вторник, 22 апреля 2014 г.

Məktəbdə dərs bölgüsü qaydaları

Dərs bölgüsü qaydaları açıqlandı
Font: 


Azərbaycanda müəllimlərin dərs bölgüsü ilə bağlı tətbiq edilən yeniliklər açıqlanıb.

Avropa.info-nun məlumatına görə, yeni təsdiq edilən qaydalara əsasən müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil muəssisələrinin pedaqoji işcilərinin dərs yükü normalarının muəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə muəssisənin muəllimləri arasında, muəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə boluşdurulur. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 6-11 saat olduğu halda digər muəssisələrdən əvəzciliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab edilir və müsabiqəyə cıxarılması ucun təqdim edilir. Çalışmanın son yaş həddinə catmış muəllimlərin dərs yuku onlarla bağlanmış muqavilə muddətində vakant yerlərin muəyyənləşdirilməsi zamanı nəzərə alınmır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil muəssisələrinə sosial məzuniyyət yerinə muəllimlərin işə qəbulu Nazirliyin, digər muəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən coxu 3 il muddətinə əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan muəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan muəllimin yerinə muddətli əmək muqaviləsi ilə işə götürülən işcilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir.

Müddətli əmək muqaviləsi bağlanmış işci ilə əmək muqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gundən ləğv edilir. Ümumi təhsil muəssisələrinin ibtidai siniflərində muəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə muəllimlərin iki sinif
komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif muəllimlərinin ozləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərinin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.
İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənninin ibtidai sinif müəllimi tərəfindən tədrisinə icazə verilir. Müəllimlərin yeni tədris ili uçün dərs yuku muəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə cıxanadək muəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yuku tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Yerli təhsili idarəetmə orqanları və muvafiq təhsil muəssisələrinin rəhbərləri hər il may ayının 15-dək yeni tədris ili ucun vakant yerlər barədə məlumatı muəyyənləşdirilmiş forma uzrə Təhsil Nazirliyinə təqdim edir (kağız və elektron variantda). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun olaraq kənd rayonlarında yerləşən umumi təhsil müəssisələrinə gənc mutəxəssislərin işə cəlb olunmasının stimullaşdırılması məqsədi ilə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu nəzərə alınaraq həmin vakant yerlərin qarşısında xususi (H-1)1 və (H-2)2 işarələr yazılaraq məlumata daxil edilir. Kənd məktəblərinə işə qəbul ucun nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili muəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri muəyyənləşdirərkən həmin vakant yerə ixtisaslı muəllim kadrlarına ciddi ehtiyac olması, təlabatın əvvəlki illərdən yaranması və təmin olunmaması, vakant dərs yukunun əvəzcilik və saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi tələblər gozlənilməli və rayon mərkəzindən olan məsafə dəqiq gostərilməlidir.

Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli tabelik uzrə idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları
cədvəldə göstərilməlidir.

Комментариев нет:

Отправить комментарий