Nəzakətli və ağıllı yaponlar əldə etdiyi uğurlara və kəşflərinə
görə, bütün dünyada örnək göstərilir. Bəs yaponların bu qədər uğur qazanmasının
sirri nədir?
Aparılan bir çox
araşdırmalar göstərir ki, bu xalqın uğurları onların təhsil sistemindən
asılıdır.
4-cü sinfə qədər imtahan
yoxdur
Yaponiyada 4-ci sinfə
qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını
ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını
öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və
heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl
etmək, ədalət, səxavət, şəfqət, ünsiyyət qurmağın yolları və digər bu kimi
müsbət keyfiyyətlər öyrədilir.
Akademik il 1 apreldə
başlayır
Bir çox məktəb və universitetlərin
sentyabrda başlamasına baxmayaraq, Yaponiyada akademik təqvim 1 apreldə, gilas
ağaclarının çiçəkləndiyi dövrdə başlayır. Akademik il 3 semestrə
bölünür: 1 aprel-20 iyul, 1 sentyabr-26 dekabr, 7 yanvaq-25 mart.
Xadimə yoxdur
Yapon məktəblərinin çoxunda xadimə yoxdur. Sinifləri,
hətta tualetləri də şagirdlər özləri təmizləyir. Şagirdlər kiçik qruplara
ayrılır və vəzifə bölgüsü aparırlar. Yaponiyada uşaqlara hələ kiçik yaşlarından
komanda halında işləməyi və bir-birinə yardım etməyi öyrədirlər. Bu vəzifələr
uşağın gələcəyi üçün vacib sayılır.
Günorta yeməklərini sinifdə yeyirlər
Yapon təhsil sistemi şagirdlərin sağlam və balanslı
qidalanmasına da əhəmiyyət verir. Şagirdlərin hər günorta nə yeyəcəyinə isə
peşəkarlar qərar verir. Onu da qeyd etmək lazımdır ki, şagirdlər yeməyi
sinifdə, həm də müəllimləri ilə birlikdə yeyir.
Məktəbdən sonra məşğələ
Yaponiyada şagirdlər dərsdən sonra ya hazırlığa gedir,
ya da əlavə məşğələlərə qalır. Bu məktəblərin dərsləri axşamlar keçirilir.
Uşaqların axşam saatlarında məktəbdən evə qayıtması Yaponiyada çox normaldır.
Ümumilikdə, yapon şagirdlər gündə 8 saat dərs oxuyur.
Yapon kalliqrafiyası və poeziya dərsləri
Bu ölkədə klassik məktəb dərslərindən başqa şagirdlərə
öz mədəniyyətlərinə və çoxəsrlik ənənələrinə hörmət etmələri də öyrədilir.
Məsələn, yapon kalliqrafiyası onlarda vacib dərs sayılır. Xatırladaq ki,
kalliqrafiya bambuk çubuğunu mürəkkəbə batırıb düyü kağızına heroqlifik yazmaq
sənətinə deyilir. Digər bir dərs isə Yapon poeziya sənəti Haykudur.
Demək olar ki, bütün məktəblərdə uniforma
məcburidir
Bəzi məktəblərin öz uniformaları olmasına baxmayaraq,
məktəblərin çoxunda şagirdlər ənənəvi yapon geyimləri geyinirlər. Kişilər
hərbi, qızlar isə dənizçi tərzində geyinir. Uniformaların əsas məqsədi
məktəblərdə sosial baryerləri qaldırmaq və uşaqlar arasında varlı-yoxsul
təbəqəsinin hiss olunmamasını təmin etməkdir.
Məktəbə iştirak faizi 99.99
Hər kəsin həyatında 1 dəfə də olsa, məktəbdə getmədiyi
gün olub. Ancaq yapon şagirdləri dərsdən qalmaq bir yana, dərsə heç vaxt
gecikmirlər. Dərsə gecikmək tərbiyəsizlik sayılır.
Qəbul imtahanları
Bizdəki kimi Yaponiyada da şagirdlər məktəbi
bitirdikdən sonra imtahan verir. Amma onların imtahanları bizimkindən xeyli fərqlənir.
Yaponiyada ali təhsil ocaqlarına qəbul balları o qədər yüksəkdir, tələbələrin
76s-i təhsilinə davam etdirir. Universitetlərin istədiyi balı toplamayan
tələbələr kəsilir. İmtahana hazırlıq dövrünə isə tələbələr öz aralarında
"İmtahan cəhənnəmi" deyir.
Universitet illərinə
"tətil" deyilir
Yaponiyada imtahan
cəhənnəmini keçən tələbələrə qısa tətil verilir. Bu ölkədə universitet insan
həyatının ən gözəl dövrü hesab edilir. Ona görə də yaponlar
universitet illərinə tətil deyirlər.
http://publika.az/news/maraqlidunyasi/146765.html
Комментариев нет:
Отправить комментарий