Lirik şeirin məzmununun mənimsədilməsi və təhlili üzrə dərs planı nümunəsi
II qrup
Mövzu: Ə.Cavad. AZƏRBAYCAN! AZƏRBAYCAN! — 3 saat
Birinci saat: Əsərin məzmunu üzrə iş.
|
Standartlar
|
Təlim nəticələri
|
1.1.1. Heca vəznli
şeirlərdə və sadə süjetli bədii əsərlərdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış
olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır.
|
Şeirdə tanış olmayan sözlərin
mənasını lüğətlərdən stifadə etməklə aydınlaşdırır.
|
1.1.5. Heca vəznli şeirlərdə,
sadə süjetli ədəbi nümunələrdə bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.
|
Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir.
|
2.1.1. Bədii nümunələrlə bağlı
şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə
edir.
|
Şeirlə
bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə
edir.
|
Dərsin
tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş
forması: fərdi iş, bütün siniflə birgə iş.
Metod
və priyomlar: əqli hücum,
müsahibə, ikihissəli gündəlik.
Təchizat: dərslik, iş
vərəqləri, bədii oxu ustasının ifasını dinləmək üçün vasitə (maqnitofon, kompüter),
lüğətlər.
Dərsin gedişi
Ev
tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi
əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarına
müraciət etməsi məqsədəuyğundur.
Motivasiya,
problemin qoyuluşu. Dərsin
bu mərhələsini fərqli variantlarda təşkil etmək olar. Rəmzi materiallardan (musiqi
parçasının səsləndirilməsi, bədii nümunədən yığcam təsvirin oxusu, rəssamlıq əsərinin
nümayiş etdirilməsi və s.) istifadə etməklə motivasiyanın yaradılması
mümkündür. Dərslikdəki “Yada salın” başlıqlı sual (Vətənimizə – Azərbaycana həsr
olunmuş hansı əsərləri xatırlayırsınız?) əsasında müsahibə aparmaqla da tədqiqat
sualını müəyyənləşdirmək olar.
Tədqiqat sualı: Vətənə həsr olunmuş
əsərlərdə oxucunu daha çox nə maraqlandırır?
Şagirdlərin
fikirləri – fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər aparılır.
Tədqiqatın
aparılması. Tədqiqat
aşağıdakı tapşırıq üzrə işlə başlanır:
- Əsəri oxuyun
(bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s.
şəkildə yerinə yetirə bilərsiniz).
ә i şBədii oxu ustasının
ifasında (müəllimin nümunəvi ifadəli oxusu ilə də əvəz oluna bilər) şeirin bir
neçə bəndinin dinlənilməsi faydalıdır. Bu, sinifdə əsərin məzmununa müvafiq
ovqatın yaranmasına səbəb olur. Sonra əsərin oxusu həyata keçirilir. Bu, fərqli
oxu formalarının tətbiqi ilə reallaşdırıla bilər. İkihissəli gündəliyə üstünlük verən müəllim onun tətbiqi
qaydalarını müsahibə ilə xatırladır. Aşağıdakı nümunənin şagirdlərə nümayiş etdirilməsi
faydalıdır.
Əsərdə diqqətimi daha çox cəlb edənlər
|
Bunun səbəbi
|
Dağlarının başı qarlı,
Sinəsi yaşıl
ormanlı,
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
|
Gözlərimin önündə
gözəl mənzərələr canlanır.
|
Durnagözlü bulaqların,
Cənnət kimi yaylaqların,
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
|
Maraqlı epitet, bənzətmə
işlədilib.
|
İkihissəli
gündəlik üzrə fərdi olaraq işləyən şagirdlər tanış olmayan sözlərin mənasının
aydınlaşdırılmasını, bədii təsvir vasitələrinin müəyyənləşdirilməsini diqqət mərkəzində
saxlayırlar. Şagirdlərə izah olunur ki, onlar müstəqil aydınlaşdıra bilmədikləri
məsələləri, izahına ehtiyac duyduqları sualları və s. ikihissəli gündəlikdə əks etdirə bilərlər. Zərurət yaranan məqamlarda
müəllim istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərə kömək edir.
İşin
icrasına ayrılan vaxt başa çatdıqdan sonra şagirdlərin cütlük şəklində fikir
mübadiləsi aparmalarına imkan yaradılır. Sonra təqdimatlar (hər bir şagirdin
ayrılıqda təqdimat etməsinə imkan yaradıla bilər) əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Nəticə, ümumiləşdirmə mərhələsində şagirdlərdə belə bir qənaət
möhkəmlənir ki, vətən mövzusunda yazılmış əsərlərdə oxucunu daha çox doğma
yurdun əzəməti, gözəllikləri, tükənməz sərvəti, başlıcası isə ona insanların
sonsuz məhəbbətinin ifadəsi maraqlandırır.
Çıxarılmış
nəticələr fərziyyələrlə və tədqiqat sualı ilə müqayisə edilir.
Dərslikdə təklif edilmiş təqdimat
mövzuları üzrə (a) “Şeirdə vətənimiz haqqında yeni nə öyrəndim?” Öyrəndiyiniz
yeni sözlərdən istifadə edin. b) “Şeirdə ən çox xoşladığım bəndlər
hansılardır?” Seçiminizi əsaslandırın. ) şagirdlərin fərdi müstəqil işi təşkil
olunur. Bu, əvvəlki mərhələlərdə aparılan işin davamı kimi özünü göstərir və təhlilin
səmərəliliyində əhəmiyyətli rol oynayır. Səciyyəvi təqdimatların dinlənilib
müzakirə edilməsinə, öyrənilmiş yeni sözlərdən necə istifadə olunduğuna xüsusi
diqqət yetirilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni
müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə meyarları:
Aydınlaşdırma
Müəyyənləşdirmə
Təqdimatetmə
istifadəetmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə
aydınlaşdırmaqda çətinlik çəkir.
|
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən suallar verməklə
və kömək əsasında aydınlaşdırır.
|
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, əsasən
aydınlaşdırır.
|
Şeirdə Tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə
aydınlaşdırır.
|
Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.
|
Şeirdə bədii təsvir vasitələrini suallar verməklə və kömək əsasında
müəyyənləşdirir.
|
Şeirdə bədii təsvir vasitələrini əsasən müəyyənləşdirir.
|
Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir.
|
Şeirlə bağlı şifahi təqdimatlar etməkdə, öyrəndiyi yeni sözlərdən
nitqində istifadədə çətinlik çəkir.
|
Şeirlə bağlı şifahi təqdimatları müəllimin köməyi ilə edir, öyrəndiyi yeni sözlərdən nitqində qismən
istifadə edir.
|
Şeirlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində əsasən
istifadə edir.
|
Şeirlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə
edir.
|
Müəllim
dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın (Əsərdə işlənmiş bədii təsvir
və ifadə vasitələrinin növünü dəqiqləşdirin) evdə
yerinə yetirilməsini şagirdlərə xatırladır.
Mövzu: Ə.Cavad. AZƏRBAYCAN! AZƏRBAYCAN! — 3 saat
İkinci saat: Təhlil üzrə iş
|
Standartlar
|
Təlim nəticələri
|
1.2.3. Şifahi və yazılı ədəbiyyat
nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu
aydınlaşdırır.
|
Şeirin təsir gücünün
artmasında bədii təsvir vasitələrinin
rolunu aydınlaşdırır.
|
1.2.4.
Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət
bildirir.
|
Şeirin ideyasını
aydınlaşdırır, münasibət bildirir.
|
2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.
|
Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirir.
|
Dərsin
tipi: induktiv, bədii əsərin öyrənilməsi.
İş
forması: kiçik qruplarda iş, bütün siniflə birgə iş.
Metod
və priyomlar: əqli hücum,
müsahibə, problemin həlli.
Təchizat: dərslik, iş vərəqləri.
Dərsin gedişi
Ev
tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi
əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət
etməsi məqsədəuyğundur.
Motivasiya, problemin
qoyuluşu. Bu
mərhələni fərqli variantlarda təşkil etmək mümkün olsa da, dərslikdəki
“Düşünün” başlıqlı sual (Doğma yurda həsr olunmuş əsərlər üçün oxşar cəhətlər nə
ola bilər?) əsasında müsahibənin aparılması və tədqiqat sualının müəyyənləşdirilməsi
vaxta qənaət baxımından daha məqsədəuyğundur.
Tədqiqat sualı: Ə. Cavadın “Azərbaycan!
Azərbaycan!” şeirinin yüksək dəyərləndirilməsinə səbəb, sizcə, nədir?
Şagirdlərin
fikirləri – fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər aparılır.
Tədqiqatın
aparılması. Tədqiqat
sualının aydınlaşdırılması üçün fərqli təlim metodlarından, iş formalarından
istifadə etmək mümkündür. Dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin”
başlıqlı suallardan istifadə olunması bütün hallar üçün məqsədəuyğundur.
1.Şeirin, demək olar, bütün bəndlərində Azərbaycan təbiətinin gözəllikləri
xatırladılır. Bunun səbəbini necə izah edərsiniz?
2. Ölkəmizin zəngin təbii sərvəti, nemətləri şeirdə bircə-bircə
sadalanır. Şair bunu nə məqsədlə edir, onun niyyəti nədir?
3. “Qorxun yoxdur, düşmanın var” misrasına diqqət yetirin. Şairi haqlı
saymaq olarmı?
4.
Əsərdəki başlıca fikir – ideya nədir?
Kiçik
qruplarda iş forması seçilərsə, şagirdlər məlum üsullardan birinin tətbiqi ilə
qruplara bölünür. Hər qrupa iş vərəqi təqdim olunur. Tapşırığın icrası üçün
ayrılan vaxt elan edilir. Hər qrupun və qrup üzvlərinin fəaliyyətini müşahidə
edən müəllim ehtiyac yarananda şagirdlərə istiqamət (suallarla, fərqli nümunələr
nümayiş etdirməklə, qazanılmış bilikləri xatırlatmaqla və s.) verir.
Tapşırığın icrası bütün
qrupların “əsərlə bağlı açıqlamalar” mətni ilə tanışlığını nəzərdə tutur: “Bu şeir ədəbiyyatımızda “Azərbaycan” adlı onlarca əsərin yazılmasına səbəb
olmuşdur. Onun maraqlı məzmunu, ölməz ideyası şairləri həmişə cəlb etmiş, bu
mövzuda əsər yazmağa ruhlandırmışdır. “Azərbaycan! Azərbaycan!” şeirini
oxuduqca oradakı ahəngi, axıcılığı duydunuz. Şair bu ahəngi yaratmaq üçün
bir-biri ilə səsləşən (tələffüz edərkən bir-birinə oxşayan) sözlərdən istifadə
etmişdir. Bu sözlər qafiyə adlanır.
Yuxarıdakı bənddə işlənmiş qarlı, ormanlı, barlı həmqafiyə sözlərdir. Ahəng yaradan vasitələr
çoxdur. Bunlardan biri misradır. Şeirdə
hər sətir misra adlanır. Misraların birləşməsindən şeirin bitkin parçası – bənd yaranır. Misralar məzmunca bir-biri ilə əlaqəli olduğu kimi, bəndlər də
məzmunca bağlı olur.” İş vərəqləri fərqli məzmunda hazırlana bilər.
I qrup
Dərsliyinizdəki “Əsərlə bağlı açıqlamalar” mətnini
oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən istifadə edin.
|
Tapşırıq:
1. Şeirin, demək
olar, bütün bəndlərində Azərbaycan təbiətinin gözəllikləri xatırladılır.
Bunun səbəbini necə izah edərsiniz?
2. “Əsərin əsas
ideyası doğma təbiətin gözəlliyinə diqqəti cəlb etməkdir” fikrini doğru
saymaq olarmı? Fikrinizi əsaslandırın.
|
II qrup
Dərsliyinizdəki
“Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən
istifadə edin.
|
Tapşırıq:
1.
Ölkəmizin zəngin təbii sərvəti, nemətləri şeirdə bircə-bircə sadalanır. Şair
bunu nə məqsədlə edir, onun niyyəti nədir?
2.
“Əsərin əsas ideyası vətənimizin zəngin təbii sərvəti, nemətləri barədə təsəvvür
yaratmaqdır” fikrini doğru saymaq olarmı?
Fikrinizi əsaslandırın.
|
III qrup
Dərsliyinizdəki
“Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən
istifadə edin.
|
Tapşırıq:
1.
“Qorxun yoxdur, düşmanın var” misrasındakı fikrə görə şairə haqq qazandırmaq
olarmı?
2.
“Əsərin əsas ideyası diqqəti ölkəmizin qüdrətli olmasına cəlb etməkdir”
fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın.
|
IV qrup
Dərsliyinizdəki
“Əsərlə bağlı açıqlamalar” mətnini oxuyun, tapşırığa cavab hazırlayarkən öyrəndiklərinizdən
istifadə edin.
|
Tapşırıq:
1.
“Əsərin əsas ideyası vətənə sonsuz məhəbbətin ifadəsidir” fikrini doğru
saymaq olarmı? Fikrinizi əsaslandırın.
2.
Bu fikri doğru sayırsınızsa, şairin buna necə, hansı bədii təsvir vasitələrinin
köməyi ilə nail olduğunu aydınlaşdırın.
|
İşin
icrasına ayrılan vaxt başa çatdıqdan sonra qazanılmış məlumatın mübadiləsi həyata
keçirilir. Hər qrupun bir üzvü – lideri öz işlərinin nəticələrini şərh edir.
Çıxış edənlərə digər qrupların üzvləri suallar verir, cavabla razılaşmadıqda əlavələr
edir, öz mövqelərini əsaslandırmağa çalışırlar. Bu mərhələ məlumatın müzakirəsi mərhələsi ilə qovuşur. Müzakirədə cavablardakı nöqsanların aradan
qaldırılmasına, fikirlərin əlaqələndirilməsinə xüsusi önəm verilir.
“Tətbiq,
Müzakirə. Yaradıcı iş” başlığı altında verilmiş aşağıdakı tapşırıqlar şagirdlərin
mövzu üzrə qazandığı bilikləri yaradıcı tətbiqini sövq etmək niyyəti izləyir: 1.Digər fənlərdən, eləcə də
müxtəlif mənbələrdən topladığınız məlumat əsasında ölkəmizin nadir
təbii sərvətlərinin adını və yerləşdikləri bölgələri
müəyyənləşdirin.
2. Azərbaycana həsr olunmuş məşhur mahnılardan birinin bəstəçisinin
və ən yaxşı ifaçısının adını müəyyənləşdirin. Həmin nümunəni seçməyinizin səbəbini
aydınlaşdırın.
Müzakirə zamanı
şagirdlərin digər fənlər, müxtəli mənbələr üzrə
qazandıqıqları biliklərdən istifadə etmələri, mövzu üzrə bacarıqlarını müstəqil tətbiq etmələri
diqqət mərkəzində saxlanılır.
Nəticənin
çıxarılması, ümumiləşdirmənin aparılması. Müzakirə başa çatdıqdan sonra
qrup işlərinin nəticələri ümumiləşdirilir. Çıxarılmış nəticələr fərziyyələrlə,
tədqiqat sualı ilə müqayisə edilir.
Qiymətləndirmə. Formativ qiymətləndirməni
müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.
Qiymətləndirmə
meyarları:
Aydınlaşdırma
Münasibətbildirmə
I səviyyə
|
II səviyyə
|
III səviyyə
|
IV səviyyə
|
Şeirin təsir gücünün
artmasında bədii təsvir vasitələrinin
rolunu aydınlaşdırmaqda çətinlik çəkir.
|
Şeirin təsir gücünün
artmasında bədii təsvir vasitələrinin
rolunu suallar verməklə, müəllimin köməyi ilə aydınlaşdırır.
|
Şeirin təsir gücünün
artmasında bədii təsvir vasitələrinin
rolunu əsasən aydınlaşdırır.
|
Şeirin təsir gücünün
artmasında bədii təsvir vasitələrinin
rolunu rolunu aydınlaşdırır.
|
Şeirin ideyasını
aydınlaşdırmaqda, münasibət bildirməkdə çətinlik çəkir.
|
Şeirin ideyasını aydınlaşdırır, suallar və
müəllimin köməyi ilə münasibət bildirir.
|
Şeirin ideyasını aydınlaşdırır, əksər hallarda münasibət bildirir.
|
Şeirin ideyasını aydınlaşdırır, münasibət bildirir.
|
Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə münasibət bildirməkdə çətinlik
çəkir.
|
Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə
qismən münasibət bildirir.
|
Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə əsasən
münasibət bildirir.
|
Şeirlə bağlı müzakirələrdə söylənən fikirlərə
münasibət bildirir.
|
Müəllim
dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın (“Vətən insan üçün niyə əzizdir?”
mövzusunda yığcam esse yazın)
evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.
|
Комментариев нет:
Отправить комментарий