суббота, 27 мая 2017 г.

Dramatik əsərin məzmununun mənimsədilməsi və təhlili üzrə dərs nümunələri



Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının məzmununun mənimsədilməsi  (1-ci saat)


Standartlar
Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) dramlardə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5.  Müxtəlif vəznli (heca, əruz) dramlardə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
Dramla bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür.
Digər bir variant aşağıdakı məzmunda ola bilər: İnternetdə (YouTube https://www.youtube.com/watch? v=rXs2X1Z5u6I) “Cavid ömrü” filmindən bir parçanın nümayiş etdirilir. Filmdəki kadrlar şagirdlərdə sənətkarın yaradıcılığını öyrənməyə maraq yaradır. Müəllim “Baxdığınız epizod sizdə hansı düşüncələr oyatdı?” qəbildən suallar əsasında yığcam müsahibə aparır və sonda tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı: Dramaturqun  anaya həsr olunmuş əsər yazmasına səbəb, sizcə, nədir?
Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.
Tədqiqatın aparılması. Şagirdlərin dramatik əsərin məzmununu dərindən mənimsəməsi baxımından rollar üzrə oxunun tətbiqi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, dramatik əsər öz təbiəti etibarilə şifahi nitqə və qəhrəmanların hərəkətlərinə əsaslanır. Dramatik əsərin qəhrəmanının bədii obrazı onun nitqi ilə yaradılır. Bu baxımdan dərsdə əsərin səsli, rollar üzrə oxusu şagirdlərin dramatik mətnin xüsusiyyətlərini duymaq və qavramaq, dialoq, monoiloq, replikaları diqqətlə müşahidə etmək imkanı əldə edirlər. İnternetdə  (https://www.youtube.com/watch?v=TnhkH7YzUb8) “Ana” mənzum dramının teatr tamaşası yerləşdirilib. Dərsdə rollar üzrə oxu ilə yanaşı, həmin tamaşadan parçaların nümayiş etdirilməsi də faydalıdır.
Müəllim I hissədəki ayrı – ayrı səhnələri (Səlma ananın İsmətlə Qanpoladın məktubu barədə söhbəti, İsməti güdən Orxanla İzzətin söhbəti, İsmətlə Orxanın qarşılaşması, İsmətin Orxanın niyyətini qardaşı Səlimə xəbər verməsi, Səlmanın İsmətə Qanpoladın gəlməsi xəbərini çatdırması) rollar üzrə oxu üçün şagirdlər arasında bölüşdürür.
Əsərin rollar üzrə ayrı-ayrı parçalar şəklində oxunduğu üçün teatr tamaşasında olduğu kimi parçalararası fasilələlər edilməsi təbiidir. Bu fasilələrdə tanış olmayan sözlərin mənası aydınlaşdırılır, hadisələrin inkişaf xəttinə, ayrı-ayrı detallara diqqət yetirilir.
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər I hissəni bir daha nəzərdən keçirib, mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar.
1.  Əsərin birinci hissəsini rollar üzrə oxuyun, tanış olmayan sözlərin mətnə müvafiq mənasının aydınlaşdırılmasında fəal iştirak edin.
2.  Oxuduğunuz hissəni bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın.
3.  Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin və ümumiləşdirin.
4.  Çıxardığınız  nəticələr  barədə  təqdimatlar  əsasında  fikir  mübadiləsi  və  müzakirə aparın. 
Kiçik qruplarda birləşən şagirdlər hazırladıqları cavabları dəqiqləşdirirlər.
Məlumat mübadiləsi və müzakirəsi. Suallar əsərdə konfliktin necə yarandığını və inkişaf etdiyini izləməyə imkan verir. Bu isə öz növbəsində həm dram janrının xüsusiyyətlərini mənimsəməyə, həm də əsərin təhlilinə zəmin yaradılır. Eyni zamanda şagirdlərdə ilkin qavrama zamanı emosional ovqat yaranır.
Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə,  fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələrin edilməsinə, təkliflərin irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir. Deyilənlərin ümumiləşdirilməsi,  sistemə salınması, tədqiqat sualına doğru cavabın tapılması həmin mərhələdə diqqət yetirilən başlıca məsələlərdən olur.
Nəticənin şıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində indiyə qədər deyilənlərin ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Şagirdlər dramda sətiraltı mənaların olduğunu, ədibin məhəbbəti deyil, cəmiyyətdəki ədalətsizlikləri, dövrün ictimai eyiblərini  ön plana çıxardığını qeyd edirlər.
Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları
Aydınlaşdırma
Müəyyənləşdirmə
İstifadəetmə
Nümayişetdirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından bəzən çətinliklə aydınlaşdırır.
Tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini bəzən çətinliklə müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.
Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladılır.




Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının məzmununun mənimsədilməsi  (2-ci saat)


Standartlar
Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) Dramlardə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
Dramda tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəy­yən­ləşd­irir.
Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5.Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
Dramla bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilmə səviyyəsi yığcam müsahibə və müzakirə ilə müəyyənləşdirilə bilər.
Tədqiqatın aparılması
Evdə oxunmuş hissəni bir daha nəzərdən keçirən şagirdlər mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar. Sonra kiçik qruplarda birləşən şagirdlər cavablarını dəqiqləşdirirlər. Bu mərhələdə sonra təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə həyata keçirilir. Təqdimat və çıxışlarda bədii təsvir vasitələrindən necə istifadə edilməsinə, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğuna diqqət yetirilir.
Dərslikdəki “Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı tapşırıqların fərqli olaraq yerinə yetirilməsi məqsədəuyğundur.
1.Bilik və bacarıqlarınızı tətbiq edin.

1.     Hadisələrin başlanğıcını, münaqişənin (ziddiyyətin)yaranmasını, inkişafını,ən gərgin, yüksək mərhələyə çatmasını və həll olunmasını (açılmasını) bir-iki cümlə ilə yazın.


6. Əsərin  ikinci hissəsində  işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin,  dəftərinizdə, yaxud iş vərəqində çəkdiyiniz cədvəldə yazın.

Bədii təsvir və ifadə vasitəsi
İşləndiyi cümlə



Görülmüş işlər nəticənin çıxarılmasına, ümumiləşdirməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, H.Cavidin bu mövzuda əsər yazması təsadüfi deyildir. Ananı müqəddəs sayan, onu yüksək dəyərləndirən şair pak, ülvi hislərlə yaşayan, hər cür pislikdən, şərdən yüksəkdə dayanan ana obrazı yaratmaya bilməzdi. 
Çıxarılmış nəticənin tədqiqat sualı və şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları
Aydınlaşdırma
Müəyyənləşdirmə
İstifadəetmə
Nümayişetdirmə

I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.
Tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından bəzən çətinliklə aydınlaşdırır.
Tanış olmyan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.
Dram janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.
Dram janrına məxsus xüsusiyyətləri bəzən çətinliklə müəyyənləşdirir.
Dram janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini bəzən çətinliklə müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu çətinliklə aydınlaşdırır.
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.
Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.


Evdə iş

Əsərlə bağlı təəssüratınızı ikihissəli gündəlikdə yazın.



Mövzu: Hüseyn Cavidin "Ana" mənzum dramının təhlili üzrə iş  (3-cü saat)

Standartlar
Təlim nəticələri
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.
Fərqli vəziyyətlərdə danışığından – nitqindən, çıxış etməklə obrazı səciyyələndirir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildiririr.
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
Dramla bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə edilməsi məqsədəyuğundur.
Motivasiya, problemin qoyuluşu. Müəllim motivasiyanı qarşıya qoyduğu məqsəddən, təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək  müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında yığcam müsahibə aparmaq və nəticədə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmaq vaxta qənaət baxımından məqsədəuyğundur.
Motivasiyanın yaradılmasının digər variantı internetdən ( You Tube)  Azərbaycan Respublikasının xalq artisti Seynəb Xanlarovanın ifasında “Ananın səsi” mahnısının dinlənilməsi (http://www.portall. zp.ua/video/zeynb-xanlarova-anann-ssi/id-wNK5buxyaIZ.html) ola bilər.
Tədqiqat sualı. “Dramda H. Cavidin insanları xeyirxahlığa, yer üzündə qan tökməməyə çağırışı öz əksini tapmışdır” fikrini doğru saymaq olarmı?
Tədqiqatın aparılması. Dramın təhlili ilə bağlı tədqiqat işini fərqli məzmunda və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığa müraciət edilməsi faydalıdır.
Əsərin təhlilinə hazırlaşın.
1.        Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.

Bilirsiniz ki, həyatı əksetdirmə üsuluna görə bədii əsərlər üç növə ayrılır. Onlardan biri dramatik növdür. Bu növə məxsus əsərlərdə həyat hadisələri obrazların danışığı – nitqi, hərəkətləri ilə əks olunur. Bu növün janrlarından olan dramda əks mövqədə duran qüvvələrin münaqişəsinə, mübarizəsinə geniş yer verilir. Belə əsərlərdə həm komik, həm də faciəvi məqamlar əksini tapa bilir.
Dram həm nəsr, həm də nəzm (şeir) şəklində olur. “Ana” nəzmlə yazıldığı üçün mənzum dram adlanır.
1909-cu ildə qələmə alınmış “Ana” dramında ağır faciə ilə üzləşən ananın yüksək insani hisləri, mərhəməti, pislik və şərdən ucada dayanması təsirli bədii boyalarla əks etdirilmişdir.
Əsərin təhlili zamanı aşağıdakı sitatlardan istifadə edin, onlara münasibətinizi bildirin.
1.    ”Heca vəznində yazdığı bir pərdəli “Ana” pyesi H.Cavidin ilk mənzum dramıdır... Pyesin qəhrəmanı Səlma qonaqpərvər, mərd və məğrur qadındır...Müəllif, hər şeydən əvvəl, mürəkkəb, dolğun, yaddaqalan xarakter, tipik müsbət ana surəti yaratmışdır... Sözündə sadiq, fikrində əqidəsində  qayim olan ana, oğlunu öldürənə mərhəmət edir, intiqam hissindən daşınıb, onun günahından keçir. Ana – Səlma  bu daxili mənəvi böhrandan milli adət və ənənəyə əsaslanan böyük insani hislə çıxır.” (Mir Cəlal, F.Hüseynov.)
2.    “Əsərin mərkəzində əsl faciə qəhrəmanlarına malik fəadakar, nəcib, alicənab, vüqarlı ana obrazı dayanır. Səlma, onun oğlu Qanpolad, gəlini İsmət kiçik bir qismətlə də olsa, qane olub yaşamağa, xoşbəxt ömür-gün sürməyə layiqdirlər. Lakin bu, mümkün deyil. Onlar kimsəsiz, köməksizdirlər. Mühit onlara düşmən olduğundan onlar daima təşviş və qorxu içindədirlər. Köməksizlərə, təhlükəyə düşənlərə kömək etməyə hazır olan Səlmanın özü kömək axtarır, yeganə pənahını, ümidini, havadarını tanrıda görür.” (Mehdi Məmmədov)

Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallara yaradıcı yanaşmaqla iş vərəqlərində şagirdlərə (qruplara) təqdim edir.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Səlma ana obrazını səciyyələndirin. Cədvəldəki tələbləri nəzərə alın.

                                                  Səlma ana obrazı
Nitqi – danışığı üçün səciyyəvi olan cəhətlər

Xarakterindəki başlıca xüsusiyyətlər

Müəllifin ona münasibəti

Sizin ona münasibətiniz


3. Qanpoladı səciyyələndirən başlıca cəhətlər hansılardır? Onun qan tökməmək, qatildən qisas almamaq fikrinə necə münasibət bəsləyirsiniz?
4. İsmətin xarakterindəki başlıca cəhətləri müəyyənləşdirin. Fikrinizi nümunələrlə əsaslandırın.
5. Orxanın xarakterindəki hansı cəhətlər diqqəti daha çox cəlb etdi? Onun nitqinə, davranış və əməllərinə əsaslanmaqla fikrinizi aydınlaşdırın.
6. Murad obrazı haqqında nə düşünürsünüz?  Ona münasibətinizi əsaslandırın.
7. Müəllif əsəri nə üçün dram adlandırmışdır? Əsərdə dram janrına xas olan hansı xüsusiyyətləri göstərə bilərsiniz?
8. Dramın mövzusunu  və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Çıxardığınız nəticəyə əsasən  cədvəldə qeydlər edin.

Dramın mövzusu
Əsərdə qaldırılan başlıca problem
Problemin həllini  yazıçı nədə görür?
Siz necə fikirləşirsiniz?





9. Əsərdəki başılıca fikir-ideya nədir? Fikrinizi əsaslandırın.


 Qrupların işini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda istiqamətləndirici suallarla şagirdlərə yardım edir.
Məlumat mübadiləsi və müzakirəsi. Qruplar apardıqları tədqiqatın nəticələrini müxtəlif yollarla təqdim edirlər. Bu baxımdan obrazların səciyyələndirilməsi ilə bağlı cədvəllərin lövhədə çəkilməsi və orada qeydlər aparılması və ya ayrıca vərəqdə səciyyələndirmə cədvəlinin işlənilməsi, şərh edilməsi mümkündür.
Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, sitatlardan, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə olunduğuna diqqət yetirilir.
Ananın öz oğlunun qatilini ölümdən xilas etməsinə münasibət müzakirə zamanı birmənalı olmaya bilər. Şagirdlərin bir qismi ananın humanizmi, xeyirxahlığı təmsil etdiyini əsas götürərək,onun hərəkətinə haqq qazandırdığı halda, digər qismi ananın qatilə münasibətdə səhvə yol verdiyini söyləyir, qatilin cəzalandırılmasının daha ədalətli olması fikrinə tərəfdar çıxırlar.
Bu baxımdan dərsdə kiçik debatın (çarpaz müzakirənin)  təşkili üçün də əlverişli imkan yaradır. Müəllim ananın hərəkətinə haqq qazandıranlarla, onun hərəkətini səhv sayanlar arasında diskussiya təşkil etməklə üçüncü tərəfi - mövqeyini dəqiqləşdirməmiş şagirdləri inandırmaq vəzifəsini qarşıya qoya bilər. Üçüncü tərəf hər iki tərəfin mövqeyini, mülahizə və dəlillərini dinləyib öz seçimini etməlidir.
Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə,  fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələrin edilməsinə, təkliflərin irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir.
Nəticənin şıxarılması, ümumiləşdirmənin aparılması mərhələsində müzakirə zamanı söylənilən fikirlər. Mülahizələr ümumi ideya halına salınır. Görülmüş işlərin nəticəsində şagirdlərdə belə qənaət yaranır ki, əsərdə şərin, qəddarlığın  humanizm, xeyirxahlıq yolu ilə aradan qaldırılacağına inam hissi öz əksini tapmışdır.
Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir
 Qiymətləndirmə. 
Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Səciyyələndirmə
Şərhetmə, münasibətbildirmə
İstifadəetmə
Müqayisəli şərhetmə
Nümayişetdirmə

I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Danışığından – nitqindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.

Danışığından- nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.
Danışığından-nitqindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.
Danışığından-nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Dramın ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.
Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.
Dramla bağlı təqdimat və çıxışlarında  sitatlardan,  bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.
Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.
Dramla bağlı fikirlərini müqayisə əsasında çətinliklə şərh edir
Dramla bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.
Dramla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.

Müzakirələrdə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını bəzən çətinliklə nümayiş etdirir.
Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Evdə iş
Dramın məzmunu ilə səsləşən atalar sözlərini seçib dəftərinizə yazın.
        Ana haqqı, tanrı haqqı.
        Anası namaz üstə imiş.
        Qanı qanla yumazlar.
        Ana evin dirəyidir.
        Ana səbri böyükdür.
        Qanlıyam, qapından girmişəm.

Seçdiyim atalar sözləri
Bunun səbəbi






Комментариев нет:

Отправить комментарий