Tarix: 28 Aprel - 18:14
|
326 dəfə oxunub
|
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qiyabi təhsil üzrə bakalar qəbulu dayandırıldı. Bu il "Turizm işi" ixtisaslaşması üzrə magistraturaya bakalavr qəbulu da aparılmayacaq.
Teleqraf.com xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə 2014-2015-ci tədris ili üzrə magistraturaya yalnız əyani təhsilalma forması üzrə plan yerləri verildiyini bildirib. Plan yerlərinin sayı 6565-dir. Onlardan dövlət sifarişi üzrə olanların sayı 2547-dir.
2014-cü ildə "Jurnalistika" ixtisasını seçmək istəyənlər üçün qabiliyyət imtahanı keçirilmiş və 25 bakalavr həmin imtahandan "məqbul" alıb. 44 saylı proqramı yalnız həmin bakalavrlar seçə bilərlər. 27 saylı proqram üzrə ADPU-nun "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasına müsabiqədə yalnız Təhsil ixtisasları qrupunu bitirən bakalavrlar iştirak edə bilərlər.
Azərbaycan Turizm İnstitutunda "Turizm işi" ixtisaslaşması üzrə magistr hazırlığının aparılması nəzərdə tutulan beynəlxalq layihə yekunlaşdığına görə həmin ixtisaslaşmaya bu il qəbul aparılmayacaq.
E.Nağızadə bildirib ki, "Magistr" jurnalının 4-cü sayı nəşr olunaraq 29 aprel 2014-cü ildə bakalavrların istifadəsinə veriləcəkdir. Jurnalda 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan, Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşma seçilməsi və təsdiqi üçün təlimat, İxtisaslaşma seçimi üçün "Bakalavrın elektron ərizəsi" formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar, magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu öz əksini tapıb.
Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinə onun 2 mart 2014-cü il tarixində keçirilmiş birinci mərhələsinin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış bakalavrlar buraxılırlar.
Bunun üçün bakalavrlar 2014-cü il mayın 1-dən 5-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramlar "Magistr" jurnalının 2014-cü il 3-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar 2014-cü il mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.
İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri onlara 50 test tapşırığı(45 ədəd çoxseçimli, 5 ədəd açıq tipli) təqdim olunmaqla yoxlanılır. Bakalavrların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 4, 12, 24, 25, 29, 30, 41, 43, 44, 51, 52, 57 və 58 saylı proqramlarını seçən bakalavrlar test tapşırıqları əvəzinə yazılı imtahan verirlər.
İxtisas üzrə test suallarına cavabın maksimal balı 50-dir. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndirilir.
Google +
|
Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)
ОтветитьУдалить