пятница, 12 октября 2018 г.

Müəllim üçün metodik vəsait haqqında. VIII sinif.Ədəbiyyat

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək



FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ 
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ

Ümumtəhsil məktəblərinin VIII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti Azərbaycan Respublikasında ümumi orta təhsilin konsepsiyası (Milli kurikulumu) əsasında hazırlanmışdır.
Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyəti formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir.
“Ədəbiyyat” dərslik komplekti dərslik müəllim üçün metodik vəsaitdən ibarətdir. Dövlətçilik maraqlarına, təhsil sistemimizin özünəməxsusluğuna, milli mənəvi dəyərlərə, kurikulumun məqsəd və vəzifələrinə uyğun olaraq, VII sinif üçün ədəbiyyat fənni üzrə dərslik komplektində iki mühüm tələb əsas götürülmüşdür:

1.Təhsil Nazirliyinin milli dəyərlərimizə söykənən, şəxsiyyətin formalaşmasına təsir edən fənlərlə bağlı belə bir haqlı mövqeyi nəzərə alınmışdır ki, biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik.

 (Müəllimlik bir missiyadır.Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə. "Azərbaycan müəllimi" qəzeti. 15 avqust 2014-cü il.)

Bu mövqe əsas götürülərək ümumi orta təhsilin yekunlaşdığı VIII-IX siniflər üçün müasir təlim texnologiyalarını özündə ehtiva edən milli ədəbiyyat dərsliyi yaradılması vəzifəsi qarşıya qoyulmuşdur. Dərslikdə milli mənəvi dəyərlərimizə bağlı şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyətə malik, zamanın və məktəb təcrübəsinin sınağından çıxmış söz sənəti incilərinin kurikulumda və təhsil strategiyasında xüsusi önəm verilən interaktiv təlim texnolog iyası və informasiya-kommunikasiya vasitələrindən istifadə ilə öyrədilməsi məqsədəuyğun sayılmışdır.

2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn  kurikulumunda VIII sinifdə fənnin məzmununa yeni yanaşmanın zəruriliyi xüsusi qeyd edilir: VIII-IX siniflərdə ədəbiyyatın qədim dövrlərdən bu günədərki inkişaf yolunun izlənilməsi nəzərə alınır. Bu, IX sinifdə ümumi orta təhsilin tamamlanmasından və kurikulumun tələblərindən irəli gəlir. (Bax: www. kurikulum.az/ images/.../edebiyyat.pdf  )
Odur ki, icbari xarakter daşıyan ümumi orta təhsili bitirənlərin bir qisminin öz təhsilini sonrakı pillədə (X-XI-ci siniflər) davam etdirməyəcəyi nəzərə alınaraq, şagirdlərin VIII sinifdən etibarən ədəbiyyatımızın inkişaf yolu, əvvəlki siniflərdə dərindən öyrənilməyən Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Ə. Xaqani, İmadəddin Nəsimi, M.Füzuli, Xətayi, S.Təbrizi, M.P.Vaqif, C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid və digər klassik  sənətkarların yaradıcılığı ilə tanış edilməsi zərurəti meydana çıxır.
Kurikulumun ümumi orta təhsilin son pilləsində ədəbi təhsilin məzmununa yeni yanaşma tələbinə uyğun olaraq, əvvəlki siniflərdə məqbul sayılan təlim materiallarının mövzu-problem üzrə qruplaşdırılması prinsipindən dərslikdə imtina edilmiş, VIII sinifdən etibarən qədim dövrdən üzü bəri ədəbiyyatımızın varislik gözlənilməklə, xronoloji ardıcıllıqla, tarixi-ədəbi zəmində öyrənilməsi məqsədəuyğun sayılmışdır.
Dərslik komplekti hazırlanarkən pedaqogika, psixologiya, ədəbiyyatşünaslıq, ədəbiyyat tədrisi metodikası elmlərinin son nailiyyətləri, milli və beynəlxalq tədqiqatlar, dərslik yaradıcılığı sahəsində qabaqcıl təcrübə nümunələri, V-VII siniflərdə kurikulum üzrə ədəbiyyat tədrisinin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdır.


DƏRSLİK

Ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sistemi qarşısında qarşıya qoyulan aşağıdakı vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır:
– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Dərsliyə şifahi xalq ədəbiyyatı, Azərbaycan klassik ədəbiyyatı, eləcə də dünya ədəbiyyatından seçilmiş yüksək ideya-bədii dəyərə malik, milli və ümumbəşəri dəyərləri, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dünyagörüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından aktual mövzu və problemləri əks etdirən, müxtəlif janrlarda, şagirdlərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər daxil edilmişdir.

  “Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:

1.      Qədim və zəngin ədəbiyyatımız.
2.      Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər)
3.      Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrdən XVII əsrə qədər)
4.      Yeni dövr Azərbaycan ədəbiyyatı: I mərhələ (XIVV-XVIII əsrlər)
5.      Yeni dövr Azərbaycan ədəbiyyatı: II mərhələ (XIX əsr)
6.      Yeni dövr Azərbaycan ədəbiyyatı: III mərhələ (XX əsrin əvvəlləri)
7.      Dünya ədəbiyyatından seçmə
8.      İnformasiya xarakterli məruzənin yazılmasına dair tövsiyələr
9.      Layihələr üzrə iş
10.  Sinifdənxaric oxu materialları
11.  İfadəli oxuda istifadə olunan şərti işarələr
12.  Lüğət
·      13. Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
·     14. Oxunması məsləhət görülən əsərlər

Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar məktəblilərdə öyrədiləcək əsərlərin ideya-məzmunu haqqında ilkin təsəvvür yaradılmasına, onların psixoloji baxımdan yeni bölməyə keçidinə zəmin yaratmaq niyyəti izləyir.
Dərslikdə belə bir mühüm cəhət nəzərə alınmışdır ki, digər fənn kurikulumları kimi, ədəbiyyat fənn kurikulumunun da fəlsəfəsi və məntiqinin əsasında məzmun standartlarının (alt standartların) sinifdən-sinifə keçdikcə yeni situasiyada, daha mürəkkəb bədii mətn üzərində tətbiqi, dərinləşdirilməsi və genişləndirilməsi durur. Bu baxımdan əvvəlki siniflərdə öyrənilmiş epik, lirik, dramatik növün janrlarına növbəti sinifdə daha mürəkkəb bədii mətnlərin nümunəsində müraciət kurikulumda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.
VIII sinfin fənn kurikulumunda öyrəniləcək təlim materialları sırasında heca, əruz vəznli şeirlər, dastan, hekayə, novella, dram, poema janrlarında əsərlər qeyd edilir. Göründüyü kimi, V-VII siniflərdə olduğu kimi, lirik növün janrları ayrıca qeyd edilməmiş, bu və ya digər janrdan siniflər üzrə istifadəyə heç bir məhdudiyyət qoyulmamışdır. Beləliklə, kurikulumda əslində heca vəznində olan bayatı, gəraylı, qoşma janrlarında əsərlərə sinifdən-sinfə keçdikcə müraciət edilməsi məqbul sayılır.
Eyni janrda əsərlərin sinifdən-sinfə keçdikcə təkrarən öyrənilməsi epik və dramatik növdə əsərlərdə də özünü göstərir. Məsələn,  hekayənin bütün siniflərdə, dastan janrında əsərlərin VII, VIII, X, dram, poemanın VIII-XI  siniflərdə öyrədilməsi məqbul sayılır..
VIII sinfin fənn kurikulumunda 1.2.3.alt standartı şagirdin bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə) rolunu  aydınlaşdırmasını nəzərdə tutur. Lakin bu, heç də həmin standart üzrə əvvəlki siniflərdə öyrənilmiş, lakin VIII sinif kurikulumunda qeyd edilməmiş bədii təsvir və ifadə vasitələrindən (epitet, bənzətmə, mübaliğə, bədii sual, təkrir, litota) imtina edilməsi, həmin məcazlar üzərində iş aparılmaması anlamına gəlmir. Əks-təqdirdə bədii əsərin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi sadəcə qeyri-mümkün olardı.
Bu cəhət nəzərə alınaraq, dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar kurikulumun tələbinə uyğun olaraq, genişləndirilmiş və dərinləşdirilmişdir. Belə ki, bu sinifdə bədii əsərlərin öyrədilməsi prosesində epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sualla yanaşı, metafora, bədii təzad, kinayə  kimi bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi və işlənmə məqamına görə rolunun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmışdır.
Bu yanaşma özünü ədəbi qəhrəmanın  səciyyələndirilməsi ilə bağlı 1.2.2. standartında da göstərir. Kurikulumda həmin standart üzrə işin V-VIII siniflərdə aşağıdakı ardıcıllıqla inkişaf etdirilməsi qeyd edilir:
1.      Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır,  əsaslandırılmış münasibət bildirir. (V sinif)
2.      Qəhrəmanları davranış və əməllərinə əsaslanmaqla səciyyələndirir (VI sinif)
3.      Digər obrazlarla müqayisə etməklə və yazıçının  münasibətinə əsaslanmaqla obrazı səciyyələndirir (VII sinif)
4.      Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir. (VIII sinif)
Göründüyü kimi, standart obrazın təhlili üzrə bacarıqların sinifdən-sinfə keçdikcə dərinləşdirilməsi və inkişaf etdirilməsini nəzərdə tutur. Lakin bu o demək deyildir ki, hər sinifdə obrazla bağlı yalnız bir cəhət üzərində dayanılmalı, əvvəlki siniflərdə obrazın səciyyələndirilməsi ilə bağlı görülən işlərdən imtina edilməlidir. Əksinə V-VII siniflərdə qəhrəmanı səciyyələndirən müxtəlif xarakterik xüsusiyyətlərin təhlili üzrə iş VIII sinifdə davam və inkişaf etdirilməlidir.
Aydın məsələdir ki, sinifdən-sinfə keçdikcə öyrənilən əsərlər ideya-məzmun, problem baxımından daha mürəkkəb olduğu üçün ədəbi qəhrəmanını yalnız bir cəhət əsasında səciyyələndirmək mümkün deyildir. Əvvəl qazanılmış bilik, bacarıqların yeni, daha mürəkkəb əsərlər üzərində tətbiqi, dərinləşdirilməsi və inkişaf etdirilməsi zəruridir.
V və VII siniflərdə olduğu kimi, bu dərsliyin də metodoloji konsepsiyasının əsasında şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılması durur. Təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərləndirilməsi.

1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi motivasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növbədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən düşündürücü sual və tapşırıqlardan, iternet mənbələrindən (Google, You Tube, Vikipediya və s.) istifadə şagirdlərdə təlim materialına ciddi maraq oyadır, yeni biliyin fəal mənimsənilməsnt üçün zəmin yaradır. Bu prosesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar tədqiqaçılığa yönəldilir.

2. Yeni biliyin mənimsənilməsi fənn kurikulumunun məntiqinə və fəlsəfəsinə uyğun olaraq, iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.
Bədii əsərin məzmunun mənimsənilməsi məqsədilə müəllimin nümunəvi ifadəli oxusu, bədii oxu ustasının ifasının dinlənilməs, şagirdlərin səsli, səssiz oxusu, fasilələrlə oxu, proqnozlaşdırılmış oxudan istifadə ilə həyata keçirilir.
Kurikulumdaki 1.1. əsas standartının (Bədii əsərin məzmununun öyrənilməsi) təlim prosesində reallaşdırılması məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutulur:
-          Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar;
-          Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mənzum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar; Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada (yığcam, geniş, yaradıcı nağıletmə) aparılır:
Bədii mətnin təhlili (1.2. əsas standartı) üzrə üzrə sual və tapşırıqlar “Araşdırın.Fikirləşin.Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərin təhlilinə hazırlaşın” mətnindən əlavə istiqamətverici mənbə kimi istifadə etməlidir.
3. Dərsliyə şagirdlərin öyrəndiklərini müzakirə etmək, yaradıcı tətbiq etmək, ümumiləşdirmək üçün “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edilmişdir.
4. Mənimsənilmiş bilik və bacarıqları dəyərləndirmək məqsədilə hər bölmənin sonunda “Qiymətləndirmə materialları” verilmişdir.
Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlənilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutulmuşdur:
·    Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.
·    Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
·    Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.
·    Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
·    Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
·    Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şagirdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq etməyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.
·    İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın  inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
·    Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
·    Layihələr üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq etməyiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmişdir.

Dərsliyə daxil edilmiş iş növləri, sual və tapşırıqlar sistemində qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tətbiqi, dərinləşdirilməsi, şagirdlərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, tədqiqatçılıq fəaliyyətinə, fərqli mənbələrdən istifadə etməklə biliyi müstəqil surətdə artırmağa istiqamətləndirilməsi, fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın reallaşdırılması üçün zəmin yaradılması; fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması; inklüzivlik, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması imkanları gözlənilmişdir..
Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin (2.1., 2.2. əsas standartı)  əsərin məzmununun öyrənilməsi, təhlil, tətbiq, müzakirə, yaradıcı iş dərslərində, sinifdənxaric oxu dərsləri və layihələr üzrə təqdimatların, inşa, esse və informasiya xarakterli məruzələrin təqdimatı, müzakirəsi zamanı həyata keçirilməsi məqsədəuyğundur.
Kurikulumda mühüm yer tutan ifadəli oxu bacarıqlarının aşılanması da şifahi nitqin inkişaf etdirilməsi ilə sıx bağlıdır. V və VII siniflərdə olduğu kimi, əsərin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsədəuyğundur. Şagirdin ifadəli oxusu üzrə iş yalnız mətnin ideya-bədii xüsusiyyətlərinin təhlilindən sonra, əsərdə müəllif niyyəti qavranıldıqdan sonra aparılmalıdır.
Yazılı nitqin inkişaf etdirilməsi (3.1.əsas standartı) əsas etibarilə əsərin təhlilindən sonra yazdırılan inşa, esse, informasiya xarakterli məruzə üzrə iş vasitəsilə həyata keçirilir. Şagirdlərin yazılı nitqinin inkişaf etdirilməsi, şagirdlər üçün yeni olan yazı növü - informasiya xarakterli məruzə yazmaq bacarığı aşılanması məqsədilə planlaşdırmada ayrıca dərs saatı da nəzərdə .
Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
-   düzgünlük (təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafik, durğu işarələri və qrammatik qaydaların gözlənilməsi);
-   əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüstrasiyaların olması)
-   müasirlik (təlim materiallarının müasir dünyagörüşünün formalaşdırılmasına istiqamətlənməsi);
-   tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
-   ardıcıllıq (təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimsənilməsinə zəmin yaratması).
-   yaş səviyyəsinə uyğunluq (dərsliyinin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məzmun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
-   təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alınması);
-   oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s.) maraqlı və yığcam olması, aydın üslubda, sadə dildə ifadə edilməsi);
-   inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması).
-   inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə  sistemli şəkildə üzvi əlaqələndirilməsi).
Dərslik komplekti fənn kurikulumunun reallaşdırılmasında müəllimin yaradıcı, təşəbbüskar fəaliyyəti üçün zəmin yaradır. Bu baxımdan müəllimin dərslikdəki bütün sual və tapşırıqları dərsdə reallaşdırılması zəruri deyildir. Müəllim dərsə hazırlıq zamanı ilk növbədə dərs dediyi sinfin şagirdlərinin hazırlıq səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, hansı sual və tapşırıqlardan istifadənin daha məqsədəuyğun olduğunu dəqiqləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, öz əlavələrini etməlidir.


MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Metodik vəsaitə fənn müəlliminə VIII sinifdə kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məzmun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən metodik tövsiyələr daxil edilmişdir:
·   VIII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
·   Məzmun standartlarının reallaşdırılması cədvəli;
·   Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
·   Fəndaxili inteqrasiya;
·   Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
·   Diferensial təlim imkanları;
·   Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə.

 FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞDIRILMASI CƏDVƏLİ

BÖLMƏ VƏ MÖVZULAR
Məzmun 
xətti 1
Məzmun
 xətti 2
Məzmun
xətti 3

Saatlar
M.st.
1.1
M.st.
1.2.

M.st.
2.1.
M.st
2.2.

M.st.
3.1.



1.1.1
1.1.2
1.1.3
1.1.4
1.1.5
1.2.1
1.2.2
1.2.3
1.2.4
2.1.1
2.1.2
2.2.1
3.1.1
3.1.2
3.1.3


1.Qədim və zəngin ədəbiyyatımız









+
+
+



1
Qədim dövr Azərbaycan dəbiyyatı (ən qədim dövrdən XII I əsrə qədər)
2.“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş.
+

+

+
+









1
3.“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”.. Məzmunu üzrə iş.
_


+
+





+




1
4.“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Təhlili.






+
+
+


+



1
5.Ə.Xaqani “Gənclərə nəsihət.” Məzmunu üzrə iş
+



+




+

+



1
6.Ə.Xaqani “Gənclərə nəsihət.” Təhlili.







+
+

+




1
7.Ə.Xaqani “Gənclərə nəsihət.”Tətbiq. Müzakirə. Yaradıcı iş.








+

+
+


+
1
8.Məlimat xarakterli məruzəni necə yazmalı











+
+


1
9.Nizami Gəncəvi “Soltan Səncər və qarı.” Məzmunu üzrə iş.
+









+
+



1
10.Nizami Gəncəvi “Soltan Səncər və qarı.” Məzmunu üzrə iş.
+










+



1
11.Nizami Gəncəvi “Soltan Səncər və qarı. Təhlili.





+

+


+




1
Sinifdənxaric oxu dərsi






+

+

+
+



1
                         



VIII sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə olunan illik iş planı verilmişdir. İş planı həf­tədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

Həftələr

Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
1-ci həftə
Qədim və zəngin ədəbiyyatımız
2.1.1.
2.1.2.
2.2.1.
Az.d. 2.2.3.
X.d.
3.1.4
Müsahibə, müzakirə,
bütün siniflə birgə iş.
Dərslik,  ədəbiyyatın rolu haqqında fikirlər yazılmış plakat, iş vərəqləri, lüğətlər,

az.wikipedia.org/wiki/Azərbaycan_ədəbiyyatı
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
1. QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (Ən qədim zamanlardan XIII əsrə qədər)
1-ci həftə
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş
1.1.1. 1.1.3.1.1.5.
2.1.1.
Az.d.
2.1.1. X.d. 2.1.3.
Müsahibə, fa­silələrlə oxu, təqdimat,
fərdi iş, cütlük şəklində iş, kiçik  və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uy­ğun şəkillər, lüğət­lər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,

 

Dede Qorqud Azerbaycan Filmi - YouTube

www.youtube.com/watch?v=VxbJvWS_Xpc
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi),tapşırıqvermə (tapşırıq)
2-ci həftə
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”.. Məzmunu üzrə iş
1.1.1.
1.1.4.
1.1.5.
2.1.2.



Az.d.
2.1.1. 2.2.2. X.d. 2.1.3.
Müsahibə, fa­silələrlə oxu, müzakirə, təqdimat, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,

 

Dede Qorqud Azerbaycan Filmi - YouTube

www.youtube.com/watch?v=VxbJvWS_Xp
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Təhlili.
1.2.2.
1.2.3.
1.2.4.
2.2.1.
Az.d.
1.2.4. 2.2.3. X.d.
3.1.4.
.

Müsahibə, müzakirə, təqdimat, problemin həlli, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəq­ləri, lüğətlər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,

 

Dede Qorqud Azerbaycan Filmi - YouTube

www.youtube.com/watch?v=VxbJvWS_Xp
Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
3-cü
həftə

Ə.Xaqani “Gənclərə nəsihət.” Məzmunu üzrə iş
1.1.1.
1.1.5. 2.1.1.
2.2.1..
Az.d.
2.1.1. 2.2.2. X.d. 2.1.3..

Müsahibə, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uyğun şəkillər, sənətkarın portreti, lüğətlər, az.wikipedia.org/wiki/Xaqani_Şirvani
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
Ə.Xaqani “Gənclərə nəsihət.”
 Təhlili.
1.2.3. 1.2.4. 2.1.2.
Az.d.
1.2.4. 2.2.3. X.d.
3.1.4.


Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər, az.wikipedia.org/wiki/Xaqani_Şirvani
Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
4-cü həftə
Ə.Xaqani “Gənclərə nəsihət.”
Tətbiq.Müzakirə. Yaradıcı iş.
1.2.4. 2.1.2. 2.2.1.. 3.1.3..
Az.d.
1.2.4. 2.2.3. X.d.
3.1.4.

Müzakirə, tədqiqat, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş.
·          
·          
Dərslik, iş vərəqləri, lüğətlər, az.wikipedia.org/wiki/Xaqani_Şirvani
Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qey­diy­yat vərəqi), tapşırıq­vermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
Məlimat xarakterli məruzəni necə yazmalı
2.2.1.
3.1.1.
Az.d.
1.2.4. 2.2.3. X.d.
3.1.4.

Müsahibə, müzakirə, tədqiqat, fərdi iş, kiçik qruplarda iş.
Dərslik, məruzənin yazılması  ilə  ilə bağlı tövsiyələr, informasiya xarakterli məruzə nümunələri
Şifahi sual-cavab müşahidə (müşahidə vərəqləri), yazılı  nitq bacarıqları üzrə qeyd­iy­yat vərəqi,
tapşırıq­vermə (tapşırıq)
5-ci həftə
Nizami Gəncəvi “Soltan Səncər və qarı.” Məzmunu üzrə iş.

1.1.1. 2.1.2. 2.2.1.
Az.d.
2.1.1. 2.2.2. X.d. 2.1.3..
Müsahibə, təqdima, ikihissəli gün­dəlik, fərdi iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləti,, Nizaminin portreti, lüğətlər, az.wikipedia.org/wiki/Nizami_Gəncəvi,
az.wikipedia.org/wiki/Nizami_(film,_1982
·          
·          
Oxu (mətn), şifahi sual-cavab (yazılı nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
Nizami Gəncəvi “Soltan Səncər və qarı.” Məzmunu üzrə iş.

1.1.1.2.2.1.
Az.d.
2.1.1. 2.2.2. X.d. 2.1.3..
Müsahibə, təqdima, ikihissəli gün­dəlik, fərdi iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləri, az.wikipedia.org/wiki/Nizami_Gəncəvi

az.wikipedia.org/wiki/Nizami_(film,_1982)
·          
·          

Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

Müəllimin təlim materiallarının planlaşdırılmasına  yaradıcı yanaşması, metodik vəsaitdəki nümunəni əsas götürməklə özünün müəyyənləşdirdiyi təlim məqsədlərinə və konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsinə  uyğun olaraq metodik cəhətdən əsaslandırılmış dəyişikliklər etməsi zəruridir. Müəllimin planlaşdırmaya yaradıcı münasibəti öz əksini ilk növbədə dərsdə reallaşdırılacaq standartların,  fəndaxili və fənlararası inteqrasiya imkanlarının müəyyənləşdirilməsində, əyani və texniki vasitələrin seçilməsində, dərslikdəki sual və tapşırıqlarda zəruri saydığı dəyişikliklər, ixtisar və ya əlavələr aparılmasında tapmalıdır.

Metodik vəsaitə müxtəlif mövzular üzrə gündəlik planlaşdırmaya dair nümunələr daxil edilmişdir. Dərs nümunələri işlənilərkən respublikanın ümumtəhsil məktəblərində I-IV siniflərdə Azərbaycan dili fənninin, eləcə də V-VI siniflərində kurikulum üzrə ədəbiyyat dərslərinin tədrisi təcrübəsi, TQDK-nın monitorinqində, kütləvi informasiya vasitələrində söylənilmiş fikirlər öyrənilmiş, təhlil edilmiş, nəzərə alınmışdır. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, müəllimlərin təşəbbüskar, yaradıcı fəaliyyətinə istiqamət vermək məqsədilə icmallarla yanaşı, yığcam dərs planları – mövzular üzrə təlim texnologiyaları işlənilmişdir.

                                                      
FƏNDAXİLİ İNTEQRASİYA

Ədəbiyyat kurikulumu inteqrativ səciyyəli olduğu üçün bütün mövzular üzrə fəndaxili inteqrasiya da reallaşdırılmalıdır. Dərsliyə daxil edilmiş mövzuların problem – mövzu, janr baxımından əlaqəli, müqayisəli öyrənilməsi bu baxımından zəruridir. Belə ki, “Koroğlu ilə Bolu bəy” qolunun  ““Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”la mövzu, problem, obrazlar, janr baxımından əlaqələrinin reallaşdırılması, müqayisə aparılması müəllimin diqqət mərkəzində olmalıdır. Eləcə də, M.A.Ərsoyun “İstiqlal marşı” şeirinin tədrisi zamanı  M.Hadinin “Türkün nəğməsi” şeiri ilə əlaqə yaradılması, oxşar və fərqli motivlərin üzə çıxarılması dərsdə müvafiq məzmun standartlarının  reallaşdırılmasına imkan yaradır.


Fəndaxili inteqrasiyanın digər mühüm yolu məzmun standartlarının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:

Ədəbiyyat və həyat həqiqətləri


2.Şifahi nitq
3. Yazılı nitq
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif  formalarda nağıl edir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.

1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.

1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə)  rolunu aydınlaşdırır.

2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir. 




                                                       Fənlərarası inteqrasiya

Metodik vəsaitdə verilmiş VIII sinifdə ədəbiyyat dərslərinin illik  planlaşdırılmasında ədəbiyyat fənninin digər fənlərlə inteqrasiyası imkanları  müəyyənləşdirilmişdir. Cədvəldən göründüyü kimi, kurikulumun inteqrativ səciyyə daşıması ədəbiyyat fənninin Azərbaycan dili, xarici dil, tarix, coğrafiya və s. fənlərlə əlaqələrinin təlim prosesində məqsədyönlü şəkildə reallaşdırılmasında öz əksini tapır..
Fənlərarası inteqrasiya VIII sinifdə tədris olunan müxtəlif fənlər üzrə alt standartların əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış bilik və bacarıqlara istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyatın incəsənətin digər növlərlə – musiqi, rəssamlıq, heykəltəraşlıq, kino, teatr və s. ilə əlaqələrinin məqüsədyönlü şəkildə reallaşdırılması dərsdə qarşıya qoyulan təlim nəticələrinə nail olmağa imkan aradır.

Ədəbiyyat fənn standartlarının  digər fənn standartları ilə inteqrasiyası imkanlarının şərhi

Ədəbiyyat
Azərbaycan dili

Xarici dil
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.

2.1.1.Tanış olmadığı söz və ifadələri mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.
3.1.1.Söz və ifadələri  qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.

2.2.1. Söz sırasını , cümlələr və abzaslar arasında əlaqəni  gözləməklə mətni oxuyur.
3.1.2. Cümlələri məqsəd və intonasiyaya görə düzgün oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif  formalarda nağıl edir.

2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
3.1.3. Mətnin məzmununa uyğun plan tutur.
3.1.4. Mətndəki əsas fakt və hadisələri  seçir, qrupdaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
2.1.2. Həqiq və məcazi mənalı söz və ifadələrin mənasını  nümunələrlə şərh edir.
3.1.1.Söz və ifadələri  qrammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir. 

1.2.2.Əlavə materiallardan
 istifadə etməklə nitqini zənginləşdirir.
3.1.2.Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
2.1.1.Fikrini müxtəlif cümlə konstruksiyaları  ilə ifadə edir.
3.1.4. Mətndəki əsas fakt və hadisələri  seçir, qrupdaşdırır.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.

2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
2.1.3. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini məntiqi ardıcıllıqla ifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

1.2.1.Auditoriyanın   səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.4.Nitq etiketlərindən  məqamında istifadə edir.
2.1.2. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.

3.1.1.Mövzuya uyğun müxtəlif tipli ( nəqli, təsviri, mühakimə) mətnlər yazır.
4.1.2.Məlumat xarakterli mətnlər yazır.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.

3.1.1.Mövzuya uyğun müxtəlif tipli ( nəqli, təsviri, mühakimə) mətnlər yazır.
3.1.3. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
41.1.Dinlədiyi
mətnin məzmununu ardıcıl yazır.
4.1.2.Məlumat xarakterli mətnlər yazır.



                       
ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ
YENİ TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ

Azər­bay­can Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının və fənn kurikulumun tələblərinə uyğun olaraq, metodik vəsaitdə ədəbiyyat dərslərinin icmal və planları ( texnologiyalar) fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir.
Ədəbiyyat təlimində müəllimin qarşıya qoyduğu təlim məqsədlərinə müvafiq olaraq seçdiyi kollektiv (böyük qruplarda iş), kiçik qruplarda iş, cütlərlə iş və fərdi iş formalarından istifadə olunur.
Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığı inkişaf etdirilir, şagirdlərdə ünsiyyət yaratmaq, dialoqa girmək bacarığı inkişaf etdirilir.
Kiçik qruplarda iş. Şagirdlər müəyyən problemi həll etmək üçün bir neçə qrupda birləşirlər. Bu prosesdə onların  müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgə fəaliyyət bacarıqları inkişaf edir.
Cütlərlə iş. Şagirdlər təlim tapşırıqlarını parta yoldaşları ilə  yerinə yetirirlər. Bu iş  forması  şagirdlərdə  əməkdaşlıq, ünsiyyət, məsuliyyəti bölüşmək bacarığı formalaşdırmağa imkan verir.
Fərdi iş. Şagirdin fəaliyyətinin potensial imkanlarına uyğun təşkili  və inkişafı məqsədi daşıyır.

Ədəbiyyat dərslərində aşağıdakı interaktiv metodlardan istifadə  özünü məktəb təcrübəsində doğrultmuşdur: 
                       
Fasilələrlə oxu, proqnozlaşdırılmış oxu, ikihissəli gündəlik, söz assosiasiyaları, insert (interaktiv qeydetmə sistemi) metodlarından bədii əsərlərin məzmununun öyrənilməsi zamanı istifadə :müsbət nəticə verir. Bu metodlardan bəziləri (məsələn, fasilələrlə oxu və s.) tənqidi təfəkkürün inkişafında mütaliə və yazı (TTİMY) texnologiyalarına aid edilir.
Beyin həmləsi, müzakirə, problemin həlli, BİBÖ, debat, şaxələndirmə, rollu oyun (rollu dialoq),Venn diaqramı, konseptual cədvəl, debat,  qərarlar ağacı, karusel, təqdimat, layihələr üzrə iş metodları bədii əsərin təhlili üzrə dərslərdə faydalıdır. Lakin bu bölgü şərti səciyyə daşıyır. Belə ki, interaktiv metodların bir qismindən ( əqli hücum, söz asso­si­asi­ya­ları, rollu oyun, insert, təqdimat, layihələr üzrə iş, auksion və s. metodlardan həm  əsərin məzmunu üzrə iş, həm də təhlil zamanı bəhrələnmək mümkündür.
ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ YENİ MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏ
Ədəbiyyat fənni üzrə qiymətləndirmə Azərbaycan Respublikası təhsil nazirinin sentyabr 2013-cü il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş təlimata uyğun olaraq aparılır. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.
Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir. Onun nəticələri rəsmi sənədlərdə qeyd olunmur, şagird haqqında müvafiq yazılı qeydlər məktəblinin öz portfoliosunda saxlanılır.
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətin növləri
Müşahidə (Müəllim şagirdin təlim fəa­liy­yətini müşahidə əsa­sında qiymət­lən­di­rir)
Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarlar cədvəli)
Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (Şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazıldığı vərəq)
Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Valideyn iclasında sorğu vərəqlərinin doldurulması
Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı məqsədlərlə istifadə olunur:
   təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün;
   təlim prosesində qrup və cütlərin təşkilində;
   tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyən­ləş­diril­məsində;

Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, onun  məqsədi şagirdin təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.  Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.
Formativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərdə istifadə olunur:
   cari və perspektiv (illik) planlaşdırmanın təkmilləşdirilməsində;
   təlim tapşırıqlarının seçilməsində;
   ev tapşırıqlarının verilməsində;
   sinifdəki təlimin istiqamətləndirilməsində;
   təlim prosesində qrup və cütlərin təşkilində;
şagirdlərin irəliləyiş və geriləmələrinin müəyyənləşdirilməsində
Müəllim şagirdin fəaliyyətinin nəticəsini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır. “Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin (qiymət­lən­dir­mə səviyyələrinin) məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim yarımillərin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri” əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Müşahidə
Müşahidəvərəqləri
Qrupda və ya cütdə iş
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyət vərəqi
Təqdimatlar
Tapşırıqvermə
Çalışmalar
Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Sorğu vərəqlərinin doldurulması, və ya müzakirə
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyarcədvəli
Müstəqil (yaradıcı) iş
Rubrik
Nailiyyət səviyyələri üzrə qiy­mətləndirmə şka­lası
Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test
Test tapşırıqları
Test tapşırıqlarının həlli
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri
Özünüqiymətləndirmə vərəqlərinin doldurulması 


Summativ qiymətləndirmə  kiçik və böyük olmaqla iki formada aparılır. Sum­ma­tiv qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə si­nif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil mü­əs­si­səsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiy­mət­ləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərə­findən keçirilir. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil mü­əssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fən­ni tədris edən müəllim tərəfindən aparılır.
Summativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar
Vasitələr
Fəaliyyətlər
Yoxlama yazı işləri
Yoxlama yazı işləri üzrə  qeydiyyat vərəqi
Tapşırığın vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli
Layihənin meyarlar əsasında qiymətləndirilməsi
Şifahi sorğu
Şifahi sorğu üzrə  qeydiyyat vərəqi
Mövzunun şərhi
Test
Test tapşırıqları
Test suallarının cavablandırılması
Tapşırıqvermə
Tapşırıq, çalışma
Praktik tapşırıqların vaxtında, düzgün, sərbəst yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri
Mövzulara  müvafiq olaraq  rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
Təsvir etmə, yapma, şerin qoşulması, essenin yazılması, məsələ qurmaq, əl işləri hazırlamaq

Summativ qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərlə istifadə olunur:
   şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;
   şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;
   planlaşdırma aparmaq və təkliflər vermək;

Комментариев нет:

Отправить комментарий