пятница, 12 октября 2018 г.

Müəllim üçün metodik vəsait haqqında. IX sinif .Ədəbiyyat

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək


BAŞLIQLAR

Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik
komplektində reallaşdırılması mexanizmlərinin şərhi................................................................. 4
IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri.................................................................... 12
Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli .............................................................. 15
IX sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi...................................................... 18
Fəndaxili inteqrasiya........................................................................................................................ 32
Fənlərarası inteqrasiya..................................................................................................................... 33
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə......................................................... 35
Diferensial təlim imkanları .............................................................................................................. 40
Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə       41

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

Həyat həqiqətləri və ədəbiyyatımız................................................................................................... 43

Ən yeni dövr Azərbaycan ədəbiyyatı
(I mərhələ. Xalq Cümhuriyyətinin yaranmasından 50-ci illərə qədər)

1. Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ədə­biy­yat (1918-1920)
Əhməd Cavad. Azərbaycan bayrağına................................................................................. 46
C. Cabbarlı Ana................................................................................................................... 53

2. Siyasi-ictimai ziddiyyətlər və münaqişələr dövründə ədəbiyyat (1920-1940)
Yusif Vəzir Çəmənzəminli. Zeybək qızı..................................................................................
Almas İldırım “Dağlar”............................................................................................................
Mikayıl Müşfiq. Həyat sevgisi................................................................................................
Abdulla Şaiq. Anabacı.............................................................................................................
Sinifdənxaric oxu dərsi
 Kiçik summativ qiymətləndirmə vasitələri

3. İkinci dünya müharibəsi dövründə ədəbiyyat (1941-1945)
Müqayisə xarakterli yazıya hazırlıq .........................................................................................
Müqayisə xarakterli yazıların icrası..........................................................................................
Səməd Vurğun. Ananın öyüdü................................................................................................
Süleyman Rüstəm. Təbrizim................................................................................................ 72
Mir Cəlal. Vətən yaraları...................................................................................................... 79
Sinifdənxaric oxu dərsi........................................................................................................ 92
Kiçik summativ qiymətləndirmə vasitələri ...................................................................................... 94.


Ən yeni dövr Azərbaycan ədəbiyyatı
(II mərhələ. XX əsrin ikinci yarısından bu günə qədər)

 4. Müharibədən sonrakı dövrdə ədəbiyyat (1946-1960).................................................... 96
 Dünya ədəbiyyatından seçmə
Ernest Heminquey. Qoca və dəniz...........................................................................................
Məhəmmədhüseyn Şəhriyar. Heydərbabaya salam.............................................................. 96
Mirzə İbrahimov. Gələcək gün ......................................................................................... 104
Sinifdənxaric oxu dərsi
Kiçik summativ qiymətləndirmə vasitələri ..................................................................................... 116

5. Milli özünəqayıdış dövründə ədəbiyyat ( 1961- 1991)................................................... 118
R.Rza. Çinar ömrü ............................................................................................................ 118
İsmayıl Şıxlı. Namərd gülləsi................................................................
İsa Hüseynov.Zəhər...............................................................................
Məmməd Araz Əsgər məktubu
 Kiçik summativ qiymətləndirmə vasitələri .................................................................................... 142

Ə.Kərim. Qaytar ana borcunu..................................................................................................
Anar. Keçən ilin son gecəsi......................................................................................................
Elçin. Talvar.............................................................................................................................
Sinifdənxaric oxu dərsi...................................................................................................... 185
Kiçik summativ qiymətləndirmə vasitələri

6. Müstəqillik illərində ədəbiyyat (1992-ci ildən bu günədək)
Bəxtiyar Vahabzadə. İstiqlal ............................................................................................. 144
Q.İlkin. İntiqam................................................................................................................. 158
Xəlil Rza Ulutürk.Qaytar mənim qüdrətimi, Azərbaycan! ................................................ 163
Sinifdənxaric oxu dərsi...................................................................................................... 185
Kiçik summativ qiymətləndirmə vasitələri ..................................................................................... 187
I yarımil üzrə layihələr ............................................................................................................... 189
II yarımil üzrə layihələr............................................................................................................... 189

Mənbələr ...................................................................................................................................... 208



FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN
“ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ
REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ

Ümumtəhsil məktəblərinin IX sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kuriku­lum­la­rı)” əsasında hazırlanmışdır.
Dərslik komplektinin elmi-metodik konsepsiyasının əsasında “Azər­baycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsi durur.
 Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kuri­ku­lu­mundakı (bax: http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf) ümumi orta təhsilin tamamlandığı VIII - IX siniflərdə ədəbiyyatın qə­dim dövrlərdən bu günə qədər keçdiyi inkişaf yolunun izlənilməsi tələbi dərs­likdə əsas götürülmüşdür. Əvvəlki sinifdə ədəbiy­yatımızın tarixi-ədəbi zəmində öyrənilməsi üzrə metodik sistemin davamı kimi IX sinifdə XX əsrin əvvəllərindən (1918-ci ildən) bu günədək ədəbiyyatımızın tarixi ardıcıllıq nəzərə alınmaqla öyrədilməsi əsas götürülmüşdür. -əvvəlki cümlədə təkrarlanır.

DƏRSLİK

Ədəbiyyatımızın inkişaf mərhələləri müəyyənləşdirilərkən BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrası tərəfindən hazırlanmış “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyindəki Azərbaycan ədəbiyyatı tarixinə, onun dövrləşdirilməsinə və ədəbi prosesə yeni yanaşma, elmi-metodoloji prinsip və tələblər əsas götürülmüşdür. (Müasir Azərbaycan ədəbiyyatı. I-II cild. Bakı: Bakı Universiteti, 2007.) Eləcə də hazırda ümumtəhsil məktəblərində istifadə olunan XI sinif üçün ədəbiyyat” dərsliyində ən yeni dövr Azərbaycan ədəbiyyatının mərhələləri nəzərə alınmışdır. (N.Cəfərov, İ. Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova. Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2012. )
Ədəbi irsin və müasir ədəbi prosesin tədrisi, öyrənilməsi və mənimsənilməsi üçün əsas götürülən yeni elmi-metodoloji konsepsiyaya uyğun olaraq müasir ədəbiyyatımızın dövrləşdirilməsi, tarixi-xronoloji ardıcıllıqla, kurikulumun məqsəd və vəzifələrinə, məzmun standartlarına və şagirdlərin yaş və mənimsəmə səviyyəsinə uyğun şəkildə öyrənilməsi imkanları müəyyənləşdirilmişdir.
Dərslikdə təlim prosesinin mərhələlərinə uyğun olaraq, aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən məqsədəuyğun sayılmışdır:
·       Yada salın. Şagirdləri mövzu ilə bağlı biliklərini xatırlamağa, maraq və istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.
·       Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.
·       Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.
·       Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
·       Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
·       Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də cütlük, qrup şəklində tədqiqat aparmağa, yaradıcı işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə istiqamətləndirir.
·       İfadəli oxuya hazırlıq. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqların inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
·       Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
·       Layihələr üzrə iş. Layihələr şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı fəaliyyət göstərmələri üçün təklif edilir.
·       Müstəqil iş. Bölmələrdə əsərləri tədris olunan sənətkarların həyatı haqqında müxtəlif mənbələrdən məlumatların toplanması və öyrənilməsi üçün nəzərdə tutulmuşdur.

Dərslikdə aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:
-  düzgünlük
-  əyanilik
-  müasirlik
-  tamlıq
-  ardıcıllıq
-  yaş səviyyəsinə uyğunluq
-  təlim vaxtına uyğunluq
-  oxunaqlılıq
-  inklüzivlik
-  inteqrativlik
-   
-  MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Fənn müəlliminə kömək məqsədilə metodik vəsaitə aşağıdakı tövsiyələr daxil edilmişdir:
·       IX sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
·       Məzmun standartlarının reallaşdırılması cədvəli;
·       Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası inteqrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
·       Fəndaxili inteqrasiya;
·       Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
·       Diferensial təlim imkanları;
·       Ədəbiyyat fənni üzrə məktəbdaxili qiymətləndirmə.
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ
REALLAŞDIRILMASI CƏDVƏLİ


BÖLMƏ VƏ MÖVZULAR
Məzmun
xətti 1
Məzmun
xətti 2
Məzmun
xətti 3
Saatlar
M.st.
1.1
M.st.
1.2
M.st.
2.1
M.s
2.2
M.st.
3.1




1.    Həyat həqiqətləri və ədəbiyyatımız










+
+



1
Milli-mədənoi dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
2.    Ə.Cavad. “Azərbaycan bayrağına.” Məzmunu üzrə iş
+



+










1
3.    Ə..Cavad. “Azərbaycan bayrağına.” Təhlili.







+
+

+




1
4.    C. Cabbarlı. “Ana.” Məzmunu üzrə iş
+
+


+






+



1
5.    C. Cabbarlı .“Ana.” Təhlili.







+
+

+




1
6.    C. Cabbarlı .“Ana.” Tətbiq. Müzakirə. Yaradıcı iş.

+
+


+


+
+

+




1
7.    A.Şaiq.“Anabacı.” Məzmunu üzrə iş.
+

+

+






+



1
8.     A.Şaiq. “Anabacı.” Təhlili.






+
+
+
+





1
9.    A.Şaiq. “Anabacı.” Tətbiq. Müzakirə.Yaradıcı iş.











+
+
+
+
1
10. Y.V.Çəmənzəminli.”Zeybək qızı.” Məzmunu üzrə iş.
+



+






+



1
11. Y.V.Çəmənzəminli.“Zeybək qızı” Məzmunu üzrə iş.             60
+

+
+
+






+



1
12. Y.V.Çəmənzəminli.“Zeybək qızı.” Təhlili.






+

+

+
+



1
13. A. İldırım. “Dağlar.” Məzmunu üzrə iş.
+



+






+


+
1
14. A. İldırım. “Dağlar.” Təhlili







+
+

+
+




15. M.Müşfiq.“Həyat sevgisi. “Məzmunu üzrə iş.
+



+






+



1
16.  M.Müşfiq. “Həyat sevgisi”. Təhlili.







+
+
+

+



1
17. Sinifdənxaric oxu dərsi

+





+
+


+




18. Kiçik summativ qiymətləndirmə
1


 IX sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi


Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həf­tədə 3 saat olmaqla ildə 34 həftəyə və ya 102 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq, tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.

Həftələr

Mövzular
Reallaşdırılan standartlar
Fənlərarası inteqrasiya
Strategiyalar: metodlar, iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
1
Həyat həqiqətləri və ədəbiyyatımız.
2.1.2.
2.2.1.
Az.d.
1.1.2. 2.2.3.
X.d.
2.1.2.
3.1.4
Müsahibə, insert, ziqzaq, müzakirə,
bütün siniflə birgə iş.
Dərslik, ədəbiy­yatın rolu haqqında fikirlər yazılmış pla­­kat, lüğətlər,
az.wikipedia.org/wiki/Azərbaycan_ədəbiyyatı
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)

Ən yeni dövr Azərbaycan ədəbiyyatı.
(I mərhələ. Xalq Cümhuriyyətinin yaranmasından 50-ci illərə qədər)


1. Milli-mədəni dirçəliş və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat (1918-1920)
1
Ə. Cavad. “Azərbaycan bayrağına”. Məzmunu üzrə iş
1.1.1..1.1.5.

Az.d.
2.1.1. X.d. 1.1.2.
3.1.4.
Müsahibə, ikihissəli gündəlik, təqdimat, müzakirə,
fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, əsərin məzmununa uy­ğun şəkillər, lüğət­lər,
az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc
Oxu (mətn), müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
1
Ə. Cavad. “Azərbaycan bayrağına”. Təhlili
1.2.3.
1.2.4.
2.1.2.

Az.d.
2.1.2.
2.2.3. X.d.
2.1.3.
3.1.4.

Müsahibə, təqdimat, müzakirə, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləri,
https://az.wikipedia.org/wiki/Əhməd_Cavad
https://www.youtube.com/watch?v=creDpfir2Vc
Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

Metodik vəsaitə müəllimlərin təşəbbüskar, yaradıcı fəaliyyətinə istiqamət vermək məqsədilə icmallarla yanaşı, yığcam dərs planları – mövzular üzrə təlim texnologiyaları da daxil edilmişdir.
 “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə “Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli, 1279 №li əmrində aşağıda qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vəzifəsi qarşıya qoyulur:
- məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqə­lərinin və s. keçirilməsi;
- şagirdlər tərəfindən oxunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında şagirdlərin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
- oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili;
- məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması.
(http://edu.gov.az/az/page/81/9763)

Həmin mühüm vəzifələrin yerinə yetirilməsində şübhəsiz, ədəbiyyat dərslərinin müxtəlif tiplərindən, təlimin təşkilinin fərqli formalarından istifadə olunmalıdır. Bu, eləcə9-cu sinfin icbari xarakter daşıyan ümumi orta təhsilin son pilləsi təlimin təşkili formalarından daha məqsədyönlü istifadə zərurətini doğurmuşdur. Dərslikdə və metodik vəsaitdə Təhsil Nazirliyinin şagirdlərin bədii ədəbiyyatın geniş və sistemli mütaliəsi və müzakirəsinə cəlb edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, kurikulumun tələbləri təlimin təşkilinin aşağıdakı formaları vasitəsilə reallaşdırılır:
1.       Bədii əsərin məzmununun öyrənilməsi dərsləri
2.       Bədii əsərlərin təhlili dərsləri
3.       Sinifdənxaric oxu dərsləri
4.       Layihələr üzrə təqdimatlar
5.       Nitq inkişafı (inşa, esse) dərsləri
Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə formalaşdırılan əsas bacarıqlardandır. Bu bacarıq 9-cu sinif üçün fənn kurikulumunda təlim nəticələrində (şifahi təqdimatlarda, bədii nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir), eləcə də 2.1.1. alt standartında (Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir. ) və 2.1.2. alt standartında ( Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir) öz əksini tapmışdır.
Təqdimatla bağlı təlim nəticəsinin əldə edilməsi, şagirdlərdə təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu ardıcıl və sistemli şəkildə şagirdlərə müstəqil olaraq müvafiq məlumatları əldə etmək, bunun üçün müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnolo­giya­la­rı­nın imkan­la­rın­dan faydalanmaq, toplanmış informasiyanı düzgün sis­tem­ləşdir­mək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.
Bu baxımdan, demək olar ki, hər bir dərsdə, elcə də hər yarımilin sonunda öyrənilən bədii əsərlərlə bağlı təqdimatlar hazırlamaq üçün müxtəlif mövzuların təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nəticələrinin, qazandıqları biliklərin layihələr üzrə təqdimatlara həsr olunmuş dərslərdə təqdim edilməsi isə müstəqil tədqiqat aparmaq, yaradıcı fəaliyyətin nəti­cə­lərini təqdim etmək bacarıqlarının formalaş­dırıl­ma­sında mühüm əhəmiyyət kəsb edir.
9-cu sinifdə ədəbi təhsilin mühüm bir mərhələsinin yekunlaşması, eləcə də bu sinifdə fənn kurikulumunun yazılı nitqlə bağlı standartları  yazılı nitqin inkişafı dərslərinə daha çox diqqət ayrılmasını tələb edir. Bu baxımdan bölmələrin sonunda üzrə yazılı rabitəli nitqin inkişafını təmin edən inşa və ya esse dərslərinə daha çox yer verilməsi zərurəti meydana çıxmışdır. Həmin dərslərdə yalnız müqayisə deyil, həmçinin V-VIII siniflərdə formalaşdırılmış bacarıqların dərinləşdirilməsi, təsvir, mühakimə xarakterli inşa və esselərin yazılması, formativ qiymətləndirmə aparılması məqsədəuyğundur. İnşa və esse yazmaq bacarığının formalaşdırılması ümumi orta təhsili başa vuran şagirdlərin yazı işinin aparılmasını da nəzərdə tutan buraxılış imtahanlarında uğur qazanması baxımından da zərururidir.
Mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayan sinifdənxaric oxu dərsləri şagirdlərin mütaliə etdikləri kitabların müzakirəsi, əsər barədə rəy və mülahizələrinin öyrənilməsi, kitab, mütaliə mühitinin yaradılması üçün geniş imkanlar yaradır. Bu dərslərdə sinifdənxaric iş elementlərindən istifadə, şagirdlərin maraq və qabiliyyətlərinin daha çox nəzərə alınması sərbəst rəy mübadiləsi, nəticə etibarilə mütaliə mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır, mütaliə bağlı yaradıcılıq və təşəbbüskarlığın, müstəqil mütaliəyə həvəsin artırılmasına səbəb olur.

FƏNDAXİLİ VƏ FƏNLƏRARASI  İNTEQRASİYA

Fəndaxili inteqrasiya tələbi kurikulumun məzmun xətlərinin mahiyyətindən virəli gəlir. Belə ki fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir.
Fəndaxili inteqrasiyanın əsas yolu məzmun standart­larının inteqrativ şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:

1. Ədəbiyyat və həyat həqiqətləri
2. Şifahi nitq
3. Yazılı nitq
1.1.4. Bədii nümunələrin (hekayə, povest, roman, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.

1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr baxımından müqayisə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.

1.2.3. 1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya, simvol) rolunu aydınlaşdırır.

2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərini şərh edir.
3.1.2.Müşahidələrinə, əlavə məlumatlara əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərinə münasibət bildirir.  

Əsas və alt standartların əlaqəsi təlim prosesində müxtəlif sual və tapşırıqlar vasitəsilə reallaşdırılır. Bundan əlavə, bədii əsərlərin mövzu, ədəbi növ, janr, problem, obrazlar, problem baxımından əlaqələndirilməsi, müqayisə edilməsi məqsədəuyğundur.
                Fənlərarası inteqrasiya IX sinifdə tədris olunan müxtəlif fənlər üzrə alt standartların əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış müvafiq bilik və bacarıqlara, ocümlədən musiqi, rəssamlıq, hey­kəltə­raşlıq, kino, teatr və s.  istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsində bu imkanlar daha geniş şəkildə dil fənləri ilə yanaşı, tarix , coğrafiya, biologiya və s. fənlərin nümunəsində şərh edilmişdir.
Metodik vəsaitdə ədəbiyyat dərslərinin icmal və planları ( texnologiyalar) fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir. Ədəbiyyat dərslərində müəllim və şagirdlərin qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönəldilən birgə fəaliyyəti aşağıdakı interaktiv metodlar zəminində həyata keçirilir.


Комментариев нет:

Отправить комментарий