Kurikulum terminləri
Kurikulum – latın sözü olub «kurs», «elm» deməkdir.
Kurikulum
son məqsədə çatmağın yolları, vasitə və üsullarını, həmçinin bu sahədəki fəaliyyətin
səmərəliliyini yoxlamağın metod və vasitələrini özündə əks etdirir. Başqa sözlə,
Kurikulum təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli və məqsədyönlü
təşkilinə hərtərəfli imkan yaradan konseptual sənəddir.
Elmə
məlum olan mənbələrə görə Kurikulum terminindən 1576-cı ildən etibarən istifadə
olunmağa başlanmışdır. İlk Kurikulum 1918-ci ildə ABŞ-da meydana çıxmışdır.
Kurikulumun tipləri:
Fənnyönümlü
Kurikulum – bu tip Kurikulumlarda elmi təmayül üstünlük təşkil edir, biliklərin
həcmi genişdir, inteqrativlik zəifdir.
Nəticəyönümlü
Kurikulum – bu tip Kurikulumlar inteqrativ xarakter daşıyır, bunda həyati bacarıq
və vərdişlər üstün yer tutur.
Azərbaycanda
fənnyönümlü Kurikulumdan nəticəyönümlü Kurikuluma doğru inkişaf gedir.
Kurikulumun
növləri:
Milli Kurikulum konseptual
dövlət sənədidir. Milli Kurikulum təhsil mərhələləri üzrə məqsəd və vəzifələri,
təhsilin mərhələləri üzrə məzmunu əhatə edir. Milli Kurikuluma, əsasən, məqsəd və
nəticələr, ümumi təhsilin dövlət standartları, ümumtəhsil məktəblərinin bazis tədris
planı, təlim nəticələrinin qiymətləndirilməsi mexanizmi daxildir.
Fənn Kurikulumları isə,
bir qayda olaraq, konkret fənn üzrə standartları, tədris proqramlarını, şagirdlərin
bilik, bacarıq və vərdişlərinə verilən tələbləri, təlim metodları sistemini və s.
əhatə edir.
Məktəb Kurikulumunda
əhatə olunan məsələlər nisbətən fərqlidir. Orada tematikanın, müvafiq vəzifələrin müəyyənləşdirilməsinə,
müəllim və şagird fəaliyyəti üçün istiqamətlərin konkretləşdirilməsinə və qiymətləndirmə
nümunələrinin hazırlanmasına diqqət yetirilir.
Blumun taksonomiyası – Çikaqo Universitetində Bencamin Blumunrəhbərlik etdiyi tədqiqatçılar
qrupu tərəfindən 1950-ci ildə hazırlanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə,
qavramaya malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və qiymətləndirməyə
(ən yüksək) doğru aparan, istiqamətləndirən idraki məqsədləri əhatə edir. Blum taksonomiyası
müəllimlər tərəfindən təlim məqsədlərini müəyyənləşdirmək üçün geniş şəkildə istifadə
edilir.
Çoxfənli (inteqrativ) Kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid mövzuları əhatə
edən Kurikulum. İnsanlar bu və onunla əlaqəli olan digər terminləri müxtəlif cür
işlədirlər, lakin ümumiyyətlə çoxfənli Kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya)
bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix və ədəbiyat) baxımından öyrədilir.
Məsələn, şagirdlər hava mövzusunu müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər.
Onlar hava təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun tarixini öyrənir
və hava mövzusunda oxuyur və şeir yazırlar.
Demokratik təhsil – Demokratik təhsilin tərəfdarları hesab edirlər ki, əgər şagirdlər demokratik
cəmiyyətdə rollarını icra etmək üçün vərdişlərə, bilik və dəyərlərə yiyələnmək istəyirlərsə,
onlar öz məktəblərində və icmalarında vətəndaşlar kimi fəaliyyətlərə cəlb edilən
təhsil almalıdırlar. Məsələn, onlar hesab edirlər ki, şagirdlər məktəbin idarə edilməsində
iştirak etməli və yerli icmalarda xidmət-öyrənmə fəaliyyətləri ilə məşğul olmalıdırlar.
Distans (məsafədən) öyrənmə – sinif otağından və ya müəllimlərin bilavasitə dərs təqdim etdiyi
yerlərdən kənarda təhsil alma. Distans öyrənmə zamanı tədris materialları və təlim
təcrübələrini şagirdlərə çatdırmaq üçün texnologiyanın müxtəlif formalarından, xüsusi
ilə, televiziya və kompüterlərdən istifadə edilir. Orta məktəblər öz şagirdləri
üçün müxtəlif kurslar, məsələn, televiziya vasitəsi ilə xarici dillərin dərindən
öyrədilməsi üçün kurslar təşkil edə bilərlər. Əksər kollec və universitetlər təcrid
olunmuş yerlərdə yaşayan, yaxud müxtəlif səbəblərə görə universitetə gələ bilməyən
tələbələr üçün müasir texnologiyalardan istifadə etməklə kurslar təşkil edirlər.
Fənlərarası (interdistiplinar) Kurikulum – xüsusi bir mövzu və ya problem üzərində
diqqəti cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sahəsindən əldə edildiyi
tədris planını tərtib etməyin üsulu. Fənlər arasındakı ümumilik diqqət mərkəzində
dayanır. Məsələn, şagirdlər ədəbiyyat və sosial fənləri ayrıca öyrənməkdənsə, məsələn,
«Dəniz» mövzusunu keçərkən, öz həyatlarını dəniz və okean sahilində yaşamış insanlar
haqqında şeir söyləyə, nağıl danışa bilər, sahilyanı ərazilərin coğrafi şəraitini
öyrənər, sahilyanı yerlərdə yaşayan insanlarla mərkəzi ərazilərdə məskunlaşan insanların
fərqli həyat tərzlərini tədqiq edə bilərlər. Səmərəli fənndaxili öyrənmələrin aşağıdakı
tərkib elementləri vardır:
Bir neçə nöqteyi-nəzərdən araşdırılan
mövzu.
Müəllimin şagirdləri tərəfindən araşdırılmasını
istədiyi bir və ya bir neçə mövzu (yaxud zəruri suallar).
Bir neçə fənn üzrə əldə edilən biliklər
arasında əlaqə yaratmaqla şagirdlərin daha əsaslı dərk etməsini nəzərdə tutan fəaliyyət
növləri.
Fənlərin sərhədlərindən kənar (transditiplinar) Kurikulum – bu yanaşmaya görə fənlər arasındakı əlaqələr
geniş və mürəkkəbdir. Mahiyyət ettibarı ilə bu Kurikulum fənlərin hüdudlarından
kənarda olur. Müxtəlif fənlərə aid olan, iki və daha çox fənləraras yanaşmalar üçün
də xarakterik olan mövzular, strategiyalar və vərdişlər real həyati situasiyalarda
öyrənilir. Bu modeldə konkret fənn üzrə qoyulan sual «Biz şagirdləri necə öyrədə
bilərik ki, onlar gələcəyin yaradıcı vətəndaşları olsunlar?» kimi suallarla əvəz
olunr. Əsas diqqət mənaya, uyğunluğa və real həyati yanaşmalar əsasında tədris etməyə
yönəldilir.
Fəal öyrənmə - şagirdlərin öz partalarının arxasında
oturaraq kitab oxumaqla, iş vərəqlərini doldurmaqla və yaxud müəllimə qulaq asmaqla
deyil, ətrafda gəzişməklə, bir sıra fəaliyyətlər yeriən yetirməklə daha çox öyrəndikləri
hər hansı bir situasiyadır. Əgər şagirdlər fəal deyillərsə, onda nə tam məşğul olurlar,
nə də bacardıqları qədər öyrənirlər, bu halda fəal öyrənmə ilkin zəminə əsasən təşkil
olunur. Fəal öyrənmə, cəmçinin, koqnitiv xarakterli ola bilər, lakin adətən bəzi
işləri – problemin həlli şəraitini, yaxud yenilikləri, kəşf xarakterli öyrənməni
əhatə edir.
İnteqrasiya – latın
sözü olub bərpa olunma, doldurulma, hissələrin bütöv bir tam halında birləşməsi,
özü də sadə, mexaniki birləşməsi deyil, bir-birinə daxil olmaqla, bir-birinə təsir
etməklə birləşməsi deməkdir.
İnteraktiv öyrənmə – təlim mənbələri ilə öyrənən birbaşa əlaqədə olduğu zaman və cavablar şagirdin
ehtiyaclarına uyğun şəkildə formalaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi
öyrətməsi yüksək dərəcədə interaktiv fəaliyyətdir. Kompüterlər və digər müasir texnoloji
avadanlıqlar istənilən fənn üzrə hər hansı bir öyrənəni səmərəli interaktiv təlimlə
təmin etmək üçün nəzəri cəhətdən imkan yaratmışdır.
Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrənməsinin və icrasının ölçüsdür. Müxtəlif
növ ənənəvi qiymətləndirmə vasitələrinə – minimum səriştə testləri, inkişafın izlənməsi
testləri, qabiliyyət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi
qiymətləndirmə daxildir.
Qiymətləndirmədə hər hansı yanaşmanın
səmərəliliyi onun nə dərəcə nəzərdə tutulan məqsədlərə uyğun olmasından asılıdır.
Məsələn, çox seçimli testlər, doğru və ya yalanın müəyyənləşdirilməsi testləri,
boş yerlərin doldurulması testləri əsas bacarıqları qiymətləndirmək və ya tələbələrin
nəyi yadda saxladıqlarını müəyyən etmək üçün istifadə edilə bilər. Digər qabiliyyətləri
qiymətləndirmək üçün icra tapşırıqları daha müvafiq ola bilər.
İcranın (fəaliyyətin) qiymətləndirilməsi
şagirdlərdən müəyyən çalışmalar yerinə yetirməyi, məsələn, riyazi problemin xüsusi
bir növünü həll etmək, yaxud məhsul haqqında məlumat əldə etmək üçün qısa biznes
məktubu yazmağı tələb edir. Bəzən tapşırıq şagirdin məktəbdə öyrəndiyi biliyi tətbiq
etmək qabiliyyətini qiymətləndirmək məqsədi ilə planlaşdırıla bilər.
Əsl qi ymətləndirmələr icranın qiymətləndirilməsi olub, süni və qondarma
deyildir. Qiymətləndirmənin daha həqiqi olmasını istəyən müəllimlər məktəb testlərinin
əksəriyyətinin qondarma xarakter daşımasından narahatdırlar. Həqiqi məqsədə nail
olmaq məqsədi ilə konkret şəxsə və ya şirkətə məktub yazmağı bacarmaq, yalnız müəllimə
öz bacarığını nümaiş etdirmək üçün mövcud olmayan şirkətə məktub yazmaqdan tamamilə
fərqlidir. Qiymətləndirməni həqiqətə daha uyğun etməyin bir yolu şagirdlərin öyrəndiklərini
nümayiş etdirmək üçn istifadə edəcəkləri xüsusi tapşırıqları seçməyə nail olmaqdır.
Məsələn, şagird kimyadan dərsi başa düşməsini nümayiş etdirmək üçün neft axınları
ilə bağlı problemləri göstərən model hazırlamaqla bağlı seçim edə bilər.
Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nümunəvi şəxs. Mentorun müvafiq sahə üzrə
biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür. Məsələn, təcrübəli
müəllim tələbə müəllimə, yaxud yeni fəaliyyətə başlayan müəllimə mentorluq edə bilər.
Bir sıra tələbə mentorluğu proqramları
məktəbdə çətin şagirdlərə uğur qazanmaqda kömək etmək üçün planlaşdırılır. Nümunəvi
şəxslər kimi hərəkət edərək, mentorlar həftədə bir və ya iki dəfə şagirdləri fərdi
olaraq həvəsləndirməklə, dinləməklə, təkliflər
verməklə və şagirdlərə peşə barəsində öyrənmək və təhsilə kömək etməyi müzakirə
etmək üçün onları tədbirlərə, fəaliyyətlərə, mentorun iş yerinə aparır.
Nəticə əsaslı təhsil – təhsil təcrübəsinin yaradılması və planlaşdırılmasında təlim nəticələrini
əsas amil hesab edən yanaşmadır. 1990-cı illərdə bəzi ştatlar və yerli təhsil şöbələri
ənənəvi tələblərdən, məsələn, öyrənmə səviyyəsini müəyyən etmək üçün Kornegi vahidlərindən
əl çəkdiklərini və öyrənmənin həcmini müəyyənləşdirmək üçün təlim prosesini nəzərdə
tutan nəticələr, yəni şagirdlərin «əməkdaşlıq edən işçilər» olması ideyası əsasında
planlaşdırdıqlarını elan etdilər. Bu ideyanın tərəfdarları qeyd edirdilər ki, onların
niyyəti məktəbin keyfiyyətini, məsələn, məktəbdə təklif edilən kursları, müəllimlərin
peşə keyfiyyətini və s. ənənəvi formada qiymətləndirmək deyil, şagirdlərin təlim
nailiyyitlərinə (nəticələrinə) diqqəti cəlb etməkdir. Onlar belə bir ideyanı müdafiə
edirdilər ki, öyrənmə üçün sərf edilən vaxt əldə edilən nəticədən asılı olmalıdır.
Ənənəvi məktəblərdə, onların fikrincə, vaxt sabit, nəticxə dəyişkən olur, əslində
isə, nəticə sabit, vaxt isə dəyişkən olmalıdır. Nəticə əsaslı təhsil hərəkatı belə
bir narpahatçılıqdan yaranmışdır ki, şagirdlər orta məktəbi cəmiyyətin həyatında
iqştirak etmək üçün zəruri olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər.
Bu ideyanın tərəfdarları təklif edirdilər ki, şagirdlər öyrəndikləri bilik və bacarıqları
nümayiş etdirməli və orta təhsilin tamamlanmasını nümayiş etdirən öyrənmə əsasında
həyata keçirməlidirlər.
Standartlar – termin
adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların əsasında şagirdlərin öyrənməli
və etməli olduqları təxmin edilir. Bu standartlar adətən tədris proqramlarında iki
formada olur:
Məzmun
standartları. Bu standartlar şagirdlərin müxtəlif fənlər üzrə (məsələn, riyaziyat,
fizika, oxu) bilməli və etməli olduqlarını müəyyənləşdirir.
İcra
standartları. Bu standartlar gözlənilən öyrənmə səviyyələrini dəqiq müəyyənləşdirir.
İcra standartları məzmun standartlarının yerinə yetirilmə səviyyələrini qiymətləndirir.
Son illərdə müəllimlərin bilməli və etməli olduqlarını dəqiq müəyyən edən standartlar
da işlənib hazırlanmışdır.
Standart əsaslı təhsil – şagirdlərin müəyyən edilmiş standartlara yiyələnməsinə yönəldilmiş
təlim prosesidir. Kurikulum standartları qəbul edildikdən sonra müəllimlərdən elə
dərs demək gözlənilir ki, şagirdlər həmin standartlara yiyələnə bilsinlər. Ekspertlərin
fikrincə müəllimlər hər standartın nəyi bildirdiyini və onun necə qiymətləndiriləcəyini
aydın başa düşməli, hər bir şagirdin təlim müvəffəqiyyətini ayrı-ayrı standartlara
görə yoxlamalıdırlar.
Taksonomiya – yunan
sözü olub taxos – sıra ilə yerləşdirilmə, nomos – qanun deməkdir. Daxilən kateqoriya
və ardıcıl səviyyələrə bölünmüş pedaqoji sistemlər pedaqoji taksonomiyalar adını
almışdır.
Комментариев нет:
Отправить комментарий