воскресенье, 12 марта 2017 г.

Mən nələr öyrəndim…
Mövlana Cəlaləddin Rumi deyib…
Sonsuz bir qaranlığın içindən doğuldum.
İşığı gördüm, qorxdum.
Ağladım. Zamanla işıqda yaşamağı da öyrəndim.
Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi…
Ağladım.
Yaşamağı öyrəndim.
...Zamanı öyrəndim.
Yarışdım onunla…
Zamanla yarışmalı deyil, barışmalı olduğumu da zamanla öyrəndim…
İnsanı öyrəndim.
Sonra insanların içində yaxşılar və pislər olduğunu…
Sonra da hər insanın içində yaxşılıq və pislik tapıldığını öyrəndim.
Sevməyi öyrəndim.
Sonra güvənməyi…
Sonra da güvənin sevgidən daha möhkəm və qalıcı olduğunu, sevginin güvənin sağlam zəmini üzərində qurulduğunu öyrəndim.
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu…
...Çörəyi öyrəndim.
Sonra da halal çörək yeməyin onu bol becərmək qədər önəmli olduğunu öyrəndim.
Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra…
Və daha sonra yazı özümü öyrətdi mənə.
...Dünyaya təkbaşına meydan oxumağı öyrəndim gənc yaşda…
Sonra da izdihamla birlikdə addımlamaq gərəkdi fikrinə gəldim.
Sonra da əsl yürüşün kütləyə qarşı olması qənaətinə gəldim.
Düşünməyi öyrəndim.
Sonra da qəliblər içində düşünməyi öyrəndim.
Daha sonra sağlam düçüncənin qəliblərdən çıxaraq düşünmək olduğunu öyrəndim.
...Gerçəyi öyrəndim bir gün…
Və gerçəyin acı olduğunu…
...Mən dostlarımı nə ürəyimlə, nə ağlımla sevirəm.
Olar ki, ürək dayanar…
Ağıl unudar…
Mən dostlarımı ruhumla sevirəm.

Комментариев нет:

Отправить комментарий