пятница, 6 марта 2015 г.

Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi üçün testlər 

Metodika B variantı


41. “Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda
nə nəzərdə tutulur?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr
formasında əvvəlcədən müəyyənləşdirilməsi.
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor
fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf
etdirməklə milli və bəşəri dəyərlərin
formalaşdırlması.
C) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən
ehtiyac və tələbatlarının nəzərə alınması.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə
sistemli şəkildə əlaqələndirilməsi.

42. Aşağıdakılardan biri kurikulumun əsas
xüsusiyyətlərinə aiddir:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü
və sistemli xarakter daşımır.
B) Təklifyönümlüdür.
C) Qiymətləndirmə standartları və mexanizmləri
müəyyən edilmişdir.
D)Müəllimyönümlüdür.
E) Bilikyönümlüdür.

43. Verilənlərdən alt - standartın funksiyalarını
seçin:
1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması
üçün etibarlı zəmin yaradır.
2.Təhsil strategiyalarının düzgün seçilməsində
mühüm rol oynayır.
3.Təlimdə inteqrativliyi təmin edir.
4.Bütün növ qiymətləndirmənin aparılmasını
təmin edir.
5.Təlimin məzmununun davamlı inkişafını
təmin edir.
A) 1,3,4 B) 1,2,5 C) 2,4,5 D) 1,2,3 E) 1,3,5

44. Fənn kurikulumuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Ümumi təhsilin məzmunu
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Məzmun xətləri
E) Məzmun standartlarına verilən şərhlər

45. Taksonomiyalar təlim prosesində hansı imkanları
yaradır?
1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək.
2. Dərsin bütün mərhələləri arasında vaxtı
paylaşdırıb, onları tam şəkildə həyata keçirmək.
3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə
vasitələrini seçmək.
4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
A) 1,2 B) 1,3 C) 1,4 D) 3,4 E) 2,4

46. Bilik kateqoriyasına aid olanı seçin.
A) Psixomotor
B) Deklarativ
C) İdraki
D) Ünsiyyət
E) Emosional-affektiv

47. Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək.
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi
formalaşdırmaq.
E) Dərslik və dərs vəsaitləri hazırlamaq.

48. Müəllimin innovativ fəaliyyətinə aid olmayanları
göstərin:
1. İnnovativ təlim və informasiya texnologiyalarını
tətbiq edir.
2. Yeni təlim üsulları yaradır.
3. Təlim proresində şagirdə obyekt kimi yanaşır.
4. İnkişafetdirici, diferensial və inteqrativ
yanaşmaları tətbiq edir.
5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı
daha çox məlumat verməyə çalışır.
A) 4,5 B) 1,3,5 C) 1,2
D) 1,2,4 E) 3,5

49. Pedaqoji texnologiya:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi
yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının
ardıcıllığı.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların
məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Düzgün cavab yoxdur.

50. Perspektiv planlaşdırmaya aiddir:
A) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara
uyğun təlim nəticələrini müəyyənləşdirmək.
B)Tədris vahidlərinin və mövzuların ardıcıllığını
müəyyənləşdirmək.
C) Dərsin icmalını hazırlamaq.
D) Tapşırıqları dərsin təlim nəticələri ilə
uyğunlaşdırmaq.
E) İş vərəqləri hazırlamaq.
Metodika B variantı
Bakı şəhəri üzrə Təhsil İdarəsi

51. Problem situasiyanın yaradılması zamanı
buraxılan səhvi göstərin:
A) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün
çox çətin problem qoyur.
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
C) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb
olunur.
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə
etməklə problemin həlli yollarını tapmağa xidmət
edir.
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.

52. Variantlardan biri fəal (interaktiv) təlimin
xüsusiyyəti deyil:
A) Problemin həlli prosesində biliklərin müstəqil
şəkildə əldə edilməsi və mənimsənilməsi.
B) Hazır halda əldə edilən biliklərin
möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi.
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Dialoji təlimə üstünlük verilməsi.
E) Təfəkkürə əsaslanması.

53. Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə
verilən tələblərə uyğun deyil:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
B) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
C) Coxlu tapşırıqlar əks olunmalıdır.
D) Dərsin məqsədinə uyğun olmalıdır.
E) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.

54. Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə
etməyə
B) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas
mərhələlərini dərk etməyə
C) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə

55. Nəyə görə motivasiya düşündürücü və
məqsədəuyğun olmalıdır?
1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir.
2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri
arasında vaxtı paylaşdırıb, onları tam şəkildə
həyata keçirməyə imkan yaradır.
3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır.
4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 1,2 B) 2,3 C) 1,4
D) 3,4 E) 2,4

56. Biri fasilitasiya qaydalarına aid deyil:
A) Fəaliyyətin stimullaşdırılması
B) Psixoloji dəstək
C) Məlumatla təminetmə
D) Təşkilati dəstək
E) Motivasiyanın düzgün qurulması

57. Summativ qiymətləndirmə hansı məqsədlə
aparılır?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin
sonunda şagirdin nailiyyət səviyyəsini
qiymətləndirmək məqsədi ilə.
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində
şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini
qiymətləndirmək məqsədi ilə.
C) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda
yekun attestasiya aparmaq məqsədi ilə.
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq
səviyyəsini qiymətləndirmək məqsədi ilə.
E) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə
çıxarmaq məqsədi ilə.

58. Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Yarımillik, illik, diaqnostik
B) Diaqnostik, formativ, summativ
C) Formativ, şifahi, praktik
D) Diaqnostik, formativ, illik
E) Yarımillik, illik, summativ

59. Diaqnostik qiymətləndirmə hansı mərhələdə
aparılır?
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində,
həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni
məktəbə keçdikdə və s.).
B) Hər ayın əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.

60. Böyük summativ qiymətləndirmənin (BSQ)
xüsusiyyətlərini seçin:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi
tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi
tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada
nəzərdə tutulur.
A) 1,3,5 B) 2,4,5 C) 1,2,3
D)1,3,4 E) 2,3,4

Комментариев нет:

Отправить комментарий