четверг, 12 декабря 2019 г.

Ədəbiyyat tədrisinin planlaşdırılması


Ədəbiyyat tədrisinin planlaşdırılması

Plan

1.     Ədəbiyyat tədrisinin planlaşdırılmasının əhəmiyyəti
2.     Planlaşdırmaya verilən tələblər 
3.     Təlim materiallarının planlaşdırılmasının növləri

Ədəbiyyat tədrisinin planlaşdırılması məktəbdə ədəbi təhsilin bütün sahələri ilə əlaqədardır. Proqram və dərsliyin mövcudluğu hələ işin sistemli, planlı təşkili demək deyildir. Ədəbi biliklərin mə­nimsənilməsi, şagirdlərin şifahi və yazılı rabitəli nitqinin inkişaf etdirilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması tədris pro­se­si­­nin elmi-metodik zəmində planlaşdırılmasından çox asılıdır.
Bəzi müəllimlər şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafı üzrə il ərzində fəaliyyətlərini, dərsin və sinifdənxaric işlərin təşkili, əlavə təd­ris materialları hazırlanması, onlardan istifadə edilməsi üzrə gö­rə­cəkləri işləri planlaşdırarkən çətinliklərlə qarşılaşır. Müəllim dərs de­yəcəyi sinfin hazırlıq səviyyəsini, tədris etdiyi fənnin xü­su­siy­yətlərini, məzmununu, tələblərini bilmədən düzgün planlaşdırma apara bilməz. Aydın məsələdir ki, dərsliklərin təməlini qoyan, müəl­limin fəaliyyətini istiqamətləndirən mühüm dövlət sənədi kimi ədə­biy­yat proqramının (yaxın gələcəkdə isə kurikulumun) dərindən öy­rənilməsi, təlim prosesinin təşkilində onlara istinad edilməsi çox vacibdir.
Son illərdə təcrübəsiz müəlliflər tərəfindən proqram material­la­rının metodik cəhətdən əsaslandırılmamış planlaşdırmalarının nəşr olunub yayılması hallarına təsadüf edilir. Belə arzuolunmaz halın qar­şısını almaq üçün metodik mərkəzlər, təcrübəli, səriştəli me­to­dist­lər tərəfindən planlaşdırma nümunələrinin işlənilib müəllimlərin ix­tiyarına verilməsi zəruridir. Nümunəvi planlaşdırma gənc müəl­lim­lərə istiqamət verir, təcrübəli müəllimlərin pedaqoji yaradıcılığı üçün zəmin yaradır, təlim prosesində mənfi halların qarşısını alır.
Müəllim üçün təlimin təşkilində bu və ya digər mövzu üzrə keçiləcək dərslərin ardıcıllığının, sisteminin əvvəlcədən aydın ol­ması mühüm şərtdir. Tədris prosesində sistemin yaradılması müəl­lim­dən bir-birindən təcrid olunmuş dərslər haqqında deyil, ilk növ­bə­də il boyu keçilən kurs, onun bölmələri, mövzu üzrə dərslər haq­qın­da aydın təsəvvürə malik olmağı tələb edir.
Metodik ədəbiyyatda ədəbiyyat dərslərini planlaşdırarkən üç əsas tələbin nəzərə alınması zəruri hesab edilir:
1.    Planın sistemi ədəbiyyat tədrisinin spesifik şərtlərinə cavab ver­məlidir: ədəbiyyatın  əsas bölmələrini, ədəbiyyat tarixini, ədə­biy­yat nəzəriyyəsini, yazı işlərini əks etdirməli, proqramın  mövzular üzrə bölgüsünə uyğun olmalı, ayrı-ayrı bədii əsərlər, yazıçının ya­ra­dıcılığı,  ədəbi cərəyanlar və s. nəzərdə tutmalıdır);
2.    Plan tədris-pedaqoji prosesin bölgülərinə (dərs, mövzu,  ya­rımillik, illik) uyğun olmalıdır;
3.    Planlaşdırmanın sistemi özünün  yığcamlığı, pedaqoji  pro­se­sin müxtəlf şəraitə uyğunluğu ilə (şagirdlərin hazırlığı, vaxt və s.)  və müəllimin fərdi xüsusiyyətləri ilə (müəllimin hazırlıq dərəcəsi, iş təcrübəsi və s.) fərqlənməlidir.[1]
Ədəbiyyat dərslərinin illik, tematik və gündəlik planlaşdırması var­dır. Bununla yanaşı, ədəbiyyatdan təlim materialları ilə əlaqəli si­nif­dənxaric işlər də (sinifdənxaric oxu, ədəbiyyat dərnəklərində iş, təlim ekskursiyaları və s.) planlaşdırılır.
İllik plan.  İllik plan sadə olmalı, bütün məsələləri təfərrüatı ilə əks etdirməməlidir. Bütün bunlar gündəlik dərs planına da­xil edilən məsələlərdir.
İllik plana konkret mövzu (ədəbi material), hansı standartların reallaşdırılacağı, inteqrasiya imkanları, strategiyalar, metodlar, iş formaları, resurslar, qiymətləndirmənin üsul və vasitələri daxil edilir.  Məsələn, 7-ci sinifdə ədəbiyyat fənn kurikulumu üzrə təlim materiallarının illik planlaşdırılması belə aparılır:






Həftələr

Mövzular
Real­laş­­dırılan
stan­dartlar
İnteqra­siyanın reallaşdı­rılması
Strategiyalar: metodlar,
iş formaları
Resurslar
Qiymətləndirmə üsul və vasitələri
1
2
3
4
5
6
7
1-ci həftə
Giriş.
Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
2.1.2.
2.2.1.
Az.d., 2.2.3.
X.d.3.1.4
Müsahibə, mü
zakirə,
bütün siniflə birgə iş.
Dərslik,  ədəbiyyatın rolu haqqında fikirlər yazılmış plakat.
Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
1. ŞİFAHİ XALQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR
1-ci həftə
“Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
1.1.1. 1.1.5.
2.1.2.
Az.d.2.1.1., 2.2.2.
X.d. 2.1.3.
Əqli hücum, müsahibə, təqdimat,
fərdi iş, cütlük şəklində iş, kiçik qrup-larda iş, bütün siniflə birgə iş
Dərslik, əsərin məzmununa uy­ğun şəkillər, lüğət­lər, http:// az.wikipedia.org/wiki/
Azərbaycan_folkloru

Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
2-ci həftə
“Dərzi şagirdi Əhməd”. Məzmunu üzrə iş
1.1.1.
1.1.5.
2.1.1.



Az.d.
2.1.1., 2.2.2., X.d. 2.1.3.
müsahibə, müzakirə, təqdimat,
fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
Dərslik, əsə­rin məzmu­nuna uyğun şəkillər, lüğətlər, http:// az.wikipedia.org/wiki/
Azərbaycan_folkloru
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
“Dərzi şagirdi Əhməd”.
Təhlili.
1.2.1.
1.2.2.
1.2.3.
1.2.4.
1.1.2. 3.1.3.

Az.d.
1.2.4., 2.2.3. X.d.
3.1.4.

Müsahibə, müzakirə, təqdimat, prob-lemin həlli, fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş
Dərslik, iş vərəq­ləri, http:// az. wikipedia.org/wiki/Azərbaycan_ folkloru
Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)


1
2
3
4
5
6
7
3-cü
həftə

“Durna teli.”
Məzmunu üzrə iş
1.1.1., 1.1.5., 2.1.2.
Az.d.2.1.1.X.d.3.1.3.
Müsahibə, fa­silələrlə oxu, təqdimat, fərdi iş, qruplarla iş
Dərslik, əsərin məzmununa uyğun şəkillər, lüğətlər, http://az.wiki-pedia.org/wiki/ Azərbaycan_ folkloru
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
“Durna teli.”.
Məzmunu üzrə iş
1.1.1., 1.1.5., 2.1.2.
Az.d.2.1.1.X.d.3.1.3.
Müsahibə, fasilələrlə oxu, təqdimat, fərdi iş, qruplarla iş
Dərslik, əsə­rin məzmu­nuna uyğun şəkillər, lüğətlər, http://az.wikipedia.org/wiki/Azərbay­can_folkloru
Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

4-cü həftə
“Durna teli.”
Təhlili
1.2.1., 1.2.2., 1.2.3., 1.2.4.
Az.d.1.2.4. X.d. 3.1.4.

Müzakirə, tədqiqat, təqdimat, Venn diaqramı, fərdi iş, kiçik və böyük qruplarda iş.
Dərslik, iş vərəqləri, http://az.wikipe-dia.org/wiki/Azərbaycan_folkloru
Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qey­diy­yat vərəqi), tapşırıq­vermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

Tematik plan. Ədəbiyyat üzrə təqvim-tematik planlaşdırma nü­munələri də  təlim prosesini təşkili üçün əhəmiyyətlidir. Müəllim təqvim-tematik planlaşdırmanın sxemlərindən istifadə etməklə təd­ris  etdiyi materialın məzmununu (bölmə, mövzu), saatların miq­darı, bölmələr, mövzular üzrə işin məqsəd və vəzifələri, öyrədiləcək yeni ədəbi-nəzəri anlayışları, nitq fəaliyyətini (yazılı və şifahi), fən­lər­arası əlaqə, şagirdlərin nailiyyət səviyyəsinin izlənilməsi üsul­la­rı­nı  müəyyənləşdirə bilər.
Tematik planda müəyyən mövzuda material dərslər üzrə bö­lü­nür. Bu planda hər dərsin mövzusu, məzmunu göstərilir. Geniş iş­lən­miş tematik planda dərsdə istifadə edilən metod və üsullar (mü­ha­zirə, müsahibə, ifadəli oxu, ev tapşırığı və s.) qeyd edilir. Tematik plan­dan proqramda tədrisinə çox saat ayrılmış mövzularda istifadə et­mək məqsədəuyğundur.
Gündəlik plan. Müəllimin təlim fəaliyyətində hər bir dərs üçün ay­rıca gündəlik planının hazırlanması çox əhəmiyyətlidir. Plan­laş­dır­manın ən konkret forması olan gündəlik dərs planı iki for­mada – yığcam şəkildə tərtib olunmuş sadə plan şəklində və dər­sin gedişini bütün təfərrüatı ilə əks etdirən  icmal for­ma­sın­da olur.
Təcrübə göstərir ki, bəzi müəllimlər bu işə formal yanaşır, dərs pla­nının hazırlanmasını lüzumsuz hesab edərək mövzuya dair baş­dan­sovdu qeydlər aparmaqla işlərini bitmiş hesab edirlər. Halbuki qa­baqcıl müəllimlərin iş təcrübəsi sübut edir ki, yaxşı düşünülmüş, metodik nailiyyətlərdən istifadə ilə hazırlanmış dərs planı müəl­li­min konkret dərs üçün fəaliyyətinin, təlim uğurlarının  əsasıdır.
Bu bir həqiqətdir ki, yaradıcı müəllim eyni mövzuda neçə uğur­lu dərs keçsə də, həmin dərslər bir-birinə bənzəməyəcədir. Müasir dərsdə şagirdlərin bilik və bacarıqlara müstəqil, əməkdaşlıq şə­raitin­də yiyələnməsi, yaradıcı, təşəbbüskar fəaliyyətinin təmin  edilməsi müəllimdən böyük zəhmət və yaradıcılıq tələb edir. Dərsdə  görü­ləcək işlər, fəaliyyət istiqamətləri, metodik sistem müəllim tərəfin­dən əvvəlcədən dəqiq müəyyənləşdirilməli, təlim prosesinin hər mərhələsi  üçün zəruri qeydlər aparılmalıdır.
Plan tərtib edilərkən ədəbiyyat dərsinin tipləri nəzərə alın­ma­lı­dır. Hər bir dərs tipinin özünəməxsus məzmunu, forması və müəy­yən vəzifələri olur. Dərsə hazırlaşan müəllim konkret təlim məq­­səd­lə­rin­dən çıxış edərək dərsin tipini müəyyənləşdirir, müvafiq tə­lim ma­terialı seçir, təlim metodlarının öyrənilən materialın məz­mu­nuna uyğunluğunu, şagirdlərin yaş və bilik səviyyəsini nəzərə alır.
Me­todist alimlər ədəbiyyat dərslərinin tipləri haqqında müxtəlif  fkirlər irəli sürürlər. Məktəb təcrübəsində ədəbiyyat dərslərinin
3 tipindən istifadə özünü doğrultmuşdur:
1.    Bədii əsərlərin öyrənilməsi dərsləri;
2.    Ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixinin öyrənilməsi dərsləri;
3.    Nitq inkişafına həsr olunan dərslər.
Dərsin tipləri müxtəlif olsa da, təlim materialları aşağıdakı me­to­dik məqamlarda birləşir:
1.    Yeni materialın öyrənilməsində (buraya müəllimin müha­zi­rə­si, müsahibə, təlimin texniki vasitələrindən istifadə olunan dərslər da­­xildir.);
2.    Bilik, bacarıq və vərdişlərin təkmilləşdirilməsində (müstəqil iş­lər, seminar dərslər və s.);
3.    Ümumiləşdirmə və sistemləşdirmə aparılmasında;
4.     Qarışıq tipli (kombinə edilmiş) dərs formasından istifa­də­də (biliyin yoxlanılması, sorğu, yeni biliyin mənimsənilməsi, biliyin tət­­biqi, möhkəmləndirilməsi, qiymətləndirmə, ev tapşırığının veril­mə­si).
Məktəb təcrübəsində qarışıq tipli dərsə daha çox yer verilir. Belə dərslərdə müxtəlif dərs tipləri birləşir, ədəbiyyat tarixi, ədə­biy­yat nəzəriyyəsi, bədii mətn üzrə iş, nitq inkişafı məsələləri vəhdətdə götürülür.
Ümumtəhsil məktəblərində kurikulum üzrə dərslərin iki tipin­dən geniş bəhs olunur : İnduktiv dərs, deduktiv dərs. İnduktiv dərs­də şagirdlər xüsusidən, konkret fakt və hadisələrdən çıxış edə­rək ümumi nəticəyə gəlir, qanunauyğunluğu aşkara çıxarırlar. Ədə­biy­yat dərslərində induksiya əsasında evristik müsahibə, əsərin mətni üzrə müşahidələr, araşdırmalar aparılır. Şagirdlər bədii əsərin möv­zusunu, obrazlarını, bədii xüsusiyyətlərini təhlil edərək sənət­karın niyyəti, əsərdəki başlıca ideya haqqında nəticə çıxarırlar. Deduk­tiv dərsdə isə şagirdlər yeni biliyə müşahidə olunmuş fakt­ların ümumiləşdirilməsi nəticəsində yox, öyrənilən mövzu, prob­lemə xas olan daha ümumi qanunauyğunluqların, modellərin əsasında yiyələ­nir­lər. Yeni biliyin mənimsənilməsi prosesi və ya hər hansı idraki tapşırığın yerinə yetirilməsi ümumi müddəalardan başlayır və onla­rın konkret mətnə, mövzuya tətbiqi ilə yekunlaşır. Məsələn, şagird­lər bədii əsərdə süjetin mərhələləri haqqında nəzəri biliklərə yiyələ­nir, sonra hər dəfə yeni süjetli əsərləri keçəndə əv­vəlki nəzəri  bilik­lərə istinad edərək konkret mətndə süjetin mərhə­lələrini müəyyən­ləş­dirirlər.
Təlim prosesində induksiya və deduksiya bir-biri ilə üzvi əlaqədə olur. Odur ki, dərsdə induksiya ilə deduksiyanın bir-birin­dən təcrid edilməsindən yox, bir-biri ilə qarşılıqlı münasibətlərindən danışmaq daha məqsədəuyğundur.
Gündəlik dərs planı hazırlanarkən aşağıdakı məsələlərə diqqət yetirilir:
1.    Mövzu və məqsədin konkretləşdirilməsi. Dərsin başlıca metodik vəzifəsinin və onun yerinə yetirilməsi yollarının müəy­yən­ləş­dirilməsi;
2.    Dərsin tipinin müəyyənləşdirilməsi;
3.    Təlim üçün materialların seçilməsi;
4.    Ümumi mənzərənin təsviri (müəllim və şagirdlərin fəaliyyət isti­qamətlərinin, görüləcək işlərin, sərf ediləcək vaxtın müəy­yən­ləş­di­rilməsi);
5.    Dərsin ayrı-ayrı mərhələlərində şagirdlərin fəaliyyət növü­nün müəyyən olunması;
6.     Qarşılıqlı fəaliyyət formalarının (fərdi, cütlər, qruplarla, kol­­lek­tiv iş) müəyyənləşdirilməsi, sorğu, müzakirə üçün sual və tap­şı­rıq­lar sisteminin hazırlanması);
7.    Təchizatın (əyani və texniki vəsaitlər və s.) müəy­yən­ləş­diril­məsi;
8.    Qiymətləndirmənin çevik formalarından istifadə.
Gündəlik dərs planının tərtibi zamanı nəzərə almaq lazımdır ki, in­teraktiv metodlar üzrə dərslər ənənəvi dərslərdən bir sıra xüsusiy­yətlərinə görə fərqlənir. Xüsusən müasir dərslərin fərqli strukturu, əmək­daş­lığın, fəal,  in­teraktiv metodların aparıcı yer tutması,  qiy­mət­lən­dirmə prosesində məktəblilərin fəal iştirakı və s. məsələlərin diqqət mərkəzində saxlanılması zəruridir. İndi dərsdə is­tifadə üçün mövzu, problemlə bağlı sual və tapşırıqların, testlərin tərtibinə xü­susi diqqət yetirilir, şagirdlərin fəaliyyətində praktik istiqamət güc­ləndirilir.
Gündəlik planda dərsin quruluşu, görüləcək işlər dəqiq, addım-addım müəy­yənləşdirilir, təlim prosesinin məntiqi, qanunauyğun­luq­ları ilə uz­laşır. Dərsin quruluşunun hər mərhələsi qarşıya qo­yulan təlim məq­səd­lərinə çatmaqda bir addımdır. Dərsin hər mər­hələsində  təlimin nə­ticələrinə təsir edən amilləri, şərtləri nəzərə alan çevik  me­todika ol­malıdır.
Dərsin quruluşu müəllimin onu hansı metodika üzrə keçə­cəyin­­dən asılı olaraq müəyyənləşdirilir. Məlum olduğu kimi, ha­zırda məktəblərimizdə fəal, interaktiv təlim texnologiyalarına geniş yer verilməkdədir. İnteraktiv metodlarla keçilən dərsin quruluşu ilə ənənəvi dərsin quruluşu arasında ciddi fərqlər var.





Ənənəvi dərsin quruluşu
İnteraktiv metodların tətbiq olunduğu dərsin quruluşu
1. Sinfin təşkili
2. Keçmiş dərsin sorğusu
3. Əvvəlki mövzu ilə yeni möv­zu  arasında əlaqə yaradılması
4. Yeni mövzunun izahı
5.Yeni biliyin möhkəm­lən­di­ril­mə­si
6. Ev tapşırığının verilməsi

1. Sinfin təşkili, ev tapşırığının yoxlanılması.
2.   Motivasiya yaradılması, prob­­­lemin qoyuluşu
3.   Tədqiqat aparılması
4.   İnformasiya mübadiləsi
5.   İnformasiyanın müzakirəsi və təşkili
6.   Nəticə, ümumiləşdirmə
7.   Yaradıcı tətbiqetmə, ev tap­şı­rığının verilməsi
8. Qiymətləndirmə və ya ref­lek­siya


Dərsə hazırlıq dövründə bu və ya digər mövzu üzrə ədəbiy­yat­şü­naslıq və metodik materialların tapılması işin bir tərəfidir. Həmin ma­teriallardan təlim prosesində təhsil, tərbiyə və inkişaf və­zi­fə­lə­ri­nin yerinə yetirilməsi, şagird əməyinin təşkili baxımından məq­səd­yönlü istifadə olunması başlıca məsələdir.
Müəllim dərsə hazırlaşarkən öyrəniləcək  əsəri yenidən oxu­ma­lı, mövzu, problem üzrə biliklərini təzələməli və dərinləşdir­məli­dir. Pa­ralellər, müqayisələr aparmaq üçün mövzu, problemlə bağlı digər əsər­lərin də oxunması faydalıdır. Müəllim əsərin ifadəli oxusuna, bədii nağıletməsinə hazırlaşmalı, sənətkarın yaradıcılığını, əsərin ədə­biyyat kursunda yerini dəyərləndirməlidir.
Müəllimin gündəlik dərs planlarını kompyuterdə yazması, və­rəqlərdə çap edərək dərsdə bəhrələnməsi daha məqsədəuyğundur. Bu, vaxt itkisini, növbəti illərdə həmin mövzu üzrə hər şeyi sıfırdan baş­layıb yeni plan yazmaq lüzumunu aradan qaldırardı. Müəllim dərs planlarını kompyuterin yaddaşında qoruyub saxlamaqla, hər dəfə əlavələr etmək, təkmilləşdirmək, zənginləşdirməklə gələcək dərslərdə də yaradıcı şəkildə istifadə etmək imkanı qazanır.






[1]Orta məktəbdə ədəbiyyat tədrisi. A.M.Babayevin red. ilə. Bakı: Maarif, 1976, s. 79.

Комментариев нет:

Отправить комментарий