среда, 21 ноября 2018 г.

Təlim prosesində keys texnologiyasından istifadə  imkanları

 Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin orijinal həll yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim texnologiyasıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemli  situasiyanın təsvir edilməsidir. Nəzərə almaq lazımdır ki, təhlil edilən problemin bir neçə həlli variantı ola bilər.
Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. 
Keysə verilən tələblər:
1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
4. Problemin müəllif qiymətləndirməsinin olması.
Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədəuyğundur.
Həyatda baş vermiş və ya bədii əsərdə təsvir edilən hadisənin təhlili zamanı şagirdlərin bu və digər problemin həli üçün müəyyən biliklərini aktuallaşdırması zəruridir. Eyni z
Keys texnologiyası üzrə işin mərhələləri.
1. Mətni oxuyun.
2. Mətndə hansı problemdən bəhs edildiyini müəyyən edin.
3. Problemin (yaxud problemlərin) özünü nədə təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin. (“Əqli hücum”).
5. Qrupun qərarını təqdim etməyə hazırlayın.
6. İşin yekununun təqdim edin.

Комментариев нет:

Отправить комментарий