понедельник, 26 мая 2014 г.

Diaqnostik, formativ, summativ qiymətləndirmənin üsul və vasitələri


1. Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:

Üsullar
Vasitələr
Tapşırıqvermə
Çalışmalar
Müsahibə (şifahi yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, ya­xud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öy­rənmək (diaqnoz qoymaq) istədiyi məsələnin  yazıldığı vərəq)
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)

2. İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Yeni məktəbdaxili
Formativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:

Üsullar
Vasitələr
Müşahidə
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları  üzrə  qeydiyyat vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə  qeydiyyat vərəqi
Yazı
Yazı bacarıqlarının  inkişafı üzrə  qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Rubrik
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
Test
Test tapşırıqları
Özünüqiymətləndirmə
Özünüqiymətləndirmə vərəqləri

3. Yekun (summativ) qiymətləndirmə.
Summativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə olunur:

Üsullar
Vasitələr
Yoxlama yazı işləri
Yoxlama yazı işləri üzrə  qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən edilmiş meyar cədvəli
Şifahi sorğu
Şifahi sorğu üzrə  qeydiyyat vərəqi
Test
Test  tapşırıqları
Tapşırıqvermə
Tapşırıq, çalışma və laboratoriya işləri
Yaradıcılıq və əl işləri
Fənlərə müvafiq olaraq  rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri

Metodik vəsaitdə orta məktəblərdə qiymətləndirmə qaydalarına əsasən hər tədris vahidinin sonunda kiçik, hər yarımilin sonunda isə böyük summativ qiymətləndirmə vasitələrinin nü­mu­nə­ləri verilmişdir. Təqdim olunan nümunələr tədris vahidləri və yarımillər ərzində real­laş­dı­rıl­ma­sı nəzərdə tutulan bacarıqların qiy­mət­lən­dirilməsi üçün nəzərdə tutulur. Müəllim bu nü­mu­nə­lər əsasında öz variantlarını da hazırlaya bi­lər. Şagirdlərin summativ qiy­mət­lən­dir­mə­yə ha­zır­lıq məqsədi ilə dərslikdə hər tədris vahidinin sonunda “Özü­mü­zü yoxlayaq” adı ilə tap­şı­rıq­lar verilmişdir. Bu tapşırıqlar summativ qiymətləndirmədən əvvəlki dərsdə yerinə yetirilə bi­lər.


Комментариев нет:

Отправить комментарий