суббота, 27 мая 2017 г.




Epik əsərin ( əfsanə, nağıl və s.)  məzmununun mənimsədilməsi və təhlili üzrə dərs planı nümunələri 

                                Mövzu: ANA MARAL (əfsanə)
Birinci saat:  Əsərin məzmununun mənimsədilməsi

Standartlar
Təlim nəticələri
1.1.1. Heca vəznli şeirlərdə və  sadə süjetli bədii əsərlərdə (əfsanə, nağıl, təmsil, he­ka­yə) tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.

 Əfsanədə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və  geniş)  nağıl edir.
 Əfsanəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında  geniş nağıl edir.
2.1.2. Bədii əsərlərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.
Əfsanə ilə bağlı fikirlərini aydın, ardıcıl şərh edir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, bütün siniflə birgə iş
Metod və priyomlar: əqli hücum, müsahibə, fasilələrlə oxu, təqdimat
Təchizat: dərslik, nağılın məzmununa uyğun şəkillər, lüğətlər
                                 
                                             Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla (təqdimatların dinlənilməsi və müzakirəsi, müsahibə və s.) müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Müəllim üçün əlavə məlumat. Şagirdlərin bədii təsvir vasitələri (epitet, təşbeh) barədə dolğun təsəvvürü ol­madığından əfsanənin tədrisində onlarla bağlı tələblər irəli sü­rül­mə­miş­dir. Şagirdlərin aşağı siniflərdə mənimsə­dikləri məlumata əsaslanan mü­əl­lim, sinfin səviyyəsindən asılı olaraq, bu və ya digər dərəcədə məsələni xa­tır­lada bilər.
Motivasiya, problemin qoyuluşu. Bunu  fərqli variant­lar­da təşkil etmək mümkündür. Bun­lardan biri dərslikdəki “Yada salın” başlıqlı suallara  mü­raciət edil­məsi ola bi­lər.
– Öyrəndiyiniz hansı əfsanələri  xatırlayırsınız?
– Əfsanələrin nağıllarla oxşar və fərqli cəhətləri hansılardır?
       Bu sualların əsasında aparılan müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır.
Tədqiqat sualı: Təbiətə, onun canlılarına qayğı nə üçün vacibdir?
Fərqli fikirlər – fərziyyələr  dinlənilir və qeyd olunur.
Müəllim əlavə edir ki, fərziyyələri yoxlamaq, hansının doğru olduğunu müəyyənləşdirmək üçün “Ana maral” əsəri yaxşı vasitə ola bilər. Bunun üçün həmim əsəri ətraflı öyrənmək və  araşdırma aparmaq faydalıdır.
Tədqiqatın aparılması. Tanış olmayan sözlərin məna­sının aydın­laş­dı­rıl­­masının əhə­miy­­yəti əsərin oxu­su­na başla­mazdan əvvəl izah olunur. Bu işin həyata keçirilməsi həm əsə­rin məz­mu­nu­nun qavranıl­ması, həm də şagirdlərin söz ehti­yatının zənginləşməsi üçün fay­dalıdır.
Şagirdlərə xatırladılır ki, bu cür söz­lə­rin mənası dərsliyin sonunda veril­miş lü­ğətin, eləcə də lüğət kitablarının kö­məyi ilə aydınlaşdırıla bilər.
       Dərslikdə oxu ilə bağlı tapşırıq (1. Əsəri oxuyun ( bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz) üzreə iş təşkil edilir. Tapşırıqdan göründüyü kimi oxunu fərqli variantlarda təşkil etmək olar. Fasilələrlə oxunu  tət­biq etməyi planlaşdıran müəllim onun tərbiqi qaydaları barədə (məktəblilər bu oxu ilə aşağı siniflərdə tanış olurlar) şagirdlərdə aydın təsəvvür yaradır. Fasilələrin ediləcəyi məqamlar əvvəlcədən elan olunur.
Birinci fasilə: “A kişi, tez ol, mətləb üstə gəl!” cümləsində.
İkinci fasilə: “Aradan bir az keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü” cüm­ləsində.
  Üçüncü fasilə: Əfsanənin sonun­da.
Oxunmuş hissənin məzmu­nu­nun və ye­ni sözlərin necə mə­nim­sə­nildi­yini aş­kara çıxar­maq məqsədilə hər fasilədən sonra müsahibə aparılır. Bu, məz­­munun dərindən öyrə­nilməsinə, şagirdlərin daha diqqətli olmasına əhəmiyyətli dərəcədə təsir edir.
Oxuda yalnız əhvalat və hadi­sə­lə­rin qav­ra­nıl­ma­sı ilə məh­dud­laşmaq ol­maz. Qəhrə­manın xarak­terindəki mühüm cəhətlər, əfsanənin bədii gözəlliyi barədə ilkin təsəvvürün qaza­nılması vacibdir. Bu, sözə, bütöv­lükdə mətnə həssas, diq­qətli münasi­bətin nəticəsində mümkün olur. Məhz buna görə də əfsanədəki kiçik, lakin məna yükü böyük olan məqamlara diqqətin cəlb olun­ması va­cibdir. Bu, əsərin öy­rə­nilməsinin son­rakı mərhələ­lərində apa­rılan işin səmərə­liliyinə ciddi təsir edir. 
Əsərin məzmunu ilə bağlı qaza­nılmış təsəv­vü­rün tam­lı­ğı­na nail olmaq üçün dərs­lik­də­ki sual­ və tapşırıqlardan istifadə etmək məqsə­­də­uy­ğun­dur.

1. Aşağıdakı suallara cavab hazırlayın:
a) Nurəli kişi marala niyə güllə atmadı?
b) Ovçu maralı necə xilas etdi?
c) Nurəli kişinin xəstəlikdən sağalmasına səbəb nə oldu?
d) Əsərdə əfsanəyə aid olan xüsusiyyətləri müəyyənləşdirin.
2. Parta yoldaşınızla birlikdə məzmununa aid üçdən az olmayaraq sual
və onlara cavab yazın.
3. Kiçik qruplarda birləşib hazırladıqlarınız da daxil olmaqla bütün
sualların cavablarını dəqiqləşdirin.
4. Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və
müzakirə aparın.
5. Əfsanədən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında geniş nağıl edin.
Müəllimin təklifi ilə kiçik qruplarda birləşən şagirdlər bütün sualların cavabları ilə bağlı fikir mübadiləsi aparır və təqdimata hazırlaşırlar. Məhz bundan sonra təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir, eləcə də müzakirədə şagirdlərin hər birinə öz fikrini sərbəst ifadə etmək imkanı yaradılır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi məqsədəuyğundur. Bu, həmin mərhələnin səmərəli keçməsinə səbəb olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, təbiət nə qədər mükəmməl olsa da, insan qayğısına möhtacdır. Təbiətin, onda yaşayan canlıların qorunması həyatın davamı deməkdir.
Çıxarılmış nəticələr fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə olunur.
Dərsdə vaxtdan qənaətlə istifadə əsərdən seçilmiş hissənin geniş formada nağıledilməsi üzrə tapşırığın icrasına imkan verir. Müəllim dərslikdə verilmiş nümunə əsasında geniş nağıletmənin mahiyyəti barədə şagirdlərdə dolğun təsəvvür yaradır. Şagirdlər müəllimin təklifi ilə əf­sa­nə­dən hissələr seçib ad verirlər. Məsələn:
1. Nurəli kişinin ovdan dön­mə­si.
2. Ovçunun ana maralı xilas et­məsi.
3. Nurəli kişinin ölüm yatağına düş­məsi.
Se­çilmiş hissələrin məz­mu­­nuna aid plan (hansı for­ma­da ol­masını müəllim təyin edir) tərtib edilir.
Şagirdlərin seçdikləri hissəni geniş nağıletmə bacarığına yiyələnməsi üçün aşağıdakı nümunədən istifadə olunur.

Dərslikdən seçilən hissə
Geniş nağıletmə nümunəsi

Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi meşədən
çox pərişan qayıtdı. Arvadı Fatimə, oğlu Bəhruz onu
qarşılamağa çıxdılar. Kişi fikir dəryasına qərq olmuşdu. Fatimə
bir addım irəli atıb ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi
götürmək istədi. Nurəli kişi ona mane oldu. Ağır addımlarla evin
arxasına keçdi. Tüfəngi çiynindən aşırdı. Arvadının və oğlunun
gözləri qabağında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub
onu daşa çaxdı.

Kənddə məşhur ovçu kimi tanınan, hamının hörmət etdiyi Nurəli kişi bir gün  meşədən çox pərişan qayıtdı. Həmişə olduğu kimi, bu dəfə də arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdı. Kişi fikir dəryasına qərq olmuşdu, heç kimin üzünə baxmaq istəmirdi. Fatimə irəli gəlib ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi götürmək istədi. Amma Nurəli kişi ona mane oldu. Hiss olunurdu ki, o, nə isə mühüm qərar qəbul etmək istəyir. Nurəli kişi tələsmədən evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı, diqqətlə ona baxdı. Əlini yavaş-yavaş lüləsində,  qundağında gəzdirdi. Sonra arvadının və oğlunun gözləri qabağında uzun illər yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub onu daşlara çaxdı. 

Əsərin məzmununun seçil­miş his­sələr əsasında ge­­niş na­ğıl edilməsi mət­nin dərin­dən qavranılmasını təmin et­məklə yanaşı, şagirdlərin şifahi nit­qinin zənginləş­mə­sinə də səbəb olur. Əfsanənin səciyyəvi hissələrinin seçilməsi, adlandırıl­ması və plan tərtibi şagirdlərin məntiqi təfək­kürünün, müs­təqilliyinin, ümu­miləş­dirmə ba­ca­rığının inkişa­fına da şərait yaradır. Deməli, şifahi nitqlə bağlı işlərin yerinə yetirilməsi bir neçə cəhətdən faydalıdır: bu, əsərin məzmu­nu­nun mənimsənilməsi işinin davamı və dərinləşdirilməsi kimi özü­nü göstərir; şagirdlər mənasını yeni öyrəndikləri söz­lərdən geniş istifadə edirlər, bu, on­la­rın söz ehtiyatının artmasına, nitqlə­rinin zən­gin­ləşməsinə imkan yaradır;  şagirdlərdə yaradıcı təfək­kü­rün, son nəticədə obrazlı dü­şün­cənin formalaş­masına sə­bəb olur.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Hissələrəayırma, plan tərtibetmə, nağıletmə
Müəyyənləşdirmə
Şərhetmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Əfsanədə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Əfsanədə tanış olmayan sözlərin mənasını lüğətlərdən suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Əfsanədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, əsasən aydınlaşdırır.
Əfsnədə Tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
Əfsanəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu  geniş nağıl etməkdə çətinlik çəkir.
Əfsanən hissələrə ayırır, seçdiyi hissənin planını suallar verməklə və kömək əsasında  tərtib edir, məzmununu  qismən geniş nağıl edir.
Əfsanəni  hissələrə ayırır, seçidiyi hissənin planını tərtib edir, məzmununu əsasən geniş nağıl edir.
 Əfsanən  hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu  geniş nağıl edir.
Əfsanə ilə bağlı fikirlərini aydın, ardıcıl şərh etməkdə çətinlik çəkir.
Əfsanə ilə  bağlı fikirlərini qismən aydın, ardıcıl şərh edir.
Əfsanə ilə  bağlı fikirlərini əsasən aydın, ardıcıl şərh edir.
Əfsanə ilə  bağlı fikirlərini  aydın, ardıcıl şərh edir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın (Mövzulardan birini seçib yerinə yetirin: a) Əfsanə ilə səsləşən atalar sözləri müəyyənləşdirin. b) Əfsanədən seçdiyiniz bir hissəni geniş nağıletməyə hazırlaşın.) evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.


Mövzu: ANA MARAL (əfsanə)3 saat
İkinci saat:  Təhlil üzrə iş


Standartlar
Təlim nəticələri
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış mü­­na­si­bət bildirir.
Əfsanədəki ədəbi qəhrəmanların  xarakterindəki başlıca xüsusiyyətləri  aydınlaşdırır, münasibətini əsaslandırır.
1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.    
Əfsanənin  mövzusunu və ideyasını aydınlaşdırır,  münasibət bildirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.  
Əfsanə ilə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş forması: fərdi iş, bütün siniflə birgə iş.
Metod və priyomlar:  əqli hücum, şaxələndirmə (klaster),  debat, diskussiya, müzakirə.     
Təchizat: dərslik, iş vərəqləri.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla (təqdimatların dinlənilməsi və müzakirəsi, müsahibə və s.) müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu mərhələsi fərqli va­riant­larda təşkil edilə bilər. Vaxta qənaət baxımından dərslikdəki “Düşünün” başlıqlıa sual (“İnsanın təbiətə, təbiətdəki canlılara qəddarlığı nə ilə nəticələnə bilər?”)  əsasında müsahibənin aparılması daha məqsədəuyğundur. Müsahibə tədricən tədqiqat sualının formalaşmasına imkan yaradır.
Tədqiqat sualı: Əfsanədə ifadə olunmuş başlıca fikir, sizcə, nədir? 
Fərziyyələr dinlənilir, təkrara yol  verilmədən qeyd olunur.
 Tədqiqatın aparılması. Tədqiqatın hansı formada aparılmasından asılı olmayaraq dərslikdəki şagirdlərin “Əsərlə bağlı açıqlamalar” mətni ilə tanışılığı üçün zəmin yaradılır: Möcüzəli hadisədən bəhs edən bu əfsanə maraqla oxunur. Onun
maraqla oxunmasının bir mühüm səbəbi onun bədii gözəlliyidir. Bu
gözəlliyi yaradan vasitələr isə çoxdur, rəngarəngdir. Onlardan biri bədii sözdür. Hər gün eşitdiyimiz adi sözlər bədii əsərdə fərqli mənalarda işlədilməklə bizdə güclü hislərin,duyğuların yaranmasına səbəb olur. Adi sözlərin köməyi ilə təsirli, yaddaqalan səhnələr yaradılır. Əfsanədə oxuyuruq: “Tüfəngi gözümün tuşuna qaldırdım, niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə mənə yalvardı”. Maralın mələrtisinin “yanıqlı” olması, onda yalvarışın duyulması bizi həyəcanlandırır, gözümüzün qarşısında canlanan mənzərəni unuda bilmirik.
Əsərin üzərində müşahidələrinizi davam etdirin, onda bədii gözəlliyi yaradan vasitələri müəyyənləşdirməyə çalışın.”
Mətnlə tanışlıqdan sonra “Araşdırın. Fikirləşin. Cavab ve­rin” başlığı altın­da verilmiş tapşırığa müraciət edilməsi vacibdir.
1.Nurəli kişi necə insandır, onun xarakterindəki başlıca cəhətlər,
sizcə, hansılardır?
2. Əsərin maraqla oxunmasına səbəb, sizcə, nədir?
3. Aşağıdakı iki fikirdən hansını əfsanənin əsas ideyası saymaq olar?
a) “Əfsanədə ananın balasına böyük məhəbbəti ifadə
olunmuşdur”.
b) “Əfsanədə “yaxşılıq heç vaxt itmir” fikri ifadə edilmişdir”.

      Bütün siniflə birgə iş formasına üstünlük verən müəllim şagirdlərin diqqətini “Araşdırın. Fikirləşin. Cavab ve­rin” başlıqlı tapşırığın birinci sualına yönəldir. Sualın ca­va­bı fərqli yollarla ay­dın­­­laş­dı­rıla bilər. Şaxələndirmə (klas­ter) şa­gird­ləri daha çox cəlb edir. Hansı yolun se­çil­mə­sin­dən asılı olmayaraq iki cəhət diq­qət mər­kəzində sax­lanılır. Bi­rincisi, söylənmiş fi­kir­lər əf­sanədən gə­tirilən nü­mu­nə­lərlə əsaslan­dırıl­malıdır. İkin­ci­si, bu obrazın əsərin ide­ya­sı­nın açıl­masındakı  rol (ba­lası üçün təlaş ke­çi­rən ma­ralı xe­yir­xah ov­çu­nun xilas etməsi) açıq­lan­malıdır.
Tapşırıqdakı ikinci sual tədqiqat sualının ay­dın­laşdırılmasında daha əhə­miy­yət­li­dir, bir­başa onunla əlaqədardır. Bu sualın aydınlaşdırılması ilə bağlı işi fərqli şəkil­də qurmaq olar. Daha məq­sədəuyğun olanı diskussiyanın təşkilidir. Adətən, həmin su­alla əlaqədar sinifdə fikir ha­çalanır.  Bu, diskussiya üçün səmərəli zəmin yaradır.
Diskussiyanın debat şəklində təşkil edilməsi faydalıdır.  Birinci və ikinci fikirlərin tərəfdarları ayrılır və iki qrup yaranır. Hər iki qrup mövqeyini əsaslandırmaq üçün müzakirəyə hazırlaşır. Diskussiyaya hazırlıq mərhə­ləsində şa­gird­lə­rin “Əsərlə bağlı açıq­la­malar” mətnini oxu­­malarına şərait yaradılır.
Problemə münasibətlərinə görə iki qrupa ayrılan şagirdlərə öz möv­qelərini sər­bəst, lakin müəyyən vaxt çərçivəsində ifadə etmək imkanı yaradılır. Müzakirədə o fi­kirlər yük­sək dəyərləndirilir ki, onlar mətndən seçilmiş nümunələrlə əsas­lan­dı­rı­lır. Birinci qrupun üzvləri mövqelə­rini belə əsaslandırırlar ki¸ təbiətin, hey­vanlar aləminin öz “qanunları” var, heyvanlar bala­larını müs­təqil yaşamağa hazırlayır, onlara uzun müddət qay­ğı göstərir.
İkinci qrupun üzvləri isə əfsanədəki başlıca ideyanın “yaxşılıq itmir” fikrinə söykəndiyini əsərdən gətirdikləri nümunələrlə sübut etməyə çalışır.
Üçüncü qrup (münsiflər) hansı qrupun mövqeyini qəbul edirsə, bu qərarını əsaslandırır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Bu  mərhələdə diskussiya zamanı deyilmiş fikirlər ye­kun­laş­dırılaraq tədqiqat sualının cavabı dəqiqləşdirilir və fərziyyələrlə müqayisə edilir.
Nəticənin çıxarılması mərhələsinin daha səmərəli olması üçün müəllim istiqa­mət­ləndirici suallardan istifadə edə bilər.
Məsələn:
1.        Əsərin əfsanə janrında olduğunu necə sübut edə bilərsiniz?
2.        Əfsanə nə üçün “Ana maral” adlandırılmışdır?
3.        Maralı ölümdən xilas edən ovçu bu yaxşılığın əvəzini gözləyirdimi?
4.        Maralın Nurəli kişini ölümdən xilas etməsi sizə hansı atalar sözlərini xatırladır?
Dərslikdə “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında verilmiş mövzu üzrə (“Ana maral” əfsanəsində gerçək hadisələrlə səsləşmələr varmı? Varsa, buna səbəb nədir?” mövzusunu müzakirə edin. ) müzakirə əfsanə janrının xüsusiyyətlərinin başa düşülməsi, bədii ədəbiyyatda insana, onun taleyinə, və təsvir olunanlara münasibətinin açıqlanmasına geniş yer verildiyinin aydınlaşdırılması baxımından əhəmiyyətlidir.  
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma Münasibətbildirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Ədəbi qəhrəmanları xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırmaqda, mü­­na­si­bətini əsaslandırmaqda çətinlik çəkir.
Ədəbi qəhrəmanların xarakterindəki başlıca xüsusiyyətləri qismən  aydınlaşdırır, mü­­na­si­bətini əsaslandırmır.
Ədəbi qəhrəmanların xarakterindəki başlıca xüsusiyyətləri əsasən aydınlaşdırır, mü­­na­si­bətini əsaslandırır.
Ədəbi qəhrəmanların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, mü­­na­si­bətini əsaslandırır.
Əfsanənin ideyasını  aydınlaşdırmaqda, münasibət bildirməkdə çətinlik çəkir.
Əfsanənin  ideyasını aydınlaşdırır, suallar və müəllimin köməyi ilə münasibət bildirir.
Əfsanənin  ideyasını aydınlaşdırır, əksər hallarda  münasibət bildirir.
Əfsanənin  ideyasını aydınlaşdırır, münasibət bildirir.
Əfsanə ilə  bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirməkdə çətinlik çəkir.
Əfsanə ilə  bağlı müzakirələrdə söylənən fikirlərə qismən  münasibət  bildirir.
Əfsanə ilə  bağlı müzakirələrdə söylənən fikirlərə əsasən münasibət bildirir.
Əfsanə ilə  bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın (Mövzulardan birini seçib təqdimata hazırlaşın. a) Əfsanədə mənə daha çox təsir edən epizod hansıdır?

b) Əfsanəyə çəkilmiş illüstrasiyaya münasibətim.) evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.

Комментариев нет:

Отправить комментарий