Azərbaycan dili A variantı
1. Səhv yazılmış sözü müəyyənləşdirin.
Bakı şəhəri üzrə Təhsil İdarəsi
A) koalisiya B) laureat C) leykomiya
D) əhliləşdirmək E) dəm-dəsgah
2. Vurğusu II hecaya düşən sözlər hansıdır?
1. bayaq 3. daxilən 5. igidcəsinə
2. opera 4. İngiltərə 6. həvəslə
A) 1, 2, 3 B) 4, 5, 6 C) 3, 5, 6
D) 2, 4, 5 E) 1, 4, 6
3. İsim və fel kimi işlənə bilən söz hansıdır?
A) buruq B) yaş C) sarı D) sağ E) çat
4. Məntiqi ardıcıllığı tamamlayın.
kütləvi, əşyəvi, əyani, riyazi....
A) nümunəvi B) qələvi C) coğrafi
D) kimyəvi E) qiyabi
5. Əsl Azərbaycan sözlərinə xas olan xüsusiyyətləri
seçin:
I. Vurğunun son hecanın üzərinə düşməsi
II. Eynicinsli qoşa saitlərin işlənməsi
III. Ahəng qanununun gözlənilməsi
IV. Söz kökünün dəyişkən olması
A) I, IV B) II, III C) I, III D) III, IV E) I, II
6. Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə
olunub?
A) O, könlündən keçənləri heç kəsə demədi.
B) Başladığı iş yarımçıq qaldı.
C) El bilir, uşaqlıqdan o naxələf olmayıb.
D) Başı işə elə qarışırdı ki, axşamın düşməsindən
belə xəbəri olmurdu.
E) Bilirdim ki, o, çox dözümsüz və iradəsizdir.
7. Hansılara antonim qarşılıq tapmaq olar?
1. dəcəl 3. hövsələsiz 5. məhlul
2. nəfəs 4. ehtiyat 6. narahat
A) 1, 3, 5 B) 2, 4, 6 C) 3, 4, 5
D) 2, 3, 5 E) 1, 3, 6
1 2 3
8. ..... Kim qorumur öz dilini
4 5 6
İtsin mənim gözlərimdən ilim-ilim!....
Mənsubiyyət şəkilçili sözləri seçin.
A) 4, 5 B) 1,4, 5 C) 3, 5, 6
D) 3, 5 E) 4, 6
9. Düşündüm, ayrılıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı
bənddə düzgün verilmişdir?
A ) 3 qoşma, 1 ədat
B) 2 qoşma, 1 bağlayıcı
C) 1 qoşma, 1 bağlayıcı, 1 ədat
D) 3 qoşma, 1 bağlayıcı
E) 1 qoşma, 2 bağlayıcı, 1 ədat
10. O bu boyda bir cahanı yaradıb,
Yeri, göyü, asimanı yaradıb,
İnsan onu o insanı yaradıb,
Bu dünyanın əlifbası – məhəbbət!
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət!
İşarələnmiş hansı əvəzliklərdən sonra vergül işarəsi
qoyulmalıdır?
A) 2; 4; 5 B) 1; 3 C) 1; 2; 5
D) 4; 5 E) 1; 3; 4
11. Həm mənsubiyyət. həm də hal şəkilçisi qəbul etmiş
isimləşən sıra sayı hansı cümlədədrr?
A) Birini ona gətirmişəm.
B ) İkincisindən çox narazıyam.
C) Beşincilər hamını heyran etdilər.
D) Bir-birimizi görmədiyimiz anlar geridə qaldı.
E) Səkkizinci palatanın qapısı hələ də açıq idi.
12. Hansı cümlədə morfoloji yolla düzəlmiş azaltma
dərəcəsində olan sifət işlənmişdir?
A) Qarşıdan gələn maşınların gur işıqları onun
gözlərini qamaşdırır, yolu aydın seçməyə imkan
vermirdi.
B) Tünd-qara gözləri ağımtıl sifətinə çox yaraşır, onu
yaşından xeyli cavan göstərirdi.
C) Həyatın çətin sınaqları onu daha da
möhkəmləndirmiş, iradəli bir insana çevirmişdi.
D) Açıq-sarı işıqların şöləsi otağa xüsusi bir görünüş
verirdi.
E) Gümüş kəmərin üstündəki xırdaca qaşlar günəş
şöləsi düşdükcə par-par parıldayırdı
13. Mürəkkəb tərzi-hərəkət zərfi işlənmiş cümləni
müəyyənləşdirin.
A) Hərdən axşamlar bizə gələr, oturub dərdləşərdi.
B) Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın
C) Qız qeyri-ixtiyari əlindəki kağızları masanın üstünə
qoydu.
D) Nazim sevinə-sevinə əlindəki sənədləri mənə uzatdı.
E) Mən bu anı səbirsizliklə gözləyirdim.
Azərbaycan dili A variantı
Bakı şəhəri üzrə Təhsil İdarəsi
14. “Çəkilişdəyik” sözünün tərkibinə görə təhlili hansı
sxemə uyğundur?
A) ┌┐^^^ ͡ ͡ D) ┌┐^^ ͡ ͡
B) ┌┐^ ͡ ͡ E) ┌┐^^͡ ͡ ͡
C) ┌┐^^^ ͡
15. ..Ömür qala-qala, gün qala-qala
“Əlvida” deyəsən doğma bir yola..
Altından xətt çəkilmiş söz haqqında hansı fikir
səhvdir?
A) şərt şəklindədir
B) təsriflənəndir
C) işin arzu olunduğunu bildirir
D) sadədir, məlum növdədir
E) II şəxsin təkindədir
16. Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən
II saiti düşən sözləri seçin.
1. sinif 3. beyin 5. boyun
2. ağıl 4. fikir 6. ömür
A) 2, 4, 5 B) 1, 3, 6 C) 1, 5, 6 D) 2, 3, 5 E) 3, 4, 5
17. Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi
birləşmə hansı bənddədir?
A) get-gedə yüksəlmək B) yaşanmış xoş xatirələr
C ) onun böyük ürəyi D) ən ülvi duyğular
E) Böyük Çin səddi
18. Söz sırasının pozulmadığı sıranı göstərin.
A) Bəlkə gözləmədik bu xoş görüşü,
B) Yaman qəribədir dünyanın işi.
C) Düzlərdə bürküdən solur gül-çiçək,
D ) Çiçəyə dərd olmur, düzə dərd olur.
E) Biz ki öyrənmişik hicrana artıq...
19. Bütün üzvləri mürəkkəb olan cümləni göstərin.
A) Bizim əsas məqsədimiz vətən torpaqlarını
düşməndən azad etməkdir.
B) Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını
Azərbaycan dilinə Rəsul Rza tərcümə etmişdir.
C) XIII əsrdə ana dilimizdə ilk şeir nümunələrini
yaradan sənətkar İzzəddin Həsənoğludur.
D) Böyük sənətkar simvollarla, rəmzlərlə
zəmanəsindəki haqsızlığa, ikiüzlülüyə kəskin
nifrətini bildirir.
E) Sabirin satiraları dövrün ən mühüm sosial-siyasi
münasibətlərini, müxtəlif ictimai baxışları canlı bir
şəkildə əks etdirir.
20. İntonasiya əlaqəsi ilə düzəlmiş qarşılaşdırma əlaqəli
tabesiz mürəkkəb cümlə hansdır?
A) Çox həyəcanlandı, lakin bir kəlmə belə demədi.
B) Səfərə hazırlaşsaq da, gedə bilmədik.
C) Qış çoxdan gəlmişdi, havalar isə hələ də xoş
keçirdi.
D ) Lalə müharibəyə getmiş atasının yolunu çox
gözlədi, bir xəbər çıxmadı.
E) Həddən artıq kədərli olmasına baxmayaraq, bunu
ətrafdakılara sezdirməməyə çalışırdı.
21. Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox
imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz
nitqdə buraxılmış durğu işarələrinin düzgün
ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, vergül, vergül, tire, vergül
B) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
C) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül,
tire, dırnaq
D) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
E) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
22. Məntiqi ardıcıllığı tamamlayın.
Xülasə, deməli, müxtəsər....
A) heyif B) deyəsən C) bəlkə
D) qısası E) yəqin
23. Mürəkkəb xitab hansıdır?
A) Ancaq ürəyimdə deyirəm yenə:
“Ay ürək, buna da gərək mən dözüm....”
B) Gülüm, heyif sənə, heyiflər mənə,
Qoruya bilmədim məhəbbətimi...
C) Könlüm quşu qanad çalmaz sənsiz bir an,
Azərbaycan!
D) Dinmə, danışma, yat, bala,
Sən deyən olmayıb hələ
E) Ey daşlaşan, torpaqlaşan ulu babam!
24. Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə
uyğundur?
A) Şirin yalandan acı həqiqət yaxşıdır.
B) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
C) Şərəfli əmək insanı ucaldar.
D ) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
E) Düzdür, Nazim, sən haqlısan!
25. Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar
ki, eynidir.
1. arayış 3. protokol 5. akt
2. izahat 4. ərizə
A) 2, 4 B) 3, 5 C) 1, 4 D) 2, 3 E) 4, 5
26. “Sizin sənədlər yoxlananda mən də orada idim” –
cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə
bağlı səhvi göstərin:
A) təsdiqdədir
B) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
C) quruluşca düzəltmədir
D) təsirsizdir
E) feli bağlamadır
27. Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq
içində yazılmalıdır?
1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı
2. Müəllim qəzeti 5. Abşeron romanı
3. Milli Ordu 6. Koroğlu operası
A ) 1, 2, 5, 6 B) 2, 4, 5, 6 C) 2, 3, 4
D) 1, 3, 5 E) 1, 3, 5, 6
Azərbaycan dili A variantı
Bakı şəhəri üzrə Təhsil İdarəsi
28. Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna
bilməz.
A) arxaik leksikanın mühafizəsi
B) fikrin hüquqi azadlığı
C) fikrin birmənalılığı
D) geniş izah və analitik şərhdən istifadə
E) fikrin yığcamlığı
29. “Yarıq, yaralı, yarğan” sözləri haqqında
doğru fikirləri seçin:
1.“yar”felindən yaranmış eyniköklü sözlərdir
2.Sözlərin kökü isimlə omonimdir
3.Sözlərin üçü də feldən düzəlmişdir
4.Sözlər morfoloji üsulla yaranmışdır
5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 3, 4 B) 3, 5 C) 2, 4, 5 D) 1, 4 E) 1, 2, 4
30 Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi
qeyri-müəyyən şəxsli cümlədir.
A) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər.
B) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
C) Ona elə gəldi ki, indicə adını çəkəcəklər.
D) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
E) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
31. “Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə
olunmuş sinonimləri hansı sıradadır.
A) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
B) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
C) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə
düşmək
D) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
E) ağzına çullu dovşan sığmamaq, gözü düşmək,
gözünün odunu almaq
32. Həmcins təyinli cümləni göstərin:
A) Yox, sən də haqlısan, ey gizli dərdim,
Qərəzli, qərəzsiz tələblərinlə.
B) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaşyavaş
qapıya doğru yeridi.
C) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
D) Əksinə, çox aydın və sərrast düşünürdü.
E) Mərmər ağdır, qəm qara.
33. Ara sözün işləndiyi cümləni göstərin:
A) Güman gələn yerləri ələk-vələk etdilər.
B) Yəqin etdim ki, sən düz demirsən.
C) Hər dilinə gələn sözü deməli deyilsən.
D) Düzdür, sənin dediklərinlə mən də razıyam.
E) Sənin dediklərin tamamilə düzdür.
34. Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur.
A) qeyri-müəyyən şəxsli cümlə
B ) şəxssiz cümlə
C) ümumi şəxsli cümlə
D) adlıq cümlə
E) söz-cümlə
35. Hansı cümlədə “o” əvəzliyindən sonra vergül
qoyulmamalıdır?
A) O, ömür yolunu azıb, çaşdırıb.
B) O, bu qaçışıyla özündən qaçır.
C) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad
danışmışdı.
D) O, yenə də yem gətirmək üçün yuvasından aralandı.
E) O, deyəsən, məni başa düşmədi.
36. Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq”
mənasını verir?
A) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
B) Dəyirman bildiyini eylər, çax-çax baş aparar.
C) Özünü ələ salırsan, ya məni?
D) Yenə kimin gözünə kül üfürürsən?
E) Son vaxtlar ondan gözüm su içmir.
37. Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən
cümləni tapın:
A) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı.
B) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa
məcbur oldu.
C) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin
küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
D) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin
qarşısını heç nə ala bilməzdi.
E) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını
gözlədi.
38. Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) felin təsriflənən formaları ilə
B) felin arzu və şərt şəkilləri ilə
C) felin xəbər şəkli ilə
D) idi, imiş, isə hissəcikləri ilə
E) təsriflənməyən fellər ilə
39. Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri
arasında işlənən məna əlaqələrinə aid deyil:
A) bölüşdürmə B) iştirak C) zaman
D) aydınlaşdırma E) səbəb-nəticə
40. Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və
“Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin
hər ikisinə aid edilə bilər?
A) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb
cümlədir.
B) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
C) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə
olunmuşdur.
D) Tərkibindəki cümlələr genişdir.
E) Tabelilik bağlayıcısı ilə bağlanmışdır.
Комментариев нет:
Отправить комментарий