четверг, 12 марта 2015 г.

Filologiya fakültəsinin IV kurs tələbələri üçün gündəlik plan nümunələri

Əziz tələbələr, pedaqoji təcrübə müddətində yazacağınız sınaq dərslərinin planına nümunələrlə tanış olun. Unutmayın ki, Siz dərsin gedişini  geniş yazmalısınız.


GÜNDƏLİK PLANLAŞDIRMAYA AİD NÜMUNƏLƏR


Mövzu: Dərzi şagirdi Əhməd (nağıl) – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş


Standartlar
Təlim nəticələri
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Nağılda tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.5.  Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) müəyyənləşdirir.
Nağılda bədii təsvir vasitələrini müəyyənləşdirir.
2.1.2.  Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
Fikrini nağıldan nümunələr göstərməklə şərh edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
Metod və priyomlar: əqli hücum, müsahibə, təqdimat
Təchizat: dərslik, nağılın məzmununa uyğun şəkillər, lüğətlər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla (təqdimatların dinlənilməsi, müza­ki­rənin təşkili, müsahibə və s.) müəy­yənləşdirilə bilər. Müəl­limin müvafiq qiymətləndirmə meyar­larına müraciət etməsi məqsədə­uyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu, fərqli variantlarda təşkil oluna bilər. Onlardan biri dərslikdəki suallar əsasında işin təşkilidir.
Bu suallar üzrə fikir mübadiləsinin aparılması şagirdlərdə mövzuya maraq oyan­ma­sına, tədqiqat sualının müəyyənləşdirilməsində fəallıq gös­tərmələrinə səbəb olur.
Tədqiqat sualı: Qarşısına qoyduğu məqsədə çatmaq üçün insandan daha çox nə tələb olunur?
Fərqli fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir.
Müəllim əlavə edir ki, fər­ziyyələri yoxlamaq, hansının doğ­ru olduğunu aşkara çıxar­maq üçün “Dərzi şagirdi Əh­məd” nağılının ətraflı öyrənilməsi, araşdırılması məqsədəuyğundur.
Tədqiqatın aparılması. İlk növbədə nağılın oxunması, məzmunu barədə mükəmməl təsəvvürün qazanılması vacibdir. Şagirdlər fərdi-səssiz oxumaqla əsərin ilk dörd parçasının məzmunu ilə tanış olurlar. Oxuya başlamazdan əvvəl dərslikdəki tapşırığın yerinə yetirilməsinin vacib olduğu xatırladılır.
 Müəlimin təklifi ilə cütlük şəklində (hər şagird parta yoldaşı ilə də işləyə bilər) mətnlə bağlı suallara cavab hazırlayırlar. Həmin suallara uyğun olaraq dördüncü parçaya aid suallar tərtib edirlər. Sualların düşündürücü olmasına, yalnız məz­munu xatırlatmamasına diqqət yetirilir. Məlum üsullardan biri tətbiq edilməklə kiçik qruplar yaradılır və bütün sualların cavabı qrup daxilində aparılan fikir mübadiləsi əsasında dəqiqləşdirilir. Çıxa­rıl­mış nəticələr barədə qrupların təqdimat­ları dinlənilir və bütün sinif müzakirəyə qoşulur. Tanış olmayan sözlərin, bədii təsir və ifadə vasitələrinin hansı səviyyədə aydınlaşdırıldığı aşkara çıxarılır.
Müəllim üçün məlumat. Oxu müxtəlif forma və növlərin (fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi, fa­silələrlə oxu, proq­noz­laşdırılmış oxu və s.) tətbiqi ilə həyata keçirilə bilər. Müəllim si­nifdə oxunacaq hissəni (nağılın həc­mi onun bir dərs saatında oxunmasına imkan ver­mir) əvvəlcədən müəyyənləş­dirilməlidir. Tətbiq olunan oxu növünün tələbləri nəzərə alınaraq hazırlıq işi aparılmalıdır. Məsələn, fasilələrlə oxunun tətbiq etməyi planlaşdıran müəllim fasilələrin ediləcəyi məqamları, fasilələrdə veriləcək sualları müəy­yənləşdirməlidir.
Bütün bunlarla yanaşı, nəsr əsərlərinin oxusu üzrə bacarıqların xatırladılması və tətbiqinə istiqamət verilməsi faydalıdır. Bu mərhələdə ayrı-ayrı təsvirlərə, mühüm ştrixlərə, obrazların davranış və əməllərinə, xarici görünüşlərinin təqdiminə diqqət yetirməyin vacib olduğunu şagirdlərin özlərinin xatırlatmalılarına nail olun­ma­lı­dır.
Dərsdə şifahi nitqin inkişafı üzrə işin təşkili xüsusi diqqət tələb edir. Bu iş əsərin məzmununun daha dərindən qavranılmasına da əhəmiyyətli təsir göstərir. Şifahi təqdimatlar hazırlanarkən yeni öyrənilmiş söz­lərdən, əsərdən seçilmiş nü­mu­nələrdən istifadə etməyin əhə­miyyəti və yolları yığcam şəkildə xatırla­dılmalıdır.
Arzu edən şagird başqa mövzuda təqdimat hazırlaya bilər. Bütün hallarda təq­di­mat­lardan nümunələrin fəal dinlənilməsinin və müzakirə edilməsinin təşkili va­cibdir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.





Mövzu: Dərzi şagirdi Əhməd (nağıl) – 3 saat
İkinci saat:  Əsərin məzmunu üzrə iş


Standartlar
Təlim nəticələri
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitabla­rından istifadə etməklə aydınlaşdırır.
Nağılda tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitə­lərini (epitet, təşbeh, müba­liğə, bədii sual, təkrir, litota) müəyyənləş­dirir.
Nağılda bədii təsvir vasitələrini müəyyən­ləşdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nü­mu­nələrlə bağlı müzakirələrdə və müx­tə­lif ünsiyyət məqam­la­rında istifadə edir. 
Yeni sözlərdən müzakirədə, müsahibədə istifadə edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat
Təchizat: dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər.

Dərsin gedişi
Nağılın ardını müstəqil (evdə) oxuyan şagirdlərin məzmunu hansı səviyyədə mənimsədiklərini (müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur) fəqrli yollarla aşkara çıxarmaq olar. Bunu müsahibənin aparılması, təqdimatların dinlənilib müzakirə edilməsi və s. şəkildə həyata keçirmək mümkündür. Həmin prosesdə əsərdəki yeni sözlərin, bədii təsvir və ifadə vasitə­lə­rinin necə qavranıldığını aş­kara çıxarılması, zəruri dəqiq­ləş­dirmələrin aparılması diqqət mərkəzində saxlanma­lıdır. 
Müstəqil oxunmuş parçalarda mühüm ştrixlərə, təsvirlərə və s. şagirdlərin necə, hansı həssas­lıqla yanaşdıqları da ön plana çə­kilməli, sonrakı mərhələlər üçün vacib olanların aydın­laş­dırılması zəruridir.
Evdə oxunmuş parçalara aid sualların aydınlaşdırılması üzrə işə ayrılan vaxt elan olunur. Cüt­lüklər suallara cavablar ha­zır­layırlar, sonra kiçik qrup­larda birləşib fikir mübadiləsi apa­rırlar. Dəqiqləş­dirilmiş ca­vab­­lar kiçik qrup­ların təqdi­mat­ları əsasında mü­za­kirə edilir.
Dərslikdəki “Bilik və baca­rıq­larınızı tətbiq edin” başlıqlı tapşırığın icrasına vaxt ayrılır və elan edilir.
 Tapşırıq fərdi yerinə yetirilsə də, sonda dinləmələr əsasında sinif üzrə müza­kirəsi keçirilir. Bu, bütün şagirdlərin tapşırığa hansı səviyyədə cavab hazırla­dıq­larını müəyyənləşdirməyə şərait yaradır.
Nağılın məzmununun bütövlükdə mənimsənilməsi nəticənin çıxarılmasına imkan verir. Həmin mərhələdə şagirdlərin yüksək fəallıq göstərmələri üçün istiqamətləndirici suallardan istifadə etmək faydalıdır. Sonda nəticələr şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilir.


Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.


Mövzu: Dərzi şagirdi Əhməd (nağıl) – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş


Standartlar
Təlim nəticələri
1.2.1. Bədii nümunələri  (dastan, hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.
Nağılı janr baxımından hekayə ilə müqayisə edir.
1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
Baş qəhrəmanı digər obrazlarla müqayisə etməklə səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, müba­liğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.
Əsərin təsir gücünün artmasında bədii təsir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin möv­zu­sunu, ide­ya­sını və başlıca problemini şərh edir,  əsaslandırıl­mış münasibət bil­dirir.
Nağılın mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
1.1.2. Heca vəznli şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, mən­zum hekayə) ideya-məzmununa uy­ğun ifadəli oxuyur.
Nağılın ideya məzmununu ifadəli oxu ilə çatdırır.
3.1.3. 1,5-2 səhifə həcmində mühakimə və təsvir xarakterli mətnlər (inşa, esse) yazır.
Mühakimə xarakterli inşa, təsvir xarakterli esse yazır.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat, problemin həlli
Təchizat: dərslik, iş vərəqləri
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdi­mat­la­rın dinlənil­məsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Müəl­limin mü­vafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə­uy­ğun­dur.
Motivasiya, problemin qoyuluşu. Müəllim aşağıdakı sual üzərində düşünməyi təklif edir: Dərzi şagirdi Əhmədin öz arzusuna çatması təsadüfidirmi?
Sualla bağlı müsahibə davam etdirilir, şagirdlər tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə yönədilir.
Tədqiqat sualı: Əhmədin öz arzusuna çatmasının əsil səbəbi, sizcə, nədir? Sualla əlaqədar mövqelərini açıqlayan şagirdlər fərqli fikirlər – fərziyyələr söyləyirlər. Fərziyyələr təkrara yol verilmədən lövhədə yazılır. Fərziyyələrin yoxlanılması üçün tədqiqatın aparılmasının zəruriliyi qeyd edilir.
Müəllim üçün məlumat. Hələ tədqiqat başlanmamış nəsr əsərlərinin təhlili üzrə qazanılmış bilik və bacarıqların xatırladılması və tətbiqinə istiqamət verilməsi məqsədəuyğundur.
– obrazların xarakterindəki başlıca cəhətlərin aşkara çıxarılması və münasibət bildirilməsi;
– obrazların davranış və əməllərindəki özünəməxsusluğun müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
– obrazlara yazıçının münasibətinin aydınlaşdırılması, təhlildə nəzərə alınması;
– əsərin mövzusunun, ideyasının, onda qaldırılmış başlıca problemin aydınlaşdırılması, münasibət bildirilməsi;
         əsərin bədii təsir gücünü artıran vasitələrin təhlilə cəlb olunması;
Şagird tədqiqatının hansı formada təşkilindən asılı olmayaraq, yuxarıda gös­tə­rilənlərlə bağlı qazanılmış bilik və bacarıqların tətbiqinə ciddi diqqət yetiril­məli­dir.
Tədqiqatın aparılması. Bu, fərqli texnologiyaların, müx­təlif iş formalarının tətbiqi ilə hə­yata keçirilə bilər. Lakin bütün hallarda dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına, “Əsərlə bağlı açıqlamalar” mətninə müraciət edilməsi vacibdir.
Tədqiqatın kiçik qruplarla aparılmasını planlaşdıran müəl­lim tapşırığı iş və­rəqlərində əks etdirib, hər qrupa bir sual təqdim edir. Məq­səddən, sinfin səviyyə­sin­dən, qrupun sa­yından, ayrılmış vaxt­dan ası­lı olaraq müəllim tap­şırığa yaradıcı yanaşa bilər. Bu zaman şagirdlərin təhlillə bağlı qazan­mış olduqları bilik və baca­rıqların səviyyəsi nəzərə alın­malıdır. Qruplarda vəzifə böl­güsünün aparılmasına diq­qətlə yanaşılmalı, tapşırıqla əla­­­qədar yaranan suallara ay­dınlıq gə­tirilməlidir. Tədqi­qa­tın apa­rıl­masına ayrılan vaxt başa çat­dıqdan sonra dərsin növbəti mər­hələsinə keçirilir.
Məlumat mübadiləsi. Qrup­lar tapşırığın yerinə yetirilməsi prosesində əldə etdiyi nəticəni təqdim edir. Bu, hesabat səciyyəli olmur, qruplar həmin mərhələdə bir-birlərini işinin məzmunu barədə aydın təsəv­vür qazanmaq məqsədilə sual­lar da verir.
Tədqiqat pro­sesində toplanmış məlu­matın mü­badiləsi ümumi mənzərə ba­rədə təsəvvür yaratmaqla bərabər, həm də nöqsanların olduğunu aşkara çıxarır. Bunun aradan qaldırılması növbəti mərhələdə həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili. Müəllim bu mərhələdə işi elə qur­malıdır ki, çatışmazlıqlar tədricən aradan qalxsın, qaranlıq qalmış məsələlərə aydınlıq gətirilsin. Müzakirənin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən suallar hazırlaması faydalıdır. O, pərakəndə fikirlərin sistemə salınmasını, qrup işlərin uzlaşmasını, faktların arasında əlaqələrin yaranmasını, bir sözlə, tədqiqat prosesində mə­nim­sənilənlərin bir tam halına düş­məsini təşkil edərək təd­qiqat sualına dolğun cavabın ərsəyə gəlməsini təmin etmə­lidir. Müəllim bu məqamda şagirdlərin diskussiya aparmalarını, öz mülahizələrini sərbəst söyləmələrini, özlərini müzakirənin bərabərhüquqlu iştirakçısı kimi hiss etmələrini təmin etməli, onların əvəzinə danışmamalıdır.
 Nəticə, ümumiləşdirmə. Müzakirə başa çatdıqdan sonra ümumi­ləşdirmənin aparılması, nəticənin çıxarılması həyata keçirilir. Müəllim yığcam yekun sözü ilə şagirdləri son nəticələrə istiqa­mət­ləndirə bilər: Nağılda təsvir olunan hadisələrin əsasında qəhrəmanın yuxu görməsi və yuxunun yozulması durur. Dərzi şagirdi Əhməd öz ağlı, fərasəti ilə çətin sınaqlardan üzüağ çıxır. Nağılda Əhmədin fiziki gücündən, pəhləvanlarla döyüşdə qəhrəmanlığından deyil, tapmaca-sualların cava­bını ağlının gücü ilə tapmasından bəhs olunur. Bu, təsadüfi deyildir. Tapmaca-suallara şah, vəzir, vəkil, varlı tacir övlad­la­rı­nın deyil, sadə bir adamın – dərzi şagirdinin doğru cavab verməsində bir məna vardır.
Nəticənin əsasında belə bir fikir dayanmalıdır ki, nağıl adi bir insanın, dərzi şagirdinin öz zəkası, fərasəti, hazırcavablığı sayəsində məqsədinə çatmasının mümkünlüyünə xalqın inamını ifadə edir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.
İfadəli oxu ilə bağlı aşağı siniflərdə qazanılmış bilik və bacarıqlar dərslikdəki “İfadəli oxuya hazırlaşın” mətninin başa düşülməsinə və tapşırığın asan yerinə yetirilməsinə imkan verir.
Bir neçə ifanın dinlənilib müzakirə edilməsi faydalıdır.
Dərslikdəki “Tətbiq. Müza­kirə. Yaradıcı iş” başlıqlı tap­şırıqlara şifahi cavabların ve­rilməsi və onlara münasibət bil­dirilməsi vaxta qənaət ba­xımın­dan məqsədə­uyğundur.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.



Mövzu: Səməd Vurğun. Azərbaycan – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş



Standartlar
Təlim nəticələri
1.1.1 Heca vəznli şeirlərdə və süjetli bədii nümu­nə­lərdə (dastan, hekayə, mənzum hekayə) tanış ol­ma­yan sözlərin mənasını lüğətlərdən, sorğu kitab­la­rın­dan istifadə etməklə aydınlaşdırır.
Şeirdə tanış olmayan söz­lə­rin mənasını lüğətlərin kö­məyi ilə aydınlaşdırır.
1.1.5.  Heca vəznli şeirlərdə, süjetli bədii nümu­nə­lərdə bədii təsvir və ifadə vasitələrini (epitet, təş­beh, mübaliğə, bədii sual, təkrir, litota) müəy­yən­ləş­dirir.
Şeirdə bədii təsvir və ifadə va­sitələrini müəyyən­ləşdi­rir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
Fikirlərini şeirdən nümu­nə­lər göstərməklə şərh edir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nü­ma­yiş etdirir.
Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, kiçik qruplarda iş.
Metod və priyomlar: müsahibə, əqli hücum, təqdimatlar, ikihissəli gündəlik.
Təchizat: dərslik, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər.



Dərsin gedişi
Ev tapşırığının  yerinə yetirilməsi səviyyəsi fərqli yollarla (yazılı cavabların mü­za­kirəsi və s.) müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli variant­larda təşkil etmək mümkündür. Onlardan biri dərslikdəki suallardan isti­fadə ola bilər.
Həmin suallar əsasında aparılan müsahibə tədqiqat sualının formalaşması ilə tamamlanır.
Tədqiqat sualı: Vətənlə bağlı əsərlərdə daha çox hansı hiss və düşüncələr öz əksini tapır?
Fərziyyələr dinlənilir və qeyd olunur.
Tədqiqatın aparılması. Bə­dii oxu ustasının ifasında (müəllimin nümunəvi ifadəli oxusu ilə də əvəz oluna bilər) şeirin bir neçə bəndinin dinlənilməsi faydalıdır. Bu, sinifdə əsərin ideya-məzmununa uyğun ovqatın yaranmasına səbəb olur.
Şagirdlərin diqqəti dərslikdəki tapşırığa cəlb olunur:
Müəllim üçün məlumat. Oxunun səmərəliliyinə nail olmaq üçün aşağıdakı fikrin şagirdlərə çatdırılması faydalıdır.
Öyrəndiyiniz şeir sizə tanış mövzuda yazılıb. Onda daha qabarıq ifadə olunmuş fikri oxuda aydınlaşdırmağa çalışın. Eləcə də şeirdə sizə yaxın olan hislərin və fikirlərin üzərində düşünün. Bu yaxınlığın səbəbini müəyyənləşdirməyə çalışın.
Şeirin ilk səkkiz bəndinin oxusu həyata keçirilir. Bu, fərdi səssiz oxu, ayrı-ayrı şagirdlərin ucadan oxusunun dinlənilməsi  və s. şəkildə təşkil oluna bilər. Oxu ta­mamlandıqdan sonra tanış olmayan sözlərin, eləcə də bədii təsvir və ifadə va­sitələrinin müəyyənləşdirilməsinə vaxt ayrılır. Fərdi səssiz oxu tətbiq edilərsə, bu iş oxu prosesində də real­laşdırıla bilər. Bədii təsvir və ifadə vasitələrinin hansı növdə (epitet, təşbeh, bədii sual və s.) olduğunu da şagirdlərin qeyd etmələri va­cibdir.
Sonra şagirdlər dörd qrupda birləşib (hər qrup iki bənd üzərində işləməklə) fikirlərini ikihissəli gündəlikdə yazırlar.
Şagirdlərə bir daha xatırladılır ki, gündəliyin birinci sütununda (“Əsərdə diq­qətimizi daha çox cəlb edənlər”) müstəqil aydınlaşdıra bilmədikləri sualları, misraların, bəndlərin onlarda yaratdığı təəssürat və s. qeyd oluna bilər. Unudul­ma­malıdir ki, ikihissəli gündəliyin tətbiqi əsərin məzmununun əhəmiyyətli dərəcədə qavranılmasını təmin etməlidir.
Məlumat mübadiləsi. Qrupların təqdimatları əsasında fikir mü­ba­diləsi aparılır. Bütün qruplar bir-birlərini öz işlərinin məzmunu ilə ta­nış edir. Bu mərhələdə tanış olmayan sözlərin, bədii təsvir və ifadə va­si­tələrinin hansı səviyyədə qavranıl­dığı­nın üzərinə qayıtmaq fayda­lıdır.
Bu mərhələnin səmərəli keçməsi üçün qrupların bir-birlərinə suallar verməsinə nail olunmalıdır.
Məlumatın müzakirəsi və təşkili. Məlumatların əlaqələn­dirilməsi, bir tam halına sa­lın­ması diqqət mərkəzində sax­lanılır. Müəllim əvvəlcədən hazır­ladığı suallardan istifadə etməklə müzakirənin səmərəli, diskussiya səciyyəli olmasını təmin etmə­lidir.
Bu mərhələdə əsərin (oxun­muş bəndlərin) məzmunu ilə bağ­lı bütün məsələlərə aydınlıq gətiril­məlidir.
Əsərin məzmunu bütöv­lük­də mənimsənilmədiyindən dər­sin “nə­ticə, ümumiləşdirmə” mərhə­ləsinin tələbləri bütünlüklə hə­ya­ta keçirilmir, görülmüş iş­lərə yekun vurulmaqla kifa­yətlənir. Ardınca şifahi nitqin inkişafı üzrə nəzərdə tutulmuş işə ay­rı­lan vaxt elan edilir, şagird­lərin diqqəti mövzulara cəlb olunmur.
Hər iki mövzu şeirin məzmunu ilə bağlı qazanılmış məlumatın zən­gin­ləşməsində əhəmiyyətli rol oynayır. Bir neçə təqdimatın dinlənilib müzakirə edilməsi bu baxımdan faydalıdır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Mövzu: Səməd Vurğun. Azərbaycan – 3 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş


                    Standartlar
Təlim nəticələri
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitab­larından istifadə etməklə aydınlaşdırır.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasi­tə­lərini (epitet, təşbeh, müba­liğə, bə­dii sual, təkrir, litota) müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nü­munələrlə bağlı müzakirələrdə və müx­tə­lif ünsiyyət məqamlarında istifadə edir. 
Yeni sözlərdən müzakirədə, müsahibədə istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
Fikrini şeirdən nümunələr göstərməklə şərh edir.
      
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: müsahibə, təqdimatlar, ikihissəli gündəlik.
Təchizat: dərslik, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər, lüğətlər.

Dərsin gedişi
Evdə oxunmuş bəndləri bir daha nəzərdən keçirən şagirdlər müəllimin təklifi ilə fikirlərini fərdi olaraq ikihissəli gündəlikdə yazırlar. Şagirdlərin kiçik qruplarda birləşib fikir mübadiləsi apar­malarını təşkil edən müəllim bunun üçün vaxt ayırır. Bunun ar­dınca qrupların təqdimatı əsa­sında müzakirə aparılır. Müzakirədə, həmçinin mənası tanış olmayan sözlərin, bədii təsvir və ifadə vasitələrinin necə qavranıldığı aş­kara çıxarılır.
Dərslikdəki “Bilik və baca­rıq­la­rınızı tətbiq edin” tapşırığının ye­ri­nə yetirilməsinə vaxt ayrılır.
Tapşırıqların fərdi olaraq yerinə yetirilməsi məqsədəuyğundur. Bu, şagirdlərin hər birinin bilik və ba­ca­rığı barədə təsəvvürün qazanıl­ması baxımından faydalıdır.
  Tapşırıqların yerinə yetirilməsi prosesini diqqətlə izləyən müəllim şagirdlərin işinin məzmunu barədə təsəvvür əldə edir. Müəllimin bu prosesdə müşahidə etdiklərini qısaca yazması – qeydlər götürməsi faydalıdır.
Ayrı-ayrı şagirdlərin cavabının dinlənilməsində fikir mübadiləsinə, diskussiya səciyyəli müzakirənin keçirilməsinə şərait yaradılır. Çoxlu şagirdin dinlənilməsi yox, bir neçə cavabın əhatəli müzakirəsi daha faydalı olar.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Mövzu: Səməd Vurğun. Azərbaycan – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş



Standartlar
Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitə­lərinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.
Əsərin təsir gücünün artma­sında bədii təsvir və ifadə vasitələrinin rolunu aydın­laş­dırır.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və baş­lıca problemini şərh edir,  əsaslandırılmış mü­na­sibət bildirir.
Şeirin ideyasını şərh edir, əsas­landırılmış münasibət bil­­­dirir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nü­mayiş etdirir.
Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən topladığı material­ları əlaqələndirir, yazısında istifadə edir. 

Müxtəlif mənbələrdən top­la­dığı materialları əlaqə­lən­dirib istifadə edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, kiçik qruplarda iş.
Metod və priyomlar: müsahibə, problemin həlli, təqdimatlar.
Təchizat: dərslik, iş vərəqləri.

Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların (inşa nümunələrinin) dinlənilməsi və müzakirəsi əsasında müəyyən­ləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarına müra­ciət etməsi vacibdir.
Təhlilə həsr olunmuş dərsi müxtəlif variantlarda təşkil etmək mümkündür. Onlardan biri aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. “Azərbaycan” şeirinə yazılmış mahnıdan bir parça səsləndirilir. Şeir haqqında tanınmış alimlərin, yazıçıların fikirləri proyektor vasitəsilə (bu, mümkün deyilsə, yazılmış şəkildə) nümayiş etdirilir. Müəllimin istiqamətləndirici sualları əsa­sında şeirin geniş yayıldığı, ona marağın güclü olması fikri formalaşır. Bu, tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.
Tədqiqat sualı:  “Azərbaycan” şeirinin maraqla oxunmasına, sevil­məsinə səbəb, sizcə, nədir?
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər aparılır.

Müəllim üçün məlumat. Təhlilə başlamazdan əvvəl müəyyən hazırlıq işlərinin aparılması faydalıdır. Başqa sözlə, lirik şeirlərin təhlili ilə əlaqədar qazanılmış bilik və bacarıqların yada salınması və tətbiqinə istiqamət verilməsi vacibdir. Şagirdlər artıq özlərinə məlum olan aşağıdakı qaydaları istiqamətləndirici sualların əsasında xatırladır və onlara əməl etməyin əhəmiyyətini qeyd edirlər:
– yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması;
– müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin müəyyən­ləş­dirilməsi;
– əsərin bədii təsir gücünü artıran vasitələrin (bədii təsvir vasitələrinin və s.) rolunun aydınlaş­dırılması.
Tədqiqatın aparılması. Tədqiqat sualının aydınlaşdırılması fərqli variantlarda (me­­todların, iş formalarının və növlərinin seçilməsi ba­xımından) həyata keçirilə bilər.
Bütün hallarda dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqla tap­şı­rıqdan is­tifadə, “Əsərlə bağlı açıq­la­malar” mətninə müraciət edil­məsi məqsə­dəuyğundur.
Tədqiqatın kiçik qruplarda apa­rılmasını planlaşdıran mü­əl­­lim “Araşdırın. Fikir­ləşin. Ca­vab verin” tapşı­rığındakı sual­­lar əsasında iş vərəqləri ha­zır­layır.
Qarşıya qoyduğu məq­səd­dən, qrupun sayından və s. asılı olaraq müəllim suallara yaradıcı yanaşa bilər. Suallarda nüəyyən dəyişikliyin aparılması, onlara əlavələrin edilməsi və s. mümkündür.
Tapşırığın icrasına ayrılan vaxtı elan edən müəllim dərs­likdəki “Əsərlə bağlı açıq­la­ma­lar” mətnindən, eləcə də əla­və mənbələrdən isti­fadənin məq­sədəuyğun oldu­ğunu xatır­ladır.
Qrupların işini diqqətlə mü­şahidə edən müəllim, ehtiyac yarandığı məqamlarda, istiqa­mət­ləndirici suallarla kömək göstərir.
  Tapşırığın birinci sualında “Azərbaycan” şeirinin digər bir əsərlə müqa­yisəsi tələb olunur. Müəllim Ə. Cavadın “Azərbaycan! Azərbaycan!” şeiri­nin, yaxud sinifdənxaric oxu materiallarından bir nümunənin seçilməsini təklif edə bilər.
VII sinif şagirdləri xalq şairi S.Vurğun haqqında məlumatlı olurlar. 3-cü sual (“Müəllif haqqındakı təsəvvürümə şeir nələr əlavə etdi? Fikrinizi nümunələrlə əsaslandırın) üzərində işləyən qrupa, aşağı siniflərdə öy­rəndiklərini, müxtəlif mənbələrdən mənimsədiklərini xatırlamaları üçün istiqamət vermək faydalı olar.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra dərsin növbəti mərhələsinə keçilir.
Məlumat mübadiləsi. Qrupların təqdimatları dinlənilir. Çıxış edənlərə sual­ların verilməsi təmin olunur. Bu mərhələdə qruplar bir-birinin işinin məzmunu ilə ətraflı tanış olur. Əldə edilmiş məlumatların əlaqələndirilməsi, sis­temə salın­ması dərsin növbəti mərhələsində həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili. Müzakirənin səmərəli keçməsi üçün sərbəst diskussiya şəraitinin yaradılması vacibdir. Hər bir şagird sual vermək, onu düşündürən məsələ barədə danışmaq imkanına malik olmalıdır. Qruplara bir-birinin cavabına yerinə düşən əlavələr etmək üçün şərait yaradılmalıdır.
Müzakirənin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən suallar hazırlaması məqsədəuyğundur.
Nəticə, ümumiləşdirmə. Bu mərhələdə şagirdlərin maksimum fəallı­ğına, müstəqilliyinə çalışmaq lazımdır. Müəllim yığcam yekun sö­zündə şagirdləri “Azər­baycan” şeirinə xalqımızın maraq və məhəbbətini açıqlamağa, çı­xardıqları nəticələri faktlarla əsas­lan­dırmağa istiqa­mətləndirməlidir.
Şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə nəticələrin mü­qayisəsinə xüsusi diqqət yetirilir.
Dərslikdə “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında verilmiş mü­zakirə mövzusu (“Vətənimiz musiqidə, rəssamlıqda və kinoda”) “Azər­baycan” şeirinin birinci dərs saatında şagirdlərin diqqətinə çatdırılmalı, müəyyən hazırlıq işləri aparılmalıdır. Şagirdlərin marağı nəzərə alınaraq qrupların yaradılması, hər üç sahə (musiqi, rəssamlıq, kino) üzrə mə­lumatların toplanması işi həyata ke­çirilməlidir. Bu, müzakirənin səmə­rəli keçməsinə əhəmiyyətli dərəcədə təsir gös­tərir. Müzakirəni fərqli formalarda təşkil etmək olar. Bütün hallarda şagirdlərin ha­mısının fəallığına səy göstərmək lazımdır.
Qiymətləndirmə. Formativ qiymətləndirilmə mövzu üzrə iş texnologi­ya­larının şərhində verilmişdir.

Evdə iş
İfadəli oxuya hazırlaşın.
Şeirin ilk üç bəndinin oxusuna hazırlıq.
Əvvəlcə ifaçılıq vəzifəsini dinləyicilərə nə çatdıraca­ğınızı aydınlaşdırın.
– Sonra hər bəndin oxusunda səsinizin aldığı çalarları dəftərinizdə  (şeirin mət­ni­nin kənarında) yazın.
– Fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib nümunədə olduğu kimi şərti işarələrlə göstərin.





































Mövzu: S.S.Axundov. Nurəddin – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş


Standartlar
Təlim nəticələri
1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nü­munələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydın­laşdırır.
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
Hekayədən seçdiyi hissənin məz­mununu hazırladığı plan əsasında yığcam nağıl edir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümu­nələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.
Yeni sözlərdən müzakirədə, nağıletmədə istifadə edir.
Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, kiçik qruplarda iş
Metod və priyomlar: müsahibə, əqli hücum, təqdimatlar
Təchizat: dərslik, iş vərəqləri, hekayənin məzmununa uyğun şəkillər, lüğətlər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yeti­ril­mə­si səviyyəsi fərqli yollarla (təq­di­matların müzakirəsi və s.) müəy­yən­ləşdirilə bilər. Müəllimin mü­va­fiq qiymətləndirmə meyar­la­rına müraciət etməsi məqsə­də­uyğundur.
Motivasiya, problemin qoyuluşu. Sinfin səviyyəsinə, şagirdlərin marağına uyğun olan variant seçməklə bu mərhələdəki işi təşkil etmək olar. Variant­lardan biri dərslikdəki suallardan istifadə olunmasıdır.
Bu suallar üzrə aparılan mü­sahibə əsasında tədqiqat sualını müəy­yənləş­dirmək müm­kündür.
Tədqiqat sualı. Yamanlığın – pisliyin qarşılığında yaxşılıq etməklə nəyə nail olmaq mümkündür?
Fərziyyələr dinlənilir və təkrara yol vermədən qeyd olunur.
Tədqiqatın aparılması. Hekayədən ilk beş parçanın sinifdə oxusunu təşkil etmək məqsədə­uy­ğun­dur. Oxunu fərqli yollarla həyata keçirmək mümkündür. Vaxta qənaət baxımından fərdi səssiz oxunun üzərində dayanmaq olar. Bütün hallarda dərslikdəki tapşırığın yerinə ye­ti­rilməsinin zəruriliyi şagirdlərin diqqətinə çatdırılır.
Mətnin kənarındakı sual­lara cavabların hazırlanması cütlük şəklində yerinə yetirilir. Suallar əsərin məzmununun daha dərindən qavranılmasını, hadisələr, ob­raz­lar barədə ilkin təəs­süratın formalaşmasına im­kan yara­dır.
Suallardan bəziləri (mə­sələn, “Gülüstan” ki­tabı haqqında nə bilir­siniz?”) əlavə mənbələrə (imkan varsa, internetə) müraciət etməyə istiqamətləndirir. Bu, əvvəlcədən nəzərə alınmalıdır.
Əsərdən sinifdə oxunması planlaşdırılan hissənin ikinci və beşinci par­çalarına aid sualların tərtib edilməsi də cütlük şəklində həyata ke­çirilə bilər. Bu qəbildən sualların hazırlanması məzmunun mənim­sənilməsi nəti­cəsində mümkündür. Belə tapşırıqlar məntiqi təfəkkürün inkişafına da əl­verişli şərait yaradır.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra kiçik qruplar ya­radılır və bütün suallarla bağlı fikir mübadiləsi aparılır. Bu, dərsin növbəti mərhə­ləsində davam etdirilə bilər.
Məlumat mübadiləsi. Qrupların təqdimatı əsasında aparılan mə­lumat müba­diləsi yalnız bir-birinin işinin məzmunu ilə tanışlıq sə­ciyyəsi daşımır. Sual­ların verilməsi əsasında cavabların dəqiq­ləşdirilməsi, əlavələrin edilməsi və s. həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili. Cavabların müqayisə edilməsi, əlaqə­lən­dirilməsi, qruplaşdırılması diqqət mərkəzində saxlanılır. Bütün bunlar fi­kirlərə aydınlıq gətirməklə yanaşı, əsərin məzmununun öyrənilməsini də dərinləşdirir.
Görülmüş işə yekun (əsərin məzmununun öyrənilməsi başa çatma­dığına görə dərsin “nə­ticə, ümumiləşdirmə” mər­hə­ləsinin tələbləri tam halda ikinci dərsdə həyata keçirilir) vurulduqdan sonra şagirdlər müəllimin təklifi ilə dərslikdəki tapşırığın üzərində fərdi işləyirlər.
Seçilmiş formanın (yığcam nağıletmə) tələblərinə çıxış edənlərin necə əməl etdiklərinə bütün sinfin münasibət bildir­məsi təmin olunur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Mövzu: S.S.Axundov. Nurəddin – 3 saat
İkinci saat: Əsərin məzmunu üzrə iş


Standartlar
Təlim nəticələri
1.1.1.          Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Hekayədə tanış olmadığı sözlərin mənasını lüğətlərin köməyi ilə də aydınlaşdırır.
1.1.4.          Bədii nümunələrin (dastan, heka­yə, mən­zum hekayə) janr xüsusiy­yətlərini müəy­yən­ləşdirir.
Hekayə janrına məxsus xüsusiyyətləri müəyyən­ləşdirir.
2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.
Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş
Metod və priyomlar: əqli hücum, müsahibə, təqdimatlar
Təchizat: dərslik, hekayənin məzmununa uyğun şəkillər, iş vərəqləri, lüğətlər.

Dərsin gedişi
Hekayənin ardını müstəqil (evdə) oxusundan sonra məzmunun, eləcə də yeni sözlərin necə qavranıldığını yığcam müsahibə ilə aydın­laşdırmaq olar. Bu, vaxta qənaət baxımından (digər variantların se­çilməsi də mümkündür) faydalıdır.
Müstəqil oxunmuş parçaları (6, 7, 8, 9) bir daha nəzərdən keçirən şagirdlərə mətnə aid suallara cütlük şəklində cavab hazırlamaq təklif olunur. Cavabları bir-birinə yaxın olan şagirdlər kiçik qruplarda birləşərək fikir mübadiləsi aparırlar. Bu, dərsin tədqiqatın aparılması mərhələsi kimi qiymətləndirilə bilər.
Sonra qrupların təqdimatı əsasında məlumat mübadiləsiməlumatın müzakirəsi həyata keçirilir. Bunlar, əslində, çox vaxt qovuşmuş şəkildə baş verir. Qruplar bir-birinin işinin məzmununu ilə tanış olur, müqayisələr aparır, əlavələr edir, əlaqələrin yaradılmasına, qruplaşdırmaların aparılmasına diqqət yetirir.
Nəticə, ümumiləşdirmə mərhələsində bütün fikirlərin bir ideya şəklinə sa­lınma­sına səy göstərilir. Əldə olunmuş yekun fikir şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilir.
Dərslikdəki “Bilik və bacarıqlarınızı tətbiq edin” tapşırığının icrasına vaxt ayrılır.
Tapşırığın icrası fərdi qay­dada həyata keçirilir.
Bu, şa­girdlərin hər birinin işinin məz­munu, keyfiyyəti barədə müəllimin dolğun təsəvvür qa­zanması baxımından məqsə­də­uy­ğundur. Vaxt çatış­mazlığı ya­­ranarsa, tapşı­rıq kiçik qrup­larda yerinə yetirilə bilər. Belə halda müəllim hər bir şagirdin fəaliyyətini diqqətlə izlə­mə­li­dir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.


Mövzu: S.S.Axundov. Nurəddin – 3 saat
Üçüncü saat: Təhlil üzrə iş

Standartlar
Təlim nəticələri
1.2.1.          Bədii nümunələri  (dastan, hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.
Nağılla müqayisə əsasında hekayənin janr xüsusiyyətini aydınlaşdırır.
1.2.2.          Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
Müqayisə etməklə, yazıçı münasibətinə əsaslanmaqla obrazları səciyyələndirir.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir,  əsaslandırılmış münasibət bildirir.
Hekayədəki başlıca problemi  və ideyanı şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
Fikirlərini hekayədən nümunələr gətirməklə şərh edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, kiçik qruplarda iş
Metod və priyomlar: əqli hücum, müsahibə, problemin həlli, təqdimatlar
Təchizat: dərslik, iş vərəqləri
Dərsin gedişi
Ev tapşırığının hansı səviyyədə  yerinə yetirilməsi təqdimatların din­lənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiy­mətləndirmə meyarlarına müraciət etməsi məqsədə­uy­ğun­dur.
Təhlilə həsr olunmuş dərsin bir variantı aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Şagirdlər, müəllimin təklifi ilə xe­yir­xahlıq, yaxşılıqla əlaqədar bildikləri atalar sözlərini xatırladırlar. Diqqət “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər ki­şinin işidir” atalar sözünə və hekayədə Rəhimin Nurəddinə dedik­lərinə (“Mən səni oğulluğa götürməklə böyük hünər etmədim, çünki mən an­caq yaxşılığa yaxşılıq etdim. Bu, hər kişinin işidir. Amma sən ya­man­lığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir”) cəlb olu­nur. Müsahibə tədricən tədqiqat sualının formalaşmasına imkan ya­radır.
Tədqiqat sualı: Sizcə, yazıçı nə üçün “yalnız xeyirxahlığın deyil, pisliyin, yamanlığın qarşısında da yaxşılıq etmək lazımdır” fikrini doğru hesab edir?
Fərziyyələr dinlənilir, təkrara yol vermədən qeyd edilir.
Tədqiqatın aparılması. Tədqiqat sualının aydınlaşdırılması üçün fərqli yollar seçilə bilər. Hansı yolun seçilməsindən asılı olmayaraq dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab yazın” tapşırığına və “Əsərlə bağlı açıqlamalar” mətninə müraciət etmək faydalıdır.
Tədqiqatın kiçik qruplarda aparılması əvvəlcədən iş vərəq­lərinin hazırlanmasını tələb edir. “Araşdırın. Fikir­ləşin. Cavab verin” tapşırığın­dakı sual­ları iş vərəqlərində əks et­dirib qruplara təqdim etmək olar. Müəllimin suallara yara­dıcı yanaşması məqsədə­uy­ğundur.  O, məqsədindən, sin­fin səviy­yəsindən, qrupun sayın­dan və s. asılı olaraq sual­larda dəyişiklik edə bilər.
İşin icrası prosesində qrup­larda vəzifə bölgüsünün apa­rıl­masına diqqət yetirən müəl­lim ehtiyac yaranan mə­qam­larda istiqamətləndirici sual­lardan istifadə etməklə təd­qiqatın səmərəliliyinə yar­dımçı olur. Tapşırıqlardakı başlıca tələbin nə olduğu, daha sə­mərəli metodların seçilməsi və s. müəllimin yönləndirici sual­larda qruplara çatdırdığı mə­sələlərdəndir. Tapşırıqdakı bi­rinci sual (“Hekayədə diqqəti cəlb edən mühüm problem nədir? Müəllif həmin prob­le­min həllində nəyə üs­tünlük ve­rir?”) tədqiqat sualının ay­dınlaşdırılması baxı­mından da­ha əhəmiy­yətlidir.
Müəllim nəzərə almalıdır ki, S.S.Axun­dov “Qorxulu nağıl­lar”da xeyirlə şərin mübarizəsini ön plana çəkmiş, pisliklərin, şərin aradan qaldırılmasına maarifçilik mövqeyindən və ideyalarından çıxış edərək münasibət bildirmişdir. Bu yanaşmanın digər səbəbləri də unudulmamalıdır. Daha dəqiq deyilsə, xalq nağıllarının, Tolstoyçuluq ideyalarının S.S.Axundov yaradıcılığında iz bu­raxdığı yaddan çıxarılmamalıdır. Pisliklərin bağışlanmasının müsbət nəti­cələr verə biləcəyi fikrini oxucuya aşılayan yazıçı problemin bu yolla həllinə üstünlük verirdi.
S.S.Axundovun maarifçi dünyagörüşü yaratdığı bir sıra obrazların xarakterində, davranış və əməllərində özünü qabarıq göstərirdi. “Nurəd­din”dəki Əmiraslanın faciəsi məktəbdən, təhsildən qaçaq düşməsi ilə izah olunur. Gülpərinin dayazdüşüncəli olması, həyatda ciddi səhvlərə yol verməsinin səbəbi də bu mövqedən əsaslandırılır. Tapşırıqdakı 3-cü sual (“Əmiraslanla Gülpərinin oxşar və fərqli cəhətləri hansılardır? Bu obrazları ya­rat­maqda müəllifin niyyəti nə olmuşdur?”) məsələyə bu baxımdan yanaşmağı tələb edir. Sualın cavabı ilə əlaqədar hekayədə tutarlı faktlar vardır.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra dərsin növbəti mərhələsinə keçilir.
Məlumat mübadiləsi. Qrupların bir-birinin işinin məzmunu ilə ət­raflı tanış olmalarına imkan yaradılır. Cədvəllərin, sxemlərin nü­mayiş et­dirilməsinə, əhatəli izahların ve­ril­məsinə diqqət yetirilir. Qeydlər edilmiş cədvəllərin löv­hə­dən asılması məqsədəuyğundur. Bu, şa­gird­lərin digər qrupların işi ilə daha ətraflı tanış olmalarına imkan yaradır. Eləcə də sualların verilməsi, əlavələrin edilməsi, digər dərslərdə olduğu kimi, burada da əhəmiyyətli yer tutmalıdır. İşin səmərəli təşkili dərsin növbəti mərhələsinin uğurlu olmasına təsir edir.
Məlumatın müzakirəsi və təşkili.  Müəllim müzakirənin səmərəli keçməsi üçün əvvəlcədən suallar hazırlaya bilər. Bu suallar müza­ki­rənin, belə demək olarsa, planauyğun aparılmasına şərait yara­dır. Ayrı-ayrı faktların, pərakəndə məlumat toplusunun əlaqə­lən­di­rilməsinə və sistemə salınmasına müzakirədə xüsusi önəm verilir. Məhz bundan sonra ümumiləşdirmənin aparılması, nəticənin çıxarılmasını həyata keçirmək olur.
Nəticə, ümumiləşdirmə. Deyilmiş fikirlərin ümumiləşdirilməsi, bir ideya halında ifadə edilməsi bu mərhələdə diqqət yetirilən başlıca məsələlərdəndir. Müəllim istiqamətləndirici suallardan istifadə etsə də, nəticələrin çıxarılması şagirdlərin öhdəsinə düşməlidir.
Nəticələrin fərziyyələrlə müqayisə edilməsi, tədqiqat sualı ilə əlaqəsi diqqət mərkəzində saxlanılmalıdır. Yazıçının “yamanlığa yaxşılıqla cavab vermək” mövqeyinin nədən qaynaqlandığı, əxlaqi-tərbiyəvi fikrə söykənən maarifçilik ideyalarının bu məsələdə rolu və s. nəticədə əksini tapmalıdır.
Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlıqlı tapşırıq qazanılmış bilik və bacarıqların tətbiqi baxımından faydalıdır.
“Azərbaycan xeyriyyə­çilə­ri­nin gördüyü işlər” mövzusunu mü­zakirə edin.
Tapşırığa fərdi olaraq ha­zırlan­mış cavablardan bir neçəsinin dinlənilib müzakirə edilməsinə vaxt ayrılmalıdır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə mövzu üzrə iş texnologiyasının şərhində verilmişdir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.



Комментариев нет:

Отправить комментарий