пятница, 27 декабря 2019 г.

Ədəbiyyat dərslərində keys metodunun tətbiqi

Proqramlar, Dərs vəsaitləri, Məqalələr, Tövsiyələr, Soruşun cavab verək


Ədəbiyyat dərslərində keys metodunun tətbiqi
Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həll yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemli  situasiyanın təsvir edilməsidir.
Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:
1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
4. Problemin müəllif qiymətləndirməsinin olması.
Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədə müvafiqdir.
Keys ilə iş mərhələləri.
1. Mətni oxuyun.
2. Mətndə hansı problemdən bəhs edildiyini müəyyən edin.
3. Problemin (yaxud problemlərin) özünü nədə təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin. (“Əqli hücum”).
5. Qrupun qərarını təqdim etməyə hazırlayın.
6. İşin yekununun təqdim edin.

Ədəbiyyat dərslərində keys texnologiyasından istifadə imkanları genişdir. Bülə ki, dərsdə təlim situasiyası təhlil edilir, bədii əsərdə qaldırılmış problemin,real   həyati situasiyanın  həlli yolu müəyyənləşdirilir.  Bu zaman şagird problemin həlli üçün yalnız əsərdə təsvir olunan hadisədən çıxış etmir, həm də öz əvvəlki biliklərindən istifadə edir.
Əsərdə qoyulmuş problemin həlli yolları müxtəlif ola bilər. Məsələn, C.Məmmədquluzadənin “Anamın kitabı” əsəri öyrənilərkən aşağıdakı keys tapşırığı verilə bilər:
-          Əsərin sonunda problemin həlli yoluna münasibət bildirin. Oğulların ananı tərk etməsi labüddürmü? Hadisələr başqa cür cətrəyan edə bilərdimi?
-          Siz bu əsərin sonluğunu necə görmək istərdiniz?
-          Müasir dövrdə əsərin qəhrəmanlarının qarşılıqlı münasibətləri ilə bağlı problemin həlli yoluna dair öz variantınızı təklif edin.

XI sinifdə İsmayıl Şıxlının “Dəli Kür” romanının sonluğu ilə bağlı keys tapşırığı belə ola bilər:
-          Sizcə, əsərin sonunda   Cahandar ağanın kazaklarla qarşılaşması, döyüşməsi, döyüşdə öldürülməsi labüd idimi?
-          Sizcə, əsərin sonunda yolları ayrılan Şamxal və Əşrəfin taleyi necə olacaq?





Комментариев нет:

Отправить комментарий