kimi reallaşdırılır. Bu zaman əvvəlki mövzu ilə yeni mövzu, problem üzrə əlaqələndirilir, yeni bilik və bacarıqların  mənimsənilməsi, müstəqil, yaradıcı fəaliyyəti üçün üçün zəmin yaradılır. Öyrəniləcək mövzuya maraq oyatmaq üçün şagirdlərin əsərdə qoyulmuş problemə ilkin münasibətini aşkara çıxarmağa,  mövzunu həyatla əlaqələndirməyə imnkan yaradan müxtəlif suallar qoyulur, müzakirə aparılır. Motivasiyanın bilavasitə davamı kimi, şagirdlərin fəal iştirakı ilə araşdırılacaq problem üzrə tədqiqat sualı müəyyənləşdirilir.
-          Araşdırma. Tədqiqat sualı üzrə araşdırma aparılması üçün müxtəlif sual və tapşırıqlar verilir. Həmin işlər fərdi, cütlük və qrup şəklində yerinə yetirilə bilər. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün sual­lar verilir. Verilən sual və tap­şırıqlar mətn üzrə öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə ya­rat­maq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək və onlara  münasibət bildirmək məqsədi  daşıyır.
Araşdırma zamanı həm icmal, həm də monoqrafik mövzular üzrə istiqamətləndirici mətnlərdə ədəbi dövr, sənətkarın həyat və yaradıcılığı, əsərin təhlili ilə bağlı yönləndirici açıqlamalar verilir. Aparılacaq araşdırmanın əsas cizgiləri, mənbələrlə iş, müstəqil fəaliyyət zamanı dərinləşdirilməsi və zənginləşdirilməsinə ehtiyac duyulan məsələlər qeyd edilir..
-          Təqdimatların mübadiləsi və müzakirəsi diskussiya, müxtəlif mövqelərin aşkara çıxarılması, söylənilən fikirlərin əsaslandırılması zəminində reallaşdırılır.
-          Yaradıcı tətbiqetmə. Mövzu üzrə öyrənilənləri möhkəmləndirmək, yeni materialü zərində tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.
-          Nəticə və ümumiləşdirmə. Şagirdlərə verilən sual və tapşırıqlar mövzu  üzrə əldə olunan yeni biliklərin  ümumiləşdirilməsinə, nəticə çıxarılmasına xid­mət edir. Müəllimin istiqamətləndirici sualları şagirdlərin müstəqil  şəkildə ümumiləşdirmə  aparmağz və nəticə çıxarmağa yönləndirir.
-          Qiymətləndirmə, refleksiya mərhələsində müəllimin dərs ərzində fərdi qiymətləndirmə kitabçasında apardığı qeydlər  əsasında fərdi və qrup üzrə qiymətləndirmə aparılır. Yeni biliyin mənimsənilməsi prosesinə bir daha nəzər salınır. Şagirdlərin təqdimatları, dərs zamanı müzakirədə iştirak səviyyəsi barədə yığcam rəy mübadiləsi aparılır, nailiyyətlər və çatışmazlıqlar nəzərə çatdırılır, tövsiyələr verilir.
-          Evdə iş. Araşdırma şagirdlərin evdə, kitabxanada mənbələrlə iş, müstəqil tədqiqatçılıq fəaliyyəti ilə davam etdirilir.  Sual və tapşırıqlar yaradıcı, tətbiqedici xa­rak­­teri daşıyır, onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilməsinin zəruriliyi  diqqətə çatdırılır.

Müəllim üçün metodik vəsait

XI sinif dərsliyində təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliy­yət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əv­vəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıq­ların tətbiqi.
Klassik və müasir ədəbiyyat nümunələri üzrə dərslərdə, eləcə də şagirdlərin mənbələrlə müstəqil işinin təşkilində  müəllimin bələdçilik fəaliyyəti, mühüm əhəmiyyət kəsb edir. Bu sinifdə mürəkkəb süjetli və kompozisiyalı, müxtəli vəzn və janrlarda irihəcmli əsərlərin, icmal mövzularının tədrisindəki müəyyən çətinliklər təlim prosesində müəllimin istiqamətverici şərhlərinə xüsusi diqqət yetirilməsini tələb edir.
XI sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi


Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həf­tədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.




Həftələr

Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri

AZƏRBAYCAN ƏDƏBIYYATINDA ROMANTIZM VƏ TƏNQIDI REALIZM DÖVRÜ

1-ci həftə
Azərbaycan ədəbiyyatında romantizm və tənqidi realizm dövrü
2.1.1.
2.2.1.
Az.d.2.1.2.X.d.
2.1.2.
3.1.3.
Az.tar.5.1.1.
Müsahibə, müzakirə, Venn diaqramı, problemin həlli, kiçik qruplarla  iş, bütün siniflə birgə iş
Dərslik, iş vərəqləri, lüğətlər, az.wiki­pedia. org/wiki/Azərbaycan_ədəbiyyat,
Ədəbiyyat (XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com.


Müşahidə (mü­şahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qey­diy­yat vərəqi), tap­şırıq­vermə (tapşırıq), şa­girdin təqdimatı
C. Məmmədquluzadə. Həyatı, yaradıcılıq yolu.
1.2.4.2.1.1.

Az.d.
1.2.2. X.d. 2.1.2.

Müzakirə, təqdimat, diskussiya, fərdi iş, kiçik qruplarda iş
Dərslik, şəkillər, iş vərəqləri,lüğət­lər,
Məmmədquluzadə C. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004. Ədəbiyyat (XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com.

Təqdimat (meyar cədvəli), şifahi sual-cavab( şifahi nitq bacarıqları üzrə qey­diyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), tap­şırıq­vermə (tapşırıq), layihə (şa­girdin təqdimatı)
2-ci həftə
C. Məmmədquluzadə. “Anamın kitabı”. Məzmun üzrə iş
1.1.1.
1.1.3.
1.1.5.

Az.d. 2.1.1.1.2.2

X.d.
1.1.1.
3.1.3.

Oxu, müsahibə, müzakirə, təqdimat,  diskussiya, cütlüklə iş, kiçik qruplarda iş
Dərslik, lüğətlər, iş vərəqləri, şəkillər, Məmmədquluzadə C. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004. Ədəbiyyat (XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com.

Müsahibə (müəllimin qeydiyyat vərəqi), təqdimat (meyar cədvəli), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qey­diyyat vərəqi), müşahidə vərəqləri, tap­şırıq­vermə (tapşırıq), layihə (şa­girdin təqdimatı)
C. Məmmədquluzadə. “Anamın kitabı”. Məzmun üzrə iş
1.1.1.
1.1.3.
1.1.4.
1.1.5.
Az.d. 1.2.2.
2.1.1.

X.d.
1.1.1.
3.1.1.

Oxu,müzakirə, təqdimat, cütlüklə, kiçik və böyük qruplarda iş
Dərslik, iş vərəq­ləri, Ədəbiyyat (XI sinif şagirdləri üçün elektron vəsait ). http://edebiyyat.ucoz.com.

Təqdimat (meyar cədvəli), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qey­diyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), tapşırıqvermə (tapşırıq), şa­girdin təqdimatı


FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA

Fəndaxili inteqrasiyanın zəruriliyi kurikulumun məzmun xətlərinin mahiyyətindən irəli gəlir. Belə ki, fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir. Ədəbiyyat inteqrativ səciyyə daşıyan həyatı obrazlı şəkildə əks etdirdiyi üçün təlim mprosesində fəndaxili, fənlərarası, fənlərüstü inteqrasiya imkanları genişdir. Təlim prosesində ədəbiyyatın ana dili, tarix, incəsənətin  musiqi, rəssamlıq, kino və c. növləri ilə inteqrasiyası  reallaşdırılmalıdır. Şagirdlərin əvvəlki siniflərdə, xüsusən IX sinifdə mənimsədiyi biliklər  XI sinfin tədris materialları ilə sıx əlaqəlidir. Təlim prosesində mövzu, problem, janr baxımından  səsləşən əsər­lərin, ədəbiyyat nəzəriyyəsi materiallarının inteqrativ öyrənilməsi zəruridir.
Fəndaxili inteqrasiyanın əsas yolu fənn üzrə məzmun standart­larının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:

1. Ədəbiyyat və həyat həqiqətləri
2. Şifahi nitq
3. Yazılı nitq
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir.

1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.

2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.

1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya) müəyyənləşdirir.

1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunə lərdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslandırılmış münasibət bildirir.

2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.

3.1.2. Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə münasibət bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.


Fənlərarası inteqrasiya XI sinifdə tədris olunan müxtəlif fənlər üzrə alt standartların əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış müvafiq bilik və bacarıqlara, o cümlədən fənlərüstü əlaqə yaradılması, rəssamlıq, hey­kəltə­raşlıq, kino, teatr və s. istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyat dərslərinin illik planlaş­dırıl­masında standartlar səviyyəsində fənlərarası inteqrasiya  imkanları ana dili, xarici dil, Azərbaycan tarixi, ümumi tarix fənlərinin nümunəsində şərh edilmişdir. Əsas və alt standartların inteqrasiyası təlim prosesində müxtəlif tipli sual və tapşırıqlar va­sitəsilə reallaşdırılır.

Yeni təlim texnologiyalarından istifadə

Metodik vəsaitdə ədəbiyyat dərslərinin icmal və planları (texnologiyalar) fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir. Müəllim və şagirdlərin ədəbiyyat dərslərində qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönəldilən birgə fəaliyyəti aşağıdakı interaktiv metodlar zəminində həyata keçirilir.

METOD
 TEXNİKALAR
1.                   
Beyin həmləsi

o   Əqli hücum
o   BİBÖ
o   Аuksion
o   Şaxələndirmə (Klaster)
o   Suallar
o   Anlayışın müəyyənləşdirilməsi
o   Söz assosiasiyaları
2.                   
Müzakirələr
o   Diskussiya
o   Müzakirə
o   Klassik dialoq
o    
3.                   
Rollu oyunlar

o   Rollu oyun
o   Səhnələşdirmə
4.                   
Təqdimatlar

o   Təqdimatlar
o   Esse , inşa, məqalə, məruzə
5.                   
Tədqiqatın aparılması

o   Problemin həlli
o   Konkret hadisənin tədqiqi
o   Venn diaqramı
o   Layihələrin hazırlanması
o   Müsahibə
o   Qərarlar ağacı
o   İdeyalar xalısı
6.                   
Tənqidi təfəkkürün inkişafına yönəldilmiş metodlar
o   Meyar üzrə qiymətləndirmə
o   əsərdə qoyulan problemə, təsvir olunan hadisəyə müxtəlif nöqteyi-nəzərdən baxılması
7.                   
Yaradıcılığa yönəldilmiş metodlar
o   Proqnozlaşdırma
o   Аtalar sözləri üzrə iş
8.                   
Təşkilati metodlar
o   Ziqzaq və ya Mozaika

                               Müasir məktəbdaxili qiymətləndirmə
Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə 1-7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra də­yi­şik­lik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm).
Müasir qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür. 


FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Sa-atlar
M.st.
1.1
M.st.
1.2
M.st.
2.1
M.st.
2.2
M.st.
3.1
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3

Azərbaycan ədəbiyyatında romantizm və realizm dövrü
1.    Azərbaycan ədəbiyyatında romantizm və tənqidi realizm dövrü









+

+



1
2.    C. Məmmədquluzadə. Həyatı, yaradıcılıq yolu.








+
+





1
3.    C. Məmmədquluzadə. “Anamın kitabı”. Məzmun üzrə iş
+

+

+










1
4. C. Məmmədquluzadə. “Anamın kitabı”. Məzmun üzrə iş
+

+
+
+










1
5. C. Məmmədquluzadə. “Anamın kitabı”. Təhlili





+


+

+




1
6. C. Məmmədquluzadə. “Anamın kitabı”. Təhlili





+
+
+
+






1
7. C. Məmmədquluzadə. “Anamın kitabı”. Tətbiq.Müzakirə.Yaradıcı iş.












+
+
+
1
8.M.Ə.Sabir.Həyatı, yaradıcılıq yolu.









+

+



1
9.M.Ə.Sabir.”Neylərdin, ilahi”. Məzmun üzrə iş
+


+
+










1
10. M.Ə.Sabir.”Neylərdin, ilahi”. Təhlili

+





+
+





+
1
         11. Kiçik  summativ qiymətləndirmə




1

Комментариев нет:

Отправить комментарий