пятница, 25 ноября 2016 г.

GÜNDƏLİK PLANLAŞDIRMAYA AİD NÜMUNƏLƏR

Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat
                            Birinci saat: Əsərin məzmunu üzrə iş
                     
                  Standartlar
        Təlim nəticələri
 1.1.1. Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlər və süjetli əsərlər (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifa etməklə aydınlaşdırır.

Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.5Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii svir və ifa vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

Dərsin tipi:  induktiv; bədii əsərin öyrənilməsi.
İş forması:  fərdi iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: əqli hücum, müsahibə, ikihissəli gündəlik, izahlı oxu, problemin həlli.
Təchizat: Dərslik, lüğətlər, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər, şairin portreti, http://www.president.az/azerbaijan/symbols, https://az.wikipedia.org/wiki/Azərbaycan _bayrağı

Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün müxtəlif yollardan – rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək mümkündür. Motivasiyanınb yaradılmasının səmərəli yollarından biri də Azərbaycan Respublikasının Himninin səsləndirilməsi və Dövlət Bayrağının  nümayiş etdirilməsi ola bilər. Dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla da motivasiyanı yaratmaq olar.
-          Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışsınız?
-          Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Birinci sualla əlaqədar şagirdlərlə dövlət rəmzləri haqqında geniş fikir mübadiləsi aparılır.
Müsahibə zamanı şagirdlərin diqqətinə “Prezident.az” saytındakı Azərbaycan bayrağı ilə bağlı aşağıdakı materialın məzmunu çatdırırlır:
 Azərbaycan dövlətinin rəmzləri  (Konstitusiyanın 33-cü  maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət Bayrağı
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Ay– ulduz”un mənası - Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur, Səkkizguşəli ulduzun mənasına gəlincə bu, Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Bəzi tədqiqatçıların fikrincə isə Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir. 
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
             Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır.
             Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə, sizcə,  daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
             Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
              Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının ( şeirdə izahına ehtiyac duyulan söz və ifadələrin, mətnaltı mənaların  olduğu da unudulmamalıdır) tətbiqi ilə təşkil edilə bilər. Əsərin oxusu üzrə işin bir variantı dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər.

1.       Şeiri fərdi olaraq səssiz oxuyun, ikihissəli gündəlikdə qeydlər edin.

s.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi

2.       Eynu, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
3.       Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.
Şeiri fərdi olaraq səssiz  oxuyan şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli gündəlikdə qeydlər edirlər. Əsərə münasibətdə   mövqeləri eyni, yaxud yaxın olan şagirdlərin  kiçik  qruplarda   birləşmələrinə və fikirlərini bölüşmələrinə imkan yaradılır.
Qrup sözçülərinin təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır.
 Həmin prosesdə bədii təsvir və ifadə vasitələrinin hansı səviyyədə müəyyənləşdirildiyi aşkara çıxarılır. Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu barədə şagirdlərdə dolğun təsəvvürün yaranması məqsədi ilə istiqamətləndirici suallardan istifadə edə bilər.
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli gündəliyin arxa plana keçirilməsi ola bilər. Yəni şagirdlər şeiri müstəqil (fərdi səssiz) oxuduqdan sonra ehtiyac duyduqları mətləbləri müəllimin sualları əsasında aydınlaşdırırlar. Məhz bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar. Bu qeydlər hər bir şagirdin məzmunu necə qavradığını, əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq baxımından faydalıdır.
Oxunun hansı formada təşkilindən asılı olmayaraq nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində həyata keçirilməli olan işlər diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin ümumiləşdirilməsi, son qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq etməsi məqsədəuyğundur.
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş tapşırığın yerinə yetirilməsinə imkan yaranır.
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
a)       Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi?
b)       Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi.
Təqdimat üçün müəyyənləşdirilmiş  mövzular həm məzmunun dərindən mənimsənilməsi, həm də təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına xüsusi diqqət yetirməlidir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Müəyyənləşdirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.
Şeirdə tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

Mövzu: Ə.Cavad.” Azərbaycan bayrağına “– 2 saat
İkinci saat:Əsərin təhlili üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3. Bədii  munələr svir  və  ifa vasitələrinin (metonimiya,  inversiya,
simvol) rolunu aydınlaşdırır.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.

1.2.4.  Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, onlara  əsaslandırılmış münasibət bildirir.
2.1.2. Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.

Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi.
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur. Müvafiq meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar.
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya, yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləşdirilməsi vacibdir.
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Motivasiyaya fərqli yollarla nail olmaq mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr olunmuş mahnıdan, yaxud bədii əsərdən parçanın səsləndirilməsi, dövlət rəmzi kimi bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması və s.) istifadə etmək olar. Müəllim You Tube saytı vasitəsilə (https://www.youtube.com/watch?v=W_UMdjovGS4) Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən Bayraq meydanının təntənəli açılış mərasimini əks etdirən video süjetə baxış təşkil etməsi daha məqsədəuyğundur.
Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual ( Azərbaycanın dövlət bayrağına həsr olunmuş əsərlərdə hansı məsələlərə önəm verilməsini əhəmiyyətli hesab edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sualını formalaşdırmaq mümkündür.
Tədqiqat sualı: “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə əlaqədar qazanılmış bilik və bacarıqların yada salınması və tətbiqinə istiqamət verilməsi faydalıdır. Şagirdlər təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar:
-          şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması;
               - müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin müəyyənləşdirilməsi;
              -   əsərin bədii təsir gücünü artıran vasitələrin ( təsvir və ifadə vasitələrinin və s.) rolunun aydınlaşdırılması;
              -      şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması.
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığından isifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrin mənimsənilməsindən də xeyli dərəcədə asılıdır. Dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə şagirdlərdə həssas, diqqətli münasibətin formalaşdırılması vacibdir. Bu mətnlərlə işləmək bacarığına şagirdlər əvvəlki siniflərdə yiyələnmiş olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəbləşdyini unutmaq olmaz. Bunu da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu materiallarda əksini tapmış tövsiyələr şagirdlərin təlimi fəaliyyətinə həmişə səmərəli istiqamət verir:
1.       Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.

Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, vətənimizin müstəqilliyi şairin ən böyük idealı, həyatının əsas mənası idi. Onu “milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər əsərlərində olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını dərin məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin deyildir. 10 aprel 1919-cu ildə Bakı şəhərində,  parlament binasının üzərində dalğalanmış üç rəngli  milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır.
Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə çalışın. Şeirdə bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə, sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyə münasibət bildirin.
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq üçün sonra kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s. asılı olaraq “Araşdırın.Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. Başqa sözlə, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə etmək mümkündür. Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdıran müəllim tapşırığın suallarını ( hər qrupa bir sual təqdim etməklə) iş vərəqlərində əks etdirməlidir.
2.       Sizcə, əsər hansı mövzuda yazılmışdır? Oxşar hesab etdiyinz əsərlə (məsələn, C.Cabbarlının aşağıda verilmiş  şeiri ilə) müqayisə etməklə fikrinizi əsaslandırın.
 "Azərbaycan bayrağına"
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
                                       
s

Hansı əsasa (əlamətə) görə
müqayisə edilirlər?
Ə.Cavad. “Azərbayca bayrağına”.
C.Cabbarlı “Azərbaycan bayrağına”
1
Mövzuya görə

2
Məzmuna görə

3.       Əsərdə əksini tapmış mətləblərdən hansını daha əhəmiyyətli hesab edirsiniz? Cədvəldən istifadə edin.

Əsərdə əksini tapmış əsas mətləblər
Bunu təsdiq edən nümunələr
Nühüm hesab etdiyiniz mətləblərə münasibətiniz

4.       Lirik qəhrəman haqqında aydın təsəvvür qazandınız. Onu necə səciyyələndirərsiniz? Cədvəldən istifadə edin.

Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər
Bunu təsdiq edən nümunələr
Lirik qəhrəmana münasibətiniz

5.       Əsərin bədii təsir gücünü artıran vasitələrin rolunu nümunələr əsasında aydınlaşdırın. Cədvəldən istifadə edin.
      s
Əsərin bədii təsir gücünü   artıran vasitələr
Onların rolunu nümunələr əsasında aydınlaşdırın
1
Sözlərin, ifadələrin uğurla seçilməsi

2
Uğurlu qafiyələr

3
Bədii təsvir vasitələri

4
Bədii ifadə vasitələri

6.       Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

Əsərdəki başlıca fikir - ideya
Nə üçün belə düşünürsünüz?

Həmin tapşırıqdakı suallar vəsaitdə təklif edilmiş tədqiqat sualının araşdırılmasına, aydınlaşdırılmasına imkan yaradır. Məsələn, ikinci sualın üzərində işləyən şagirdlər aydınlaşdırırlar ki, milli bayrağımıza həsr olunmuş digər əsərlərdən fərqli olaraq, bu şeirdə mövzu daha genişdir, elə buna görə də o, başqalarından məzmunca da seçilir, fərqlənir. Üçüncü  sual da tədqiqat sualı ilə sıx bağlıdır. Onu araşdıran şagirdlərə məlum olur ki, əsərdə əksini tapmış mühüm mətləblərdən biri bütün türk xalqlarının taleyi ilə bağlı mövqeyin ifadə edilməsidir. Tapşırığın digər suallar da tədqiqat sualındakı başlıca tələbin aydınlaşdırılmasına, ümumilikdə tədqiqatın səmərli aparılmasına zəmin yaradır. 
Hansı təlim metodlarının, iş formalarının tətbiqindən asılı olmayaraq, tədqiqatın gedişində bütün şagirdlərin fəaliyyəti müəllimin nəzarəti altında olmalı, diqqətindən yayınmamalıdır.
Məlumat mübadiləsi mərhələsində araşdırmaların nəticələri barədə ətraflı məlumatın verilməsi və fəal dinləmə təmin edilməlidir. Fikirlərin birtərəfli, dayaz, hətta yanlış olması hallarına təbii baxılmalı, sualların verilməsinə imkan yaradılmalıdır. Bu mərhələdə başlıca məqsəd şagirdlərin (qrupların) bir-birinin işinin məzmunu ilə tanış olmalarıdır. Cavabların dəqiqləşdirilməsi, dərinləşdirilməsi, sistemə salınması növbəti mərhələdə həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində səsləndirilmiş fikirlərə münasibət bildirilir, birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilir, deyilənlərin əlaqələndirilməsi, müqayisə edilməsi, vahid xətt əsasında sistemə salınması həyata keçirilir. Müzakirənin diskussiya xarakterli olması, hər bir şagirdə sərbəst fikir mübadiləsi aparmaq imkanının yaradılması təmin edilir. Şagirdlər hiss etməlidir ki, onların cavabı ümumi işə bir töhfə kimi qəbul edilir, diqqətdən kənarda heç nə qalmır. Bu, onların daha məsuliyyətli olmaları və həvəslə işləmələri üçün stimul rolunu oynayır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsinin səmərəli təşkili üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması faydalıdır. Bu suallar şagirdlərin fəallaşdırılması vasitəsi olmalı, onları müstəqil fikir söyləməyə, ümumiləşdirmələr aparmağa yönləndirməlidir. İndiyə qədər deyilmiş bütün fikirlərin ümumi ideya halına salınması və ümumiləşdirilməsi bu mərhələdə xüsusi diqqət yetirilən məsələlərdən olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, müstəqilliyini əldə edən Azərbaycanın milli bayrağının parlament binasının üzərində qaldırılması şairdə böyük sevinc və qürur hissi yaratmış, türk xalqlarının da bu taleyi yaşamasını arzulamışdır.
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılması, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsi həmin mərhələdə həyata keçirilən mühüm vəzifələrdən olur.

Şərhetmə,münasibətbildirmə
Müqayisəetmə, ümumiləşdirməaparma
           
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin   rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin
 rolunu suallar verməklə, müəllimin köməyi ilə aydınlaşdırır.

 rolunu əsasən aydınlaşdırır.

 rolunu aydınlaşdırır.

Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.
Şeirin  mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, suallar və müəllimin köməyi ilə əsaslandırılmış münasibət bildirir.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, münasibətini əksər hallarda əsaslandırır.

Şeirin mövzusuna
müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirməkdə çətinlik çəkir.
Şeirin mövzusuna qismən müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Şeirin mövzusuna əsasən müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.

Mövzu: Abdulla Şaiq. “Anabacı” – 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş

Standartlar
Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Hekayədə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (poema, hekayə, povest, roman, dram) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.
Hekayəni  hissələrə ayırır, seçdiyi  hissənin məzmununu hazırladığı plan əsasında  yaradıcı nağıl edir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Hekayə ilə bağlı müzakirələrdə fərqli fikirlərə dözümlülük nümayiş etdirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur
Müəllim üçün məlumat. Motivasiya yaradılmamışdan əvvəl şagirdlərin “şərəf” və “ləyaqət” anlayışları barədəki məlumatlarının aşkara çıxarılması məqsədi ilə onlara müraciət edilir: – Siz “ləyaqət”, “şərəf” sözlərini eşitmisiniz. Bədii əsərlərdə bu sözlərə az rast gəlməmisiniz, baxdığınız filmlərdə də bu sözləri az eşitməmisiniz. “Ləyaqətli insan”,  “filankəs ləyaqətli adamdır”,  “filankəs şərəfli ömür yaşamışdır” ifadələri sizə nə deyir? İnsanın öz ləyaqətini uca tutması, şərəfli olması nə deməkdir?
Şagirdlərin “Ləyaqət əsil-nəsəblə deyil, ağıl və ədəblədir”atalar sözü barədə mülahizələrini dinləmək də faydalıdır. S.Rüstəmin 5-ci sinif “Ədəbiyyat” dərsliyindən (Bakınəşr, 2012) öyrənilmiş “Duz –çörək” şeirindən aşağıdakı bəndin xatırladılması və yığcam fikir mübadiləsi də yeni mövzunun  qavranılması üçün zəmin yaradır:
                                       İnsanın şərəfi, bəzəyi, məncə,
                                       Deyildir nə ipək, nə tirmə oğlum!
                                       Yaxşıdan yaxşı ol ellər içində,
                                       Dostuna bir ziyan yetirmə, oğlum!
 Yığcam müsahibə aparılmaqla suallara, bədii nümunələrə aydınlıq gətirilir. Şagirdlərin öz həyati təcrübələrinə, incəsənət əsərlərinə müraciət etmələrinə, fikirlərini nümunələrlə əsaslandırmalarına imkan yaradılır.  
Motivasiya, problemin qoyuluşu. Rəmzi materiallardan, yaxud suallardan istifadə etməklə motivasiya yaratmaq olar. Dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yığcam müsahibə təşkil etməklə motivasiyanın yaradılması daha az vaxt aparır.
Yada salın
-          Şərəf və ləyaqətini uca tutan hansı ədəbi qəhrəmanlarla tanışsınız?
-          Onların hansı davranış və əməlləri sizin üçün daha dəyərlidir?
 Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşdırılır.
                Motivasiyanın bir variantı da internetdən istifadə ilə (https://az.wikipedia.org/wiki/Abdulla_Şaiq) şagirdlərin ədib haqqında materialla tanış edilməsi ola bilər. Eyni zamanda görkəmli ziyalıların  A.Şaiq haqqında fikirlərindən istifadə məktəblilərin ədibin yaradıcılığına marağını artırır:
        Abdulla Şaiq həqiqəti hər şeydən uca tutan, daima həqiqət axtaran, tərəqqi və yüksəliş yolunda fədakarcasına çalışan yazıçı olmuşdur. (M.İbrahimov)
–  Abdulla Şaiqin nəcib həyatı bir çıraq kimi həmişə xalq üçün yanmışdır. Bu çırağın işığında uşaqların da, böyüklərin də qəlbində yalnız xeyirxah duyğular, xehirxah arzular baş qaldırmışdır. (İ. Əfəndiyev)
–  Xalqını nəcib bir oğul qəlbi ilə sevən sənətkar öz xalqının ürəyində əbədi yaşayacaqdır. (S. Rüstəm)
       –  Abdulla Şaiq mənəviyyatı pak, daxili təmiz, rəftarı gözəl bir insan kimi xalqımızın qəlbində yaşayır, yaşayacaq da! (Əfrasiyab Bədəlbəyli )
Tədqiqat sualı : Şərəfli və ləyaqətli olmaq insanın həyatdakı mövqeyində hansı rolu oynaya bilər?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Bu, ilk növbədə, oxunun təşkilini tələb edir. Hekayənin oxusu fərqli şəkillərdə aparıla bilər. Bu, sinfin səviyyəsindən, oxu metodları ilə şagirdlərin tanışlıq dərəcəsindən, müəllimin məqsədindən asılıdır. Əsərin oxusunun metodik baxımdan düzgün təşkilinə  xüsusi diqqət yetirilməlidir.Məsələn, vaxta qənaət baxımından fərdi səssiz oxunu seçən müəllimin dərslikdəki aşağıdakı sual və tapşırıqlar üzrə ardıcıl iş aparması məqsədəuyğundur.
1.       Əsərin oxusundan (bunu fərqli şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın.
2.       Mətnin üçüncü parçasına aid suallar tərtib edin.
3.       Kiçik qruplarda birləşib, tərtib etdiləriniz də daxil olmaqla, bütün sualların cavabı ilə bağlı fikir mübadiləsi aparın.
4.       Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin.
5.       Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın.

Oxu başa çatdıqdan sonra şagirdlər tövsiyələrə uyğun olaraq cütlük şəklində işləməklə mətnkənarı suallara cavab hazırlayırlar. Sonra həmin cütlüklər üçüncü parçanın məzmununa aid suallar tərtib edirlər. Cavabları məzmunca eyni, yaxud oxşar olan şagirdlər kiçik qruplarda birləşib, tərtib etdikləri də daxil olmaqla, bütün suallarla bağlı fikir mübadiləsi aparırlar. Yalnız bundan sonra qrup sözçülərinin təqdimatları əsasında fikir mübadiləsimüzakirə aparılır.
Əsərin məzmunu ilə bağlı qazanılmış məlumatın dərinləşdirilməsi və sistemə salınmasında bu mərhələnin əhəmiyyətli böyükdür.  Müzakirə zamanı aşağıdakı suallardan istifadə etməklə əsərin ilkin qavranılmasını dərinləşdirmək olar:
1.Anabacı kim idi və məşğələdən evinə qayıdan qəhrəmana müraciət etməkdə məqsədi nə idi?
2. Anabacaınıln əlindəki kağızda nə yazılmışdı?
3. Anabacı ilə söhbətin məzmunu nədən ibarət idi?
4. Anabacı xəstəyə yardım üçün verilən pulu alanda nə dedi?
5. Gətirdiyi coraba görə pul təklifini Anabacı nə üçün rədd etdi?
6. Anabacının hərəkətləri, davranışı əsərin qəhrəmanında hansı düçüncələr, suallar doğurdu?
Dərslikdəki növbəti tapşırıq (Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında yaradıcı danışın ) məzmunun mənimsənilməsi üzrə işin davamı kimi özünü göstərir. Bu prosesdə fəal dinləməyə və müzakirəyə nail olunmalıdır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi faydalıdır. Diqqət Anabacı obrazına cəlb edilməklə şagirdlərdə belə qənaət möhkəmlənir ki, şərəf hissini unutmayan, ləyaqətlə ömür sürən insanlar başqalarından hörmət görür və nüfuz sahibi olurlar. Onlar həm ailədə, həm də cəmiyyətdə ədalətli, doğruçu, sözübütöv insanlar kimi tanınır və sevilirlər.
Çıxarılmış nəticənin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilməsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndiməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Hissələrəayırma, plantərtibetmə, nağıletmə
Müəyyənləşdirmə
Əsaslandırma, nümayişetdirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.
Tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu  yaradıcı nağıl etməkdə çətinlik çəkir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını suallar verməklə və kömək əsasında  tərtib edir, məzmununu  qismən  yaradıcı nağıl edir.
Hekayəni hissələrə ayırır, seçidiyi hissənin planını tərtib edir, məzmununu əsasən  yaradıcı nağıl edir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu  yaradıcı nağıl edir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.
Hekayədə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Müzakirələrdə  fərqli fikirlərə dözümlülük nümayiş etdirməkdə çətinlik çəkir.
Müzakirələrdə  fərqli fikirlərə qismən dözümlülük nümayiş etdirir.
Müzakirələrdə  fərqli fikirlərə əsasən  dözümlülük nümayiş etdirir.
Müzakirələrdə  fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

 Mövzu: Əhməd Cavad. “Azərbaycan bayrağına” – 2 saat
                            Birinci saat: Əsərin məzmunu üzrə iş
                     
                  Standartlar
        Təlim nəticələri
 1.1.1. Müxtəlif vəznli  (heca, əruz, sərbəst) şeirlər və süjetli əsərlər (poema, hekayə, povest, roman, dram) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifa etməklə aydınlaşdırır.

Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.
1.1.5Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii svir və ifa vasitələrini (metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

Dərsin tipi:  induktiv; bədii əsərin öyrənilməsi.
İş forması:  fərdi iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: əqli hücum, müsahibə, ikihissəli gündəlik, izahlı oxu, problemin həlli.
Təchizat: Dərslik, lüğətlər, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər, şairin portreti, http://www.president.az/azerbaijan/symbols, https://az.wikipedia.org/wiki/Azərbaycan _bayrağı

Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün müxtəlif yollardan – rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək mümkündür. Motivasiyanınb yaradılmasının səmərəli yollarından biri də Azərbaycan Respublikasının Himninin səsləndirilməsi və Dövlət Bayrağının  nümayiş etdirilməsi ola bilər. Dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla da motivasiyanı yaratmaq olar.
-          Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışsınız?
-          Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Birinci sualla əlaqədar şagirdlərlə dövlət rəmzləri haqqında geniş fikir mübadiləsi aparılır.
Müsahibə zamanı şagirdlərin diqqətinə “Prezident.az” saytındakı Azərbaycan bayrağı ilə bağlı aşağıdakı materialın məzmunu çatdırırlır:
 Azərbaycan dövlətinin rəmzləri  (Konstitusiyanın 33-cü  maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
Dövlət Bayrağı
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Ay– ulduz”un mənası - Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur, Səkkizguşəli ulduzun mənasına gəlincə bu, Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Bəzi tədqiqatçıların fikrincə isə Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir. 
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
             Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır.
             Tədqiqat sualı: Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə, sizcə,  daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
             Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur.
              Tədqiqatın aparılması. Bu, fərqli təlim metodlarının, iş növü və formalarının ( şeirdə izahına ehtiyac duyulan söz və ifadələrin, mətnaltı mənaların  olduğu da unudulmamalıdır) tətbiqi ilə təşkil edilə bilər. Əsərin oxusu üzrə işin bir variantı dərslikdəki ardıcıllığın gözlənilməsi ola bilər.

1.       Şeiri fərdi olaraq səssiz oxuyun, ikihissəli gündəlikdə qeydlər edin.

s.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
Bunun səbəbi

2.       Eynu, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
3.       Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.
Şeiri fərdi olaraq səssiz  oxuyan şagirdlər lüğətdəki izahlara əsaslanmaqla ikihissəli gündəlikdə qeydlər edirlər. Əsərə münasibətdə   mövqeləri eyni, yaxud yaxın olan şagirdlərin  kiçik  qruplarda   birləşmələrinə və fikirlərini bölüşmələrinə imkan yaradılır.
Qrup sözçülərinin təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır.
 Həmin prosesdə bədii təsvir və ifadə vasitələrinin hansı səviyyədə müəyyənləşdirildiyi aşkara çıxarılır. Müəllim müzakirənin səmərəli keçməsi, şeirin məzmunu barədə şagirdlərdə dolğun təsəvvürün yaranması məqsədi ilə istiqamətləndirici suallardan istifadə edə bilər.
Oxunun təşkilinin digər bir variantı isə ikihissəli gündəliyin arxa plana keçirilməsi ola bilər. Yəni şagirdlər şeiri müstəqil (fərdi səssiz) oxuduqdan sonra ehtiyac duyduqları mətləbləri müəllimin sualları əsasında aydınlaşdırırlar. Məhz bundan sonra ikihissəli gündəlikdə qeydlər aparırlar. Bu qeydlər hər bir şagirdin məzmunu necə qavradığını, əsərə ilkin münasibətini və s. aşkara çıxarmaq baxımından faydalıdır.
Oxunun hansı formada təşkilindən asılı olmayaraq nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində həyata keçirilməli olan işlər diqqətdən kənarda qalmamalıdır. Söylənmiş fikirlərin ümumiləşdirilməsi, son qənaətin fərziyyələrlə müqayisə edilməsi ön plana çəkilir. Bu mərhələnin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması və tətbiq etməsi məqsədəuyğundur.
Bu dərsdə vaxtdan səmərəli istifadə etdikdə şifahi təqdimat üçün təklif olunmuş tapşırığın yerinə yetirilməsinə imkan yaranır.
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
a)       Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi?
b)       Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi.
Təqdimat üçün müəyyənləşdirilmiş  mövzular həm məzmunun dərindən mənimsənilməsi, həm də təhlilin səmərəliliyi üçün əhəmiyyətlidir. Müəllim təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına xüsusi diqqət yetirməlidir.
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Müəyyənləşdirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.
Şeirdə tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

Mövzu: Ə.Cavad.” Azərbaycan bayrağına “– 2 saat
İkinci saat:Əsərin təhlili üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.3. Bədii  munələr svir  və  ifa vasitələrinin (metonimiya,  inversiya,
simvol) rolunu aydınlaşdırır.
Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.

1.2.4.  Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, onlara  əsaslandırılmış münasibət bildirir.
2.1.2. Mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.

Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.

Dərsin tipi: induktiv, bədii əsərin öyrənilməsi
İş forması: fərdi iş, cütlük şəklində iş, bütün siniflə birgə iş.
Metod və priyomlar: müsahibə, müzakirə, təqdimat.
Təchizat: dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.
Dərsin gedişi.
Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün təqdimatların dinlənilməsi və müzakirə edilməsi daha məqsədəuyğundur. Müvafiq meyarlardan istifadə etməklə qiymətləndirmədə obyektivliyi təmin etmək olar.
Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, diskussiya, yaxud debatın tətbiqi dərsin canlı, maraqlı keçməsini təmin edə bilər. Bunun üçün əsərin ideya-bədii xüsusiyyətlərini açmağa imkan verən tutarlı sualın müəyyənləşdirilməsi vacibdir.
Dərs variantlardan biri aşağıdakı məzmunda ola bilər.
Motivasiya, problemin qoyuluşu. Motivasiyaya fərqli yollarla nail olmaq mümkündür. Bunun üçün suallardan, rəmzi materiallardan (milli bayrağa həsr olunmuş mahnıdan, yaxud bədii əsərdən parçanın səsləndirilməsi, dövlət rəmzi kimi bayrağın əhəmiyyəti barədə tanınmış siyasi xadimin sözlərinin xatırladılması və s.) istifadə etmək olar. Müəllim You Tube saytı vasitəsilə (https://www.youtube.com/watch?v=W_UMdjovGS4) Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən Bayraq meydanının təntənəli açılış mərasimini əks etdirən video süjetə baxış təşkil etməsi daha məqsədəuyğundur.
Yaxud dərslikdəki “Düşünün” başlıqlı sual ( Azərbaycanın dövlət bayrağına həsr olunmuş əsərlərdə hansı məsələlərə önəm verilməsini əhəmiyyətli hesab edirsiniz?) əsasında müsahibə aparmaq və tədricən tədqiqat sualını formalaşdırmaq mümkündür.
Tədqiqat sualı: “Şeirdə yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının müstəqilliyi, azadlığı ideyası ifadə edilib” fikrini doğru saymaq olarmı?
Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.
Tədqiqatın aparılması. Dərsin hansı variantda keçilməsindən asılı olmayaraq tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə əlaqədar qazanılmış bilik və bacarıqların yada salınması və tətbiqinə istiqamət verilməsi faydalıdır. Şagirdlər təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırlayırlar:
-          şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıqlanması;
               - müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin, mətləblərin müəyyənləşdirilməsi;
              -   əsərin bədii təsir gücünü artıran vasitələrin ( təsvir və ifadə vasitələrinin və s.) rolunun aydınlaşdırılması;
              -      şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkara çıxarılması.
Tədqiqat sualının aydınlaşdırılması üçün dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığından isifadə edilməsi məqsədəuyğundur. Bu tapşırığın uğurla yerinə yetirilməsi “Əsərin təhlilinə hazırlaşın” mətnindəki tövsiyələrin mənimsənilməsindən də xeyli dərəcədə asılıdır. Dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə şagirdlərdə həssas, diqqətli münasibətin formalaşdırılması vacibdir. Bu mətnlərlə işləmək bacarığına şagirdlər əvvəlki siniflərdə yiyələnmiş olsalar da, həmin mətnlərin sinifdən-sinfə mürəkkəbləşdyini unutmaq olmaz. Bunu da unutmaq olmaz ki, təhlil üçün mənbə olan bu materiallarda əksini tapmış tövsiyələr şagirdlərin təlimi fəaliyyətinə həmişə səmərəli istiqamət verir:
1.       Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.

Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, vətənimizin müstəqilliyi şairin ən böyük idealı, həyatının əsas mənası idi. Onu “milli dövlətimizin nəğməkarı” adlandıranlar səhv etmirdilər. Digər əsərlərində olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını dərin məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin deyildir. 10 aprel 1919-cu ildə Bakı şəhərində,  parlament binasının üzərində dalğalanmış üç rəngli  milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır.
Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə çalışın. Şeirdə bədiiliyi təmin edən vasitələrin üzərində düşünün. Onun dilinə, sözlərin seçiminə, məcazların əsərə gətirdiyi gözəlliyə münasibət bildirin.
Şagirdlər müəllimin təklifi ilə cütlük şəklində, yaxud kiçik qruplar yaradaraq tədqiqat aparırlar. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq üçün sonra kiçik qruplarda birləşə bilərlər. Bu, vaxta qənaət edilməsi baxımından da faydalıdır. Müəllim reallaşdırmaq istədiyi standartlardan, sinfin səviyyəsindən və s. asılı olaraq “Araşdırın.Fikirləşin. Cavab verin” tapşırığına yaradıcı yanaşa bilər. Başqa sözlə, tapşırıqda ixtisarlar aparmaq, yaxud ona suallar əlavə etmək mümkündür. Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdıran müəllim tapşırığın suallarını ( hər qrupa bir sual təqdim etməklə) iş vərəqlərində əks etdirməlidir.
2.       Sizcə, əsər hansı mövzuda yazılmışdır? Oxşar hesab etdiyinz əsərlə (məsələn, C.Cabbarlının aşağıda verilmiş  şeiri ilə) müqayisə etməklə fikrinizi əsaslandırın.
 "Azərbaycan bayrağına"
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
                                       
s

Hansı əsasa (əlamətə) görə
müqayisə edilirlər?
Ə.Cavad. “Azərbayca bayrağına”.
C.Cabbarlı “Azərbaycan bayrağına”
1
Mövzuya görə

2
Məzmuna görə

3.       Əsərdə əksini tapmış mətləblərdən hansını daha əhəmiyyətli hesab edirsiniz? Cədvəldən istifadə edin.

Əsərdə əksini tapmış əsas mətləblər
Bunu təsdiq edən nümunələr
Nühüm hesab etdiyiniz mətləblərə münasibətiniz

4.       Lirik qəhrəman haqqında aydın təsəvvür qazandınız. Onu necə səciyyələndirərsiniz? Cədvəldən istifadə edin.

Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər
Bunu təsdiq edən nümunələr
Lirik qəhrəmana münasibətiniz

5.       Əsərin bədii təsir gücünü artıran vasitələrin rolunu nümunələr əsasında aydınlaşdırın. Cədvəldən istifadə edin.
      s
Əsərin bədii təsir gücünü   artıran vasitələr
Onların rolunu nümunələr əsasında aydınlaşdırın
1
Sözlərin, ifadələrin uğurla seçilməsi

2
Uğurlu qafiyələr

3
Bədii təsvir vasitələri

4
Bədii ifadə vasitələri

6.       Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

Əsərdəki başlıca fikir - ideya
Nə üçün belə düşünürsünüz?

Həmin tapşırıqdakı suallar vəsaitdə təklif edilmiş tədqiqat sualının araşdırılmasına, aydınlaşdırılmasına imkan yaradır. Məsələn, ikinci sualın üzərində işləyən şagirdlər aydınlaşdırırlar ki, milli bayrağımıza həsr olunmuş digər əsərlərdən fərqli olaraq, bu şeirdə mövzu daha genişdir, elə buna görə də o, başqalarından məzmunca da seçilir, fərqlənir. Üçüncü  sual da tədqiqat sualı ilə sıx bağlıdır. Onu araşdıran şagirdlərə məlum olur ki, əsərdə əksini tapmış mühüm mətləblərdən biri bütün türk xalqlarının taleyi ilə bağlı mövqeyin ifadə edilməsidir. Tapşırığın digər suallar da tədqiqat sualındakı başlıca tələbin aydınlaşdırılmasına, ümumilikdə tədqiqatın səmərli aparılmasına zəmin yaradır. 
Hansı təlim metodlarının, iş formalarının tətbiqindən asılı olmayaraq, tədqiqatın gedişində bütün şagirdlərin fəaliyyəti müəllimin nəzarəti altında olmalı, diqqətindən yayınmamalıdır.
Məlumat mübadiləsi mərhələsində araşdırmaların nəticələri barədə ətraflı məlumatın verilməsi və fəal dinləmə təmin edilməlidir. Fikirlərin birtərəfli, dayaz, hətta yanlış olması hallarına təbii baxılmalı, sualların verilməsinə imkan yaradılmalıdır. Bu mərhələdə başlıca məqsəd şagirdlərin (qrupların) bir-birinin işinin məzmunu ilə tanış olmalarıdır. Cavabların dəqiqləşdirilməsi, dərinləşdirilməsi, sistemə salınması növbəti mərhələdə həyata keçirilir.
Məlumatın müzakirəsi və təşkili mərhələsində səsləndirilmiş fikirlərə münasibət bildirilir, birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilir, deyilənlərin əlaqələndirilməsi, müqayisə edilməsi, vahid xətt əsasında sistemə salınması həyata keçirilir. Müzakirənin diskussiya xarakterli olması, hər bir şagirdə sərbəst fikir mübadiləsi aparmaq imkanının yaradılması təmin edilir. Şagirdlər hiss etməlidir ki, onların cavabı ümumi işə bir töhfə kimi qəbul edilir, diqqətdən kənarda heç nə qalmır. Bu, onların daha məsuliyyətli olmaları və həvəslə işləmələri üçün stimul rolunu oynayır.
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması mərhələsinin səmərəli təşkili üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlaması faydalıdır. Bu suallar şagirdlərin fəallaşdırılması vasitəsi olmalı, onları müstəqil fikir söyləməyə, ümumiləşdirmələr aparmağa yönləndirməlidir. İndiyə qədər deyilmiş bütün fikirlərin ümumi ideya halına salınması və ümumiləşdirilməsi bu mərhələdə xüsusi diqqət yetirilən məsələlərdən olur. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, müstəqilliyini əldə edən Azərbaycanın milli bayrağının parlament binasının üzərində qaldırılması şairdə böyük sevinc və qürur hissi yaratmış, türk xalqlarının da bu taleyi yaşamasını arzulamışdır.
Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.
Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılması, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsi həmin mərhələdə həyata keçirilən mühüm vəzifələrdən olur.
Qiymətləndirmə. Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Şərhetmə,münasibətbildirmə
Müqayisəetmə, ümumiləşdirməaparma
           
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin   rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin
 rolunu suallar verməklə, müəllimin köməyi ilə aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin
 rolunu əsasən aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin
 rolunu aydınlaşdırır.

Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.
Şeirin  mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, suallar və müəllimin köməyi ilə əsaslandırılmış münasibət bildirir.
Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, münasibətini əksər hallarda əsaslandırır.
Şeirin  mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.
Şeirin mövzusuna
müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirməkdə çətinlik çəkir.
Şeirin mövzusuna qismən müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Şeirin mövzusuna əsasən müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Şeirin mövzusuna müqayisələr, ümumiləşdirmələr aparmaqla münasibət bildirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

Комментариев нет:

Отправить комментарий