пятница, 12 октября 2018 г.

Müəllim üçün vəsait ƏDƏBİYYAT 7-ci sinif

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək



Müəllim üçün vəsait



ƏDƏBİYYAT

7BAŞLIQLAR

Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik komplektində
reallaşdırılması mexanizmlərinin şərhi ............................................... 4

Fənn üzrə məzmun standartlarinin reallaşdirilmasi cədvəli .................. 14
VII sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi......................... 18
Fəndaxili inteqrasiya............................................................................ 32
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalari ................................ 33
Diferensial təlim imkanlari .................................................................. 39
Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə .................... 40


Mövzu üzrə təlim materialları ilə iş texnologiyasının şərhi

Ədəbiyyat insanı zənginləşdirən vasitədir .......................................... 42
Şifahi xalq ədəbiyyatından seçmələr
Dərzi şagirdi Əhməd (nağıl)................................................................ 45
Durna teli (“Koroğlu” dastanından) ................................................... 52
Mühakimə xarakterli inşa (esse).......................................................... 59
Xəzinəqaya əfsanəsi (tətbiq və ümumiləşdirmə)  ............................... 64
Sinifdənxaric oxu dərsi ...................................................................... 67
                   Kiçik summativ qiymətləndirmə vasitələri........................ 69

Vətən sevgisi, qəhrəmanlıq səhifələri
Səməd Vurğun. Azərbaycan .............................................................. 72
Mehdi Hüseyn. Odlu qılınc ................................................................ 80
Mirzə İbrahimov. Azad ...................................................................... 87
Bəxtiyar Vahabzadə. Vətəndaş  ......................................................... 92
Zahid Xəlil. Sonuncu güllə (tətbiq və ümumiləşdirmə) ...................... 99
Sinifdənxaric oxu dərsi .................................................................... 101
                   Kiçik summativ qiymətləndirmə vasitələri...................... 103

Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
Abbasqulu ağa Bakıxanov. Hikmətin fəziləti ................................... 105
Mühakimə xarakterli esse ................................................................ 111
Çingiz Aytmatov. Manqurt (“Əsrdən uzun gün” romanından) ......... 117
Hikmət Ziya. Kərgədan və qarışqa  .................................................. 123
Fikrət Qoca. Anamın sözləri (tətbiq və ümumiləşdirmə) .................. 130
Sinifdənxaric oxu dərsi .................................................................... 133
                   Kiçik summativ qiymətləndirmə vasitələri...................... 135


Uşaq aləmi, uşaq taleyi
Süleyman Sani Axundov. Nurəddin ................................................. 139
Ənvər Məmmədxanlı. Qızıl qönçələr ............................................... 146
Elçin Hüseynbəyli. Nəvə ................................................................. 152
Mir Cəlal. Bahar (tətbiq və ümumiləşdirmə) .................................... 158
Sinifdənxaric oxu dərsi .................................................................... 160
                   Kiçik summativ qiymətləndirmə vasitələri...................... 162

Təbiətə vurğunluq, təbiətə qayğı
Mikayıl Müşfiq. Yağış yağarkən ...................................................... 162
Bayram Həsənov. İki bala ................................................................ 169
Əliağa Kürçaylı. Qaranquş ............................................................... 175
İlyas Əfəndiyev. Şəhərdən gələn ovçu (tətbiq və
ümu­mi­ləşdirmə) ............................................................................... 182
Sinifdənxaric oxu dərsi .................................................................... 184
               Kiçik summativ qiymətləndirmə vasitələri.......................... 186

I yarımil üzrə layihələr ................................................................... 189
II yarımil üzrə layihələr ................................................................. 190

Gündəlik planlaşdırmaya aid nümunələr
Dərzi şagirdi Əhməd (nağıl) ............................................................. 191
Səməd Vurğun. Azərbaycan............................................................. 196
Süleyman Sani Axundov. Nurəddin ................................................. 202
Mənbələr ......................................................................................... 208

FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ 
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ

Ümumtəhsil məktəblərinin VII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Eyni zaman­da Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan məqsəd və vəzifələr, tələblər diqqət mərkəzində saxlanılmışdır. Bu baxım­dan təhsilin məzmununun forma­laş­ma­sında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştəliliyin vacibliyi, mənimsənilənlərin fərqli praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətinin şagirdlərdə formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi önə çəkilmişdir.
“Ədəbiyyat” dərslik komplekti dərslik  müəllim üçün metodik vəsaitdən ibarətdir. Kurikulumun məzmunu və məntiqinə uyğun ola­raq, məzmun xətləri və əsas məzmun standartları sabit qalsa da, alt stan­dartlar sinifdən – sinfə keçdikcə asandan çətinə, sadədən mürək­kəbə doğru dəyişdiyi, dərinləşdiyi üçün hər sinifdə ədəbiyyat təlimi özünəməxsus xüsusiyyətlərə malikdir. Bu cəhət VII sinif üçün “Ədəbiy­yat” dərslik komplekti hazırlanarkən nəzərə alınmış, yeni dərslik komp­lekti ədəbiyyat fənn kurikulumu üzrə təlimin davamı və inkişafı kimi nəzərdə tutulmuşdur.

DƏRSLİK

  “Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:
1.      Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
2.      Şifahi xalq ədəbiyyatından seçmələr
3.      Vətən sevgisi, qəhrəmanlıq səhifələri
4.      Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
5.      Uşaq aləmi, uşaq taleyi
6.      Təbiətə vurğunluq, təbiətə qayğı
·     İnşa və essenin yazılmasına dair tövsiyələr
·     Layihələr üzrə iş
·     Sinifdənxaric oxu materialları
·     İfadəli oxuda istifadə olunan şərti işarələr
·     Lüğət
·     Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
·     Oxunması məsləhət görülən əsərlər

Dərsliyə şifahi ədəbiyyat nümunələri, klassik və müasir Azərbaycan ədəbiyyatından, eləcə də dünya ədəbiyyatından seçmələr daxil edilmiş­dir. Bədii nümunələr seçilərkən həmin əsərlərin yüksək ideya-bədii də­yə­rə malik olması, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dün­ya­­görüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından ak­tual mövzu və problemləri əks etdirməsi, janr müxtəlifliyi, şagird­lərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun olması kimi mü­hüm meyarlar əsas götürülmüşdür.
Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar öyrə­niləcək əsərlərin ideya-məzmunu haqqında məktəblilərdə ilkin təsəv­vür yaratmaq, yeni bölməyə keçid üçün psixoloji zəmin hazırlamaq məqsədi güdür.
Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar sinfin sə­viy­­­yəsi nəzərə alınaraq genişləndirilmiş və dərinləşdirilmişdir. Fənn ku­­­ri­ku­lumuna uyğun olaraq, bu sinifdə əsərlərin öyrədilməsi pro­se­sin­də epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sual kimi təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, işlənmə məqamına görə ro­lu­nun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmış­dır. Mü­­vafiq bədii nümunələrin öyrənilməsi ilə əlaqədar dastan, mən­zum hekayə janrları, bədii ifadə vasitələri ilə bağlı dərslikdə yığcam nəzəri məlumat verilmişdir.
Dərsliyin metodoloji konsepsiyası şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına xidmət edir. Təlim materiallarının mə­nimsənilməsi və müvafiq fəaliyyət növ­lərinin tətbiqi üç əsas metodoloji mər­hələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərlən­di­ril­mə­si.
1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi moti­vasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növ­bədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən sual və tapşırıqlardan istifadə şagirdlərdə təlim materialına ciddi ma­raq oyadır, yeni biliyin fəal mənimsənilməsi üçün zəmin yaradır. Bu pro­­sesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar təd­qi­qat­çı­lı­ğa yönəldilir. Dərslikdə bu məqsədlə sual və tapşırıqlardan istifadə olunmuşdur.
2. Yeni biliyin mənimsənilməsi iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.
Bədii əsərin məzmunun mənimsənilməsi üzrə iş müxtəlif yollarla hə­ya­­ta keçirilə bilər. Əsərin emosional qavranılmasını təmin etmək məq­sə­dilə müəllimin nümunəvi ifadəli oxusu, həmçinin bədii oxu ustasının ifasının dinlənilməsi faydalıdır. Əsərin məzmununun mənimsənilməsi şa­gird­lərin səsli, səssiz oxusu, fasilələrlə oxu və s. istifadə ilə həyata ke­çirilir.
Bədii əsərin məzmununun öyrənilməsi ilə bağlı standartların real­laş­­dı­rıl­ma­sı məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutu­lur:
– Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin so­nunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə mənasının şagirdlər tərə­findən düzgün müəyyənləşdirilməsinə zəruri hallarda istiqamət verə bi­lər. Tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının aydın­laş­dırılması məqsədilə şagirdlər müəllimin tövsiyəsi ilə dərsliyin sonun­da verilmiş lüğətdən, eləcə də ədəbiyyat kabinetindəki izahlı lü­ğət­lər­dən istifadə edirlər. Şagirdlərin tanış olmayan sözlərin məna­sını müs­təqil aydınlaşdırması əsərin məzmununu dərindən, şüurlu qav­ramaları, ana dilinin zənginliyini mənimsəmələri, nitqlərinin inki­şafı baxımın­dan çox əhəmiyyətlidir.
– Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mən­zum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtə­lif for­malarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki sinfə nisbətən daha mürəkkəb əsərlər üzərində həyata keçirilir.
– Əsərin məzmununun öyrənilməsində plan tərtibi əsərdəki hadisə və əhvalatların, qəhrəmanın his və düşüncələrinin mənimsənilməsinə, əsə­­rin quruluşu haqqında təsəvvürün qazanılmasına xidmət edir. Planı oxu­dan sonra tərtib etmək məqsədəuyğundur. Fasilələrlə oxu, proqnoz­laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə ad vermək daha məqsədə­uy­ğundur. Müəllim hər hissənin oxusundan sonra ona necə ad verməyin məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl plan tərtibi üzrə iş aparılacağı barədə şagirdlər xəbərdar edilir.
Süjetli əsərin nağıl edilməsi mətnin məzmununu şagirdlərin də­rin­dən mənimsəməsi, şifahi nitqin inkişafı baxımından mühüm əhə­miy­yət kəsb edir. Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada apa­rılır:
1.      Məzmunun yığcam nağıl edilməsi;
2.      Məzmunun geniş nağıl edilməsi;
3.      Məzmunun yaradıcı nağıl edilməsi.
Yığcam nağıletmə əsərin süjet xəttində, ideyanın açıl­ma­sın­da mü­hüm rol oynayan səhnələr, epizodlara diqqət yetirilməsini, təfər­rüat­lar­dan, ikinci dərəcəli məsələlərdən imtina edilməsini nəzərdə tutur. Na­ğıl­etmənin məzmununa yalnız əsas hadisələrin, obrazların daxil edil­mə­si nəticəsində şagirdin nitqi yığcamlıq, aydınlıq, fikri az sözlə çat­dır­maq kimi keyfiyyətlər əxz edir.
 Geniş nağıletmə şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı ba­xı­­mından faydalıdır. Bu zaman mək­təblilər mətndən kənara çıxmır, əla­vələrini onun məzmununa uyğunlaşdırırlar.
Yaradıcı nağıletmə zamanı şagirdlər müəllifin əsərdə bir neçə cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini geniş­lən­dirir, əlavələr edirlər. Onlar hadisələrin gələcək inki­şa­fını necə təsəv­vür etdiklərin­dən, qəhrəmanların gələcək taleyi ilə bağ­lı fər­ziyyə­lə­rindən söz açır, əsərin sonluğunu dəyişdirirlər.
Bədii mətnin təhlili üzrə işlərdə məqsəd əsərin ideya-məzmununun, bədii məziyyətlərinin öyrənilməsidir. Bədii nümunələrin təhlili üzrə sual və tapşırıqlar “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərlə bağlı açıqlamalar” mət­nindən istiqamətverici mənbə kimi istifadə etməlidir. Dərsdə bədii əsə­rin mövzusu, ideyası, qəhrəmanların səciyyəsi, bədii təsvir və ifadə vasi­tə­ləri üzrə iş interaktiv təlim metodlarından istifadə ilə həyata ke­çi­ri­lir.
3. Dərsliyə hər əsər üzrə şagirdlərin öyrəndiklərini tətbiq etmək, ümu­­­mi­­ləş­dir­mək, dəyərləndirmək (qiy­mət­lən­dir­­mək) üçün “Tətbiq. Mü­zakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edil­mişdir. Onların sırasında həyati bacarıqların yaradılmasına xidmət edən tapşırıqlara da yer verilmişdir. Mənimsənilmiş bilik və bacarıqları möhkəmləndirmək, təkmilləşdirmək və dəyərləndirmək məqsədilə hər bölmənin sonunda ayrıca “Tətbiq və ümumiləşdirmə” dərsləri nəzərdə tutulmuş və “Qiymətləndirmə materialları” verilmişdir.
Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlə­nilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutul­muş­dur:
·    Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.
·    Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
·    Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydın­laş­dırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyən­ləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.
·    Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar ye­rinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənim­sə­nil­di­yini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
·    Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
·    Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şa­girdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq et­məyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.
·    İfadəli oxuya hazırlaşın. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edi­lir.
·    Tətbiq və ümumiləşdirmə. Hər bölmənin sonunda bilik və baca­rıq­larınızın tətbiqinə, ümumiləşdirilməsinə geniş imkan yaradan dərs keçəcəksiniz. Bölməyə uyğun seçilmiş bir əsərin oxusu  (bu, dərsə qədər həyata keçiriləcəkdir), məzmununun öyrənilməsi, təhlili və s. üzrə işləri müstəqil yerinə yetirəcəksiniz.
·    Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçiri­lən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
·    Layihə üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki mü­va­fiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq et­mə­yiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmiş­dir. 

Məzmun standartlarının reallaşdırılmasına yönəldilmiş iş növləri, sual və tapşırıq­lar sistemində aşağıdakılar nəzərə alınmışdır:
– qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tət­biqi, dərinləşdirilməsi;
– məktəblilərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, təd­qiqatçılıq fəaliyyətinə, müxtəlif mənbələrdən istifadə etməklə bilik­lərini müstəqil artırmağa istiqamətləndirilməsi;
– fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın real­laş­­dırıl­ma­sı üçün zəmin yaradılması;
– fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması;
– inklüzivlik, fərqli idraki maraqların inkişaf etdirilməsi, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması.
Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin istər əsə­rin məzmununun öyrənilməsi zamanı, istərsə də təhlil dərslərində hə­yata keçirilməsi məqsədəuyğundur. Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı olan mühüm məsələlərdən biri də ifadəli oxu ba­ca­rıqlarının aşılanmasıdır. Məlumdur ki, mətnin şagird tərə­fin­dən ifa­dəli oxusu yalnız əsərin ideya-məzmunu, qəhrəmanların səciy­yəsi, müəl­lifin niyyəti aydın dərk edildikdən sonra həyata keçirilə bilər. Əsə­rin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifa­dəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsə­dəuy­ğundur.
Yazılı nitqin inkişaf etdirilməsi, əsasən əsərin təhlilindən sonra ye­ri­nə yetirilən inşa və esselər vasitəsilə həyata keçirilir. Şagirdlərin ya­zı­lı nitqinin inkişaf etdirilməsi məqsədilə öyrədici səciyyəli yazılar üçün planlaşdırmada ayrıca dərs saatları da nəzərdə tutulmuşdur.
Dərsliyin tərtibində aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
– düzgünlük (fənn üzrə təlim standartlarına uyğunluq, faktların də­qiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işa­rələri və qrammatik qaydaların göz­lənilməsi);
– əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüst­rasiyaların ol­ması);
– müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşünün formalaş­dı­rıl­­masına istiqamətlənməsi);
– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə material­larının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
– ardıcıllıq (psixoloji məzmun və məntiqi baxımdan təlim material­la­rının maraqlılıq səviyyəsinə görə düzül­məsi, sadədən mürəkkəbə doğ­­ru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti mate­rial­ların mənimsənilməsinə zəmin yaradılması).
– yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şa­girdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məz­mun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyən­ləşdirilməsi);
– təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alın­ma­sı);
– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri mə­lumatların və s.) maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);
– inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olma­ya­raq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və on­ların təlim maraqlarının təmin olunması).
– inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə  sistemli şəkildə əlaqələndirilməsi).
Müəllim dərs­liyin metodik sistemindən istifadə məsələsinə yaradıcı yanaşmalı, bü­tün sual və tapşırıqlar üzrə iş aparılması məq­sədini qar­şıya qoymamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məq­səd­lərindən, konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edə­rək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərs­lik­dəki hansı sual və tapşırıqlardan istifadə edəcə­yini dəqiq­ləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etmə­lidir.
Dərslikdəki bədii əsərlərin vizual qavranılmasını təmin etmək, mət­nin emosional təsirini qüvvətləndirmək məqsədilə möv­­­zular üzrə il­lüstrasiyalar yerləşdirilmişdir. İllüstrasiyalarla iş bədii əsərlərin öy­rənilməsində əsas fəaliyyət növlərindən biridir. Şə­killəri “oxumaq” ba­carığı şagirdlərə dərsdə öyrəndiklərini real həyatda da mü­şa­hidə etmək imkanı verəcəkdir. Odur ki, müəllim ədəbiyyat dərslərində əsərə çə­kil­miş illüstrasiyalar üzrə nağıletmə, müzakirə, yığcam inşa, esse yaz­dırılması və s. iş növlərindən istifadə etməlidir.


MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Metodik vəsaitə fənn müəlliminə VII sinifdə kurikulumun qarşıya qoy­duğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məz­mun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən me­todik tövsiyələr daxil edilmişdir:
·   VII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
·   Məzmun standartlarının reallaşdırılması cədvəli;
·   Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaş­­dı­­rı­lan standartlar, fənlərarası inteq­ra­si­ya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
·   Fəndaxili inteqrasiya;
·   Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
·   Diferensial təlim imkanları;
·   Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə.


Ədəbiyyat fənninin tədrisində aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:
– problemin həlli;
– mühakimə yürütmə və əsaslandırma;
– ünsiyyət;
– tədqiqetmə;
– tətbiqetmə;
– təqdimetmə.


FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞDIRILMASI CƏDVƏLİ
BÖLMƏ VƏ MÖVZULAR
Məzmun 
xətti 1
Məzmun
 xətti 2
Məzmun
xətti 3
Saatlar
M.st.
1.1
M.st.
1.2.

M.st.
2.1.
M.st
2.2.
M.st.
3.1.
1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3

1. Giriş. Ədəbiyyat insanı zənginləşdirən vasitədir.

+





+


+
+



1
Şifahi xalq ədəbiyyatından seçmələr
2. “Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
+



+





+




1
3. “Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
+



+




+





1
4. “Dərzi şagirdi Əhməd”. Təh­li­li

+



+
+
+
+





+
1
5. “Durna teli”. Məzmunu üzrə iş
+



+





+




1
6. “Durna teli”. Məzmunu üzrə iş
+

+
+
+




+





1
7. “Durna teli” Təhlili





+
+
+
+






1
8. İnşa yazıya hazırlıq











+

+

1
9. İnşa yazının aparılması












+
+
+
1
10. Tətbiq və ümumiləş­dir­mə. “Xəzinəqaya  əfsa­nə­si”
+

+
+
+

+
+
+






1
11. Sinifdənxaric oxu dərsi





+
+

+

+
+



1
Kiçik  summativ qiymətləndirmə
1
Vətən sevgisi, qəhrəmanlıq səhifələri
12. S.Vurğun. “Azərbaycan.”
Məzmunu üzrə iş
+



+





+
+



1
13. S.Vurğun. “Azərbaycan.”
Məzmunu üzrə iş
+



+




+
+




1
14. S.Vurğun. “Azərbaycan.” Təhlili


+
+







+
+


1
15. M.Hüseyn. “Odlu qılınc.” Məzmunu üzrə iş
+

+

+




+
+




1
16. M.Hüseyn. “Odlu qılınc.” Məzmunu üzrə iş
+


+
+






+



1
17. M.Hüseyn. “Odlu qılınc.” Təhlili.






+
+
+

+




1
18. M.İbrahimov. “Azad.” Məzmunu üzrə iş
+








+
+




1
19. M.İbrahimov. “Azad.” Məzmunu üzrə iş
+

+







+
+



1
20. M.İbrahimov. “Azad.” Təhlili





+
+

+






1
21. B.Vahabzadə.
“Və­tən­daş”.
Məz­mu­nu üzrə iş
+



+





+
+



1
22. B.Vahabzadə. “Vətəndaş”. Təhlili







+
+

+
+



1
23. B.Vahabzadə. “Vətəndaş”. Təhlil və ifadəli oxu üzrə iş

+








+
+
+

+
1
24. Tətbiq və ümumiləşdirmə. Z.Xəlil. “Sonuncu güllə”
+



+


+
+
+
+




1
25. Sinifdənxaric oxu dərsi



+


+
+
+






1
26. Layihə üzrə təqdimatlar

+




+



+
+



1
Kiçik summativ qiymətləndirmə
1
Böyük summativ qiymətləndirmə
1

Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
27. A.Bakıxanov. “Hik­mə­tin fəziləti”. Məz­munu üzrə iş
+








+
+
+



1
28. A.Bakıxanov. “Hikmətin fəziləti”. Məzmunu üzrə iş


+






+
+
+



1
29. A.Bakıxanov. “Hik­mətin fəzi­ləti”.
Təh­lili





+
+

+

+

+


1
30. Essenin yazılmasına hazırlıq











+
+


1
31. Essenin yazılması












+
+
+
1
32. Ç.Aytmatov. “Manqurt.” Məzmunu üzrə iş
+



+




+
+




1
33. Ç.Aytmatov. “Manqurt.” Məzmunu üzrə iş
+

+

+






+



1
34. Ç.Aytmatov. “Manqurt.” Təhlili






+

+
+
+
+



1
35. H.Ziya.
“Kərgədan və qarışqa.” Məzmunu üzrə iş
+



+




+
+




1
36. H.Ziya.
“Kərgədan və qarışqa.” Məzmunu üzrə iş



+
+








+

1
37. H.Ziya.
“Kərgədan və qarışqa.” Təhlili






+
+
+

+
+



1
38. Tətbiq və ümumiləş­dirmə.
“F.Qoca.
”Anamın sözləri”
+



+

+
+
+
+
+




1
39. Sinifdənxaric oxu dərsi





+
+
+
+



+

+
1
40. Layihə üzrə təqdi­mat­lar

+







+
+
+



1
  Kiçik  summativ qiymətləndirmə
1
Uşaq aləmi, uşaq taleyi
41. S.S.Axundov. “Nurəddin”. Məzmunu üzrə iş.
+
+







+





1
42 S.S.Axundov. “Nurəddin”. Məzmunu üzrə iş.
+


+







+



1
43. S.S.Axundov. “Nurəddin”. Təhlili.





+
+
+


+




1
44. Ə.Məmmədxanlı. “Qızıl qönçələr”. Məzmunu üzrə iş.
+



+




+
+




1
45. Ə.Məmmədxanlı.
“Qızıl qönçələr.” Məzmunu üzrə iş.
+



+




+
+



+
1
46. Ə.Məmmədxanlı. “Qızıl qönçələr.” Təhlili






+

+


+



1
47. E.Hüseynbəyli. “Nəvə.” Məzmunu üzrə iş
+








+
+




1
48. E.Hüseynbəyli. “Nəvə.” Məzmunu üzrə iş
+

+
+











1
49. E.Hüseynbəyli. “Nəvə”. Təhlili






+

+

+
+


+
1
50. Tətbiq və ümumi­ləşdirmə. Mir Cəlal. “Bahar”
+

+

+

+

+






1
51. Sinifdənxaric oxu dərsi






+
+
+

+




1
52. Layihə üzrə təqdimatlar










+
+



1
Kiçik  summativ qiymətləndirmə
1


Təbiətə vurğunluq, təbiətə qayğı
53. M.Müşfiq. “Yağış yağarkən”.
Məzmunu üzrə iş
+



+




+
+




1
54. M.Müşfiq .“Yağış yağarkən.” Təhlili







+
+

+
+



1
55. B.Həsənov . “İki bala”. Məzmunu üzrə iş
+



+




+
+




1
56. B.Həsənov. “İki bala”. Məzmunu üzrə iş
+

+






+
+




1
57. B.Həsənov. “İki bala”. Təhlili





+
+
+
+


+



1
58. Ə.Kürçaylı. “Qaranquş”. Məzmunu üzrə iş
+



+




+
+




1
59. Ə.Kürçaylı. “Qaranquş”. Məzmunu üzrə iş









+
+

+

+
1
60. Ə.Kürçaylı. “Qaranquş”. Təhlili






+
+
+
+
+




1
61. Tətbiq və ümumiləşdirmə. İ.Əfəndiyev. “Şəhərdən gələn ovçu”






+

+
+
+
+



1
62. Sinifdənxaric oxu dərsi






+
+
+



+
+

1
63. Layihə üzrə təqdimatlar

+







+
+
+



1
Kiçik  summativ qiymətləndirmə
1
Böyük summativ qiymətləndirmə
1

Ədəbiyyat dərslərində qarşıya qoyulan başlıca vəzifə təlim material­la­­rı­nın öyrənilməsi zamanı müvafiq məzmun standartlarının real­laş­dırılması və bu zəmində dərs ilinin sonunda kurikulumda göstərilən təlim nə­ti­cə­lə­rinə nail olunmasıdır. Bu baxımdan illik planlaş­dırıl­ma­nın düzgün apa­rıl­ması, hər bir dərsdə real­laşdırılacaq məzmun stan­dartlarının və onlardan irəli gələn təlim məq­səd­lə­rinin, metod və va­sitələrin dəqiq müəy­yən­ləşdirilməsi mühüm əhəmiy­yət kəsb edir.

VII sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə olunan illik iş planı verilmişdir. İş planı həf­tədə 2 saat olmaqla ildə 35 həftəyə və ya 70 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi za­manı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırılma nümunəsinə dəyişikliklər edə bilər.





Həftələr


Mövzular
Reallaş­­dı­­rı­lan
standartlar
Fənlərarası inteq­ra­si­ya
Strategiya-lar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
1-ci həftə
Giriş.
Ədə­biy­yat insanı zəngin­ləşdirən vasitədir.
1.1.2.
1.2.3.
2.1.2.
2.2.1.
Az.d. 2.2.3.
X.d.
3.1.4
Müsahibə, müzakirə,
bütün sinif­lə birgə iş.
Dərslik,  iş vərəqləri, ədə­biyyatın rolu haq­qın­da fikir­lər yazılmış plakat.
Müsahibə (müəl­limin diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşa­hidə vərəqləri), şi­fahi sual-cavab (şi­fahi nitq baca­rıq­­ları üzrə qey­diy­yat vərəqi), tap­­­şırıqvermə (tap­şırıq)
1. ŞİFAHİ XALQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR
1-ci həftə
“Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
1.1.1. 1.1.5.
2.1.2.
Az.d.
2.1.1. X.d. 2.1.3.
Əqli hücum, müsahibə, təqdimat,
fərdi iş, cütlük şək­lində iş, kiçik qrup­larda iş, bü­tün siniflə birgə iş
Dərslik, əsə­rin məz­mununa uy­ğun şəkil­lər, lüğət­lər, http:// az.wikipedia.org/wiki/Azərbaycan_folkloru
Müsahibə (müəl­limin diaqnostik qey­diyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat və­rəqi),tapşırıqver­mə (tapşırıq)
2-ci həftə
“Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
1.1.1.
1.1.5.
2.1.1.



Az.d.
2.1.1. 2.2.2. X.d. 2.1.3.
müsahibə, müzakirə, təqdimat, fərdi iş, cüt­lük şək­lində iş, kiçik qrup­larda iş, bütün sinif­lə birgə iş
Dərslik, əsə­rin məz­mununa uy­ğun şəkil­lər, lüğət­lər, http:// az.wikipedia.org/wiki/Azərbay­can_folk­loru
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıq­vermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
“Dərzi şagirdi Əhməd”.
Təhlili.
1.2.1.
1.2.2.
1.2.3.
1.2.4.
1.1.2. 3.1.3.

Az.d.
1.2.4. 2.2.3. X.d.
3.1.4.


Müsahibə, müzakirə, təqdimat, problemin həlli, fərdi iş, cütlük şəklində iş, kiçik qrup­larda iş, bütün sinif­lə birgə iş
Dərslik, iş vərəq­ləri, http:// az. wikipedia. org/wiki/ Azərbaycan_ folkloru
Şifahi sual-cavab (şifahi nitq baca­rıqları üzrə qey­diyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şa­girdin təqdi­matı)
3-cü
həftə

“Durna teli.”
Məzmunu üzrə iş
1.1.1.
1.1.5. 2.1.2.
Az.d.
2.1.1.X.d.
3.1.3.
Üm.t.
5.1.3.

Müsahibə, fa­silələrlə oxu, təqdi­mat, fərdi iş, qruplarla iş
Dərslik, əsə­rin məz­mununa uyğun şə­kil­lər, lü­ğətlər, http://az. wikipedia. org/wiki/ Azərbaycan_ folkloru
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)

Комментариев нет:

Отправить комментарий