вторник, 22 апреля 2014 г.

Pedaqoji kadrların işə qəbulu, iş yerini dəyişməsi qaydaları

ƏLAVƏ 1
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
21.04. 2014-cü il tarixli 445 nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu
QAYDALARI
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”
(bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər
və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il
tarixli 67 nömrəli, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli,
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron
xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına uyğun
olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində
(ibtidai, ümumi orta və tam orta məktəblərində, ümumtəhsil internat məktəblərində
və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində(bundan sonra - müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, müəllimlərin, digər pedaqoji işçilərin daimi və ya müddətli əmək müqaviləsi ilə işə
qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanları,
müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir. 1.3. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən)
başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu
Təhsil Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq olunmaqla və şəffaflıq
təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
1.4. Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün Təhsil Nazirliyində
müsabiqə komissiyası və apelyasiya komissiyası yaradılır.
1.5. Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri,
tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik
psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə
pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, kitabxana
müdiri və kitabхanaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanın razılığı
əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
1.6. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə
rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon
Dövlət İdarəsi və tabelik üzrə təhsili idarəetmə orqanın ilə razılaşdırılmaqla
müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
1.7. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə
(xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə)
müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə
orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
1.8. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji
fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin
kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.1.9. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin
tanınmasına dair şəhadətnamə almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna
icazə verilmir.
1.10. İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan
3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə
müraciət əsasında həyata keçirilir. Müraciət etmiş hər bir şəxslə müsahibə aparılır
və nəticələrə əsasən müvafiq qərar qəbul edilir. Belə müraciətlərə müəllimlərin işə
qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərs
ili ərzində baxılır.
1.11. Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar
məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə
verilmir.
1.12. İnzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən
kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud
qanunvericilik və bu Qaydalar əsasında baxılır.
1.13. İşə qəbul olunan və işdən azad edilən müəllimlər haqqında
məlumatlar ən geçi 15 gün müddətində müəssisələrin və idarəetmə orqanlarının
“Milli Təhsil Məlumat Bazası”na daxil edilir.
2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs
yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215
nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən
müəyyənləşdirilir.
2.2. Dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1
(bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox
olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk
növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı həddgözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda,
həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 6- 11 saat olduğu halda digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması
məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab edilir
və müsabiqəyə çıxarılması üçün təqdim edilir. 2.3. Çalışmanın son yaş həddinə çatmış müəllimlərin dərs yükü onlarla
bağlanmış müqavilə müddətində vakant yerlərin müəyyənləşdirilməsi zamanı
nəzərə alınmır. 2.4. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial
məzuniyyət yerinə müəllimlərin işə qəbulu Nazirliyin, digər müəssisələrə isə
təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi
bağlanılır və əmrlə rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs
ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.
Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə
götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir.
Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə
olan müəllim işə qayıtdığı gündən ləğv edilir.
2.5. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif
komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil
müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif
komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. 2.6. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət
dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif
müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərinin ixtisas müəllimləri
tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən
tədris edilir. Kadr olmadığı halda, informatika fənninin ibtidai sinif müəllimi
tərəfindən tədrisinə icazə verilir. 2.7. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən
müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədəməlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit
saxlanılır.
2.8. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil müəssisələrinin
rəhbərləri hər il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə
məlumatı müəyyənləşdirilmiş forma üzrə Təhsil Nazirliyinə təqdim edir (kağız və
elektron variantda). 2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il
tarixli 67 nömrəli Qərarına uyğun olaraq kənd rayonlarında yerləşən ümumi təhsil
müəssisələrinə gənc mütəxəssislərin işə cəlb olunmasının stimullaşdırılması
məqsədi ilə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu nəzərə alınaraq
həmin vakant yerlərin qarşısında xüsusi (H-1)1 və (H-2)2
işarələr yazılaraq
məlumata daxil edilir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş
həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar
üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.
Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri müəyyənləşdirərkən
həmin vakant yerə ixtisaslı müəllim kadrlarına ciddi ehtiyac olması, təlabatın
əvvəlki illərdən yaranması və təmin olunmaması, vakant dərs yükünün əvəzçilik və
saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi tələblər gözlənilməli və
rayon mərkəzindən olan məsafə dəqiq göstərilməlidir.
2.10. Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə
cədvəli tabelik üzrə idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək müəssisə
1 Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il
müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə
tədbirləri tətbiq olunur:
 yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə
əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım;
 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi. 2 Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və
3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən
həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əmək haqqına 70 (yetmiş) manat əlavə olunur.üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları
cədvəldə göstərilməlidir.
3. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi
3.1. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində
yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə
alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir. Qərar
qəbul olunduqdan sonra müəllimin yerdəyişməsi müvafiq müəssisə rəhbərləri
tərəfindən əmrlə rəsmiləşdirilir. 3.2. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa
rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə
yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram
təminatı tətbiq olunmaqla həyata keçirilir.
3.3. Həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərində işləyən gənc
mütəxəssislər nəzərdə tutulmuş müddət başa çatanadək iş yerini dəyişmək üçün
müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə vəziyyəti və s.) məsələyə
fərdi qaydada Təhsil Nazirliyi tərəfindən baxılır.
3.4. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin
rəsmi İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində bu
Qaydalar, “Vakant yerlər barədə məlumat”, “Elektron ərizə”, “Yerdəyişmə üçün
vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat”, “Müsahibə proqramı” və “Şəxsi səhifə” yerləşdirilir.
3.5. İş yerini dəyişmək istəyən müəllimlər Təhsil Nazirliyinin İnternet
saytında (www.edu.gov.az) «Müəllimlərin işə qəbulu» səhifəsinə daxil olub
elektron ərizə doldurmalıdırlar. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.
3.6. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8
(səkkiz) vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlərkənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.
Yerləşdirmə seçim ardıcıllığı gözlənilməklə aparılır.
3.7. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin
elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi
meyarları” əsasında müsabiqənin birinci mərhələsində elektron proqram təminatı
vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır.
3.8. Elektron ərizələrin qəbulu başa çatdıqdan 3 (üç) təqvim günü sonra
yerdəyişmə aparılır. Ərizəsi təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin nəticəsi
və müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatlar onların “Şəxsi
səhifə”sində yerləşdirilir.
3.9. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin ikinci mərhələsində
Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahibələr keçirir. Bu
məqsədlə müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə
həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir.
3.10. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin II mərhələsinə
buraxılmış namizədlər “Şəxsi səhifə”də qeyd olunan tarixdə şəxsi işini (elektron
ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı
təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, əmək
kitabçasının surətini və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən
digər sənədlərin əslini və ya notarial qaydasında təsdiq olunmuş surətini) müsabiqə
komissiyasına təqdim edirlər.
3.11. Yerdəyişməyə namizədlər müsahibənin başlanmasına 1 (bir) saat
qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim
edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd müsahibəyə
buraxılmır.
3.12. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd
olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki
məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda,
həmin namizəd müsahibəyə buraxılmır.3.13. Müsahibə zamanı yerdəyişmə üçün namizədin peşə kompetensiyaları,
pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı beş ballıq
şkala üzrə qiymətləndirilir.
3.14. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha
artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini,
digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq,
ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar
qəbul edir. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri
nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, nəticələr barədə məlumat
hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.
3.15. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən müəllimlərin
siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici
məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində
olan müəssisələrə göndərilir.
3.16. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim
arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. 3.17. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsahibədə iştirak
etməyənlər üçün təkrar müsahibə keçirilmir.
3.18. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri ilə bağlı
apelyasiya şikayətlərinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3.19. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa çatdıqdan sonra qalan,
eləcə də yerdəyişmə ilə əlaqədar yeni yaranan vakant yerlər müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə çıxarılır. 3.20. Müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilən müddətdə
yerdəyişmə üzrə müraciətlərə baxılmır. İşə qəbul üzrə müsabiqə başa çatdıqdan
sonra və yerdəyişmə üzrə növbəti müsabiqəyədək olan müraciətlərə fərdi qaydada
baxılır.4. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi
4.1. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə
qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron
ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron
proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
4.2. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş
və dövlət nümunəli təhsil sənədi (diplom) almış, hazırda işləməyən, müvəqqəti
əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə
iştirak edə bilərlər.
4.3. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin
rəsmi İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində bu
Qaydalar, Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini
tənzimləyən sənədlər toplusu (“Vakant yerlər barədə məlumat”, “Elektron ərizə”, “İşə qəbul üçün vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair
təlimat”, “Test suallarının cavablandırılmasına dair təlimat”, “Boş qalan yerlərə
əlavə yerləşdirmə üçün müraciətə dair təlimat”) və “Şəxsi səhifə” yerləşdirilir.
4.4. Müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet
saytında (www.edu.gov.az) «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə
daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il
Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir. 4.5. Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini
tənzimləyən sənədlər toplusuna daxil olan “Namizədlər tərəfindən vakant yerlərin
seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat”a uyğun olaraq
müsabiqədə iştirak üçün elektron ərizə doldurulur. Qarşısında (H-1) və (H-2)
işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi
nəzərdə tutulan yerlərdir.
4.6. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər.
İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim
ardıcıllığı gözlənilməklə aparılır.4.7. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) təqvim günü sonra
ərizəsi təsdiqlənmiş namizədlər üçün müsabiqəyə buraxılma, test imtahanının
keçirilmə vaxtı və yeri barədə məlumatlar onların “Şəxsi səhifə”sində yerləşdirilir.
4.8. Müsabiqənin birinci mərhələsində hər bir namizədin qiymətləndirməsi
“Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron
ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları”
əsasında elektron proqram təminatı vasitəsilə aparılır. 4.9. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test
imtahanın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi
qrupları yaradılır və “Test bankı” hazırlanır.
4.10. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış
qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir.
Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd imtahana buraxılmır.
4.11. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak
etməyənlər üçün təkrar imtahan keçirilmir. 4.12. İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompyuterdə
uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa
aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq və ümumi
dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların
cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır.
4.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində
icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun topladığı bal
kompyuterin ekranında göstərilir.
4.14. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha
çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.
Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test
tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab
olunur. 4.15. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə
qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekunqiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir
ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron
proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr
barədə məlumat hər bir namizədin “Şəxsi səhifə”sinə göndərilir.
4.16.Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa
uyğun topladığı ümumi bal və III mərhələsində iştirak barədə məlumat hər bir
namizədin “Şəxsi səhifə”sinə göndərilir. 4.17. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər “Şəxsi səhifə”də
qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona
əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına
dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası
(əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər
sənədlərin əsli və ya notarial qaydasında təsdiq olunmuş surəti) müsabiqə
komissiyasına təqdim etməlidirlər.
4.18. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd
olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki
məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, o
cümlədən təhsil sənədi dövlət nümunəli olmadıqda və ya hazırda müəllim işlədiyi
məlum edildikdə həmin namizəd müsabiqədən kənarlaşdırılır. 4.19. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal
toplamış namizəd olduqda, müsabiqə komissiyası təhsil səviyyəsi və seçdiyi
vakant yerin yaşayış yerinə yaxın olmasını araşdırmaqla müvafiq qərar qəbul edir.
4.20. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş
qalan yerlər barədə məlumatlar “Müəllimlərin işə qəbulu üzrə müsabiqə”
səhifəsində “Şəxsi səhifə” daxilində yerləşdirilir. Bütün ixtisaslar üzrə müsahibə
mərhələsi başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq
seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilmiş müddətdə “Şəxsi səhifə”sindən boş qalan yerlər
haqqında məlumatla tanış olub uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçərək
əlavə yerləşdirmədə iştirak edirlər.4.21. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçimi bitdikdən sonra
müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram
təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin “Şəxsi səhifə”sinə
göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini
təqdim etməklə müsahibədən keçirilir. Müsahibə mərhələsindən əvvəl namizədin
elektron ərizəsində qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq
təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə
“uyğundur” və ya “uyğun deyil” qeydlər edilir, ümumi dünyagörüşü, peşə
kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir. 4.22. Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər
müəyyənləşdirildikdən sonra onların siyahısı Nazirliyin İnternet saytında
yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə
orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir.
4.23. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim
arasında əmək müqaviləsi bağlanılır işə qəbul əmrlə rəsmiləşdirilir. 4.24. Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə,
o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların
pedaqoji fəaliyyətə başlamaları barədə məlumatı sentyabrın 30-dək Təhsil
Nazirliyinə təqdim etməlidirlər.
4.25. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar
üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
4.26. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra, hər bir
ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul olunmayanların siyahısı müsabiqə
komissiyası tərəfindən təsdiq olunur. Tədris ili ərzində yaranan vakant yerlər
barədə məlumatlar Təhsil Nazirliyində mütəmadi olaraq toplanılır, təhlil edilir və
keçid balını toplamış müsabiqə iştirakçılarına elan edilir. Elanda göstərilən
müddətdə elektron seçim etmiş müsabiqə iştirakçıları üçün əlavə yerləşdirmə
qaydalarına uyğun işə qəbul aparılır.
4.27. Müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində
yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilikqaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı
müəllimlərin işə qəbuluna icazə verilir.
4.28. Ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər”
bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil
almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək
müqaviləsi ilə işə qəbulu qadağandır.
5. Qaydaların pozulmasına görə məsuliyyət
Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və
kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və
təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri
qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Комментариев нет:

Отправить комментарий