четверг, 17 апреля 2014 г.

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmə

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair
MÜVƏQQƏTİ TƏLİMAT
Azərbaycan Respublikası təhsil nazirinin
sentyabr 2013-cü il tarixli 792 nömrəli
əmri ilə təsdiq edilmişdir

Bu müvəqqəti Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında 3 iyun 2010-cu il tarixli 103 nömrəli və
"Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının təsdiq edilməsi
haqqında" 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarlarının icrasını təmin etmək məqsədilə tətbiq edilir.

 1. Ümumi müddəalar
 1.1. Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni
məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur.
1.2. Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.

2. Diaqnostik qiymətləndirmə
2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və
bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır.
2.2. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir.
2.3. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, təhsilalan haqqında müvafiq
yazılı qeydlər təhsilalanın portfoliosunda saxlanılır.

3. Formativ qiymətləndirmə
3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn
bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan
problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.
3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.
3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş
qiymətləndirmə meyarlarına görə aparılır.
3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri
hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə
uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır. 3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ
qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.
3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil
ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.

4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır.
4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd
olunur.
4.3. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə
vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim
tərəfindən keçirilir.
4.5. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən
yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
4.6. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin
hesablanmasında nəzərə alınır.
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.
4.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik
səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə
aid olmaqla) hazırlanır.
4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən
şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q"(qaib) yazılır,
məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi
tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.
4.10. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə
qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə
böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində
iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur.
4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil
müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak
etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən
2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə
qiyməti "0" qəbul edilir.
4.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan
tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır. 4.13. Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun
nəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin
cəmi əsasında aşağıdakı düsturla çıxarılır:

Burada, Y- şagirdin 1-ci və ya 2-ci yarımil üzrə qiymətini;

- kiçik summativ qiymətləndirmələrin nəticələrini;

BSQ - yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.

Şagirdin yarımillik qiyməti çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.

4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:

Burada: Y1 - 1-ci yarımil üzrə qiyməti, Y2 - 2-ci yarımil üzrə qiyməti göstərir.
4.15. Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə uyğun
müəyyənləşdirilir:

Комментариев нет:

Отправить комментарий